Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-5/2023 31.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan X4 qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Sabirabad rayonu Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu Qaraqaşlı kəndində qeydiyyatda olan və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 11 may 2022-ci il tarixdə, saat 12 radələrində yaşadığı Sabirabad rayonu Qaraqaşlı kəndində işlətdiyi bərbər salonunda olarkən, xx.xx.2015-ci ildə anadan olmuş azyaşlı Zərərçəkmiş şəxs məktəbdən gəldiyini və dincini almaq üçün salonun yaxınlığındakı qaz borusunun üstündə oturduğunu görüb sonuncuya yaxınlaşaraq, istifadəsində olan “Samsung 03s” markalı mobil telefonunun ekranında, qadının oynayaraq açıq şəkildə döşlərini, arxasını göstərməsi, oral yolla cinsi əlaqəsi, anal yolla cinsi aktını həyata keçirməsi, bu videoya baxan şəxslərdə qıcıqlanma, ehtiras və ikrah hissinin yaranması kimi hallara səbəb olan pornoqrafik xarakterli video görüntü nümayiş etdirib göstərməklə, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, şübhəli və təqsirləndirilən şəxs qismində ilkin dindirməni təziq altında verdiyini, döyülərək boynuna qoyulduğunu, Zərərçəkmiş şəxs ümumiyyətlə görmədiyini, sonuncuya əxlaqsız video nümayiş etdirmədiyini bildirdi və barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin ifadəsinə uyğun ifadə verərək, iki tayfa arasında qərəzli münasibətlər mövcud olduğunu, müvəkkilinin bu münasibətlərdə qurban seçildiyini, onun tərəfindən azyaşlı Rüqəyyaya qarşı hər hansı əxlaqsız hərəkətlərə yol verilmədiyini, istitnaq orqanında ifadəsinin döyülmə nəticəsində əldə edildiyini bildirib, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında elan edilən Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, Sabirabad rayonu Qaraqaşlı kəndində atası Qanuni nümayəndə və anası Şahid2 ilə birlikdə yaşayır. O, Sabirabad rayonu Qaraqaşlı kənd orta məktəbinin 1 A sinfində oxuyur, birinci gündən beşinci günə qədər hər gün saat 08 radələrində məktəbə gedir, 12 radələrində isə məktəbdən qayıdır. Həmişəki kimi 11 may 2022-ci il tarixdə saat 12 radələrində məktəbdən tək çıxaraq evə tərəf gəlmiş, həmin vaxt həmkəndlisi, sonradan adını bildiyi Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yorğunluğunu almaq üçün qaz turbasının üstündə oturmuşdur. Bu zaman Təqsirləndirilən şəxs onun yanına gəlmişdir. Təqsirləndirilən şəxs yanına gəldikdən sonra əlini onun başına çəkib, ondan adının nə olduğunu soruşmuş, o, Şahinə adının Rüqəyya olduğunu demişdir. Sonra ondan kimin qızı olduğunu soruşmuş, o da Həmidin qızı olduğunu demişdir. Daha sonra Təqsirləndirilən şəxs ondan neçənci sinifdə oxuduğunu soruşmuş, o da 1-ci sinifdə oxuduğunu bildirmişdir. Bundan sonra Şahin cibindən mobil telefonu çıxarıb ona video göstərmişdir. Videoda bir nəfər qadın, bir nəfər də kişi olmuş, kişi və qadının hər ikisi paltarsız olmuşlar. Şahin həmin videonu ona göstərəndə qadın və kişinin əyinlərində paltar geyinmədiyinə görə ayıb bilib Şahinin yanından məktəbə tərəf qaçıb gizlənmiş, Təqsirləndirilən şəxs dalınca gəlmədiyini görüb evlərinə gəlmişdir. Evə gəldikdən sonra Şahinin hərəkətləri barədə anasına danışmışdır. Anası da atasına bu barədə demişdir. Bundan sonra atası Qanuni nümayəndə əmisi ilə birlikdə Şahinin yaşadığı evlərinə getmişlər və Şahinlə birlikdə Sabirabad rayon polis şöbəsinə gəlmişlər. Şahin əli ilə yalnız onun başına sığal çəkmiş, həmin vaxt ona qarşı zor tətbiq etməmiş və heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Qaraqaşlı kəndində qızı Zərərçəkmiş şəxs və arvadı Şahid2 ilə birlikdə yaşayır. O, rəsmi olaraq heç yerdə işləmir, ailəsini dolandırmaq məqsədi ilə Bakı şəhərində elektrik ustası kimi fəaliyyət göstərir. O, 2020-ci il tarixdə İİ Qarabağ müharibəsində iştirak etmiş və ağır yaralanmışdır. 11 may 2022-ci il tarixdə Sabirabad rayon polis şöbəsinə ərizəni özü yazmışdır. Belə ki, qızı Zərərçəkmiş şəxs 2015-ci il təvəllüdlüdür, Sabirabad rayonu Qaraqaşlı kənd orta məktəbinin 1 A sinfində oxuyur. 11 may 2022-ci il tarixdə arvadı Şahid2 həmin gün günorta saatlarında ona məlumat verərək, həmkəndlisi Təqsirləndirilən şəxs qızı Rüqəyyaya qarşı əxlaqsız video göstərdiyini bildirmiş, o, həmin vaxt Bakı şəhərində işlədiyindən təcili olaraq evə gəlmişdir. O, evə gəldikdən sonra qızı Rüqəyyadan hadisə barədə soruşmuş, Rüqəyya ona demişdir ki, 11 may 2022-ci il tarixdə saat 12 radələrində məktəbdən tək çıxaraq evə tərəf gələn vaxt, həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yorğunluğunu almaq üçün qaz turbasının üstündə oturmuşdur. Bu zaman Təqsirləndirilən şəxs da Rüqəyyanın yanına gəlib yanında oturmuşdur. Şahin əlini Rüqəyyanın başına çəkib, ondan kimin qızı olduğunu soruşmuş, Rüqəyya da onun qızı olduğunu demişdir. Daha sonra Rüqəyyadan neçənci sinifdə oxuduğunu soruşmuş, Rüqəyya da 1-ci sinifdə oxuduğunu bildirmişdir. Bundan sonra Şahin mobil telefonu çıxarıb Rüqəyyaya video göstərmiş, Rüqəyyanın deməsinə görə videoda bir nəfər qadın və bir nəfər kişi olmuş, qadın və kişinin əynində paltarları olmamışdır. Şahin həmin videonu Rüqəyyaya göstərəndə, Rüqəyya qadın və kişinin əynində paltar olmadığından ayıb olduğunu bilib Şahinin yanından qaçıb əvvəlcə məktəb istiqamətinə getmiş, Şahinin getdiyini gördükdən sonra qaçıb evə gəlmiş və bu barədə arvadı Zivərə danışmışdır. Bundan sonra o, Rüqəyya, qardaşı Seyfəli, qaynı Fədai ilə birlikdə Şahinin yaşadığı evlərinə getmiş və Şahinə belə bir hadisənin baş veribverməməsini soruşmuşdur. Şahin belə bir hadisənin baş vermədiyini demişdir. Daha sonra Şahinin mobil telefonuna baxmış və telefonunda porno videolar olduğunu görmüşdür. O, Şahindən telefonundakı videolar barədə soruşanda, Şahin ona hər cavan oğlanın telefonunda porno videolar olduğunu demişdir. Həmin vaxt həmkəndlisi Şahid1 idarə etdiyi avtomobillə yanlarından keçəndə, Fədai Qoşqara zəng edib olduqları yerə gəlməsini demişdir. Qoşqar da gəldikdən sonra, Şahinə polisə getməyi demişlər. Daha sonra Şahin və onlar avtomobilə əyləşmiş və birbaşa polisə gəlmişlər. Polis şöbəsinə daxil olan kimi, onların yanında Şahin qızı Zərərçəkmiş şəxs öz mobil telefonunda əxlaqsız video göstərdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, X8 şahid Qanuni nümayəndə ifadəsini uyğun ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Sabirabad rayonu Qaraqaşlı kəndində ailəsi birlikdə yaşayır. Zərərçəkmiş Zərərçəkmiş şəxs onun bacısı qızıdır. 11 may 2022-ci il tarixdə saat 13 radələrində evdə olan zaman bacısı Zivər İsgəndərova ona həmkəndliləri Təqsirləndirilən şəxs qızı Rüqəyya qarşı əxlaqsız video göstərdiyini bildirmiş, o da Həmidin qardaşı Seyfəli və anası Dilarə İsgədərova və Rüqəyya ilə birlikdə onların evlərinə getmişlər. Ondan əvvəl Seyfəli Rüqəyya ilə birlikdə Şahingilə getmişdir. Onlar Şahindən bu cür hadisənin olub-olmamasını soruşmuşlar. Şahin belə hadisənin olmadığını bildirmiş, daha sonra Həmid Bakı şəhərində olduğundan, ona zəng edib Bakıdan çıxdığını və özünün gələcəyini demişdir. Bundan sonra onlar evə getmişlər. Həmid gəldikdən sonra, o, Həmid, Seyfəli və Rüqəyya yenidən Şahingilin küçələrinə getmişlər. Həmid də Şahindən belə bir hadisənin olubolmadığını soruşmuş, Şahin ona da olmadığını va mobil telefonunda da əxlaqsız videoların olmadığını demişdir. Həmid də Şahindən telefonunu ona verməsini tələb etmiş, Şahin öz telefonunu Həmidə vermiş, Həmid telefona baxdıqdan sonra telefonda əxlaqsız videolar aşkar etmişdir. Həmin vaxt Şahin Həmidə telefonunda olan əxlaqsız videoların köhnə videolar olduğunu demiş, həmkəndliləri Şahid1 onlar olduğu tərəfdən keçdiyini görüb ona zəng edib, onun onların yanına gəlməsini xahiş etmişdir. Qoşqar da öz avtomobili ilə onların yanına gəlmişdir. Qoşqar gəldikdən sonra belə qərara gəlmişlər ki, Şahinlə birlikdə polis şöbəsinə getsinlər. Ona görə də Qoşqar Şahinə avtomobilə oturmasını demiş və onlar birlikdə Qoşqarın avtomobili ilə Sabirabad rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gələn kimi Şahin Rüqǝyyaya əxlaqsız video göstərdiyini etiraf etmiş və peşman olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində cəlb edilmiş və dindirilmiş X17 bildirdi ki, 11 may 2022-ci il tarixində evdə olarkən azyaşlı Rüqəyyanın nənəsi ilə əmisi onların evinə gəlmiş, əmisi Seyfəli Şahinə yaxınlaşaraq Şahinə birbaşa Rüqəyyaya etikaya uyğun olmayan video göstərdiyini bildirmiş, bu zaman o, müdaxilə edərək Seyfəliyə nə danışdığını bildirmiş, sonra nənəsi gələrək Şahini göstərməklə uşağa demişdir ki, şapkalı saqqallı adam dediyi bu şəxsdir? Rüqəyya isə bəli deyə cavab vermişdir. O, Rüqəyyadan hadisə barədə soruşduqda Rüqəyya qorxub evə qaçdığını bildirmişdir. Həmin günü Rqəyyanın atası, əmisi və dayısı Şahini məcbur polis şöbəsinə aparmışlar. Şahin tutulduqdan sonra həmin günü onlar Rüqəyyagilə gedərək evin böyükləri ilə barışıq əldə etməyə cəhd etmişlər. Bunu isə onlara polis əməkdaşları bildirmişdir ki, barışıq olarsa Şahin azadlığa çıxa bilər. Ona görə də onlar Həmidin evinə getmişlər. Hadisə günü Həmid onların evinə gəlib Şahindən telefonunda pornoqrafik video olub-olmadığını soruşmuş, Şahin olmadığını bildirdikdə onun telefonunu alıb baxış keçirmiş və telefonda bir dənə video tapmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində məhkəməyə dəvət edilmiş və şahid qismində dindirilmiş ibtidai istintaqı aparmış müstəntiq X14 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon istintaq orqanında qalmış olsa da, maddi sübut kimi tanınmamışdır. Telefonun maddi sübut kimi tanınmasına lüzum belə olmamışdır. Belə ki, təqsirləndirilən şəxs ilkin dindirmə zamanında əməlini etiraf etmiş, özünə məxsus telefonda olan videonu göstərərək həmin videonu nümayiş etdirdiyini bildirmiş, təqsirləndirilən şəxs göstərilən xüsusatları etiraf edərkən onun tərəfindən videoçəkiliş həyata keçirilmişdir. Buna görə də təqsirləndirilən şəxsin göstərmiş olduğu videogörüntü CD diskə köçürülmüş və həmin disk maddi sübut kimi tanınmışdır. Telefon gələcəkdə məhkəmə araşdırması zamanı üzə çıxa biləcək və zəruri olacaq hər hansı hal olması ehtimalı əsasında onun tərəfindən seyfdə saxlanılmışdır. Təqsirləndirilən şəxs həbs edildikdən sonra onun “vvhatsapp” mobil tətbiqində hər hansı şəxsin statusuna baxılmış olması məsələsinə gəldikdə isə, aradan uzun müddət keçdiyinə görə dəqiq xatırlamasa da, yəqin ki, telefona baxış keçirilməsi zamanı təsadüf əl toxunması nəticəsində baxılmış kimi qeydə alınmışdır. Telefonun şifrəsinin dəyişdirilməsi ehtimalı ilə bağlı söyləntilərə gəldikdə isə bu hal mümkün deyildir. Çünki telefon onda qaldığı zaman şifrəni bilmiş olsa da, araşdırma müddətindən sonra həmin telefona toxunulmamışdır. O, hazırda da mobil telefonun şifrəsini xatırlamır. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1286 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçilik, zirəklik, fəallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosional vəziyyətində həyəcan, qorxu yaranmışdır. Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı cinayət xarakterli hərəkətlər edilərəkən fərdi-psixi xüsusiyyətlərinə görə müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs azyaşlı olduğundan ona qarşı edilən seksual hərəkətin mahiyyətini dərk etmək qabiliyyətinə malik deyildir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1292 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə sənətşünaslıq psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 11/282 saylı rəyindən görünür ki, 01 ədəd diskdə təqdim edilmiş olan “xvideos.com- 22a302215a02d16b5d37c36” adlı videogörüntü pornoqrafik xarakterlidir. Məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3470 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə: Aparılmış eksperimental-psixoloji müayinənin naticalarindan görünür ki, X1 əqli və psix inkişafı normayauyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün ahamiyyat kəsb edən hallan qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. İİ. Yekun hissəsi. Cinayət işi materiallannin təhlili və aparmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandınır 1-ci sual: Zərərçəkmiş şəxs X5 özündən uydurmaya meyillidirmi? Cavab: X2 özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmadı. 2-ci sual: Zərərçəkmiş şəxs X11 qizi hansı fərdi xüsusiyyətlərə malikdir? Cavab: X5 fərdi-psixi xüsusiyyətlərinə görə ekstraverta (psixi fəaliyyətin xarici alama yönəlməsi) daha yaxındır. Ünsiyyətcillik, zirəklik, fəallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. 3-cü sual: Zərərçəkmiş şəxs X6 hadisə zamanı hansı psixi vəziyyətdə olmuşdur? Cavab: Zərərçəkmiş şəxs X3 hadisə zaman hansı və hadisədən bilavasitə sonra psixiemosional vəziyyətində həyacan, qorxu yaranmışdır. 4-cü sual: Zərərçəkmiş şəxs hadisə zaman ona qarşı cinayət xarakterli hərəkətlər edilərkən yaşına və keçmiş olduğu emosional gərginlik halına görə, müqavimət göstərmək qabiliyyətinə malik olub-olmaması, habelə həmin vaxt ona qarşı olan seksual hərəkətin mahiyyətini dərk edibetməməsini müəyyən edilsin. Cavab: Zərərçəkmiş şəxs X6 hadisə zamanı ona qarşı cinayət xarakterli hərəkətlər edilərkən fərdi-psixi xüsusiyyətlərinə görə müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Belə ki, söylədiyinə görə həmin şəxsin əlini kənara itələyərək qaçıb gizlənmişdir. Zərərçəkmiş şəxs azyaşlı olduğundan ona qarşı edilən seksual hərəkətin mahiyyətini dərk etmək qabiliyyətinə malik deyildir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə kompüter-texniki ekspertizasının 26 yanvar 2023-cü il tarixli 5/1664 saylı rəyindən görünür ki, 1.Təqdim edilmiş bir ədəd sensor ekran və "Android" amoliyyat sistemi ilə təhciz olunmuş Samsung Galaxy A03s" markalı arxa məlumat lövhesinə görə "SM-A037F/DS modelli 3677xx/xx/430341/3, 3596xx/xx/430341/8" imel kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş qrafik olan ekran kilidinə ekspertizanın təyini haqqında qərarda göstərilen 1-7-9-6-5-2 şifrələri tətbiq edilsədə şifranin düzgün olmaması açarla mühafizə müəyyən olundu. 2.Təqdim edilmiş Samsung Galaxy A03s markalı arxa məlumat lövhəsinə görə "SM- A037F/DS modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş "Qrafik açar ilə mühafizə olunan ekran kilidini keçmək üçün "UFED TOUCH 2" markalı qurğuya qoşduqda qurğunun program təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatlan silmədən ekran kilidini sıfırlamaq üçün axtarılan modelə dair texniki imkanın olmaması müəyyən edildi.
3. Tədqiq olunan mobil smartfonun ekran kilidi mövcud olduğu halda daxilində olan məlumatları götürmək üçün alternativ metodlar ("X22 məlumatlarının əldə edilməsi metodu (X23)") tətbiq edilsədə prosesin mobil telefon tərəfindən dəstəklənməməsi səbəbindən cihaz yaddaşında ola biləcək məlumatlar üzrə tədqiqat işinin aparılması mümkün olmamışdır. 4.Rəyin "Tədqiqi hissəsi'nin 2-ci və 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş "Samsung Galaxy A03s" markalı arxa məlumat lövhəsinə görə "SM-A037F/DS" modelli mobil smartfona istifadəçi tərəfində tətbiq edilmiş "Qrafik açar mühafizə olunan (parol- password) ekran kilidini keçmək mümkün olmadığından ekspertizanın təyini haqqında qərarda ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat işi aparılmadı. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadələri, həmçinin, digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 153.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs özünü təqirli bilməməsi barədə ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət işinin istintaqı zamanı vermiş olduğu ifadə ilə sonradan vermiş olduğu ifadələr bir-birinə ziddiyyət təşkil edir. Odur ki, təqsirləndirilən şəxsin hazırki ifadəsi səmimi və həqiqət kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxsin hazırki ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayonu Quruzma kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, yaşadığı ərazi üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını, həmçinin, himayəsində bir azyaşlı uşağının olmamasını təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş əməlin xarakterini, onun ilk dəfə cinayət törətməsini, yaşadığı ərazi üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmaması eyni zamanda təyin ediləcək cəzanın ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, CMnin istinad edilən 153.2-ci maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğunu və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 153.2-ci maddəsində nəzərdə tutulan hədd daxilində, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə cəzaçəkmə müəssisəsinin növünü müəyyən edilməsi ilə əlqədar qeyd edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin 4(056)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkmə müəddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, iş üzrə maddi sübut - bir ədəd diskə köçürülmüş “xvideos.com- 22a302215a02d16b5d37c36” adlı videogörüntünün iş materiallarına əlavə edilməsi nəzərə alınmalı və iş materiallarında saxlanmalı, iş üzrə 223 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 357.0.4 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 223 (iki yüz iyirmi üç) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - bir ədəd diskə köçürülmüş “xvideos.com- 22a302215a02d16b5d37c36” adlı videogörüntünün iş materiallarına əlavə edilməsi nəzərə alınmaqla həmin maddi sübut iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.