Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-50/2023 20.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabiabad Rayon Məhkəməsinin hakimi Pənahov Füzuli Novruzəli oğlu Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 nəfər azyaşlı uşaqları olan, işsiz, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş, məhkumluğu ödənilmiş, Sabirabad rayonu Xəlfəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 41,05 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində qanunsuz daşıyaraq yaşadığı Sabirabad rayonunun Xəlfəli kəndində yerləşən yaşadığı evin həyətindəki yardımçı tikilidə 1 ədəd şüşə balonda qanunsuz saxlamış, 05 oktyabr 2022-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətdəki yardımçı tikilidə 1 ədəd şüşə balonda ümumi təmiz çəkisi 41,05 qram olan həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sabirabad rayonu Xəlfəli kəndində yaşayır. Baş vermiş məlum hadisə ilə əlaqədar qeyd etmişdir ki, təxminən 2 il olar narkotik vasitə qurudulmuş marixuanadan siqaretin tütününə qarışdırıb çəkir. Təxminən 1 il əvvəl çöl sahədən evə gələrkən su kanalının kənarında 1 ədəd nəşə bitkisinin ağacını görmüşdür.Nəşədən istifadə etdiyi üçün həmin bitkinin hissələrini toplayıb ilk əvvəl çöl sahədə qurutmuş, sonra da bir qədər öz həyətində qurudaraq istifadə etməyə başlamışdır. Həmin bitkinin qurumuş hissələrini isə həyətdəki tikilidə 1 ədəd şüşə balonda saxlamışdır. Bu ilin mart ayının sonlarında isə özündə saxladığı 2 ədəd nəşə bitkisinin toxumlarını evin arxa tərəfindən bağçanın kənarında qamışlıq və kolluq bitkilərinin arasında əkmişdir. Mütəmadi olaraq həmin toxumlara quluq edib, su vermişdir. Təxminən 10-15 gündən sonra əkdiyi toxumlar cücərməyə başlamışdır. Toxumlardan cücərmiş şitillərə qulluq edir, su vermişdir. 05 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları həyətə gəlib, narkotik bitkilər əkib becərməyi barədə məlumat aldıqlarını, buna görə də həyətinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Polislər baxış keçirilən zaman iki nəfər şəxsin hal şahidi kimi iştirak edəcəklərini də bildirmişlər. Polis əməkdaşları ondan yaşadığı evə və həyətinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşdur. O da baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb polis işçilərinə təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən həyətyanı sahəyə baxış keçirilən zaman, həyətyanı sahədə böyürtkən və digər kol-kosun arasında əkdiyi 02 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Polis əməkdaşları ilə birlikdə gələn aqronom da əkdiyi çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Ardınca əkdiyi 02 ədəd olan çətənə bitkiləri torpaqdan çıxarılıb hal şahidlərinin, aqronomun iştirakı ilə 1 ədəd sintetik kisəyə qoyularaq qablaşdırılıb möhürlənmiş və müstəntiq tərəfindən götürülmüşdür. Bundan başqa həyətdəki tikiliyə baxış keçirilən zaman şüşə balonda saxladığı narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin narkotik vasitə şüşə balonda qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra yaşadığı evə də baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdən dövriyyəsi qadağan edilmiş hər hansı əşya ve predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, çətənə bitkiləri əkməsindən ailəsinin məlumatı olmamışdır. Həmin narkotik vasitəni xəlvət əkmişdir. Çətənə bitkilərini gələcəkdə istifadə etmək məqsədilə əkmişdir. Narkotik vasitə olan el arasında “nəşə” deyilən marixuanadan istifadə etmiş, başqa heç bir narkotik vasitə qəbul etməmişdir. Heç vaxt narkotik vasitə satmamışdır. Əkdiyi çətənə bitkilərinin toxumlArını təxminən bir il əvvəl çöl sahədə bitmiş çətənə bitkisindən əldə etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, himayəsində 3 nəfər azyaşlı, bir nəfər yetkinlik yaşına çatmayan uşaqlarının və xəstə anasının olmasını, həmçinin şəxsiyyətinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsə istinad olunan cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, işdə olan sənədlər və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, 05 oktyabr 2022-ci il tarixdə Sabirabad rayonu Xəlfəli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı Xəlfəli kəndində yerləşən ünvanda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi ilə məşğul olması, eləcə də narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı raportla şöbənin rəisinə məruzə etmişdir. Daha sonra təxirə salınmadan əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Şöbə rəisi tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar təsdiq olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiq Nurlan Mirzəyev, CAB-nin rəisi Şahid1, PPXB-nin komandiri Şahid3 və özündən ibarət olması təsdiqlənmişdir. Baxış keçirilməsi prosesində aqronom mütəxəssis qismində iştirak etməsi üçün Sabirabad Regional LESM-nin aqronomu X2 dəvət olunmuşdur. Bundan başqa baxış keçirilməsində iştirak etmək üçünŞəhriyar kənd İƏD-üzrə nümayəndə Şahid4 və Şəhriyar kənd bələdiyyəsinin sədri Şahid5 hal şahidi kimi dəvət olunmuşdur. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Bundan sonra avtomobillə Təqsirləndirilən şəxs yaşadığı Xəlfəli kəndindəki evinə gəlmişlər. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkməsi və yaşadığı evə narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını bildirmiş və həyətyanı sahəyə və evə baxış keçiriləcəyi izah olunmuşdur. Bundan sonra hal şahidlərinin, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman, həyətyanı sahədə böyürtkən və digər kol-kosun arasında 02 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Polislərlə birlikdə gələn aqronom çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Ardınca 02 ədəd olan çətənə bitkiləri torpaqdan çıxarılıb Təqsirləndirilən şəxs, hal şahidlərinin, onun, aqronomun iştirakı ilə 1 ədəd sintetik kisəyə qoyularaq qablaşdırılıb möhürlənmiş və müstəntiq tərəfindən götürülmüşdür. Bundan başqa həyətdəki tikiliyə baxış keçirilən zaman şüşə balonda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Narkotik vasitə qurudulmuş marixuana həmin şüşə balonda qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs çətənə bitkilərini özünün əkdiyini, həyətdəki yardımçi tikilidən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın isə özünə məxsus olduğunu və istifadə etmək məqsədi ilə saxladığını qeyd etmişdir. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra evə də baxış keçirilmişdir. Baxış zamanı evdən dövriyyəsi qadağan edilmiş hər hansı əşya ve predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Sabirabad rayonu Xəlfəli kəndində ailəsi ilə birlikdə yaşayır. Şəhriyar kənd icra nümayəndəlikdə nümayəndə vəzifəsində işləyir. Bildirmişdir ki, 05 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində kənddə olarkən Sabirabad polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb Xəlfəli kənd sakini Təqsirləndirilən şəxs həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsi və narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləri baxış keçirilən zaman onun da hal şahidi qismində iştirak etməsini təklif etmişlər. O da baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiyini və baxış keçirilən zaman hal şahidi qismində iştirak etmək istədiyini bildirmişdir. Ondan başqa polis əməkdaşları Şəhriyar kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən Şahid5 da hal şahidi qismində dəvət etmişlər. Bundan sonra polislərlə birlikdə Xəlfəli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı həyətinə getmişlər. Polis işçiləri ev sahibini çağırmışlar. Ev sahibi olan Təqsirləndirilən şəxs həyətdə olmuşdur. Polislər Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli çətənə bitkiləri əkməsi və qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmiş və onların da hal şahidi qismində iştirak edəcəklərini izah etmişlər. Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra hal şahidlərinin, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman, həyətdəki bağçada 02 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Polislərlə birlikdə gələn aqronom da çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Aşkar edilmiş 02 ədəd çətənə bitkiləri isə 1 ədəd sintetik kisəyə yığılaraq qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bundan başqa həyətdəki tikiliyə baxış keçirilən zaman şüşə balonda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Narkotik vasitə qurudulmuş marixuana həmin şüşə balonda qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs çətənə bitkilərini özünün əkdiyini, həyətdəki yardımçi tikilidən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın isə özünə məxsus olduğunu və istifadə etmək məqsədi ilə saxladığını qeyd etmişdir Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra evə də baxış keçirilmişdir. Baxış zamanı evdən dövriyyəsi qadağan edilmiş hər hansı əşya ve predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 göstəriyi xüsusatları bir daha təsdiq etdi. Cinayət işində olan: Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tArixli 18/1104 №-li rəyində göstərilmişdir ki, 1. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tikilidən...” sözləri yazılmış və imzalar olan karton qutudakı 1 ədəd şüşə balonda təmiz çəkisi-41,05 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.
2. Tədqiqata təqdim olunmuş üzərində ağ kağızda: “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə...” sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torbada cəmi 2 ədəd yaş vəziyyətdə ümumi çəkisi-450,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının 01 noyabr 2022-ci il tarixli 6504 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sabirabad rayon Şəhriyar kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsind 3 nəfər (xx.xx.2010-cu, xx.xx.2011ci və xx.xx.2013-cü il təvəllüdlü) azyaşlı və 1 nəfər (xx.xx.2009-cu il təvəllüdlü) yetkinlik yaşına çatmayan uşaqları vardır Sabirabad rayon Şəhriyar kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə şəxsiyyətinin müsbət xarakterizə olmasını, himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayət əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, böyük ailə başçısı olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyası daxilində Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 həbs günü 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təyin olunmuş cəza müddətinin başlanğıcı onun cəzasının icrasını həyata keçirən orqan tərəfindən qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilimiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalı, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan Sabirabad RPŞ-də saxlanılan 02 ədəd çətənə (kannabis) bitkiləri və həyətindən götürülmüş, tədqiqatdan sonrakı çəkisi 41,03 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə 49,74 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanısın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın; o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın; cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut Sabirabad RPŞ-də saxlanılan 02 ədəd çətənə (kannabis) bitkiləri və həyətindən götürülmüş, tədqiqatdan sonrakı çəkisi 41,03 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının cəmi 49,74 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.