Məhkəmə qərarları › İş №1(056)-47/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-47/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-47/2024 25.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələklbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Aqil oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil - Müdafiəçi iştirakları ilə, xx.xx.1991-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, Sabirabad şəhəri M.S.ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 1,246 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində daşıyaraq saxlamış, 27 sentyabr 2023-cü il tarixdə saat 00:15 dəqiqədə Sabirabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Sabirabad şəhəri M.S.Ordubadi küçəsində yaşadığı evin yaxınlığında olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinə gətirilib, şöbənin inzibati binasında saat 00:55 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman, əynində olan idman şalvarının sağ yan cibindən 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,246 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Sabirabad şəhəri M.S.Ordubadi küçəsi ev 23 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. O, təxminən 7 ildir ki, narkotik maddələrdən istifadə edir. 26 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Sabirabad şəhəri avtovağzalın yanında piyada gedən zaman, yerdə “Milano” siqaret qutusu görmüşdür. Siqaret qutusunu ayağı ilə vuran zaman içərisindən səs gəldiyini eşitmişdir. Siqaret qutusunu götürüb içərisinə baxan zaman içərisində bir ədəd sellofan bükümdə narkotik vasitə heroin olduğunu görmüşdür. Heroindən istifadə etdiyinə görə cibinə qoymuşdur ki, ürəyi istəyəndə istifadə edər. 27 sentyabr 2023-cü il tarixdə saat 00:15 radələrində yaşadığı küçədə olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib polis olduqlarını bildirmiş və onun üzərində narkotik vasitə olması barədə məlumat daxil olduğunu deyib onu polis şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində o, şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi təyin edilmişdir. Bundan sonra, video çəkliş aparmaqla polis əməkdaşları ondan üzərində dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet olub-olmamasını, olacağı halda könüllü olaraq təqdim etməsini təklif etmişlər. O da üzərində bir ədəd sellofan bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş və əynindəki idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə tapdığı narkotik vasitə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra, üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd bükümdə narkotik maddə heroin müstəntiq tərəfindən bir ədəd içi boş kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri zərflər üçün “139” nömrəli möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokola digər iştirakçılar kimi o da imza etmişdir. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşimançılıq hissi keçirdiyini qeyd edərək ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 26 sentyabr 2023-cü il tarixdə Sabirabad şəhəri M.S.Ordubadi küçəsi ev 23 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin İB-nin müstəntiqi X1, Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2, Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. 27 sentyabr 2023-cü il tarixdə saat 00:15 dəqiqədə Təqsirləndirilən şəxs Sabirabad şəhəri M.S.Ordubadi küçəsində müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs özü könüllü şəkildə bildirmişdir ki, cibində narkotik vasitə heroin vardır. Daha sonra, əynindəki idman şalvarının sağ yan cibindən 01 ədəd polietilen bükümdə olan narkotik vasitə heroinə oxşar kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütləyə baxış keçirilən zaman, narkotik maddə olan heroinə oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümü Sabirabad rayonu ərazisində gəzərkən yerdən tapdığını, öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş kütləyə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən bundan başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2, digər Şahid1 göstərdiklərinə uyğun məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 sentyabr 2023-cü il tarixli, 18/947 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,246 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 - X6 Ekspert Komissiyasının 20 dekabr 2023-cü il tarixli, 8345 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Az. Resp. DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Zeynalov X5 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Sabirabad rayon Sabirabad şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib, daşımaqla saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu, məhkəmədə baxış keçrilmiş audio-video materialı və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı qeyd edir ki, hazırkı cinayət törədilən zaman S.S.X4 Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2021-ci il tarixdə cəzasının bitdiyi gündən 6 (altı) il müddət keçmədiyinə görə, həmin hökmə əsasən yaranmış məhkumluq CMnın 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluq müddəti başa çatmadan yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nın xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin ( üç ilin) yarısından az olmamalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxs Əkbər Bayramova təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etməyi əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində 2 gün tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki günün bir həbs günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan iki gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə - azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin həbsdə olduğu müddətin cəza hesablanarkən nəzərə alınmasını, təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsə alınmasını, ona narkomaniyadan məcburi müalicə təyin olunmasını və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 1,146 qram olan narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2(iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27-28 sentyabr 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 (iki) gün həbsdə saxlanılmasının bir həbs günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla ona təyin olunmuş 2(iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından 2 (iki) gün çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişidirilərək barəsində «həbs» qətimkan tədbiri seçilsin. Onun hazırda həbsdə olması nəzərə alınsın. seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonrakı çəkisi – 1,146 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri - 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE**********00********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar