Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-48/2025 22.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1959-cu il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olumayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 16-cı yaşayış massivində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs sonuncuya keçirdiyi ürək əməliyyatına görə pensiya düzəltməyə kömək edəcəyinə dair yalan vədlər verib aldadaraq, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs işlədiyi, Sabirabad şəhəri ərazisində yerləşən “Dam örtükləri” mağazasında 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə də həmin mağazada 2000 (iki min) manat olmaqla, ümumilikdə 3000 (üç min) manat məbləğində pulunu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Saatlı şəhəri, M.Hüseyn küçəsi, ev 41-də qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 16-cı yaşayış massivində yaşayır. O, Zərərçəkmiş şəxs əvvəllər DSMF-nın müdiri olan Şahid vasitəsilə tanımışdır. Belə ki, 2023cü ilin avqust ayında Şahid ona zəng edərək Elşad adlı tanışı olduğunu, Elşadın əlilliyini almasına görə köməkliyə ehtiyacı olduğunu demişdir. O da razılaşmış və Elşadın mobil telefon nömrəsini götürmüşdür. O, Elşada zəng etmiş və Elşaddan Şahid sonuncunun mobil telefon nömrəsini ona verdiyini bildirərək harada olduğunu soruşmuşdur. Elşad da işlədiyi Sabirabad şəhərindəki mağazada olduğunu bildirmişdir. O, daha sonra Sabirabad şəhərinə, Elşadın işlədiyi mağazaya gəlmişdir. Elşad orada ona keçirdiyi ürək əməliyyatına görə əlillik dərəcəsi əldə edərək pensiya almaq istədiyini, buna görə də köməklik lazım olduğunu bildirmişdir. O da Elşada işini düzəldəcəyini, bunun üçün 3500 manat lazım olduğunu bildirmişdir. Elşad ona iş düzələnə qədər 3000 manat, iş düzəldikdən sonra 500 manat verəcəyini bildirmişdir. O da Elşadla razılaşmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə Elşad işlədiyi mağazada ona əvvəlcə 1000 manat, xx.xx.2023-cü il tarixdə isə 2000 manat pul vermişdir. Həmin ərəfələrdə maddi vəziyyəti pis olub deyə o, həmin pulu borclarına vermişdir və Elşadı aldatdığını da etiraf edir. xx.xx.2025-ci il tarixdə, saat 09 radələrində o, Elşadı aldadaraq vurduğu maddi ziyanın yarısını, yəni 1500 manatını geri qaytarmışdır. Qalan 1500 manatı isə yaxın günlərdə qaytaracaqdır. O, həmin 3000 manat puldan kimsəyə verməmişdir, özü istifadə edib xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın əvəzinin tam həcmdə ödəməsini və bununla da onlar arasında barışıq əldə edildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin onun yaşını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında Bakı şəhərində açıq ürək əməliyyatı olunmuşdur. Bundan təxminən 02 il öncə həmin vaxt ƏƏSMN-in X3 Sosial Müdafiə Fondunun müdiri vəzifəsində işləyən Şahid evində usta işləmiş və həmin vaxtdan Şahidla dostluq münasibətləri yaranmışdır. O, əməliyyat olunduqdan 06 ay sonra Kamalla Sabirabad rayonunda yerləşən xidməti otağında görüşmüş, Kamala ürək əməliyyatı olunmağı ilə bağlı pensiya düzəltdirmək istədiyini bildirən zaman Kamal ona pensiya təyin olunması ilə bağlı yeni qanunların qəbul olunduğunu bildirib bir müddət gözləməyi məsləhət görmüşdür. 2023-cü ilin may ayında Sabirabad şəhərində Kamalı görmüş və sonuncudan pensiya düzəldilməsi ilə bağlı ona dediyi qanunların qəbul olunub-olunmadığını soruşaraq sənədlərini təqdim etmişdir ki, ona qanunla pensiya düşüb-düşməyəcəyini yoxlatdırsın. Kamal ondan müvafiq sənədləri götürüb getmişdir. 2023-cü avqust ayının əvvəlində Kamal ona zəng edərək pensiya düzəltdirməyin mümkün olmasını, bununla bağlı 1 nəfər şəxsi onun yanına göndərəcəyini bildirmişdir. Bundan sonra ona tanımadığı nömrədən zəng gəlmiş və həmin şəxs ona adının Oqtay olduğunu, nömrəsini Kamal müəllimdən aldığını bildirmişdir. Bundan sonra o, Oqtayı Sabirabad şəhəri Muğan prospektində yerləşən, işlədiyi “Dam Örtükləri” mağazasına çağırmışdır. Oktay iş yerinə gəlmiş və ona pensiya düzəltməyin mümkün olmasını və bununla bağlı 3500 manat pul verməli olduğunu demişdir. O, Oqtayla həmin pulun 3000 manatını əvvəlcədən, 500 manatını isə iş düzəldikdən sonra verəcəyinə razılaşmışdır. O, Oqtaya həmin pulu düzəltmək üçün vaxt lazım olduğunu və pulu düzəldəndə telefon əlaqəsi saxlayacağını bildirmişdir. Bundan təxminən 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Oqtaya zəng edərək 1000 manat pul düzəltdiyini və gəlib pulu işlədiyi mağazada ondan götürməsini bildirmişdir. Oqtay həmin gün işlədiyi mağazaya gəlmiş və sonuncuya əlbəəl 1000 manat pul vermişdir. Onlar qalan 2000 manatı bir neçə gün sonra verməyə razılaşmışlar. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Oqtay onun işlədiyi yerə, mağazaya gəlmiş və o, Oqtaya 2000 manat əlbəəl pul vermişdir. Beləcə, o, Təqsirləndirilən şəxs ümumilikdə əlbəəl 3000 manat pul vermişdir. Oqtay ona 2023-cü ilin oktyabr ayında işinin düzələcəyini vəd etmişdir. Bundan sonrakı müddətlərdə o, Təqsirləndirilən şəxsla dəfələrlə əlaqə saxlamışdır. Oqtay hər dəfəsində ona işinin düzələcəyini demişdir. Sonrakı zənglərində isə Oqtay onun telefonuna cavab verməmişdir. O, buna görə Kamalla əlaqə saxlamışdır. Kamal ona cavabında Oqtayla əlaqə saxladığını, Oqtayın ona narahat olmamalı olduğunu, işin düzələcəyini demişdir. Aylar keçdikcə isə o, artıq aldadıldığını anlamış və Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng etmiş və ona vurduğu maddi ziyanın yarısını, yəni 1500 manatını vermək istədiyini bildirmişdir. O da razılaşmışdır. Oqtay da xx.xx.2025-ci il tarixdə, saat 09 radələrində onun kart hesabına 1500 manat pul göndərmişdir. O, Oqtaya işlədiyi mağazada ona pensiya düzəltdirməsi üçün ümumilikdə 3000 manat pul verən zaman yanında kimsə olmamışdır. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş zərərin əvəzinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona tam həcmdə ödənilməsini və bununla da onlar arasında barışıq olmasını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim edərək onun barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixə qədər 1 saylı Şirvan-Salyan Regional DSMF-nin müdiri olmuşdur. Halhazırda işsizdir. O, Zərərçəkmiş şəxs şifahi olaraq tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs onun evinin təmiri zamanı usta kimi işləmişdir və onlar həmin vaxt tanış olmuşlar. Təqsirləndirilən şəxs isə təxminən 2011-ci ildə aptek işçisi kimi hesabat verərkən qiyabi tanımışdır. O, Təqsirləndirilən şəxs dələduzluq əməllərindən məlumatsız olmuşdur. Belə ki, 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxs ona ürək əməliyyatı keçirdiyi üçün pensiya almaq istədiyini bildirmişdir. O da Elşada sənədlərinin yoxlanmalı olduğunu bildirmiş və Elşad da ona müvafiq sənədlərini təqdim etmişdir. O, həmin sənədləri Haciqabul rayonuna gələn həkim komissiyasında yoxlatdırmış və orada ona Zərərçəkmiş şəxs pensiya təyin oluna biləcəyi, lakin yenə də yoxlanılmalı olduğu bildirilmişdir. Elşadın sənədləri onda qalmış və Şirvan şəhərində DSMF-nin inzibati binasının xidməti otağında Zərərçəkmiş şəxslə sənədlərinin ona geri göndərilməsi barədə telefonda danışarkən Elşadla telefon danışığına şahid olan Təqsirləndirilən şəxs ona məsələnin nə olduğunu soruşmuşdur. O da Oqtaya Elşad barədə danışmış və Oqtay ona həmin məsələni həll edə biləcəyini demişdir. Bundan sonra o, Elşada yenidən zəng etmiş və sənədlərini Təqsirləndirilən şəxs vasitəsilə göndərdiyini və Oqtayın bu məsələlərlə məşğul ola biləcəyini demişdir. Bundan sonra Oqtay sənədləri ondan götürüb getmişdir. Bir neçə gün sonra Elşad ona zəng edərək Oqtaya pul verdiyini xəbər vermişdir. O isə nəyə görə tanımadığı adama pul verdiyini bildirərək Elşada iradını bildirmişdir. Elşad isə ona narahat olmamalı olduğunu, Oqtayın şəxsiyyət vəsiqəsinin surətini, oğlunun mobil telefon nömrəsini götürdüyünü bildirmişdir. O da - daha özün bilərsən - demişdir. Sonradan o, xəbər tutmuşdur ki, Oqtay Elşadı aldadaraq pulunu ələ keçirmişdir. Sonrakı müddətlərdə o, dəfələrlə Elşadla telefonla danışmış və telefon danışıqları zamanı o, Elşada Oqtaya özünün pul verdiyini, həmin puldan ona hər hansı bir məbləğin aidiyyəti olmadığını, əlillik məsələsinin də ona aidiyyəti olmadığını bildirmişdir. O, hətta Təqsirləndirilən şəxs bir dəfə zəng etmiş və Oqtay ona cavabında Zərərçəkmiş şəxs əlillik məsələsinin yaxın günlərdə həll olunacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasındakı məsələdən şifahi xəbərdardır və ona bu məsələnin hər hansı bir aidiyyəti yoxdur. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası CMnın 178.1-ci maddəsi ilə təqsirli bilinmiş və CM-nın 73-1.1-ci maddəsi əsasında cinayət məsuliyyətindən azad edilərək, cinayət işi üzrə icraata xitam verilmişdir. Bundan başqa, o, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə CM-nın 178.1-ci maddəsi ilə təqsirli bilinmiş və CM-nın 73-1.1-ci maddəsi əsasında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Saatlı RİH başçısının Saatlı şəhər inzibati ərazi dairəsi üzrə ümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini, onun yaşını, zərərçəkmişlə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində aşağı həddə 1000 (bir min) manat məbləğində cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia və yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-48/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-48/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver