Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-5/2025 31.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X13 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1956-cı ildə Füzuli şəhərində anadan olmuş, evli, ali təhsilli, məhkum olunmamış, Sabirabad RMX-nin PHŞ-nin X3 direktoru vəzifəsini müvəqqəti icra etmiş və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə vəzifədən kənarlaşdırılan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri və vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mahmudova X6 Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin X3 həkim mama-ginekoloqu vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın 24, 25 maddələrinə əsasən, müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq xəstənin ambulator aparılması taktikasını və müayinə planını hazırlamalı, anemnezə, klinik müşahidə və müayinə, həmçinin, klinik-laborator tədqiqatların nəticələrinə əsasən, diaqnozu müəyyənləşdirməli, ginekoloji xəstəliklərin, hamiləlik və doğuşların, doğuşdan sonrakı dövrün fəsadlarının qarşısının alınması və azaldılması üzrə profilaktik tədbirlərin keçirilməsində iştirak etməli olduğu halda işinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin 24.1-ci bəndinin tələblərini pozmaqla, xx.xx.2023-cü il tarixdə saat 23:00-da “H2D1A0; 39 həftə hamiləlik, baş gəlişi, çoxsululuq, preeklampsiya” diaqnozu ilə X4 müraciət edən Zərərçəkmiş şəxs, doğuşdan öncəki vəziyyətini düzgün qiymətləndirib dölün uşaqlıq boynunda duruşu və gəlişinin müəyyən edilməsi üçün zəruri olan müayinə üsullarını seçməyərək, dölün ana bətnində kəskin hipoksiya vəziyyətində olması “Köndələn qasıqüstü orta aşağı kəsiklə Laparotomiya” cərrahiyyə əməliyyatının dərhal icra edilməsi üçün tibbi göstəriş olduğu halda, əməliyyatın icrasını gecikdirib xx.xx.2023-cü il tarixdə saat 07:35-da icra edib vaxtında dölün ana bətnindən götürülməsini təmin etməməklə, ana bətnindən vaxtında götürülməyən dölün bətndaxili hipoksiyanın postanatal asfiksiyaya keçməsi fonunda kəskin ağciyər ürək çatışmazlığından əməliyyatdan qısa müddət sonra perinatal mərkəzdə ölməsindən ibarət ağır nəticələrə səbəb olan səhlənkarlıq etmiş, daha sonra törətdiyi cinayət əməlinin ictimai təhlükəli nəticələrini görüb cinayət məsuliyyətindən yayınmaq niyyətilə öz səhlənkarlıq hərəkətlərini ört-basdır etmək üçün Zərərçəkmiş şəxs doğumunun gedişini və nəticələrini əks etdirən və rəsmi sənəd hesab edilən 001626 nömrəli “Doğum tarixi” sənədinə Zərərçəkmiş şəxs bətnində olan dölünün Perinatal Mərkəzə daxil olakrən diri olması məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 51 nömrəli, komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli KEŞ-981 nömrəli, əlavə komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 290/KEŞ nömrəli rəyləri, şahid ifadələri və 001626 nömrəli doğum tarixinin “Qəbulda hamilənin müayinəsi” vərəqəsində “Dölün ürək döyünməsi: yeri” qrafasının qarşısında yazılmış “Eşidilir 180” xətt və rəqəm nümunələri ilə təsdiq edildiyi halda guya ki, onun tərəfindən aparılmış müayinə zamanı bətndaxili dölün ölü olması barədə 03 noyabr 2023-cü il tarixdə Perinatal Mərkəzin qəbul otağında “ölü döl” qeydi yazıb rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Qeyd edilən hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci və 313-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313 və 314.2-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdən 2023-cü ilin dekabr ayının 5-ə qədər “Sabirabad RMX”də PHŞ-nin X8 həkim mama-ginekoloq vəzifəsində işləmiş, dekabr ayının 5-i tarixdən isə Perinatal Mərkəzin müdiri vəzifəsində işləyir. Sabirabad rayonu Zəngənə kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 09:00-dan xx.xx.2023-cü il saat 09:00-a qədər Sabirabad RMX-də növbətçi həkim olmuş, xx.xx.2023-cü il tarixdə axşam saat 23:00-da Zərərçəkmiş şəxs “H2D1A0; 39 həftə hamiləlik, baş gəlişi, ölü döl, çoxsululuq, preeklampsiya” diaqnozu ilə RMX-yə daxil olmuşdur. Zərərçəkmiş şəxs doğum evinə qəbul edilərkən tərəfindən həmin şəxs zəruri müayinələrdən keçirilmiş, onun uşaqlıq dibinin hündürlüyü, girəcək hissə, dölün ürək döyüntüsü müayinə edilmiş, ondan ümumi qanın və sidiyin analizi, Hepatit B,C, HİV və RW analizləri götürülmüşdür. Ana RMX-yə daxil olduğu zaman KTQ aparatı ilə dölün ürək döyüntüləri müayinə edilmiş və dölün ürək döyüntüsü eşidilməmişdir. Bu barədə anaya məlumat verilmişdir. Daha sonra ananın uşaqlıq boynunda açılış təbii doğuş üçün kifayət qədər olmadığından doğuşu həyata keçirmək mümkün olmamış və o, dölü ana bətnindən götürmək üçün gözləmişdir. Zərərçəkmişin xəstəlik tarixini də sonradan yox, sənəddə qeyd edilən vaxtlarda tərtib etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 06:00-da ananın uşaqlıq boynunda 7-8 sm açılış olmuş və bu zaman uşağın üz gəlişi gəldiyini görmüşdür. Bundan sonra ananı mühafizə etmək məqsədilə doğuşun təbii yolla sonlandırılmasının mümkün olmadığını anlamış və qeysərriyə kəsiyi cərrahi əməliyyatı ilə doğuşu sonlandırmaq qərarına gəlmişdir. Üz gəlişi diaqnozunu ana xəstəxanaya daxil olduğu zaman uşaqlıq boynunda açılış olmadığına görə təyin edə bilməmiş və yalnız səhər saatlarında açılış olduqdan sonra həmin diaqnozun qoyulması mümkün olmuşdur. Uşağın üz gəlişi olduğunu bildikdən sonra Zərərçəkmiş şəxs müalicə həkimi Şahid1 zəng edərək onu xəstəxanaya çağırmış, Şahid1 xəstəxanaya gəldikdən sonra Zərərçəkmiş şəxs dərhal əməliyyata alınmış və onun üzərində qeysəriyyə kəsiyi cərrahi əməliyyatı icra olunaraq saat 07:40-da ölü uşaq ana bətnindən götürülmüşdür. Döl ana bətnindən götürüldükdən sonra həkim neonatoloqa təhvil verilmiş, o da dölün ölü olduğunu təsdiq etmişdir. O, doğuşu təbbi yolla sonlandırmaq istəmiş, ana bətnində dölün ölü olduğunu bildiyinə görə ananın həyatını riskə atmaq istəməyərək əməliyyata almaq istəməmiş, sadəcə ananın uşaqlıq boynunda doğuş üçün kifayət qədər açılış olmadığından xx.xx.2023-cü ilin səhər saatlarına qədər gözləmiş, səhər saatlarında 7-8 sm açılış olduqdan sonra uşağın üz gəlişi olduğunu görmüş və bundan sonra doğuşun təbbi yolla sonlandırılmasının mümkün olmadığını anlamışdır. Ana xx.xx.2023-cü il tarixdə RMX-yə daxil olan zaman axşam saatları olduğundan ananı USM müayinəsi etmək mümkün olmamışdır. Bundan başqa, həmin gün onun ürək döyüntüləri doğum evində qəbul otağında KTQ aparatı ilə tərəfindən müayinə edilmiş və ananın bətnindəki uşağın ürək döyüntüləri eşidilməmişdir. xx.xx.2023-cü il tarixdə qəbulda hamilənin bətnindəki dölün ürək döyüntülərini müayinə etdiyi zaman Şahid5 və Nuranə Muxtarlının onun yanında olub-olmadıqlarını xatırlaya bilmir. Şahid5 tərəfindən həmin tarixçədə qəbulda hamilənin müayinəsi vərəqində Eşidilir 180 ifadəsinin hansı səbəbə yazıldığından da xəbərsizdir. Zərərçəkmiş şəxs RMX-yə daxil olduğu zaman onun bətnindəki uşaq ölü olmuş, buna görə də ölü dölü təbii yolla götürmək istəmiş, lakin ananın uşaqlıq boynunda açılış 2 sm olduğundan doğuşu icra edə bilməmiş, uşaqlıq boynunda açılışın artması üçün ananı palataya alaraq gözlətmiş, xx.xx.2023-cü il tarixdə səhər saatlarında uşaqlıq boynunda açılış 7-8 sm olduqdan sonra uşağın üz gəlişi gəldiyini görmüş və bundan sonra ana üzərində qeysərriyə kəsiyi əməliyyatı icra edərək dölü götürmək qərarına gəlmişdir. Həmin vaxta qədər isə uşağın üz gəlişi gəldiyini müəyyən edə bilməmişdir. O, vəzifə saxtakarlığını, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməmiş, onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməmiş, həmçinin səhlənkarlıq etməmiş, işə laqeyd yanaşmamış, öz xidməti vəzifəsini vicdanla yerinə yetirmişdir. Dölün ölü olduğunu, doğuşda iştirak edən anestozoloq həkim Şahid6 , cərrahiyə əməliyyatını icra edən həkim Şahid1, növbətçi həkim neontoloq Şahid8 Sadiq qızı da təsdiq edə bilərlər. O, həmçinin, ifadəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 51 nömrəli, komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli KEŞ-981 nömrəli, əlavə komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 290/KEŞ nömrəli rəylərində uşağın doğularkən diri olması barədə rəyi ilə razı olmadığını, tibbi müayinələr zamanı dölün ciyərlərində havanın olmasını cərrahiyyə əməliyyatından sonra götürülmüş dölün nəfəsini bərpa etmək məqsədi ilə ambu vasitəsi ilə ona ağızdan vurulmuş havanın nəticəsində olduğunu qeyd etmişdir. Həmçinin, qeyd etmişdir ki, dölün ana bətnində ölməsinə səbəb onun əməliyyatı gecikdirməsi yox, dölünana bətnində olarkən boğazına ciftin dolaşması olmuşdur. Bu faktı zərərçəkmiş özü də təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin vəzifə saxtakarlığını, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil etməməsi, onların həqiqi məzmununu təhrif edən düzəlişlərin etməməsi, həmçinin səhlənkarlıq etməməsi, işə laqeyd yanaşmaması, öz xidməti vəzifəsini vicdanla yerinə yetirməsi və həmçinin, ittihamı qəbul etməməsi barədə yuxarıda qeyd etdiyi ifadəsini digər araşdırılmış sübutlar və qanunvericiliyin müddəaları ilə əlaqəli şəkildə araşdırıb hüquqi qiymət verərək hesab edir ki, onun bu ifadəsi məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır, digər sübutlarla təkzib olunur. Odur ki, məhkəmə tərəfindən qəbul edilmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri iş üzrə dinrilimiş zərərçəkmiş şəxsin, qismən şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci ilin 30 dekabr tarixində Zəngənə kənd sakini Şahid3 ilə ikinci ailə həyatını qurmuş və oğlan uşağına hamilə qalmışdır. Hamiləlik müddətində onun müalicəsini həkimi Şahid1 etmiş, müayinələr üçün vaxtı-vaxtında onun yanına getmiş və həmin müddət ərzində bətnindəki uşaqda hər hansı bir patologiya olmamışdır. xx.xx.2023-cü il tarixdə axşam saat 10 radələrində evdə olduğu zaman doğuş sancılarını hiss etmiş, bundan sonra əri Şahid3 ilə birlikdə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Saat 23 radələrində RMX-yə daxil olmuş, xəstəxanaya daxil olduqdan sonra növbətçi həkim mama-ginekoloq Təqsirləndirilən şəxs onu qəbul etmişdir. Sonra Təqsirləndirilən şəxs göstərişi əsasında xəstəxanada qəbul şöbəsində əyləşən tibb bacısı Lamiyə xanım onun bətnindəki uşağın ürək döyüntülərini aparatla yoxlamış və uşağın ürək döyüntülərinin eşidildiyini hər hansı bir problem olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs bundan sonra onu müayinə etmiş və uşaqlıq boynunda açılış az olduğuna görə onu Nuruş adlı tibb bacısına tapşıraraq palataya yerləşdirmişdir. Bundan sonra, tibb bacısı sancılarının güclənməsi üçün Təqsirləndirilən şəxs göstərişi əsasında ona 30 dəqiqə fasilə ilə iki ədəd dil altına qoymaq üçün dərman preparatı vermiş, həmin dərman preparatlarından sonra onun sancıları şiddətlənmişdir. Sancıları getdikcə şiddətlənmiş, lakin həkim Təqsirləndirilən şəxs onun yanına gələrək onu müayinə etməmişdir. Bir müddət sonra onun suyu gəlməyə başlamış, lakin yenə də ona məhəl qoyan olmamışdır. Daha sonra uşaqlıq yolundan qan gəlməyə başlamışdır. Şiddətli sancılarla su və qan gəlmiş vəziyyətdə saatlarla ağrılar içində palatada qalmışdır. Gecə saat 04 radələrində Təqsirləndirilən şəxs yarı yuxulu vəziyyətdə palataya daxil olmuş və ona baxdıqdan sonra əsəbləşərək tibb bacısını çağırmışdır. Bundan sonra, Lamiyə xanım aparatı gətirmiş və onun ürək döyüntülərini yoxlamışlar. Dölün ürək döyüntüləri yoxlandıqdan sonra Lamiyə Təqsirləndirilən şəxs uşağın ürək döyüntülərinin zəifləməyə başladığını bildirmiş, bu zaman Təqsirləndirilən şəxs ananın müalicə həkimi Şahid1 çağırılmasını tələb etmişdir. O, bundan sonra uşaqla bağlı problem olduğunu hiss etsə də, tam olaraq nə baş verdiyini anlaya bilməmişdir. Lakin Təqsirləndirilən şəxs ona heç bir məlumat verməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs onu əməliyyat masasasının üzərinə çıxarmış və bir daha müayinə etmişdir. O, həmin vaxt ağrılara dözə bilməmiş və qışqırmışdır. Lakin Təqsirləndirilən şəxs digər həkim mama-ginekoloq Şahid1 gələnə qədər gözləməyə məcbur olduğunu bildirmişdir. Şahid1 təxminən 3 saat sonra gəlmiş və ona baxdıqdan sonra xəstənin dərhal əməliyyata alınmalı olduğunu bildirmişdir. Bundan sonra, o, əməliyyata alınmış və Şahid1 ilə Təqsirləndirilən şəxs onun üzərində qeysəriyyə kəsiyi cərrahi əməliyyatını icra etmişlər. Uşaq götürüldükdən sonra o, uşağı görməmiş, Təqsirləndirilən şəxs uşağın küveysə yerləşdiriləcəyini ona bildirmiş, lakin uşağın ölü doğulması barədə ona heç bir məlumat verməmişdir. Daha sonra, qohumları onun yanına gəldikdən sonra doğulmuş uşağının öldüyünü bilmişdir. O, xx.xx.2023-cü il tarixdə axşam saat 23:00-da doğuş sancıları ilə RMXyə daxil olduğu zaman onun bətnindəki uşaq diri olmuş və o bətnində olan uşağın hərəkətlərini hiss etmişdir. Həmçinin, uşağın ürək döyüntüləri müayinə edilən zaman uşağın ürək döyüntüləri eşidilmişdir. O, xəstəxanaya daxil olub müayinə olunarkən bətnindəki uşağın ölü olması barədə nə ona, nə də onu xəstəxanaya gətirən həyat yoldaşına, digər qohumlarına heç bir məlumat verilməmişdir. Əksinə, uşağın tam sağlam olduğunu və heç bir problem olmadığını demişlər. Doğrudur, əvvəllər o, özəl xəstəxanada mayinə olunarkən müayinə həkimi ona demişdir ki, uşağın boynuna cift dilaşıb və tövsiyyə etmişdir ki bu barədə mama həkiminə məlumat versin, o da bu barədə öz həkimi Şahid1 məlumat vermişdir. Zərərçəkmiş, həmçinin, ifadəsində qeyd etdi ki, hazırda təqsirləndirilən çəxsə qarçı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1981-ci ildən Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim mama-ginekoloq işləyir. 2018-ci ildən 2023-cü ilin dekabr ayına kimi Sabirabad X3 direktoru vəzifəsində işləmiş, hazırda isə Perinatal Mərkəzdə həkim mama-ginekoloq işləyir. Sabirabad rayonu Zəngənə kənd sakini Zərərçəkmiş şəxs İİ hamiləliyi ilə əlaqədar Sabirabad RMX-nin PHŞ-nin X5 qeydiyyatda olmuş və onun müalicə həkimi o olmuşdur. Zərərçəkmiş şəxs hamiləliyinin İİİ ayından sonra müayinələr üçün onun yanına gəlmişdir. Zərərçəkmiş şəxs hamiləliyi normal keçmiş, onda hər hansı bir problem olmamışdır. Hamiləliyi müddətində 5 dəfə onun yanına gəlmiş və müayinələrdən keçmişdir. Onda və bətnindəki uşaqda hər hansı bir patologiya olmamışdır. xx.xx.2023-cü il tarixdə Günayın baldızı ona zəng edərək Günayın ağrılarının olduğunu bildirmiş, o isə Bakı şəhərində olduğunu və Günayın ağrıları varsa xəstəxanaya aparmalarını bildirmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 06:30 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək Günayın uşağının çanaq gəlişi gəldiyini bildirmiş və onu xəstəxanaya çağırmışdır. Bu zaman o, Sabirabad ərazisində olmuş və Təqsirləndirilən şəxs ilə telefonla danışdıqdan 15 dəqiqə sonra Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatmışdır. Xəstəxanaya çatdığı zaman saat 07 radələri olmuşdur. RMX-yə daxil olduqdan sonra Zərərçəkmiş şəxs doğuş masasında olduğunu görmüş və onu müayinə etdikdən sonra uşağın çanaq gəlişi yox üz gəlişi olduğunu görmüşdür. Ana isə həmin vaxt ağrılardan çox əziyyət çəkmişdir. Dərhal Təqsirləndirilən şəxs uşağı belə saxlamağın təhlükəli olduğunu, ana üzərində qeysərriyə kəsiyi cərrahi əməliyyatı icra edərək uşağı götürməli olduqlarını bildirmişdir. Uşağın üz gəlişi olduğu üçün mütləq əməliyyatın icra edilməli olduğunu bildirmiş, Zərərçəkmiş şəxs dərhal əməliyyata alınmış, onun üzərində qeysəriyyə kəsiyi cərrahi əməliyyatı icra edilərək uşaq ana bətnindən götürülmüş və dərhal həkim neonotoloq Şahid8 verilmiş, özü isə ana ilə məşqul olmaqda davam etmişdir. Yəni, cərrahiyə tədbirləri ilə məşqul olmuşdur. Əməliyyat nəticəsində uşaqda həyati əlamətlər olmamış, yəni nəfəsi olmamışdır. Sonradan bilmişdir ki, uşaq ölmüsdür. Tibb bacısı Xəyalə ona məlumat vermişdir Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında rayon mərkəzi xəstəxanasına daxil olduğu zaman uşağın ürək döyüntüləri eşidilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə axşam saat 10 radələrində yoldaşının sancıları olduğu üçün onu Sabirabad RMX-yə aparmışdır. Saat 11 radələrində onlar xəstəxanaya çatmışlar. Bundan sonra ana müayinə üçün qəbul edilmiş, o isə çöldə gözləmişdir. Təxminən 30 dəqiqə sonra Lamiyə adlı tibb bacısı çölə çıxaraq hər şeyin yaxşı olduğunu və uşağın probleminin olmadığını bildirmişdir. Həmçinin, onlara doğuş gec olacağı üçün gözləməyə ehtiyac olmadığı bildirilmişdir. Bundan sonra, onlar çıxıb evə getmişlər. Saat 04 radələrində tibb bacısı qardaşı qızı Aytəkinə zəng edərək Günayın sancılarının çoxaldığını bildirmiş və onları xəstəxanaya çağırmışdır. Onlar xəstəxanaya qayıtmışlar. Xəstəxanaya çatdıqdan sonra tibb bacısı ona hər şeyin yaxşı olduğunu sadəcə Günayın əməliyyata alınacağını bildirmişdir. Səhər saat 06 radələrində Təqsirləndirilən şəxs ona təlaşlı şəkildə əməliyyata razılıq sənədini imzalatmış, o nə baş verdiyini soruşsa da, Təqsirləndirilən şəxs ona məlumat verməmişdir. Səhər saat 09 radələrində Təqsirləndirilən şəxs onu içəri dəvət etmiş və uşağı xilas edə bilmədiklərini ona bildirmişdir. Ana xəstəxanaya daxil olduğu zaman onun bətnindəki uşaq diri olmuşdur. Onun ölü olması barədə Təqsirləndirilən şəxs onlara hər hansı bir məlumat verməmiş, əksinə tibb bacısı uşağın sağlam olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, bir il 4 aydır ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında doğum evində mama işləyir. xx.xx.2023-cü il tarixdə axşam saat 21:00-dan xx.xx.2023-cü il səhər saat 09:00-a qədər doğum evində növbətçi mama olmuşdur. Növbətçi həkim mama-ginekoloq isə Təqsirləndirilən şəxs olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saat 11 radələrində Sabirabad rayonu Zəngənə kənd sakini Zərərçəkmiş şəxs doğuş sancıları ilə rayon mərkəzi xəstəxanasına daxil olmuş, Zərərçəkmiş şəxs xəstəxanaya daxil olduqda onu ilkin olaraq qəbulda qeydiyyat bölməsində Şahid5 qəbul etmiş, daha sonra Lamiyə xanım Zərərçəkmiş şəxs qəbul otağına müayinə üçün gətirmişdir. Müayinə otağına gəldikdən sonra Şahid5 Zərərçəkmiş şəxs bətnindəki uşağın ürək döyüntülərini KTQ aparatı ilə yoxlamış və həkim mama ginekoloq Təqsirləndirilən şəxs məruzə etmişdir. Şahid5 uşağın ürək döyüntülərini yoxladıqdan sonra onun ürək döyüntülərinin eşidildiyini və dəqiqədə 180 vurduğunu bildirmişdir. Bundan sonra həkim mama-ginekoloq Təqsirləndirilən şəxs xəstəni müayinə etmiş və xəstəni palataya aparmağı ona tapşırmışdır. Həmçinin Təqsirləndirilən şəxs uşaqlıq boynunda açılışın tezləşməsi üçün anaya 1/8 sytotec tableti verməyi ona tapşırmışdır. O da həkimin göstərişi əsasında qeyd edilən dərman preparatını anaya vermiş və ana həmin dərmanı dilinin altına qoymuşdur. Səhər saat 03-04 radələrində Zərərçəkmiş şəxs uşaqlıq yolundan su gəlmiş, həmin suyun çirkli su olduğunu gördükdən sonra həkim mama-ginekoloq Təqsirləndirilən şəxs bu barədə məlumat vermişdir. Lakin Təqsirləndirilən şəxs narahat olmağa hər hansı bir əsas olmadığını və doğuş üçün erkən olduğunu bildirərək ona gözləməli olduğunu bildirmişdir. Səhər saat 06 radələrində ananın sancıları biraz şiddətləndikdən sonra o, yenidən Təqsirləndirilən şəxs bu barədə məlumat vermiş, bundan sonra Naibə həkim palataya gəlmişdir. Zərərçəkmiş şəxs baxdıqdan sonra təlaşlı bir şəkildə dərhal ananın qeysərriyə kəsiyi cərrahi əməliyyatına alınmalı olduğunu bildirmişdir. Naibə həkim uşağın ürək döyüntülərinin yoxlanılması üçün dərhal Lamiyə xanımı çağırmış və Şahid5 bir daha gələrək KTQ aparatı ilə uşağın ürək döyüntülərini yoxlamışdır. Daha sonra Naibə həkim uşağın ürək döyüntülərinin zəiflədiyini bildirmiş və digər həkim mama-ginekoloq Şahid1 zəng edərək onu xəstəxanaya çağırmışdır. Bu zaman ərzində Zərərçəkmiş şəxs əməliyyata hazırlanmış və Şahid1 gəldikdən sonra onun üzərinə qeysərriyə kəsiyi cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyat nəticəsində saat 07:40-da oğlan uşağı dünyaya gəlmiş, bildiyi qədərilə yenidoğulmuş ölü doğulmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 23:00-da RMX-yə daxil olduğu zaman onun bətnindəki uşaq diri olmuşdur. Doğum tarixində yazılmış “ölü döl” diaqnozu həqiqəti əks etdirmir. Ana xəstəxanaya daxil olduğu zaman qəbulda müayinə zamanı ananın bətnindəki uşağın ürək döyüntüləri eşidilirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2022-ci ildən etibarən Sabirabad Rayon Mərkəzi Xəstəxanasında doğum evində xadimə işləyir, lakin doğum evində qeydiyyat bölməsinə işçi ehtiyac olduğu üçün doğum evində qeydiyyat işini görür. xx.xx.2023-cü il tarixdə axşam saat 21:00-dan xx.xx.2023-cü ilin səhər saat 09:00-a qədər RMX-də növbətçi olmuşdur. Sabirabad rayonu Zəngənə kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla hər hansı bir münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 23:00-da Ağayeva X10 Rayon Mərkəzi Xəstəxanasına doğum evinə daxil olduqdan sonra növbətçi həkim mama-ginekoloq Təqsirləndirilən şəxs məlumat vermiş və onun icazəsi əsasında Zərərçəkmiş şəxs adına doğum tarixini açaraq ilkin məlumatları ilk səhifədə yazmışdır. Daha sonra, ananı qəbul otağına aparmış və qəbul otağında Təqsirləndirilən şəxs onun və növbətçi mama Nuranə Muxtarlının yanında dölün ürək döyüntülərini müayinə etmişdir. Həmin vaxt o, monitorda dölün ürək döyüntülərinin 180 olduğunu görmüş və buna görə də dölün ürək döyüntülərinin eşidildiyini tarixçəyə qeyd etmişdir. Tarixçəni öz başına yazmamışdır, Təqsirləndirilən şəxs tapşırığını icra etmişdir. Zərərçəkmiş şəxs adına açılmış doğum tarixinin “Qəbulda hamilənin müayinəsi” vərəqəsində “T” qrafasının qarşısında yazılmış-36,5, “Neçənci: hamiləlik” qrafasının qarışısında yazılmış-02 , “Doğuş” qrafasının qarşısında yazılmış-01 “Axırıncı menstruasiyanın tarixi” qrafasının qarşısında yazılmışxx.xx.2022 “Dölün ilk tərpənməsi tarixi” qrafasının qarşısında yazılmış-4-5 ayında. “Çanaq ölçüləri(sm-lə):D.Sp qrafasının qarşısında yazılmış-25 “D.Cr” qrafasının qarşısında yazılmış- 27 “D.Tr” qrafasının qarşısında yazılmış-3 “C.ext”qrafasının qarşısında yazılmış-20 “C.diag”qrafasının qarşısında yazılmış-11 “Qarın dairəsi” qrafasının qarşısında yazılmış-125 “Uşaqlıq dibinin hündürlüyü” qrafasının qarşısında yazılmış-41 “Dölün vəziyyəti”qrafasının qarşısında yazılmış-Boylama “Görkəmi” qrafasının qarşısında yazılmış-Ön “Yerləşməsi” qrafasının qarşısında yazılmış-çanaq üzərində “Öndən gələn hissəsi” qrafasının qarşısında yazılmış-Baş “Dölün ürək döyünməsi: yeri” qrafasının qarşısında-Eşidilir 180, Həkim qrafasının qarşısında-Təqsirləndirilən şəxs və Mama qrafasının qarşısında-Muxtarlı Nuranə qeyd edilən qrafaların qarşısında yazılmış rəqəm və xətt nümunələrinin onun tərəfindən icra edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 1987-ci ildən Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim anestezioloq həkim kimi işləyir. Sabirabad rayonu Zəngənə kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış ve onunla hər hansı bir münasibəti olmamışdır. Sadəcə xx.xx.2023-cü il tarixdə ona xəbər vermişlər ki, qeysəriyyə əməliyyatı icra ediləcəkdir. O da bundan sonra əməliyyat otağına getmişdir. Əməliyyat otağında həkim mama-ginekoloq Təqsirləndirilən şəxs, Gülla Davudova, həkim neonotoloq Şahid8 və tibb bacısı Nuranə Muxtarlı iştirak etmişlər. O, sadəcə öz anestezioloji müayinəsini aparmış və xəstəyə narkoz vermişdir. Doğuşu isə Təqsirləndirilən şəxs və Şahid1 idarə etmişlər. Saat taxminən 07:40 radələrində əməliyyatın nəticəsində oğlan uşağı dünyaya gəlmişdir. Uşaq ana bətnində diri olsa da, uşaq əməliyyat nəticəsində ölü doğulmuşdur. Yeni doğulmuş uşaqda hər hansı bir həyat əlaməti olmamışdır. Əməliyyatdan dərhal sonra həkim neonatoloq uşağı muayinə etmiş və onun ölü olduğunu bildirmişdir. Sadəcə hər ehtimala qarşı əməliyyatdan dərhal sonra uşaq həkimi neonotoloq tərəfindən ambu edilmişdir. O da Gülnarə xanıma bildirmişdir ki, hər ehtimala uşaq ambu edilsin. Lakin bunun bir faydası olmamışdır, çünki uşaq əməliyyat nəticəsində ana bətnindən ölü götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 1980-ci ildən məhkəmə tibb eksperti kimi fəaliyyət göstərir, hazırki vəzifəsi üzrə 2008-ci il tarixdən işləyir. Sabirabad rayonu Zəngənə kənd sakini Zərərçəkmiş şəxs yeni doğulmuş kişi cinsli uşağını xx.xx.2023-cü il tarixdə daxili müayinə etmiş və müayinə nəticəsində xx.xx.2023-cü il tarixli 51 nömrəli ekspert rəyini tərtib etmişdir. Meyitin müayinəsi zamanı aparılmış ağ ciyər və mədə-bağırsaq sınaqları zamanı nəticə müsbət olmuş, həmçinin aparılmış histoloji müayinədə dölün diri doğulması təsdiqini tapmışdır. Döl diri doğulmuşdur. Buna görə də Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında rayon mərkəzi xəstəxanasına daxil olduğu zaman onun bətnindəki uşağın ölü olması mümkün deyildir. Ağciyərlərin müayinəsi zamanı ağciyərlərin tənəffüs etməsi aşkar edilmişdir. Süni tənəffüs zamanı uşağın ağ ciyərlərinə hava dolmasının mümkün deyildir. Döl diri doğulmuş və müayinədə ağciyərlərin tənəffüs etməsi aşkar olunmuşdur. Bu aparılmış sınaqlarla və histoloji müayinədə təsdiqini tapmışdır. Süni tənəffüs zamanı belə hallar baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Sadiq qızı ifadəsində göstərdi ki, ali tibbi təhsillidir, ixtisası pediatrdır. 2011-ci ildən Sabirabad Rayon Mərkəzi X2 Mərkəzdə həkim neanotoloq işləyir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla hər hansı bir münasibəti olmamışdır. xx.xx.2023-cu il tarixdə axşam saat 21:00-dan xx.xx.2023-cu il səhər saat 09:00-a qədər o, perinetal mərkəzdə növbətçi neanotoloq olmuşdur. xx.xx.2023-co tarixdə səhər saatlarında ona xəbər etmişlər ki, qeysəriyyə kəsiyi əməliyyatı olacaqdır. O da uşaq həkimi kimi əməliyyat olunan otağa getmiş və həmin vaxt otaqda həkim mamaginekoloq Təqsirləndirilən şəxs və Şahid1 olmuşdur. Gullu Davudova tərəfindən qeysərriyə kəsiyi əməliyyat icra edilmişdir. 07:40 dəqiqədə kişi cinslı uşaq dünyaya gəlmişdir. Lakin yeni doğulmuşda hər hansı bir həyat əlamətləri olmamış və o, ölü doğulmuşdur. Yeni doğulmuş ölü doğulduğu üçün ona tarixçə açılmamışdır. Uşaq doğulduğu an hər hansı bir ürək döyüntusü və göbək ciyəsində pursasiya olmamışdır. Uşağa hər ehtimala ambo ürək masajı edilsə də, hər hansı bir faydası olmamışdır. Çünki uşaq doğulduğu zaman onda hər hansı bir həyat əlaməti olmamışdır. Uşağın ana bətnində konkret olaraq nə vaxt tələf olduğunu bilmir, çünki o ananı müayinə etməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrində doğuş sancıları ilə rayon mərkəzi xəstəxanasının Perinetal Mərkəzinə daxil olmuşdur. Həmin gün növbətçi həkim mama-ginekoloq isə Təqsirləndirilən şəxs olmuş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəbul etmişdir. Lakin Zərərçəkmiş şəxs xəstəxanaya daxil olduqdan sonra onun nəyə görə xx.xx.2023-cü ilin səhər saatlarına qədər əməliyyat üçün gözlədildiyi barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli 18-1/70/2-1339/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sabirabad RMX-nin X3 Doğum şöbəsinə mamaginekoloq vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Sabirabad RMX-nin RPM-nin Doğum şöbəsinin şöbə müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə müvafiq əmrlə Perinatal Mərkəzin direktoru vəzifəsi müvəqqəti olaraq ona həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X14 xx.xx.2023-cü il tarixli 51 nömrəli məhkəmə tibbi ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, ağ ciyərdə birincili ocaqlı atelektaz (tənəffüs almış ağciyərlər), venoz doluqanlılıq, visseral plevralarda hipoksik qansızmalar. Baş beyində hipoksik ensefalopatiya. Cift toxumasında xroniki plasentit, fibroz və kirəcləşmə ocaqları, termnal xovlarda kompensator angiomatoz hiperplaziya. Miokarda stromanın ödemi, venoz doluqanlılıq. Qaraciyərlərdə və böyrəklərdə venoz doluqanlılıq. Dalaqda venoz doluqanlılıq. Müayinə edilmiş obyektlərdə venoz doluqanlılıq. Döl kişi cinsinə mənsubdur. Dölün antropometrik göstəricilərinə əsasən, ana bətnində keçirdiyi müddət 39 həftədir. Dölün bədəni üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izləri aşkar edilmədi. Döl diri doğulmuşdur, ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi fonunda kəskin ağciyər ürək çatmamazlığı olmuşdur, ölüm xx.xx.2023-cü il tarixdə baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X14 xx.xx.2024-cü il tarixli KEŞ-981 nömrəli komisyon məhkəmə tibbi ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, 1. Zərərçəkmiş şəxs yeni doğulmuş uşağı diri doğulmuşdur. 2. “Sabirabad rayon mərkəzi xəstəxanası” PHŞ-də tərtib edilmiş “Hamilə və zahının tibbi kitabçası”ndan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə “14-15 həftəlik hamiləlik” diaqnozu ilə tibb müəssisəsində qeydiyyata götürülmüş, aparılmış müayinələr zamanı hamilədə və döldə patoloji dəyişiklik müəyyən edilməmişdir. Aparılmış müayinələr kliniki protokolun tələblərinə uyğun olmuşdur. 3. “X7 Mərkəz”də tərtib edilmiş “Doğum tarixi”ndən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:00-da xəstəxanaya daxil olmuş və ona “H2D1A0; 39 həftə hamiləlik; Baş gəlişi; Ölü döl; Çoxsululuq; Preeklampsiya” diaqnozu qismən düzgün təyin edilmişdir. Belə ki, yeni doğulmuş uşaq diri olduğu halda diaqnozda ölü kimi qiymətləndirilmişdir. 4.6.7 Zərərçəkmiş şəxs üzərində xx.xx.2023-cü il tarixdə saat 07:40-da “Köndələn qasıqüstü orta aşağı kəsiklə Laparotomoiya” cərrahiyyə əməliyyatının icra edilməsinə tibbi göstəriş olmuş, lakin əməliyyat gecikdirilmişdir. Bu da hipoksiyanın yaranmasına və sonda dölün ölümünə səbəb olmuşdur. Buna məsul şəxs mamaginekoloqdur. Həmçinin, yeni doğulmuş uşaq diri doğulmuş və bu da neonatoloq tərəfindən düzgün qiymətləndirilməmiş və ixtisaslı tibbi yardımlar göstərilməmişdir. Bu da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin 24.1 bəndi (həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında icra edilməməsi) pozulmuşdur. Buna məsul şəxslər mama-ginekoloq və neonatoloqdur. 5. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Zərərçəkmiş şəxs adına tərtib edilmiş “Doğum tarixi” səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun tərtib edilmişdir. 8. Zərərçəkmiş şəxs yeni doğulmuş uşağının adına “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin Sabirabad rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 51 nömrəli rəyin nəticə hissəsi təsviri hissəsinə uyğun və əsaslı olmuşdur. 9.10. Zərərçəkmiş şəxs yeni doğulmuş uşağının meyiti müayinə olunmuş və onun ölümünə səbəb “bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi fonunda kəskin ağciyər-ürək çatmamazlığı” olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış qüsurlu müayinə və müalicə tədbirləri ilə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Buna məsul şəxslər mama-ginekoloq və neonatoloqdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş xx.xx.2024-cü il tarixli 290/KEŞ nömrəli əlavə komisyon məhkəmə-tibbi ekspertizası rəyinin nəticə hissəsində qeyd olunmuşdur: 1. Zərərçəkmiş şəxs yenidoğulmuş uşağı diri doğulmuşdur və yenidoğulmuş uşağın diri doğulması meyitin müayinəsi zamanı aparılmış hidrostatik sınaqlar və Birliyin müvafiq şöbəsində həyata keçirilmiş məhkəmə-histoloji müayinələr ilə öz təsdiqini tapmışdır. Tibbi sənədlərdə və əməliyyatın gedişində dölün ana bətnindən ölü olaraq çıxarılması qeyd edilsə də, bu həqiqəti əks etdirmir və meyitin müayinəsi ilə kəskin ziddiyyət təşkil edir. Meyitin müayinəsinin nəticəsini nəzərə alaraq, döl ana bətnindən çıxarılarkən ölü yox, diri olmuşdur. 2.Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 23:00-da X7 Mərkəzə daxil olarkən qəbulda hamilənin müayinəsi zamanı dölün ürək döyüntülərinin bir dəqiqədə 180 vurğusu olması qeyd edilmişdir. Ginekoloji təcrübədə dölün ürək döyüntüləri auskultasiya metodu, ultrasəs və KTQ ilə təyin oluna bilər. Dölün ürək döyüntülərinin bir dəqiqədə 180 vurğu olmasının hansı üsulla ölçülməsi haqqında doğum tarixində qeydiyyat yoxdur. 3. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 23:00-da “X7 Mərkəz” ə daxil olduqdan sonra doğuşun operativ yolla sonlandırılması qərarı verilmişdir və əməliyyata göstəriş “H2D1A0” 39 həftəlik hamiləlik. Üz gəlişi. Ölü döl. Preeklampsiya. Piylənmə İİ dərəcə” qeyd edilmişdir. Dölün üz gəlişində olması yalnız əməliyyat önü diaqnozda qeyd edilmiş və patoloji gəliş hər hansı bir instrumental müayinə üsulu ilə əsaslandırılmamışdır. Dölün uşaqlıq yolunda olan duruşu və gəlişi uşaqlıq boynun açılışından asılı olmayaraq müəyyən etmək mümkündür. Bunun üçün ultrasonoqrafiya müayinəsi aparıla bilər və hər hansı bir müayinə üsullarının zəruri olması həkim mama-ginekoloq tərəfindən təyin oluna bilər. 4. Zərərçəkmiş şəxs yenidoğulmuş uşağı xx.xx.2023-cü il tarixdə “Qeysərriyə kəsiyi” əməliyyatı ilə ana bətnindən çıxarıldıqdan sonra o, qısa müddət ərzində yaşamışdır. Meyit müayinəsində qeyd edilən sübutlara əsasən, diri doğulmanın olması ağciyərlərin havalı olması ilə öz təsdiqini tapmışdır.
5. Təqdim edilmiş tibbi sənədlərə əsasən, “Qeysərriyə kəsiyi” əməliyyatından sonra yenidoğulmuşa hər hansı bir reanimasiya tədbirlərin göstərilməsi haqqında qeydiyyat yoxdur. Bu səbəbdən yenidoğulmuşun ağciyərlərində havanın olması ambu kisəsinin istifadə edilməsi ilə səbəbli əlaqəsinin olması istisna edilir. 6. Zərərçəkmiş şəxs üzərində “Köndələn qasıqüstü orta aşağı kəsiklə Laparotomiya” cərrahiyyə əməliyyatı təxirəsalınmaz qaydada icra edilməli idi. Belə ki, döl ana bətnində kəskin hipoksiya vəziyyətində olmuşdur. 7. Zərərçəkmiş şəxs yenidoğulmuş uşağının ölüm saatı haqqında konkret olaraq fikir söylənilməsi mümkün olmadı. 8. Zərərçəkmiş şəxs yenidoğulmuş uşağı diri doğulmuş və yaşama qabiliyyətli olmuşdur. Yenidoğulmuş uşaq doğulduqdan sonra ona həkim-neonatoloq tərəfindən obyektiv baxış keçirilməli, vəziyyəti qiymətləndirilməli və zəruri olan bütün tibbi tədbirlərdən istifadə edilməli idi. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzi”nin 22 aprel 2024-cü il tarixli 4/423 nömrəli məhkəmə-xətşünaslıq ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs adına olan doğum tarixinin 3-cü vərəqinin arxa tərəfində “Qəbulda hamilənin müayinəsi” hissəsində “T” qrafasının qarşısında yazılmış “36,5” rəqəmləri, “Neçənci: hamiləlik” qrafasının qarşısında yazılmış “02” rəqəmləri, “doğuş” qrafasının qarşısında yazılmış “01” rəqəmləri, “Axırıncı menstruasiyanın tarixi” qrafasının qarşısında yazılmış “03 02 2022” rəqəmləri, “Dölün ilk tərpənməsi tarixi” qrafasının qarşısında yazılmış “4-5 ayında” rəqəmləri və yazısı, “Çanaq ölçüləri (sm-lə): D.Sp” qrafasının qarşısında yazılmış “25” rəqəmləri, “D.Cr” qrafasının qarşısında yazılmış “27” rəqəmləri, “D.Tr” qrafasının qarşısında yazılmış “30” rəqəmləri, “C.ext” qrafasının qarşısında yazılmış “20” rəqəmləri, “C.diag” qrafasının qarşısında yazılmış “11” rəqəmi, “Qarın dairəsi” qrafasının qarşısında yazılmış “125” rəqəmləri, “Uşaqlıq dibinin hündürlüyü” qrafasının qarşısında yazılmış “41” rəqəmləri, “Dölün vəziyyəti” qrafasının qarşısında yazılmış “Boylama” yazısı, “Görkəmi” qrafasının qarşısında yazılmış "Ön" yazısı, “yerləşməsi” qrafasının qarşısında yazılmış “çanaq üzərində” yazıları, “Öndə gələn hissəsi” qrafasının qarşısında yazılmış “Baş” yazısı, “Dölün ürək döyünməsi: yeri” qrafasının qarşısında yazılmış “Eşidilir 180” yazıları, “Həkim” qrafasında yazılmış “Təqsirləndirilən şəxs” yazıları, “Mama” qrafasının qarşısında yazılmış “Muxtarlı Nuranə” yazıları-Şahid5 tərəfindən icra olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş elektron prokurorluq informasiya sistemindən götürülmüş məlumatlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməlləri tamah və ya sair şəxsi niyyətlərlə törətməsi, həmçinin səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək və ya lazımi qaydada yerinə yetirməyərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması cinayətləri törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 314.2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmişlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanın yüngülləşdirən halı kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən müddətə mama-ginekoloq həkimlik fəaliyyəti ilə məşqul olmaq hüququndan məhrum edilməklə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiya həddində islah işləri, Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiya həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi və Cinayət Məcəlləsinin 66.2-ci və 68.3-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmala qəti olaraq müəyyən fəaliyyətlə məşqul olmaq hüququndan hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 00:00dan növbəti gün saat 06:00-a dək tərk etməmək, üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Təyin edilmiş cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod 210005; VÖEN **********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTRE AZ22; MEM VÖEN **********; hesab AZ34CTRE ********************) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə mama-ginekoloq həkimliyi fəaliyyətilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə islah işləri cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 68.3-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə mama-ginekoloq həkimliyi fəaliyyətilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri və vəzifədən kənarlaşdırma qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 06:00-a dək tərk etməmək, üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təyin edilmiş cəza müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 124 manat ekspertiza xərci alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod 210005; VÖEN **********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTRE AZ22; MEM VÖEN **********; hesab AZ34CTRE ********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Sədrlik edən: Füzuli Pənahov