Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-49/2025 20.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabiabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sabirabad rayonu Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1963-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, təqsirləndirilir ona görə ki, qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girib 2024-cü ilin iyul ayının 7-də saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 21011 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabirabad rayonu Əsədli kəndində yerləşən Məscidin qarşısına gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 Məscidə giriş qapısının önündə dayanıb ola biləcək təhlükə barədə məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, o isə Məscidin həyətində girişdən sağ tərəfdə mətbəx kimi istifadə edilən, qab-qacaq və digər əşyaların saxlandığı yerə qoyulmuş Məscidin nəzarətçisi işləyən Zərərçəkmiş şəxs məxsus 800 manat dəyərində 1 ədəd samovarı götürüb Təqsirləndirilən şəxs2 avtomobilinə yükləyib aparmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, təqsirləndirilir ona görə ki, qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girib 2024-cü ilin iyul ayının 7-də saat təxminən 13 radələrində idarə etdiyi VAZ 21011 markalı **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabirabad rayonu Əsədli kəndində yerləşən Məscidin qarşısına gəlmiş, həmin vaxt o, Məscidin giriş qapısının önündə dayanıb ola biləcək təhlükə barədə məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə Məscidin həyətində girişdən sağ tərəfdə mətbəx kimi istifadə edilən qab-qacaq və digər əşyaların saxlandığı yerə qoyulmuş Məscidin nəzarətçisi işləyən Zərərçəkmiş şəxs məxsus 800 manat dəyərində 1 ədəd samovarı götürüb onun idarə etdiyi avtomobilə yükləyib birlikdə apardıqlarından o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nın 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşayır, özü orta təhsillidir, hazırda ailəsindən boşanmış, iki övladına aliment ödəmişdir. Günəmuzd işlərdə çalışıb ailəsini dolandırmış, özü əvvəllər mütəmadi olaraq spirtli içkilər qəbul etmiş, hazırda spirtli içkiləri azaltmışdır. Cavanşir adlı tanışını təxminən 2005-ci ildən tanımış, Cavanşir metal alveri ilə məşğul olmuş, Yevlax rayonunda yaşamış, lakin tez-tez müxtəlif rayonlara, o cümlədən Sabirabad rayonuna da işi ilə bağlı gəlmişdir. Onların tanışlığı da işlə bağlı yaranmış, Cavanşirin aldığı metalları sonuncunun avtomobilinə yükləyib fəhlə pulu almış, Cavanşir onların evində gündəlik 3-5 manat verməklə 2-3 günlük kirayədə qalmışdır. Onların ailə tanışlığı buradan başlamış, hər il mütəmadi olaraq Cavanşir işi ilə bağlı onlara gəlib-getmişdir. Sonuncu dəfə, yəni 2024-cü ilin iyul ayının əvvəllərində Cavanşir öz yoldaşı Rahilə ilə birlikdə onlara gəlmiş, ər-arvad bir neçə gün onlarda qalacaqlarını demiş, 06 iyul 2024-cü il tarixdə günorta saatlarında dəqiq saatı yadında qalmayan vaxtda öz evində yatmış, həmin günün gecəsi çoxlu spirtli içki qəbul etdiyi üçün gecə gec saatlarında yatmış, həm də çox yorğun olmuşdur. Bu zaman anası Familə onu yuxudan oyatmış, Familə ona Cavanşirin mağazaya gedəcəyini deyib işıq kartına pul yükləmək üçün birlikdə getməyi istəmiş, oyandıqdan sonra Cavanişirin bundan əvvəl karta pul yükləmək üçün mağazaya getdiyini, lakin kartın içərisində az miqdarda pul olduğundan karta pul yükləyə bilmədiyini öyrənmişdir. Əl-üzünü yuyub Cavanşirin idarə etdiyi dövlət qeydiyyat nömrəsini xatırlamadığı VAZ 21011 markalı avtomobilinə əyləşmiş, onlar birlikdə rayon bazarının yaxınlığında Suqovuşan istiqamətində gedən yolun kənarında yerləşən “Favorit” marketə getmiş, orada işıq kartına 5 manat pul yükləmiş, elə mağazanın içərisində olan zaman Cavanşir ona Sabirabad rayonu Əsədli kəndinə gedib orada samovarı götürməkdə köməklik etməsini ilə razılaşmışdır. Onlar oradan Əsədli kəndində yerləşən kənd Məscidinin qarşısına getmiş, artıq saat 13-14 radələri olmuş, Cavanşir avtomobili Məscidin qarşısında saxlamış, sonuncu Məscidin dəmir darvazasının qapısının qıfılını açmış, ona samovarın olduğu yeri deyib götürməsini istəmişdir. O da Məscidin həyətinə keçib samovarın olduğu yerə getmiş, orada mətbəx kimi yerdə olan samovarı götürüb darvazadan çölə çıxmış, samovarı avtomobilin baqaj yerinə qoymuş və bu zaman samovarın oğurladıqlarını bilmişdir. Sonra onlar təxminən 1 km və ya bir az çox getmiş, Cavanşir avtomobili saxlamış, baqajın örtülmədiyini demiş, onlar aşağı düşmüşlər. Baqajda olan dəmirləri avtomobilin içəri arxa oturacaq olan hissəsinə qoymuş, sonra Cavanşir baqajı örtmüş və onlar oradan yaşadığı evin həyətinə getmişlər. Həmin gün Cavanşir üzərində pul olmadığını, bu səbəbdən zəhmət haqqı kimi ona karta 5 manat pul göndərəcəyini demiş, o da Cavanşirlə razılaşmışdır. Cavanşir ona nəvəsinin xəstə olduğunu deyib Yevlax rayonuna gedəcəyini bildirmiş, Cavanşir başqa adamlardan da aldığı metal əşyaları öz avtomobilinə yükləmiş, sonuncu arvadı Rahilə ilə birlikdə həmin gün saat 18 radələrində onların həyətindən çıxıb getmişlər. Həmin gün axşam Cavanşir ondan bank kartı atmasını istədikdə dostu X4 məxsus “Kapital Bank” a aid kartı göndərmiş, Cavanşir ona həmin karta əziyət çəkdiyi üçün 5 manat pul göndərdiyini demiş, o da növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə həmin karta atılmış 5 manat pulu işə gedərkən “Kapital Bank” Sabirabad rayon filialının qarşısında quraşdırılmış bankomatdan çıxarmışdır. Bundan 1 gün sonra, yəni 08 iyul 2024-cü il tarixdə anası Familə zəng edib polis əməkdaşlarının onu axtardıqlarını, onun Əsədli kənd Məscidindən samovar oğurladığını bildirmiş, o da anasına həmin samovarı oğurlamadığını, samovarın Cavanşirin adını bilmədiyi adamdan 150 manat müqabilində aldığını, onun da Cavanşirə kömək üçün samovarı götürüb Cavanşirin avtomobilinə yüklədiyini deyib polis şöbəsinə gedəcəyini bildirmişdir. Sonra polis şöbəsinə getmiş, orada baş vermiş hadisə barədə izahat vermiş, polis şöbəsindən çıxdıqdan sonra anası Familə Cavanşirə zəng edərək onda olan samovarı dərhal geri qaytarmasını tələb etdiyini, bu səbəbdən Cavanşirin öz arvadı Rahilə ilə birlikdə samovarı həyətə gətirib qoyduğunu, daha sonra həmin samavorı anası təkid etdikdən sonra Cavanşir qızı Ulduzə ilə birlikdə Yevlaxdan gəldiyini, sonra atası Sakit ilə birlikdə onların həmin samovarı Məscidin axundunun atasının evinə aparıb təhvil verdiklərini öyrənmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsinin sonunda zərərçəkmiş şəxsə dəymiş ziyanın əvəzinin tam ödəməsi, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmaması, əməlindən peşmançılıq hissi keçirməsi hallarını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamış, uzun illərdir ki, metal alveri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 təxminən 2005-ci ildən tanımış, tez-tez müxtəlif rayonlara, o cümlədən Sabirabad rayonuna da işi ilə bağlı gedib-gəlmiş, Seymur ilə tanışlıqları da işlə bağlı yaranmışdır. Seymur onun aldığı metalları avtomobilinə yükləyib fəhlə pulu almış, hər dəfə Sabirabad rayonuna gəldikdə Seymurgilin evində gündəlik 3-5 manat verməklə 2-3 günlük kirayədə qalmış, onların ailə tanışlıqları buradan başlamış, hər il mütəmadi olaraq işi ilə bağlı gəlib-getmişdir. Sonuncu dəfə, yəni 2024-cü ilin iyul ayının əvvəllərində dəqiq günü yadında qalmayan vaxtda öz həyat yoldaşı Rahilə ilə birlikdə Seymurgilə gəlmiş, onlar bir neçə gün Sabirabad rayonunda qalmalı olmuş, 06 iyul 2024-cü il tarixdə günorta saatlarında dəqiq saatı yadında qalmayan vaxtda evdə mağazaya gedəcəyini demişdir. Seymurun anası Familə Seymuru da oyatmış, Familə Seymurun işıq kartına pul yükləməli olduğunu deyib sonuncunu da onunla mağazaya yola salmışdır. Özünə məxsus VAZ 21011 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə rayon bazarının yaxınlığında Suqovuşan istiqamətində gedən yolun kənarında yerləşən “Favorit” marketə getmiş, orada Seymur işıq kartına 5 manat pul yükləmişdir. Elə mağazanın içərisində olan zaman Seymura əvvəllər iş bağlı olaraq Sabirabad rayonu, Əsədli kəndinə gedib-gələrkən kənd Məscidində samovar gördüyünü, pul lazım olduğu üçün həmin samovarı oğurlamaq istədiyini, bu işdə ona köməklik etməsini, tək həmin yerə getməkdən qorxduğunu bildirmişdir. Seymur onunla razılaşmış, onlar samovarı satdıqdan sonra pulun yarı-yarıya bölməli olmuşlar. Onlar birlikdə oğurluq etmək üçün oradan ona məxsus avtomobillə Əsədli kəndində yerləşən kənd Məscidinin qarşısına getmiş, artıq saat 14 radələri olmuş, günorta namazı qurtarmış, avtomobili Məscidin açıq mavi rəngli giriş darvazasının qarşısında saxlamışdır. Həmin darvazanın dəmir qapısının üzərində olan qıfılı açmış, qıfıl kilidli olmamış, Seymura samovarın harada olduğunu təxminən izah eləmiş, Seymur avtomobildən düşüb darvazanın dəmir qapısından içəri keçmiş, bu zaman avtomobildən düşüb avtomobilin arxa yük-baqaj hissəni açmışdır. 2-3 dəqiqə sonra Seymur əlində boz rəngli latun samovarı götürüb gətirmiş, onlar köməkli həmin samovarı avtomobilin arxa yük-baqaj hissəsinə qoyduqdan sonra oradan Sabirabad şəhərinə - Seymurgilin həyətinə tərəf yola düşmüş, yolda gedərkən baqajın örtülmədiyini görüb saxlamış, onlar aşağı düşmüşlər. Baqajda olan dəmirlərdən avtomobilin salonuna yığmış, baqajı örtmüş, bundan sonra samovarın oğurluq olduğunu Seymura bildirmişdir. Seymurgilin həyətinə gəlmiş, bundan sonra Seymura nəvəsinin xəstə olduğunu deyib Yevlax rayonuna qayıdacağını bildirmiş, başqa adamlardan da aldığı metal əşyaları da öz avtomobilinə yükləmişdir. Getməmişdən əvvəl Seymur ondan pul verməsini istədikdə sonuncuya üzərində pul olmadığını deyib Yevlax rayonuna çatdıqdan sonra siqaret alması üçün 5 manat pul göndərəcəyini demişdir. Sonra həyat yoldaşı Rahilə ilə birlikdə həmin gün saat təxminən 18 radələrində çıxıb getmiş, həmin gün axşam Seymurdan ona bank kartı atmasını istəmiş, sonra Seymurun ona göndərdiyi həmin karta Yevlax şəhərində yerləşən marketlərin birindən 5 manat pul göndərmişdir. Samovar da avtomobildə qalmış, bundan 2 gün sonra, yəni 08 iyul 2024-cü il tarixdə axşam saatlarında dəqiq saatı yadında qalmayan vaxtda Seymurun anası Familə ona zəng edib samovarın oğurluq olduğunu öyrənmiş, bununla bağlı Seymuru Sabirabad RPŞ-nə çağırdıqlarını, təcili samovarı geri qaytarmalı olduğunu bildirmişdir. Növbəti gün, yəni 09 iyul 2024-cü il tarixdə səhər saatlarında dəqiq saatı yadında qalmayan vaxtda özünə məxsus avtomobil ilə Seymurgilə gəlmiş, samovarı Seymur ilə birlikdə Əsədli kəndinə aparıb, orada məscidə baxan adını sonradan öyrəndiyi Vahid adlı şəxsə vermiş, sonra Seymuru yaşadığı evə gətirib düşürdükdən sonra oradan Yevlax şəhərinə qayıtmışdır. Təxminən 3-4 gün sonra Seymurun buraxıldığını ailə üzvlərindən eşitmiş, bundan sonra Seymurgil ilə gedib-gəlişi kəsilmişdir. Həmin vaxtdan etibarən bir daha Sabirabad rayonuna gəlməmiş, 2024-cü ilin noyabr ayının əvvəllərində ona zəng gəlmiş, tanımadığı nömrədən danışan şəxs onu Sabirabad RPŞ-nə dəvət etmişdir. O da xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-nə gəlmiş, Sabirabad RPŞ-də olarkən Seymurla etdiyi oğurluğun bağlanmadığını, bununla bağlı cinayət işinin başlandığını öyrənmişdir. Seymurun yalan danışdığını, Seymura samovarı avtomobildə qoyduqdan sonra oğurluq olduğunu demədiyini, oğurluq edəcəklərini əvvəlcədən bildirdiyini qeyd etmişdir. Seymurun yalan danışdığı, sonuncunun samovarın oğurluq olduğunu bildiyini, onlar Məscidə gedərkən orada Seymurun dediyi kimi hər hansı bir mühafizəçi olmadığını, Seymur həmin şəxsi öz beynindən uydurduğunu, elə bir adam Məsciddə olmadığını, Seymura samovar aldığını demədiyini, samovar oğurlamağı təklif etdiyini, Seymurun da onunla razılaşdığını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ifadəsinin sonunda zərərçəkmiş şəxsə dəymiş ziyanın əvəzinin tam ödəməsi, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmaması, əməlindən peşmançılıq hissi keçirməsi və ailəli olması hallarını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, atası X1 yerləşən Məscidə nəzarət etmiş və hazırda yaşlı olduğundan o da atasına köməklik etmişdir. 07 iyul 2024-cü il tarixdə günorta saatlarında Məscidə nəzər yetirən zaman, özünün təxminən 4-5 il bundan öncə rayon bazarından aldığı və ehsanların verilməsində istifadə edilən, Məscidin giriş hissəsinin sağ tərəfində olan açıq mətbəxdə masanın yanında qoyulmuş, 1 ədəd iri çay samovarının yerində olmadığını görmüş, Məsciddə olan kameralara baxdıqda xx.xx.2024-cü il tarixdə bir nəfər şəxsin Məsciddə olan samovarı qucağına götürüb apardığını görmüşdür. Həmin şəxsə baxsa da, kim olduğunu bilməmiş, ona görə də xx.xx.2024-cü il tarixdə Sabirabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, məsciddən samovarın oğurlanmasını bildirmiş, həmin vidoegörüntüləri istintaqa təqdim etmişdir. Məsciddən samovarı Sabirabad şəhər sakini Seymur adlı şəxs və Yevlax şəhərindən olan Cavanşir adlı şəxslər tərəfindən oğurlandığını eşitmiş, həmin şəxsləri əvvəlcədən tanımamış, onlarla arasında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Məsciddən oğurlanmış latun samovarı təxminən 3-4 il bundan əvvəl 800 manata Sabirabad rayon bazarından hazırda xatırlmadığı şəxsdən almış, həmin samovar yerli istehsal olmaqla kənd Məscidində saxlanılsa da, onun özünə məxsus olmuşdur. Zərərçəkmiş şəxs qızı ifadəsinin sonunda təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını qeyd edib, bu barədə məhkəməyə ərizə təqdim edərək, onlara hansı cəza növünün təyin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş şahidlər Şahid2 (təqsirləndirilən Təqsirləndirilən şəxs1 anası) və X5 (təqsirləndirilən Təqsirləndirilən şəxs2 arvadı) Azərbaycan Respublikası CPM-nın 328.2.1ci maddəsi ilə müəyyən edilmiş hüquqlarından istifadə edərək yaxın qohumları olan təqsirləndirilən şəxslərin əleyhinə ifadə verməkdən imtina etmişlər. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayətini törətmələri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmişin və özlərinin etirafedici ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onların cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materillarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işi materiallarında olan Sabirabad Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Yevlax Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun təqsirini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət törətməsini, ailəli olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onların islah olunması mümkündür və onlara təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkməsi müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, təqsirləndirilən şəxslər barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalısını, iş üzrə maddi sübutun qiymətləndirilməsini əsaslı hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381-384cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilmiş 1 ədəd samovarın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası təqsirləndirlən şəxslərin yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbələrinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-49/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-49/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver