Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-47/2025 17.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Kürkəndi kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 sentyabr 2024-cü il tarixdə saat 20 radələrində, Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən Mələk şadlıq sarayında həmkəndlisi X2 hərbi xidmətə gedəcəyi ilə əlaqədar təşkil olunmuş musiqili məclisdə iştirak edərkən alkoqol sərxoşluğu vəziyyətində, məclisin keçirildiyi zalda oynayan həmkəndlisi Zərərçəkmiş şəxs yaxınlaşıb oyununu dayandırmasını və yerinə keçib oturmasını deməklə ünvanına təhqiramiz ifadələr işlətmiş, həmin ifadələrinə görə sonuncunun onun sinəsindən əlləri ilə geri itələməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum etməklə və ünvanına uca səslə nalayiq ifadələr işlətməklə təpik və yumruqları ilə baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq fiziki zor tətbiq etməklə məclisdə iştirak edən şəxslərin istirahətinin pozulması, məclis iştirakçılarının narahatçılığına səbəb olması və ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad rayon Kürkəndi kəndində yaşayır. Əmisi nəvəsi Anar Məmmədlinin hərbi xidmətə gedəcəyi ilə əlaqədar 15 sentyabr 2024-cü il tarixdə Sabirabad şəhərində yerləşən Mələk şadlıq sarayında məclis təşkil olunmuş, həmin məclis saat 17-də başlamış, məclis musiqili olmaqla məclisdə spirtli içki olan araq da verilmişdir. O da həmin məclisdə iştirak etmiş, məclisdə də təxminən 40 nəfərə yaxın qohum-əqrəba və kənd sakinləri işltirak etmişdir. O, yemək yeyərkən təxminən 500 qram araq içmişdir. Həmkəndlisi Zərərçəkmiş şəxs də həmin məclisdə iştirak etmişdir. Saat 20 radələrində Zərərçəkmiş şəxs musiqi sifariş verərək rəqs etdiyini görmüş, Rail rəqs edəndə qadınlardan da rəqs edən olmuş, Railin qadınların içərsində rəqs etməsi ona xoş gəlməmiş, ona görə də oturduğu yerdən qalxıb Railə yaxınlaşaraq onun qulağına söyüşlə söz deyərək keçib yerində oturmasını demişdir. Onun bu sözündən sonra Rail ona qarşı ucadan nəlayiq söyüş söyərək əlləri ilə onun yaxasından kənara itələmiş, elə bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı Rail bir dəfə yumruqla onun sifətinin sol tərəfindən vurmuşdur. Railin zərbəsinin təsirindən arxaya getməklə səndələmiş, lakin yerə yıxılmamışdır. Rail onu vurduğu üçün o da, Railin üzərinə gedərkən ətrafda olan şəxslər onu və Raili tutub kənara çəkdikləri üçün bir-birlərini vura bilməmişlər. Bundan sonra məclisdə olan həmkəndliləri onu zaldan dəhlizə çıxartmış, bundan təxminən 10 dəqiqə sonra zala qayıdaraq məclisdə iştirak etmişdir. O, zala qayıdarkən artıq Rail zalda olmamış və onun harada olduğunu bilməmişdir. Məclisdə təxminən 30 dəqiqə də iştirak etmiş, bundan sonra isə zaldan çıxıb şadlıq sarayının həyətinə düşmüşdür. Şadlıq sarayının həyətində olarkən Sabirabad RPŞ-nin əməkdaşları gələrək onu polis şöbəsinə gətirmiş, bundan təxmiən 15 dəqiqə sonra, sonradan ona məlum olan və məclisdə iştirak edən Sarxanbəyli kənd sakinləri Şöhrət və Şəhriyarın da polis şöbəsinə gətirdiklərini bilmiş, lakin polis əməkdaşları Şəhriyar və Şöhrəti polis şöbəsinə niyə görə gətirdiklərini bilməmişdir. Əməlindən peşiman olduğunu bildirən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını,zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını və ilk dəfə cinayət əməli törətməkdə təqsirləndirildiyinin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 sentyabr 2024-cü il tarixdə bibisi nəvəsi Anar Məmmədlinin hərbi xidmətə getməsi ilə əlaqədar Sabirabad şəhərti H.Əliyev prospektində yerləşən Mələk şadlıq sarayında keçirilən məclisdə o da iştirak etmişdir. Məclis saat 17-də başlasa da, o, saat 18 radələrində məclisə gəlmiş, məclis musiqili olmaqla yanaşı araq da verilirdi və məclisdə təxminən 50-60 nəfər şəxs iştirak edirdi. Yemək yeyərkən də təxminən 100 qram araq içmiş, saat 20 radələrində məclisdə iştirak edən qohumları rəqs edərkən onu da rəqsə dəvət etmişlər. Ona görə o da qalxıb rəqs etməyə başlamış, qohumlarla rəqs edərkən onlarla bir yerdə qadınlardan da rəqs edən olmuşdur. Həmkəndlisi Təqsirləndirilən şəxs da məclisdə iştirak edərək ayrı stolda əyləşmiş, rəqs edərkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb onun qulağına aşağı oturmasını və oynamamasını demişdir. Firdovsinin bu sözündən sonra ona gedib işi ilə məşğul olmasını demişdir. Bu sözü deyəndən sonra Firdovsi ona qarşı söyüş söymüş, elə bu səbəbdən aralarında mübahisə yaranaraq o da Firdovsini söyərək əli ilə onu kənara itələyərək ona yumruq atmışdır. Elə bu zaman ətrafda olan məclis iştirakçıları onların ətrafına topalanaraq onları bir-birindən kənarlaşdırmağa başlamışlar. Məclis iştirakçıları onları kənarlaşdırarkən Firdovsi onun üstünə, o da Firdovsinin üstünə gedərək bir-birlərini təpiklə vurmaq istəmişlər. Lakin məclis iştirakçıları onları savaşmağa qoymamış, sonra iştirakçılar Firdovsini zaldan çölə çıxartmışlar. Bundan sonra məclisdə iştirak edən sonradan adı ona məlum olan Sabirabad rayon Sarxanbəyli kənd sakini Şəhriyar adlı şəxs ona yaxınlaşıb qadın-uşaq yanında söyüş söydüyü üçün onunla mübahisə etməyə başlamış, məclis iştirakçıları Şəhriyarla onun arasında mübahisə yarandığını görüb onları sakitləşdirmişlər.Bundan sonra o keçib əyləşmiş, əyləşəndən təxminən 3-4 dəqiqə sonra isə Firdovsinin qayıdıb zala keçdiyini görmüşdür. Bundan sonra isə qalxıb zaldan çıxaraq evlərinə getmiş, sonradan orada nə baş veribverməməsindən məlumatı olmamışdır. Məclisdə Firdovsi ilə arasında olan söz-söhbətə görə də 16 sentyabr 2024-cü il tarixdə Sabirabad RPŞ-nə gələrək onun barəsində şikayət ərizəsi yazmışdır.O, ifadəsində əlavə olaraq onu məclisdə heç kim vurmadığını, ona qarşı heç bir xəsarət yetirilmədiyini göstərmişdir. Hal-hazırda təqsirləndirilən şəxlə barışdığını və bu barədə ərizə təqdim etdiyini bildirən zərərçəkmiş Zərərçəkmiş şəxs bu xüsusatların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Sabirabad rayon Kürkəndi kəndində yaşayaraq fərdi əməklə məşğul olur. Kürkəndi kəndində yaşayan X4 onun həmkəndlisidir, onunla qohumluq əlaqələri yoxdur. Anar Məmmədlinin hərbi xidmətə gedəcəyi ilə əlaqədar 15 sentyabr 2024-cü il tarixdə Sabirabad şəhərində yerləşən “Mələk” şadlıq sarayında təşkil olunmuş məclisinə onu da dəvət etmişlər. Ona görə o, həmin məclisdə iştirak etmiş, məclis saat 17-də başlamış və musiqili olmaqla məclisdə araq da verilmişdir. Məclisdə yemək yeyərkən təxminən 100-150 qram araq içmiş, məclisdə həmkəndliləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs də iştirak etdiklərini görmüşdür. Saat 20 radələrində Zərərçəkmiş şəxs bir neçə şəxslə rəqs etmiş, onlar rəqs edərkən qadınlardan da rəqs edənlər olmuşdur. Elə bu zaman Raillə Firdovsi arasında mübahisə yarandığını, mübahisə vaxtı onların bir-birinin üstünə gedərək bir-birlərini vurmaq istədiklərini görmüşdür. Lakin məclisdə iştirak edən şəxslər Rail və Firdovsinin ətrafına toplanaraq onları bir-birindən kənarlaşdırmış, qarışıqlıq olduğu üçün Rail və Firdovsinin bir-birini vurub-vurmadığını görə bilməmişdir. Sonra məclisdə iştirak edən şəxslər Firdovsini zaldan çölə çıxartmış, Rail isə içəridə qalmışdır. Bundan sonra musiqi çalınaraq məclis davam etmiş, o, təxminən 30 dəqiqə də məclisdə iştirak edərək çıxıb evlərinə getmişdir İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilən DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etməsi öz təsdiqini tapmışdır. Cinayət işində olan məhkəmə-tibbi ekspertizanın 19 sentyabr 2024-cü il tarixli, 575 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarət-sol almacıq sümüyü proyeksiyasında qançır küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 15 sentyabr 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.Xəsarət müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməsi cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın növünü və həddini müəyyən edərkən törətdiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə 2668 saylı 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 13-cü bəndinə əsasən tövsiyyə olunur ki, məhkəmələr, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmalı, həmçinin, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək şübhəli şəxs qismində tutulduğu müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökm qanuni qüvvəsini alanədək barəsində seçilmiş “polisin nəzarəti altına vermə “qətimkan tədbiri dəyişdirirlmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən 06 ( altı) saat iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan əlavə, iş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddianın olmaması da nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddətin 1( bir) günü, 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla təyin olunmuş 1(bir) il azadlığın məhdudlaşdırılması cəzasından 4(dörd) gün çıxılsın və ona qəti olaraq 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş « polisin nəzarəti altına vermə » qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs hüquqlarını Sabirabad Rayon Məhkəməsində dövlət vəsaiti hesabına 06 saat müddətində müdafiə etdiyi üçün, Vəkillər Kollegiyasına ayrılan vəsaitdən 36 (otuz altı) manat Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, maddi sübutun və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(056)-47/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-47/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver