Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-50/2025 24.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Sabirabad rayonu Qəzli kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3 və 234.1-ci maddələri ilə elan edilən ittihama görə o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib saxlama və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və silah qismində istifadə edilən əşya tətbiq edilməsi ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq cinayətlərini törətmişdir. Belə ki, o, 15 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Sabirabad şəhəri 20 Yanvar küçəsi ev 10, mənzil 26-də yaşayan qonşusu Şahid1 guya ki, ayrı-ayrı şəxslərlə görşüb yüngül həyat tərzi keçirməklə bir qonşu kimi onun heysiyyatına toxunması və sonuncunun əri X7 tərəfindən bu barədə heç bir tədbir görülməməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlə etməklə Rüfət Fətiyevi binanının dəhlizində görüb səs-küy salaraq binada yaşayan digər şəxslərin narahatçılığına səbəb olmaqla Rüfət Fətiyevin arvadının və özünün ünvanına nalayiq ifadələr işlətməklə üzərinə hücum etmiş, istintaqla müəyyən olunmayan silah qismində istifadə etdiyi kəsici-deşici alətlə-bıçaqla Rüfət Fətiyevin qəsdən sol qol nahiyəsinə bir dəfə vuraraq sonuncuya sol bazunun yuxarı 1/3-də yara əmələ gəlməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bundan başqa o, istintaqa məlum olan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,008 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamış, Sabirabad şəhəri, 20 yanvar küçəsi ev 10, mənzil 26-də yaşayan X3 15 oktyabr 2024-cü il tarixdə onun tərəfindən bıçaqla vurularaq xəsarət alması barədə Sabirabad RPŞ-nə etdiyi müraciət əsasında şöbənin təhqiqat bölməsində barəsində aparılan araşdırma ilə əlaqədar izahatının alınması üçün həmin tarixdə saat 21:00 dəqiqədə rayon polis şöbəsində olarkən, şöbənin növbətçi hissəsində üzərində olan əşyaları təqdim etməsi tələb edildikdə, o, əynindəki qara rəngli şalvarın sağ cibində saxladığı bir ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 1,008 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini təqdim etmiş və həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə o, təkrarən 13 dekabr 2024-cü il tarixdə saat 19:40 radələrində Sabirabad şəhəri, 20 Yanvar küçəsi 12 saylı binanın yanından keçərkən həmin binanın birinci mərtəbəsində, 20 saylı mənzildə yaşayan Zərərçəkmiş şəxs2 mobil telefonla danışmasını görüb, sonuncunun guya ki, ayrı-ayrı şəxslərlə danışıb yüngül həyat tərzi keçirməklə bir qonşu kimi onun heysiyyatına toxunmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, şəxslər üzərində zor tətbiq edilməsi və özgə əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 olduğu mətbəx otağının şüşəsini sındırmaqla 30 manat ziyan vurmuş, sonuncunun ünvanına nalayiq ifadələr işlədərək əlini pəncərədən içəri uzadıb masanın üzərindəki qazanı şüşədən olan qapağı ilə birlikdə götürüb həmin qazandan silah qismində istifadə etməklə həyətdə saxlanılan Zərərçəkmiş şəxs2 məxsus «Hyundai 120» markalı, **-UU-*** qeydiyat nişanlı minik avtomobilinin ön şüşəsini vurub sındırmaqla 300 manat, qazanın şüşə qapağını sındırmaqla 15 manat olmaqla əmlak ziyanı vurmuş, həmin vaxt səs-küyə hadisə yerinə toplanmış qonşuların, eləcə də əmlakının zədələnməsini görən Zərərçəkmiş şəxs2 onun hərəkətlərini dayandırması barədə tələblərinə məhəl qoymayaraq nalayiq söyüşlərini davam etməklə binanın qarşısında Zərərçəkmiş şəxs2 üzərinə hücum etmiş, əlləri ilə sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə vurmaqla, həmçinin əlində olan silah qismində istifadə etdiyi, istintaqla müəyyən edilməyən kəsici-deşici alətlə sağ əlinin barmaqlarını kəsərək sonuncuya sağ əlin 1-2-3-cü barmaqlarının üst səthində əsas falanqa proyeksiyasında yaralar əmələ gəlməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, boynunun sol yan və ön səthində sıyrıqlar, sol gözün üst qapağında, sol gözaltı nahiyədə qançırlar, sağ əlin üst səthində 2-3-cü əldarağı sümüyü proyeksiyasında cızıqlar əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmin vaxt onun bu hərəkətlərini görən Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs3 ona yaxınlaşıb hərəkətlərini dayandırmasını tələb etdikdə o, xuliqanlınq hərəkətlərini davam edərək ictimai qaydanı qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs3 müqavimət göstərməklə zor tətbiq edib əlləri ilə vurub boğazından tutaraq sıxmaqla sonuncuya boynun sağ və sol yan səthində qançırlar əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətlərini uzun müddət inadkarlıqla davam etdirərək, silah qismində əşyadan istifadə etməklə zərərçəkmiş şəxs Marinan Zabitovaya ümumilikdə 345 manat maddi ziyan vurmaqla və bədən xəsarəti yetirməklə, eləcə də Zərərçəkmiş şəxs3 bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X8 onun qonşusu olmaqla əvvəllər münasibətləri yaxşı olmuşur. Rüfət Fətiyevin arvadı Çinarənin düzgün yolda olmadığı barədə eşitmiş, əvvəllər Çinarənin özünə də düz yolda olmamağı barədə rayonda söz-söhbət gəzdiyini və düz yola qayıtmasını demişdir. Bundan sonrakı günlərdə Rüfətin qardaşı Urfanla rayonda rastlaşarkən ona qardaşı Rüfətin arvadı Çinarənin düzgün yolda olmadığını demiş, Urfan da ona narahat olmamasını və Çinarəyə özü deyəcəyini demişdir. Bundan sonra o, Çinarənin iş yerinə getmiş, ona iradını bildirmiş, Çinarə də ona həmin şəxsin nömrəsini bloka salmasını, nömrəsini dəyişməsini, daha belə bir şey olmayacağını bildirmişdir. Bir qədər sonra isə o, Çinarənin evdən düşüb qara maşına minib getməsini görmüş, onu görəndə dediyi sözləri xatırlatmış, niyə belə etdiyini demişdir. 15 oktyabr 2024-cü il tarixdə o, yaşadığı evdə olarkən Rüfət və Çinarə onun evinə hücum etmiş, o, qapını bağlamaq istəyəndə qapının qıfılı Rüfətin ola bilsin ki, qoluna dəymişdir. Onun əlində bıçaq olmamış və Rüfəti bıçaqla vurmamışdır. Sadəcə qapını itələməklə onun evinə girişinə mane olmağa çalışmışdır ki, həmin zaman qapının qıfılı onun qoluna dəyə bilərdi. Bundan sonra o, Rüfətin şikayəti əsasında Sabirabad RPŞ-nə dəvət olunmuş, orada Mirtalehgil qarşısına 5 qram heroin qoyaraq həmin narkotik vasitənin ona aid olduğunu bildirmişlər. O, etiraz etdikdə ona etiraz edərsə evindən bir çuval narkotik vasitə çıxacağını bildirmişlər. Onu rayon prokurorunun yanına aparanda da bu barədə prokurora bildirmişdir. Daha sonra ona hörmət ediləcəyini və buraxılacağını bildirib 1 qram heroinin ona məxsus etiraf etməsini ondan istəmişlər. Ona görə də o, videoçəkilişdə həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Zərərçəkmiş şəxs2 gəldikdə isə o, Mariananın evinin qarşısından keçəndə Mariana onu söyməyə başlamış və qazanı ona tərəf atanda ola bilsin ki, həmin qazanın şüşə qapağının bir hissəsi onun barmağını cırmışdır. Mariananın onu söyməsinə səbəb isə ondan əvvəl onun evinə yad adam gəlməsini görüb bu barədə ona bildirməsi olmuşdur. Hadisə vaxtı onun əlində bıçaq olmamış, Mariana həyətə düşüb onun üzərinə tullananda ozünü qorumuşdur. O, Mariananın anası Xananı da vuramışdır. Mariana qazanı ona tərəf tullayanda başını əydiyi üçün qazan onun özününü avtomobilinə dəymişdir. Ona düzgüqn maddə tətbiq edilməmişdir. Onun əməlində olsa-olsa CM-nin 221.1-ci maddəsinin tərkibi ola bilər. Hazırda o, məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 15 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Sabirabad rayonu H.Əliyev prospektində işlətdiyi “Elegant ucuzluq” mağazasında olan zaman qaynı Ümid Əzizov ona zəng edərək qonşusu Sabirin onun yaşadığı mənzilin qapısını döydüyünü, bu səbəblə də arvadı Şahid1 narahat olduğu üçün ona zəng edərək məlumat verdiyini bildirmişdir. O, bundan sonra dərhal evə gedərək arvadı Çinarədən nə baş verdiyini soruşmuş, Çinarə ona Sabirin bir neçə gündür ki, onu narahat etdiyini və ünvanına xoşagəlməz sözlər işlətdiyini demişdir. Çinarəylə evdə söhbət edən zaman Sabir blokdan onu çağırmış, ona görə də evdən bloka çıxmış, həmin vaxt Sabir arvadı Çinarənin barəsində xoşagəlməz sözlər demiş, elə bu səbəbdən aralarında münaqişə baş vermiş, münaqişə vaxtı Sabir belindən bıçaq çıxarıb onun sol qolunun arxa nahiyəsindən vuraraq ona xəsarət yetirmiş, sonra Sabir təkrarən onu bıçaqla vurmaq istəyərkən Çinarə onun qolundan tutub dartıb evə keçirtmiş və o, qapını içərdən bağlamış, bundan sonra Sabir oradan qaçıb uzaqlaşmışdır. Hazırda o, şikayətçidir və təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Sabirabad şəhəri, 20 Yanvar küçəsi ev 12, mənzil 21-də anası Zərərçəkmiş şəxs3 və 26 dekabr 2014-cü il təvəllüdlü azyaşlı oğlu X10 ilə birlikdə yaşayır. Yaşadığı mənzil 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşəir, mətbəxin pəncərəsi yola tərəfdir. Özünə məxsus olan «Hundai» 120 markalı ** UU *** qeydiyyat nişanlı avtomobilini mətbəxin pəncərəsinin qarşı tərəfində saxlayır. 13 dekabr 2024-cü il tarixdə saat 19:40 radələində mətbəxdə mobil telefonla Bakı şəhərində olan oğlu X9 ilə görüntülü danışarkən, mətbəxin pəncərəsinin iki qat şüşəsi sındırılmış, pəncərəyə tərəf baxanda qonşu binada yaşayan Təqsirləndirilən şəxs əlini sınmış pəncərədən içəri salıb, nalayiq söyüşlər söyərək əli ilə masanın üzərində olan əşyaları dağıtmış, sarı rəngli qazanı və qazan qapağını götürüb yerə düşmüşdür. Həmin vaxt binanın qarşısında nəsə bərk səs olduğunu eşidib, pəncərədən çölə baxanda Təqsirləndirilən şəxs mətbəxdən götürdüyü qazanla binanın qarşısında saxladığı «Hyundai» markalı avtomobilin qabaq şüşəsini vurub sındırdığını görmüşdür. Ona görə də evdən həyətə çıxıb, Təqsirləndirilən şəxs avtomobilini yarasız hala salmamasını demişdir. Təqsirləndirilən şəxs yenidən onun ünvanına nalayiq söyüşlər söyərək ona hücum etmiş, səs-küyə gəlmiş anası Zərərçəkmiş şəxs3 və qonşular Təqsirləndirilən şəxs sakitləşdirməyə başlamışlar. O, mobil telefonu ilə hadisə barədə DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermək üçün yaşadığı mənzilə tərəf gedəndə Sabir əlində olan qazan qapağını ona tərəf tullamış, kənara çəkildiyi üçün qapaq ona dəyməmiş, qapaq yerə düşüb sınmışdır. Sonra Təqsirləndirilən şəxs onu döyməyə başlamış, əlində olan hansısa kəsici alətlə onun sağ əlinə xəsarət yetirmişdir. Səs-küyə gələn qonşular onu Sabirin əlindən almışlar. Təqsirləndirilən şəxs orada hadisənin qarşısını almaq istəyən onun anası Zərərçəkmiş şəxs3 əlləri ilə boğaraq vurmağa başlamışdır. Qonşular anası Xananı Təqsirləndirilən şəxs əlindən almışlar. Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonunun mətbəxə düşdüyünü bildirərək mənzilə daxil olmaq istəmiş, lakin qonşular onun qarşısını kəsərək, mətbəxdə olan mobil telefonu tapıb ona vermişlər. O, hadisə barədə mobil telefonu ilə DİN-nin 102 xidmətinə məlumat verəndən sonra Təqsirləndirilən şəxs oradaq qaçıb getmişdir. Xəsarət aldığına görə mobil telefon vasitəsi ilə TTYS-dən həkim çağırmış, onu xəstəxanaya aparmışlar. Tibbi yardım aldıqdan sonra Sabirabad RPŞ-nə gəlib Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs əlində olan kəsici alətlə sağ əlinə, əlləri ilə bədənin müxtəlif nahiyyələrinə vuraraq xəsarətlər yetirmiş, lakin gecə vaxtı olduğuna görə həmin kəsici alətin nə olduğunu bilməmişdir. Özü salon işlətməklə ailəsinin tələbatlarını qarşılamışdır. Hazırda da Sabirin onun sağlamlığına yetirdiyi xəsarətə görə o, işləmək imkanından məhrum olmuşdur. O, təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 13 dekabr 2024-cü il tarixdə saat 19:40 radələində qonaq otağında olarkən qızı Marina Zabitova mətbəxdə mobil telefonla Bakı şəhərində olan oğlu X9 ilə görüntülü danışmışdır. Qəfildən mətbəxin pəncərəsinin şüşəsinin sınma səsini və Marina Zabitovanın qışqırmasını eşitmiş, mətbəxə keçəndə Zərərçəkmiş şəxs2 ünvanına Təqsirləndirilən şəxs uca səslə nalayiq söyüşlər söyməsini və əli ilə masanın üzərində olan əşyaları dağıtdığını görmüşdür. Mariana əlində olan telefonu göstərib, övladı ilə görüntülü danışdığını bildirmişdir. Buna baxamayaraq, Sabir masanın üzərində olan sarı rəngli qazanı və şüşə materialından olan qapağı götürüb, yerə düşmüşdür. O, binanın qarşısında nəsə bərk səs eşitmiş, Marina pəncərədən çölə baxanda Sabirin mətbəxdən götürdüyü qazanla Marianaya məxsus avtomobilin qabaq şüşəsini vuraraq sındırdığını bildirmişdir. Buna görə də onlar mənzildən çıxıb həyətə düşmüşlər. Mariana orada Sabirə avtomobili sındırmamasını demiş, Sabir həmin vaxt Mariananın ünvanına nalayiq söyüşlər söyərək ona hücum etmişdir. O və səs-küyə hadisə yerinə gələn qonşular Sabiri sakitləşdirməyə çalışmışlar. Lakin Sabir sakitləşməyərək onlara əhəmiyyət verməmişdir. Marina telefonu ilə DİNnin 102 xidmətinə məlumat vermək üçün mənzilə tərəf gedəndə Sabir əlində olan qazan qapağını ona tullamış, Mariana kənara çəkildiyi üçün qazanın qapağı ona dəyməyərək yerə düşüb sınmışdır. Sonra Sabir yaxınlaşıb Mariananın yaxasından tutaraq onu döyməyə başlamış, Mariananı döyərkən əlində olan hansısa kəsici alətlə sağ əlinə xəsarət yetirmişdir. Orada olan qonşular Mariananı onun əlindən almış, o, Sabirə iradını bildirəndə Sabir əlləri ilə onun boğazından tutaraq onu boğmağa başlamışdır Həmin vaxt qonşular onu Sabirin əlindən almış, sonra Sabir obil telefonunun mətbəxə düşdüyünü bildirərək mənzilə daxil olmaq istəmişdir. Qonşular onun qarşısını kəsib, mətbəxdə olan mobil telefonu tapıb Sabirə vermişlər. Marina hadisə barədə DİN-nin 102 xidmətinə məlumat verəndən sonra Sabir oradan qaçıb getmişdir. Marina xəsarət aldığı üçün TTYS-dan həkim çağırmış, xəstəxanaya gedib tibbi yardım almışdır. Hazırda o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onlarla qonşuluqda yaşayır. Hadisə baş verən günə qədər Sabir onun iş yerinə gəlib onun əxlaqsızlıq etdiyini vurğulayaraq onu hədələmişdir. 15 oktyabr 2024-cü il tarixdə saat 16 radələrində isə evlərində olarkən qapı döyülmüş, qapını döyən şəxsin Sabir olduğunu görmüşdür. Sabirdən nə istədiyini soruşduqda onun ünvanına xoşagəlməz ifadələr demiş, bundan narahatçılıq keçirdiyi üçün qardaşı Ümid Əzizova zəng edərək məlumat vermişdir. Daha sonra saat 18 radələrində Ümid əri Rüfətə məlumat verdiyi üçün Rüfət evə gəlmiş, Rüfətə Sabirin onu narahat etməsi barədə məlumat verərək ona xoşagəlməz sözlər dediyini demişdir. Evdə Rüfətlə söhbət edən zaman Sabir blokdan Rüfəti çağırmış, ona görə də Rüfət bloka çıxmış, Sabir blokda onun barəsində Rüfətə xoşagəlməz sözlər demiş, bu səbəbdən Rüfətlə Sabir arasında münaqişə baş vermiş, münaqişə vaxtı Sabir belindən bıçaq çıxarıb Rüfəti sol qolunun arxa nahiyyəsindən vuraraq xəsarət yetirmiş, sonra Sabir təkrar Rüfəti vurmaq istədiyi üçün Rüfəti dartıb evə keçirərək qapını içərdən bağlamış, bundan sonra Sabir oradan qaçıb uzaqlaşmışdır. Məhkəm iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşu binada yaşamış, Zərərçəkmiş şəxs2 isə onunla bir binada eyni mərtəbədə qonşuluqda yaşayır. 13 dekabr 2024-cü il tarixdə axşam saatlarında evdə olduğu vaxt möhkəm səs gəldiyini eşidib həyətə düşəndə Sabirin Mariananı nalayiq söyüşlərlə söyüb təhqir edərək üzərinə hücum etdiyini görmüşdür. O, səsə gələn digər qonşularla Sabiri sakitləşdirmək istəmiş, həmin vaxt Sabir əlində olan şüşə qazan qapağını Mariananı vurmaq üçün ona tullamış, Mariana kənara çəkildiyi üçün qapaq yerə düşərək sınmış, sonra Sabir yaxınlaşıb Mariananı döyməyə başlayaraq əlində olan hansısa kəsici alətlə Mariananın sağ əlinə xəsarət yetirmiş, o və orada olan şəxslər Mariananı Sabirin əlindən almışlar. X11 anası Xananın boğazından tutaraq onu boğmağa başlamış, onlar Xananı da Sabirin əlindən almışlar. Daha X11 mətbəxinə düşən mobil telefonunu götürmək üçün evə girməyə cəhd etmiş, qonşu Zülfiyyə gedib Mariananın mətbəxindən Sabirin mobil telefonunu götürüb gətirərək Sabirə vermişdir. Budan sonra Sabir oradan qaçıb getmişdir. Mariana xəsarətlərinə görə təcili tibbi yardım məntəqəsinə zəng edib həkim çağıraraq tibbi yardım alması üçün qonşu Şahnazla birlikdə xəstəxanaya getmişdir. Mariana qayıdandan sonra ondan hadisənin hansı səbəbdən baş verdiyini xəbər almış, Mariana ona mətbəxində telefonla görüntülü oğlu ilə danışarkən Sabirin küçə tərəfdən onun pəncərəsini vurub sındırdığını, onu nalayiq söyüşlərlə söydüyünü, pəncərədən əli ilə masanın üzərində olan əşyaları dağıtdığını, sonra pəncərədən əlini salaraq mətbəxdən qazan və qazan qapağını götürdüyünü, qazanla avtomobilinin şüşəsinə vuraraq avtomobilinin şüşəsini sındırdığını demişdir. Məhkəm iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onlarla qonşu binada, Zərərçəkmiş şəxs2 isə binanın birinci mərtəbəsində olmaqla onlarla qonşuluqda yaşayır. 13 dekabr 2024-cü il tarixdə saat 19:40 radələrində evlərində olduğu vaxt bərk səs gəldiyini eşidib həyətə düşərkən Sabirin Mariananı nalayiq söyüşlərlə söyərək təhqir etdiyini və sonra da hücum etdiyini görmüş, o və səsə gələn digər qonşular Sabiri sakitləşdirmək istəyərkən əlində olan şüşə qapağı Marianaya tullayaraq vurmaq istəmiş, Mariana kənara çəkildiyi üçün qapaq ona dəyməyərək yerə düşüb sınmışdır. X12 yaxınlaşaraq onu döyməyə başlayanda əlində olan hansısa kəsici alətlə Marianaya xəsarət yetirmişdir. Sonra onlar Mariananı Sabirin əlindən almış, bundan X11 anası Xananın boğazından tutaraq onu boğmağa başlamış, onlar Xananı da Sabirin əlindən almışlar. Sonra Sabir mobil telefonunun Mariananın mətbəxindən götürmək üçün onun evinə girməyə cəhd etmiş, orada olan qonşu Zülfiyyə gedib Mariananın mətbəxindən Sabirin mobil telefonunu götürüb gətirərək vermişdir. Bundan sonra Mariana DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, Sabir Mariananın şikayət etdiyini görərək qaçıb oradan getmişdir. Mariana xəsarətlərinə görə təcili tibbi yardım məntəqəsinə zəng edib həkim çağıraraq tibbi yardım alması üçün onunla birlikdə xəstəxanaya getmişdir. Mariana ilə xəstəxanadan qayıdarkən hadisənin hansı səbəbdən baş verdiyini xəbər almış, Mariana ona mətbəxində telefonla görüntülü oğlu ilə danışarkən Sabirin küçə tərəfdən onun pəncərəsini vurub sındırdığını, onu nalayiq söyüşlərlə söydüyünü, pəncərədən əli ilə masanın üzərində olan əşyaları dağıtdığını, sonra pəncərədən əlini salaraq mətbəxdən qazan və qazan qapağı götürdüyünü, qazanla avtomobilinin şüşəsinə vuraraq avtomobilinin şüşəsini sındırdığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 oktyabr 2024-cü il tarixdə axşam saatlarında CAB-nin əməliyyat müvəkkili Şahid3 ilə xidmətdə olarkən Sabirabad şəhəri 20 Yanvar küçəsi, ev 10, mənzil 27-də yaşayan Təqsirləndirilən şəxs barəsində RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılması ilə əlaqədar olaraq onun RPŞ-nə dəvət edilməsi barədə məlumat verilmişdir. Onlar 20 Yanvar küçəsində Təqsirləndirilən şəxs görüb, ona yaxınlaşaraq təhqiqat bölməsində aparılan araşdırma ilə əlaqədar RPŞ-nə getməyi təklif etmişdir. O, təklifə razı olmuş və onu saat 21 radələrində RPŞ-nin Növbətçi hissəsinə gətirib, məsul növbətçi polis mayoru Şahid6 təqdim etmiş və təhqiqat bölməsində aparılan aaraşdırma əsasında gətirildiyini bildirmişdir. Şahid6 növbətçi hissədə Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini bildirmiş, o, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd «Honor» markalı mobil telefonu, bir ədəd telefon adapterini və bir ədəd qulaqcığı, bir ədəd dəmir boyunbağını, bundan başqa şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Şahid6 sellofan bükümdə nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs sellofan bükümdə narkotik vasitə olduğunu bildirmişdir. Şahid6 bununla bağlı raport tərtib edərək rəhbərliyə məruzə etmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara video çəkiliş aparılmaqla baxış keçirilməyə başlanmışdır. Baxış zamanı bir ədəd sellofan bükümdə olan heroinə oxşar narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq möhürlənərək və müstəntiq tərəfindən götürülmüşdür. Narkotik vasitənin çəkisi 1 qramdan bir qədər çox olmuşdur. Onların nəyinə lazımdır ki, Sabiri narkotik vasitə ilə yükləsinlər. Sabirin bildirmiş olduqları özünü müdafiə xarakterlidir və həqiqəti əks etdirmir. Məhkəm iclasında şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 16 oktyabr 2024-cü il tarixli, 646 №-li rəyində göstərilmişdir ki, X3 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol bazunun yuxarı 1/3-də arxa səthdə yara kəsici-deşici alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 14 dekabr 2024-cü il tarixli, 750 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ əlin 1-2-3-cü barmaqlarının üst səthində əsas falanqa proyeksiyasında yaralar kəsici səthə malik alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğundur, dərəçəsinə görə sağlamlığın qısa müddətə pozulmasını səbəb olan sağlamlığa yungül zərər vurmaya aiddir. Boyunun sol yan və ön səthində sıyrıqlar, sol gözün üst qapağında, sol gözaltı nahiyədə qançırlar, sağ əlin üst səthində 2-3-cü əldarağı sümüyü proyeksiyasında cızıqlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 14 dekabr 2024-cü il tarixli, 749 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-boyunun sağ və sol yan səthində qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin 31 yanvar 2025-ci il tarixli, 263 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə, yəni, 15 oktyabr 2024-cü il tarixdə və 13 dekabr 2024-cü il tarixdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin məhkəməkimyəvi ekspertizasının 16 oktyabr 2024-cü il tarixli, 18/857 №-li rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs Ağası oğlunun üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen bükümündə təmiz çəkisi -1,008 qram olan maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 26 noyabr 2024-cü il tarixli 7483 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və və Psixostimilyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə özünü mənfi tərəfdən göstərir, qonşularla heç də xoş münasibətdə deyil. Ailə zəminində ara sıra münaqişə yaşayır. Ümumilikdə mənfi xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. (2-ci bənd); Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir. (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. (9-cu bənd). Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməllərini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 221.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı qeyd edir ki, hazırkı cinayət törədilən zaman Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il il tarixli hökmü ilə 2 il 8 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə aministiya tətbiq edilməklə cəzası 6 ay azadılıb və xx.xx.2023-cü ildə cəza müddəti başa çatdığı üçün cəzasının sonu ilə azad edildiyinə və azad olunduğu gündən 2 (iki) il müddət keçmədiyinə görə həmin hökmə əsasən yaranmış məhkumluq CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmiş hesab edilməlidir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs əməli üzrə cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nın xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə-azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğundan təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən ona təyin olunmuş cəzadan CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla şübhəli şəxs qismində tutulmuş olduğu müddət çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Dogər tərəfdən iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həb müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Belə olan halda məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmasını, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 manat məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməli olmasını, iş üzrə maddi subut olan və Sabirabad RPŞdə saxlanılan qazanın Zərərçəkmiş şəxs2 qaytarılmalı olmasını və iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı tədqiqatdan sonra qalıq 0,958 qram qram narkotik maddə olan heroinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 -cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılması müddəti ona təyin olunmuş 4 ( dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi subut olan və Sabirabad RPŞ-də saxlanılan qazan Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,958 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-50/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-50/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver