Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-51/2025 25.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkimiş (mülki iddiaçı) hüquqi şəxs - 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəcisi-vəkil X3 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Sabirabad rayonu Sarxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu Sarxanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə verilən ittihama görə, o meşə fonduna daxil olmayan 1366 ədəd yulğun kolunu məhv etməklə təbiətə 109280 (bir yüz doqquz min iki yüz səksən) manat dəyərində, yəni külli miqdarda ziyan vurmuşdur. Verilmiş ittihama görə, o, Sabirabad rayonu Sarxanbəyli kəndində yerləşən, dayısı Şahid1 icarəsində olmaqla ********** reyestr nömrəli Çıxarışla hüquqları sonuncunun adına qeydiyyata alınmış və 20 noyabr 2023-cü il tarixli 151415 nömrəli etibarnamə ilə idarə olunması ona həvalə edilmiş 50 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində müəyyən hissələrdə bitmiş, meşə fonduna daxil olmayan, köküstə, yaş olmaqla bioloji inkişafda olan müxtəlif cinsli və diametrli 109280 manat dəyərində 1366 ədəd yulğun kolunu yandırmaq məqsədilə 2024-cü ilin fevral ayında şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxsləri cəlb etməklə, eləcə də xüsusi texnikadan istifadə etməklə qanunsuz olaraq torpaqdan çıxartdıraraq əraziyə cəlb etdiyi Şahid8, Şahid7 və Şahid6 idarə etdiyi “DT-28” markalı, 54-T-978 dövlət qeydiyyat nişanlı qoşa qoşqulu traktora yüklətdirib daşıtdırmaqla, eləcə də, bir hissəsini həmin ərazidə yandırtmaqla məhv edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 109280 manat məbləğində, yəni külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib və ona qarşı irəli sürülmüş mülki iddiaya etiraz edərək ifadəsində göstərmişdir ki, o, təxminən 15 ilə yaxın müddətdir ki, təsərrüfatla məşğul olur və fərdi sahibkar kimi fəaliyyət göstərir. Sabirabad rayonu Sarxanbəyli kəndi ərazisində 50 hektar torpaq sahəsini dayısı Şahid1 xx.xx.2023-cü il tarixdə Sabirabad Rayon İcra Hakimiyyəti başcısının sərəncamı əsasında 10 il müddətinə icarəyə götürmüş və icarə hüquqları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsdə qeydə alınaraq rəsmi çıxarış alınmışdır. Dayısı Şahid1 yaşının çoxluğu ilə bağlı bir sıra hüquqi məsələlərdə iştirak edə bilmədiyi üçün ona və öz oğlu Ülvi Cəfərova etibarnamə vermişdir. Dayısı Şahid1 icarəyə götürdüyü 50 hektar torpaq sahəsində olan 1366 ədəd yulğun kolunun kim tərəfindən torpaqdan çıxarılması və məhv edilməsi barədə məlumatı yoxdur. O, belə zənn edir ki, həmin yulğun kolları təxminən 2 il əvvəl kəsilmişdir. Sözügedən ərazi yaşadığı kənddən təxminən 30 km uzaqda yerləşir. O, həmin ərazinin yaxınlığından 2023-cü ilin qış aylarında keçmişdir. Həmin zaman ərazidə torpaqdan çıxarılmış yulğun kollarının olduğunu görmüşdür. Fermasında işləyən çoban yandırmaq üçün odun olmadığını ona bildirmiş və odun gətirmək lazım olduğunu demişdir. O da bu səbəblə traktor tapmışdır. Həmkəndlisi olan traktorçu Şahid6 həmin ərazidə odun olduğunu və orada olan odunları fermasına gətirməsini tapşırmışdır. 2024-cü ilin mart ayında həmin yulğun kollarını daşımaq məqsədilə traktorçu Şahid6 idarə etdiyi “DT-28” markalı, “54-T-978” dövlət qeydiyyat nişanlı, qoşa-qoşqulu traktor vasitəsilə həmin əraziyə getmişdir. Orada özü ilə apardığı oğlu Şahid8 və həmkəndlisi Şahid7 yulğun kollarının bir hissəsini fermada yandırmaq məqsədilə traktorla fermaya daşıtdırmışdır. Həmin yulğun kolları quru vəziyyətdə olmuşdur. Kolları torpaqdan nə o, nə də ki, dayısı Mübariz çıxarmışdır. Sözügedən ərazi yaşadığı kənddən xeyli uzaqda yerləşdiyi üçün o və dayısı Mübariz nadir hallarda həmin əraziyə getmişlər. O, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş akt və digər sənədlərlə razı deyildir. O, nə yulğun kollarını torpaqdan çıxarmışdır, nə də ki həmin yulğun kollarını yandırmışdır. Eləcə də, bu barədə hər hansı şəxsə göstəriş verməmişdir. Sadəcə olaraq ərazidə torpaqdan çıxarılmış və quru vəziyyətdə olan yulğun kollarını fermada yandırmaq məqsədilə traktor vasitəsilə daşımaq barədə göstəriş vermişdir. Torpaq sahəsi bildiyi qədərilə boş torpaq sahəsi olmuş və dövlət mülkiyyətində olmuşdur. Dayısı Mübariz icarəyə götürməmişdən əvvəl həmin torpaq sahəsinin kimin icarəsində olmasından məlumatı yoxdur. O, həmin torpaq sahəsinə icarəyə götürülməzdən əvvəl heç bir zaman baxış keçirməmişdir. Torpaq icarəyə götürülməzdən bir müddət əvvəl həmin ərazidən keçmişdir və həmin zaman orada yulğun kollarının qurumuş vəziyyətdə olmasını görmüşdür. Dayısı Mübariz tərəfindən verilmiş etibarnamə ona məhz həmin torpaq sahəsinin idarə olunmasından ötrü deyil, ümumi hüquqların etibar edilməsi ilə bağlıdır. Dayısı xəstədir və işlərinin asanlaşdırılması üçün, hər hansı sənədin tez əldə edilməsi üçün ona etibarnamə vermişdir. O, indiyədək həmin torpaq sahəsində heç bir iş görməmişdir. Hesab edir ki, onun əməllərində cinayət tərkibi olmadığı üçün, barəsində baraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərmişdir ki, traktor sürücüsü Şahid6, sonuncunun oğlu Şahid8 və həmkəndlisi Şahid7 onun göstərişi əsasında xx.xx.2024-cü il tarixdə həmin torpaq sahəsindən yulğun kollarını traktora yükləyib fermaya daşıyarkən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları hadisə yerinə gəlmiş, həmin şəxsləri orada görmüş, onunla telefon əlaqəsi saxlamışlar. Həmin vaxt o, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına kolların kim tərəfindən kəsilməsi ilə bağlı məlumatının olmadığını demiş, həmçinin həmin əməkdaşlar onun tərəfindən kolları kəsməyinin şahidi olmamışdır. Həmin şəxslərlə telefon danışığı zamanı o, Şahid6 və digərlərinə kolları ərazidən toplayıb odun məqsədilə fermasına daşımaq üçün onun tərəfindən göstəriş verilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkimiş (mülki iddiaçı) hüquqi şəxs - 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə mülki iddianı müdafiə edib ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 2021-ci ildən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X7 nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyir. Vəzifəsi ətraf mühitin mühafizəsi ilə bağlı daxil olan şikayət və ərizələrin araşdırılması, bu barədə müvafiq tədbirlərin görülməsi və sair işlərdən ibarətdir. Sabirabad rayonu Sarxanbəyli kəndi ərazisində yulğun kollarının kəsilməsi ilə bağlı idarəyə daxil olmuş məlumat əsasında idarənin müvafiq sərəncamına əsasən 04 mart 2024-cü il tarixdə idarənin baş məsləhətçi müfəttişi Şahid5 və məsləhətçi müfəttişi Şahid4 ilə birlikdə Sabirabad rayonu Sarxanbəyli kəndində yerləşən torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı yulğun kollarının torpaqdan çıxarılmış vəziyyətində olduğunu və torpaq səthinin üzərində olduğunu, eləcə də “DT-28” markalı “54-T-978” dövlət qeydiyyat nişanlı qoşa qoşqulu traktor vasitəsilə həmin kolların qoşqulara yığılaraq daşındığını görmüşlər. Texnikanı idarə edən, adlarını xatırlamadığı şəxslərdən orada nə iş gördüklərini soruşduqda, Sarxanbəyli kənd sakini Təqsirləndirilən şəxs tapşırığı ilə həmin kolları daşıdıqlarını və Sahilin fermasına aparacaqlarını demişlər. Həmin şəxslərdən Təqsirləndirilən şəxs mobil telefon nömrəsini öyrənib onunla əlaqə saxlamışlar. Təqsirləndirilən şəxs nə iş gördüyünü soruşduqda, torpaq sahəsində quru yulğun kollarının odun məqsədilə fermasına aparılması üçün orada olan şəxslərə tapşırıq verdiyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə dair sənədləri təqdim etdikdə müəyyən etmişlər ki, Sabirabad Rayon İcra Hakimiyyəti başcısının xx.xx.2023-cü il tarixli Sərəncamı əsasında kənd təsərrüfatı təyinatlı dövlət ehtiyat fondu torpaqlarına aid edilən 50 hektar torpaq sahəsi sonuncunun dayısı Şahid1 10 il müddətinə icarəyə götürmüşdür. Bundan əlavə, əraziyə baxış zamanı orada 1366 ədəd yulğun kolunun kökündən çıxarıldığını aşkar etmiş və bu barədə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Kollara görə təbiətə dəymiş ziyan hesablandıqda 109280 manat müəyyən olunmuşdur. Həmin tarixdə baxış zamanı yulğun kolları kökündən çıxarılmış vəziyyətdə torpağın üzərində olmuşdur. Lakin sonradan Respublika Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Bəxtiyar Mirzəyevlə birlikdə 25 aprel 2024-cü il tarixdə həmin əraziyə baxış keçirilən zaman kökündən çıxarılmış yulğun kollarının bir hissəsinin torpaq sahəsinin müxtəlif yerlərində qalaqlandığını, qalan hissəsinin isə yandırılaraq məhv edildiyini aşkar etmişlər. Eyni zamanda kökündən çıxarılmış bəzi kolların kök və çətir hissələri çıxarıldığı yerin ətrafında olmuşdur. Buna baxmayaraq, Təqsirləndirilən şəxs həmin ərazidə olan kolların kimin tərəfindən kökündən çıxarıldığını bilmədiyini qeyd etmişdir. O və digər əməkdaşlar əraziyə baxış keçirən zaman orada torpaqdan çıxarılmış yulğun kollarının hamısı quru vəziyyətdə olmuşdur. Lakin aqronom rəyinə əsasən kollar torpaqdan çıxarılarkən köküstə yaş vəziyyətdə və bioloji inkişafda olmuşdurlar. O, yulğun kollarının konkret olaraq hər hansı şəxs tərəfindən və ya Təqsirləndirilən şəxs tərəfindən torpaqdan çıxarılmasına şahid olmamışdır. Sadəcə olaraq əraziyə baxış zamanı bir neçə nəfər adını bilmədiyi şəxsin torpaqdan çıxarılmış yulğun kollarını traktorla daşıdıqlarını görmüşdür. Həmçinin ibtidai istintaq zamanı onun tərəfindən “çox güman ki, həmin yulğun kollarını Təqsirləndirilən şəxs onlar əraziyə baxış keçirdikdən sonra məsuliyyətdən yayınmaq məqsədilə yandırıb məhv etmişdir” ifadəsini işlətməmişdir. Eyni zamanda Nümayəndə məhkəmə iclasında şahid qismində dindirilmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid5 göstərdiklərini təsdiq edərək əlavə olaraq bildirmişdir ki, həqiqətən də Sarxanbəyli kəndi ərazisində qeyd edilən yulğun kollarının qanunsuz kəsilməsi ilə bağlı ilk dəfə məlumat yanılmırsa telefon vasitəsilə onların idarəsinə təxminən 2023-cü ilin payız ayında, yəni 2023-cü ilin noyabr ayında daxil olmuşdur. Bununla əlaqədar olaraq onlar, yəni 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, yəni o və Şahid5 ilk dəfə həmin əraziyə 2023-cü ilin noyabr ayında baxış keçirmişlər və həmin yulğun kollarının xüsusi texnikadan istifadə etməklə torpaqdan çıxarmış vəziyyətdə olduğunu görmüşlər, lakin kolların tamamilə quru vəziyyətində, təxmini ən azı 1 il müddəti üçün quruma dövrünə uyğun tam qurumuş vəziyyətində olduğunu gördükdə, məlumatın əhəmiyyətsiz olduğunu düşünərək hər hansı rəsmiyyət aparmadan, şikayətə əhəmiyyət verməmişlər və bu barədə rəhbərliyi məlumatlandırmışlar. Lakin bir müddətdən sonra Biləsuvar rayonu sakinləri kimi tanıdığı Şahid3 və Şahid2 adlı şəxslər Sabirabad rayonu Sarxanbəyli kəndi ərazisində yulğun kollarının məhv edilməsi ilə bağlı çəkiliş aparıb sosial şəbəkə hesablarında paylaşdıqdan sonra, araşdırmaya başlanılmış və həmin əraziyə yenidən baxış keçirilmişdir. Şahid3 və Şahid2 adlı şəxslər tərəfindən sosial şəbəkə hesablarında Sarxanbəyli kəndində yulğun kollarının məhv edilməsi görüntüsü paylaşılsa da, həmin görüntülərdə kolların kim tərəfindən, nə vaxt çıxarılması əks olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 digər şahid (zərərçəkimiş hüquqi şəxsin nümayəndəsi) Nümayəndə göstərdiklərinə oxşar məzmunlu ifadə verib, həmin xüsusatları təsdiq edərək əlavə olaraq göstərmişdir ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X7 nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi müfəttişi vəzifəsində çalışır. Sarxanbəyli kəndi ərazisində 50 ha. torpaq sahəsində qeyd edilən yulğun kollarının qanunsuz kəsilməsi ilə bağlı ilk dəfə məlumat onların idarəsinə təxminən 2023-cü ilin payız ayında, yəni 2023-cü ilin oktyabr-noyabr ayında daxil olmuşdur. Bununla əlaqədar olaraq onlar, yəni 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları kimi o və Nümayəndə ilk dəfə həmin əraziyə 2023-cü ilin oktyabr-noyabr ayında, yəni pambıq yığıımı vaxtı zamanı baxış keçirmişlər və həmin yulğun kollarının xüsusi texnikadan istifadə etməklə torpaqdan çıxarmış vəziyyətdə olduğunu görmüşlər, lakin kolların tamamilə quru vəziyyətində, təxmini ən azı 1 il müddəti üçün quruma dövrünə uyğun tam qurumuş vəziyyətində olduğunu gördükdə, məlumatın əhəmiyyətsiz olduğunu düşünərək hər hansı rəsmiyyət aparmadan, şikayətə əhəmiyyət verməmişlər və bu barədə rəhbərliyi məlumatlandırmışlar. Lakin bir necə aydan sonra Biləsuvar rayonu sakinləri kimi tanıdığı Şahid3 və Şahid2 adlı şəxslər Sabirabad rayonu Sarxanbəyli kəndi ərazisində yulğun kollarının məhv edilməsi ilə bağlı çəkiliş aparıb sosial şəbəkə hesablarında məlumat paylaşdıqdan sonra, araşdırmaya başlanılmış və həmin əraziyə yenidən baxış keçirilmişdir. Şahid3 və Şahid2 adlı şəxslər tərəfindən sosial şəbəkə hesablarında Sarxanbəyli kəndində yulğun kollarının məhv edilməsi görüntüsü paylaşılsa da, həmin görüntülərdə kolların kim tərəfindən, nə vaxt çıxarılması əks olunmamışdır. Həmçinin ibtidai istintaq zamanı onun tərəfindən “çox güman ki, həmin yulğun kollarını Təqsirləndirilən şəxs onlar əraziyə baxış keçirdikdən sonra məsuliyyətdən yayınmaq məqsədilə yandırıb məhv etmişdir” ifadəsini işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Sarxanbəyli kəndi ərazisində 50 hektar torpaq sahəsini o, xx.xx.2023-cü il tarixdə Sabirabad Rayon İcra Hakimiyyətindən 10 il müddətinə icarəyə götürmüşdür. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsdən rəsmi çıxarış almışdır. O, yaşının çoxluğu və səhhətindəki problemlərlə əlaqədar bir sıra hüquqi məsələlərdə iştirak edə bilmədiyi üçün bacısı oğlu Təqsirləndirilən şəxs və oğlu Ülvi Cəfərova etibarnamə vermişdir. İcarəyə götürdüyü 50 hektar torpaq sahəsində olan həcmi 1366 ədəd göstərilən yulğun kolunun kim tərəfindən torpaqdan çıxarılması və məhv edilməsi barədə məlumatı yoxdur. Həmin yulğun kollarının nə vaxt kəsildiyini bilmir. Sözügedən ərazi yaşadığı kənddən təxminən 30 km uzaqlıqda yerləşir. O, həmin torpaq sahəsini icarəyə götürdüyü zaman ərazidə yulğun kolları artıq torpaqdan çıxarılmış vəziyyətdə olmuşdur. Təxminən 2024-cü ilin mart ayında Sahil traktor vasitəsilə torpaqdan çıxarılmış yulğun kollarının bir hissəsini fermada yandırmaq məqsədilə daşıtdırmışdır. Lakin yulğun kollarını torpaqdan nə o, nə də ki Sahil çıxarmamaışdır. Sözügedən ərazi yaşadığı kənddən xeyli uzaqda yerləşdiyi üçün o və Sahil nadir hallarda həmin əraziyə gedirlər. Torpaq sahəsi əkin təyinatlı olsa da, ərazidə heç bir əkin işləri aparılmamışdır, gələcəkdə həmin sahədə arpa əkmək niyyəti var. Həmin torpaq sahəsində əkin işlərini özü tərəfindən aparmaq niyyətindədir, həmin ərazinin Sahilə aidiyyəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla münasibətləri normaldır. Onun “DT-28” markalı, “54-T-978” dövlət qeydiyyat nişanlı qoşa-qoşqulu traktoru vardır. Həmin traktor mərhum atasından ona qalmışdır. O, traktorla dolanışıq xatirinə kənd ərazisində insanlar üçün pul müqabilində müxtəlif ərazilərdən odun, yük və sair əşyalar daşıyır. 2024-cü ilin təxminən mart ayında Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək çöl sahədə yulğun kolları olduğunu və həmin kolları traktorla fermasına aparmağını bildirmişdir. O, Sahilə etiraz etməmiş, bunun müqabilində Sahillə pul söhbəti etməmişdir. Sonradan Sahil ona gördüyü işin müqabilində 50 manat pul vermişdir. O, Sahilin ona dediyi yulğun kollarını traktora yükləmək üçün kömək məqsədilə oğlu Şahid8 və həmkəndlisi Şahid7 da məlumat vermişdir. Beləliklə oğlu Məhbub və Vüsal ilə birlikdə Sahilin onlara bildirdiyi çöl sahəsinə getmişlər. Həmin ərazi yaşadığı Sarxanbəyli kəndindən təxminən 25-30 km məsafədə yerləşir. O, ilk dəfə həmin vaxt həmin əraziyə getmişdir. Oraya çatan zaman qurumuş halda yulğun kollarının torpaqdan çıxarılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin yulğun kollarını yerdən götürüb traktora yığarkən çox quru olduqları üçün ovulub yerə töküldüyünü görmüşdür. Həmin yulğun kollarının içərisində o, hər hansı yaş vəziyyətdə olan yulğun koluna rast gəlməmişdir. O, Təqsirləndirilən şəxslə telefonda danışarkən sonuncu ərazidə torpaqdan çıxarılmış və quru vəziyyətdə yulğun kollarının olduğunu bildirmişdir. Oğlu Məhbub və Vüsalla birlikdə quru yulğun kollarını traktora yükləyərkən iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edərək ekologiya işçiləri olduqlarını bildirmişlər. Sonra həmin ekologiya işçiləri başqa şəxslərə zəng edərək həmin yerə çağırmışlar. Bir qədər sonra Niva markalı maşınla iki nəfər şəxs də oraya gəlmişdir. Bundan sonra isə xarici maşınla bir nəfər şəxs də oraya gəlmişdir. Həmin şəxslər onlardan yulğun kollarını haraya apardıqlarını soruşan zaman Təqsirləndirilən şəxs tapşırığı ilə sonuncuya məxsus fermaya apardıqlarını bildirmişlər. Həmin yulğun kollarını torpaqdan kimin çıxardığını soruşduqda isə bundan məlumatının olmadığını, əraziyə gələrkən həmin kolların torpaqdan çıxarılmış və quru vəziyyətdə olduğunu aşkar etdiklərini bildirmişlər. Daha sonra həmin şəxslər Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlamışlar. Ardınca isə ərazinin və yulğun kollarının fotoşəkillərini çəkmişlər. Onlar da traktora yığdıqları yulğun kollarını oradan apararaq Sahilə məxsus fermaya boşaltmışlar. Sahil oğlu Məhbub və həmkəndlisi Vüsalın hər birinə gördükləri işin müqabilində 20 manat pul vermişdir. O, bundan əvvəl Sahil üçün sözügedən ərazidən heç bir zaman yulğun kolları aparmamışdır. Həmin əraziyə ilk dəfə idi ki, getmişdir. Yulğun kollarını torpaqdan çıxararaq məhv edən şəxslərin kim olması barədə heç bir məlumatı yoxdur. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş akt və digər sənədlərdə yulğun kollarının hansı səbəblə yaş vəziyyətdə olmasının qeyd edilməsi ilə bağlı heç bir fikri yoxdur. Təqsirləndirilən şəxs onunla telefonla danışarkən həmin yulğun kollarının naməlum şəxslər tərəfindən çıxarıldığını və bunu kimin etdiyini bilmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 və Şahid7, digər Şahid6 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixədək X1 X9 Biləsuvar rayon filialının direktoru vəzifəsində işləmişdir. O, ekologiyanın qorunması naminə rayon ərazisində təbiətə, ekologiyaya qarşı qanunsuz müdaxilələr edən şəxslər barədə maarifləndirici işlər görmüşdür. Hal-hazırda o, müstəqil fəaliyyət göstərir. Yadında qalan qədərilə 2023-2024-cü ilin dəqiq hansı ayında olduğunu xatırlamasa da, havaların sərin olduğu vaxt olardı o, balığa gedərkən Biləsuvar rayonu İsmətli kənd sakini Şahid2la birlikdə Biləsuvar rayonu ərazisindən şaqay yolunun kənarı ilə Biləsuvar rayonunun “Mahmudçala” adlanan ərazisinə getmişlər. O həmin ərazidən təsadüfən keçərkən həmin yol da Sabirabad rayonunun Sarxanbəyli ərazisinin kənarından keçir. Onlar İdrətin idarə etdiyi, sonuncuya məxsus olan “Niva” markalı, göy rəngli avtomobillə hərəkət etmişlər. Onlar Sabirabad rayonu Sarxanbəyli ərazisindən keçən, el arasında “şaqay yolu” kimi tanınan yolla hərəkət edərkən, yolun sol hissəsindəki torpaq sahəsində yulğun kollarının çıxarılaraq hissə-hissə qalaqlanıb kənara qoyulduğunu görmüşlər. Onlar həmin əraziyə tərəf dönmüşlər və avtomobili saxlayıb avtomobildən düşmüşlər. O, İdrətə demişdir ki, kəsilmiş və yaxud kökündən çıxarılmış yulğun kollarını göstərəcək, danışıqlarını mobil telefon vasitəsilə çəksin və o, həmin çəkilişi sonradan aidiyyəti qurumlara göndərəcək. Elə oradaca videoçəkiliş etmişlər. İdrət həmin videonu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsinə göndərmişdir. Həmçinin, həmin videonu o, “Vatsap” ani mesajlaşma tətbiqi vasitəsilə 3 saylı Regional Ekologiya İdarəsinin rəisi Fərid müəllimə göndərmişdir. Bundan başqa, İdrət həmin videonu “Tiktok” sosial şəbəkə səhifəsinə də yükləmişdir. İdrət həmin çəkilişi elektron daşıyıcıya yüklənmiş formada istintaqa təqdim etmişdir. Yulğunlar quru vəziyyətdə və sayı çox olmuşdur. Yulğun kollarının çıxarılması barədə onlara kimsə məlumat verməmişdir. O və ya Şahid2 yulğun kollarının kim tərəfindən çıxarılması barədə hər hansı bir məlumatları olmamışdır və halhazırda da belə bir məlumatları yoxdur. Əraziyə baxış keçirərkən orada hər hansı bir şəxsi görməmişlər. Onun həmin torpaq sahəsinin kimə məxsus olması barədə məlumatı olmamışdır və hal-hazırda da kimə məxsus olduğunu bilmir. O, Təqsirləndirilən şəxs tanımır və kimliyi barədə eşitməmişdir. Təqsirləndirilən şəxslə və yaxud başqa bir şəxslə bu barədə hər hansı bir söhbəti olmamışdır. İfadəsinin sonunda Şahid3 sualları cavablandıraraq həmin ərazidə kolların çıxarılması faktını aşkar etdiyi andan təxminən 20-25 gün əvvəl həmin ərazidən keçmədiyini, ümumiyyətlə həmin ərazidən bir dəfə keçərkən yulğun kollarının çıxarılmış vəziyyətdə olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Biləsuvar rayonu ərazisində bir sahibkarın fermasında nəzarətçi işləyir və hər hansı bir təşkilatın üzvü deyildir. Yadında qalan qədərilə 2023-2024-cü ilərin dəqiq hansı ayında olduğunu xatırlamasa da, havaların soyuğa doğru getdiyi vaxt Ekologiya üzrə Biləsuvar rayonu ərazisində QHT-nin direktoru işləmiş, hazırda həmin vəzifəni icra etməyən Şahid3la birlikdə Biləsuvar rayonu ərazisindən “Şaqay yolu” adlanan yolun kənarı ilə Biləsuvar rayonunun “Mahmudçala” adlanan ərazisinə getmişlər. Həmin yol da Sabirabad rayonunun Sarxanbəyli ərazisinin kənarından keçir. Onların həmin yolu getməkdə məqsədləri bu olmuşdur ki, Ekologiya üzrə QHT nümayəndəsi Şahid3 ona demişdir ki gedək əraziyə, bəlkə brokonyerə, qanunsuz kol və ağac kəsənlərə rast gəldik. Onlar onun idarə etdiyi, ona məxsus olan “Niva” markalı, göy rəngli, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etmişlər. Onlar Sabirabad rayonu Sarxanbəyli ərazisindən keçən, el arasında “şaqay yolu” kimi tanınan yolla hərəkət edərkən, yolun sol hissəsindəki torpaq sahəsində yulğun kollarının çıxarılaraq hissə-hissə qalaqlanıb kənara qoyulmuş vəziyyətdə görmüşlər. Onlar həmin əraziyə tərəf dönmüşlər və avtomobili saxlayıb avtomobildən düşmüşlər. Rüstəm ona demişdir ki, kəsilmiş və yaxud kökündən çıxarılmış yulğun kollarını göstərəcək, o da Rüstəmin danışıqlarını və hərəkətlərini mobil telefon vasitəsilə çəkdikdən sonra həmin çəkilişi sonradan aidiyyəti qurumlara göndərəcək. Elə oradaca o, Rüstəmin dediklərini etmişdir. Çəkdiyi videonu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsinə göndərmişdir. Həmçinin, həmin videonu Şahid3 3 saylı Regional Ekologiya İdarəsinin rəisi Fərid müəllimə göndərmişdir. O da yulğun kollarının kəsilməsi barədə Ekologiya İdarəsinin Sabirabad üzrə müfəttişi Elşən müəllimə telefonla məlumat vermişdir. Bundan başqa, o, həmin videonu “Tiktok” sosial şəbəkə səhifəsinə də yükləmişdir. O və Rüstəm orada quru vəziyyətdə olan kökündən çıxarılmasını ehtimal etdiyi xeyli sayda yulğun kollarını aşkar etmişlər. Həmin yulğun kolları quru vəziyyətdə və sayı çox olmuşdur. Onlara yulğun kollarının çıxarılması barədə kimsə məlumat verməmişdir. Onun və Şahid3 həmin kolların kim tərəfindən çıxarılması barədə hər hansı bir məlumatları olmamış və halhazırda da belə bir məlumatları yoxdur. Əraziyə baxış keçirərkən orada hər hansı bir şəxsi görməmişlər. Onlar kollara baxanda hiss olunmuşdur ki, tam qurumamışdır və bu kollar beş ay, yaxud bir il əvvəl çıxarılan kollara bənzəmir. Onun həmin torpaq sahəsinin kimə məxsus olması barədə məlumatı olmamışdır və hal-hazırda da kimə məxsus olduğunu bilmir. O, Təqsirləndirilən şəxs tanımır və kimliyi barədə eşitməmişdir. Təqsirləndirilən şəxslə və yaxud başqa bir şəxslə bu barədə hər hansı bir söhbəti olmamışdır. O, həmin ərazidən əvvəllər, yəni kolların kəsilməsi faktını aşkar etdikləri andan 1 il müddət əvvəl keçmişdir. Bunun hansı tarixdə baş verdiyini dəqiq xatırlamır. Yəqin edir ki, o, oradan faktı aşkar etdikləri andan təxminən 1 (bir) ilə yaxın müddət əvvəl keçmişdir. Çünki həmin yol işlək yol deyil və o da oradan tez-tez keçmir. 2024-cü ildə oradan keçərkən yol kənarında gördüyü mənzərə əvvəlki vaxt oradan keçərkən gördüyü mənzərdən fərqləndiyi üçün, yəni ətrafda köküstə yulğun kollarının qalmadığını görüb oraya yaxınlaşaraq çəkiliş etmişlər. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 83794 nömrəli AKTda göstərilmişdir ki, “2 saylı Regional Ekologiya və Təbii Sərvtlər İdarəsinin müvafiq sərəncamına və sosial şəbəkədə yayılmış Sabirabad rayonu Sarxanbəyli kəndi ərazisində yaşıllıqların məhv edilməsi məzmunlu videogörüntüdəki faktlar yerində araşdırıldı. Əraziyə baxış keçirilərkən sözügedən sahədə yulğun kollarının məqsədli şəkildə texnika vasitəsilə kökündən çıxarılaraq məhv edilməsi faktı müəyyən edilmişdir. Aparılan sayğı zamanı qeyd olunan ərazidə 1366 ədəd yulğun kolunun torpaqdan çıxarıldığı və “DT 28” markalı, 54-T-978 dövlət qeydiyyat nişanlı qoşa qoşqulu traktor vasitəsilə daşındığı müəyyən edildi. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunan kənd təsərrüfatı təyinatlı 50 hektar torpaq sahəsi Sabirabad Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 97 saylı sərəncamı ilə xx.xx.2023-cü il tarixli, 02 nömrəli torpaq sahəsinin icarə müqaviləsi ilə Şahid1 10 il müddətinə istifadəyə verilmişdir. Şahid1 adından etibarnamə ilə çıxış edən Təqsirləndirilən şəxs verdiyi izahatında dayısı Şahid1 Sabirabad RİH tərəfindən 10 il müddətinə icarəyə verilmiş torpaq sahəsində çıxarılmış yulğun kollarının kim və kimlər tərəfindən nə məqsədlə çıxarılması barədə həm özünün, həm də dayısı Şahid1 məlumatı yoxdur. Qurumuş yulğun kollarını ona məxsus fermada yandırmaq məqsədilə daşındığını bildirdi. Araşdırma zərurəti ilə bağlı“Google Map” tətbiqində müəyyən edilən koordinatı 39.679984:48.677028 olan əraziyə tərəfimizdən baxış keçirildi. Baxış zamanı ümumi 50 hektar torpaq sahəsinin 35.7 hektarında 1366 ədəd yulğun kolu kökündən çıxarılaraq məhv edilmişdir. Bununla da, yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası xx.xx.2024-cü il tarixli qanununun 10-13-cü maddələrinin tələbləri pozulmuşdur”. Cinayət işi materiallarında olan həmin xx.xx.2024-cü il tarixli 83794 nömrəli AKTa əlavə edilmiş cədvəldə göstərilmişdir ki, 1366 ədəd yulğun kolunun məhv edilməsi nəticəsində hər birinin qiyməti 80 manat hesablanmaqla, ümumilikdə təbiətə 109280 manat maddi ziyan vurulmuşdur. Cinayət işi materiallarında olan Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Sabirabad Rayon Mərkəzinin aqronomu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, “Qeyd olunan əraziyə keçirilmiş baxış zamanı 1366 ədəd bioloji inkişafda olan yulğun kolu məqsədli şəkildə çıxarılaraq məhv edilmişdir”. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X5 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yulğun kollarının çıxarıldığı ərazi Sabirabad rayonu Sarxanbəyli kəndi ərazisidir. Hadisə yerininin fotoşəkilləri və hadisə yerinin görüntüsünü əks etdirən 01 ədəd CD (disk) cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şahid2 və Şahid3 Sarxanbəyli kəndi ərazisində aşkar etdikləri fakt üzrə sonradan sosial şəbəkə hesabında paylaşdıqları videolar olan bir ədəd CD diskə baxış keçirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 24 iyun 2023-cü il tarixli, 97 nömrəli Sərəncamı və 24 iyun 2023-cü il tarixli 02 nömrəli Müqavilənin surətindən görünür ki, həmin sərəncam və müqavilə əsasında Sarxanbəyli kəndi ərazisində dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 50.0 ha. əkin sahəsi 10 il müddətinə Şahid1 icarəsinə verilmiş və müvafiq sərəncama qədər hər hansı bir şəxsin adına qeydə alınmamış, istifadəsində olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və protokola əlavə edilmiş fotoşəkillərdən Təqsirləndirilən şəxs məxsus, Sabirabad rayonu Sarxanbəyli kəndi ərazisində yerləşən fermanın ərazisində saxlanılan 206 ədəd kollara baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 27 yanvar 2025-ci il tarixli 7/1967 saylı ekspert rəyində qeyd olunur ki: Tədqiqata təqdim olunmuş Sabirabad rayonu Sarxanbəyli kəndi ərazisində torpaqdan çıxarılaraq həmin kənd ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus fermada saxlanılan 206 ədəd yulğun kolları torpaqdan çıxarılarkən yaş vəziyyətdə olmuşdur. - Tədqiqata təqdim olunmuş Sabirabad rayonu Sarxanbəyli kəndi ərazisində torpaqdan çıxarılaraq həmin kənd ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus fermada saxlanılan 206 ədəd yulğun kolları kök üstə yaş vəziyyətdə kökündən çıxarılaraq məhv edilmişdir. - Hazırlanmış müvafiq elmi metodika olmadığından qərarda qoyulmuş “b) Yulğun kolları xx.xx.2024-cü il tarixdə quru vəziyyətdə ola bilərdimi?”, “c) Yulğun kollarının torpaqdan çıxarılaraq bioloji inkişafının dayandığı tarix hansı tarixə uyğundur?”, “d) Yulğun kollarının bioloji inkişafının dayandığı tarix 2 il bundan əvvələ, yoxsa 2024-cü ilin əvvəllərinə uyğundurmu?” suallar üzrə tədqiqat aparılması mümkün olmadı. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 dekabr 2024-cü il tarixli, 9/9471 saylı ekspert rəyində qeyd olunur ki, “Ekspertiza tədqiqatına təqdim edilmiş 3 saylı RETS-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 83794 saylı akta əlavə edilmiş cədvələ (kserosurət) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli Qərarına əsasən (tikinti və abadlaşdırma istisna olmaqla) Sabirabad rayonunun Sarxanbəyli kəndi ərazisində olan 1366 ədəd yulğun kolunun qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 109280,00 manat müəyyən olunur. Həmin kolların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir”. Cinayət işi materiallarında olan Sabirabad RİH başçısının Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə müdafiə və ittiham tərəflərini, həmçinin şahidlərin məhkəmə iclasındakı ifadələrini dinləyib, cinayət işindəki sənədləri araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nın 42.1.4-cü maddəsi əsasında bəraət verilməlidir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan 1366 ədəd yulğun kolunu məhv etməklə təbiətə 109280 manat dəyərində, yəni külli miqdarda ziyan vurma cinayətinin törətməsi üzrə ittihama görə, təqsirləndirilən Mirzəyev X6 rayonu, Sarxanbəyli kəndində yerləşən, dayısı Şahid1 icarəsində olan və xx.xx.2023-cü il tarixli etibarnamə ilə idarə olunması ona həvalə edilmiş 50 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində müəyyən hissələrdə bitmiş, meşə fonduna daxil olmayan, köküstə, yaş olmaqla bioloji inkişafda olan müxtəlif cinsli və diametrli 109280 manat dəyərində 1366 ədəd yulğun kolunu yandırmaq məqsədilə 2024-cü ilin fevral ayında şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxsləri cəlb etməklə, eləcə də xüsusi texnikadan istifadə etməklə qanunsuz olaraq torpaqdan çıxartdıraraq əraziyə cəlb etdiyi Şahid8, Şahid7 və Şahid6 idarə etdiyi “DT-28” markalı, 54-T-978 dövlət qeydiyyat nişanlı qoşa qoşqulu traktora yüklətdirib daşıtdırmaqla, eləcə də, bir hissəsini həmin ərazidə yandırtmaqla məhv etmişdir. Həmin ittihamın həlli üçün istinad edilən cinayət əməlinin məhz Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsinə dair istintaq orqanı tərəfindən toplanmış sübutlar aşağıdakı 1). Birinci dəlil - yulğun kollarının çıxarıldığı torpaq sahəsinin icarədarı Şahid1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin idarə olunması; 2). İkinci dəlil - təqsirləndirilən Təqsirləndirilən şəxs tapşırığı ilə çıxarılmış yulğun kollarının odun kimi yandırmaq məqsədilə təqsirləndirilən Təqsirləndirilən şəxs fermasına daşınması dəlillərindən ibarət olmuşdur. Yəni istintaq orqanı (müstəntiq) özünün düşüncəsi və məntiqinə əsaslanıb, Təqsirləndirilən şəxs cinayət törədilməsində təqsirli olmasına yuxarıda istinad olunan şübhə və ehtimalları sübut kimi qiymətləndirərək, bununla da cinayət təqibi üzrə topladığı həmin sübutların Təqsirləndirilən şəxs təqsirliliyinin təsdiqi üçün kifayət etməsi fikrinə gəlmişdir. Halbuki, CPM-nın 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. Məhkəmə istintaqı zamanı yulğun kollarının çıxarıldığı torpaq sahəsinin icarədarı Şahid1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin idarə olunması məsələsi araşdırılarkən, şahid qismində dindirilmiş Şahid1 bu halı təkzib edərək ifadəsində göstərmişdir ki, özünün hüquqi məsələlərdən anlayışı olmadığı baxımından, sənədləşmə işlərinin rəsmiləşdirilməsi məqsədilə bacısı oğlu Təqsirləndirilən şəxs və oğluna etibarnamə vermişdir ki həmin işləri görsünlər. Lakin torpaq sahəsində əkin və ya abadlaşma işlərini özü aparmaqla, torpaq sahəsində arpa əkmək niyyətində olduğunu və həmin torpaq sahəsinin Sahilə aidiyyətinin olmadığını bildirmişdir. Eyni zamanda istintaq orqanı tərəfindən sübut kimi qiymətləndirilən digər dəlillərdən olan - çıxarılmış yulğun kollarının təqsirləndirilən Təqsirləndirilən şəxs tapşırığı ilə odun kimi yandırmaq məqsədilə təqsirləndirilən Təqsirləndirilən şəxs fermasına daşınması məsələsi araşdırılarkən, şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, o, traktorla dolanışıq xatirinə kənd ərazisində insanlar üçün pul müqabilində müxtəlif ərazilərdən odun, yük və sair əşyalar daşıdığı üçün, Təqsirləndirilən şəxs təklif etdiyi pul müqabilində də, torpaq sahəsində qurumuş vəziyyətində olan yulğun kollarını odun kimi yandırmaq məqsədilə Təqsirləndirilən şəxs fermasına daşımışdır. Məhkəmə hesab edir ki istintaq orqanı tərəfindən cinayət işi üzrə ittihamın həlli üçün toplandığı yuxarıda istinad edilən dəlillər təqsirləndirilən Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayında şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxsləri cəlb etməklə, eləcə də xüsusi texnikadan istifadə etməklə qanunsuz olaraq meşə fonduna daxil olmayan 1366 ədəd yulğun kolunu torpaqdan çıxartdırıb məhv etməklə təbiətə 109280 manat dəyərində, yəni külli miqdarda ziyan vurma cinayətini məhz Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nın 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət- prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 21.3-ci maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri- məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş, CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə hesab edir ki ibtidai istintaq orqanı tərəfindən yuxarıda istinad edilən prosessual hüquq normalarının tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, müdafiə tərəfinin irəli sürdüyü, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamış, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı irəli sürdüyü ittihamda Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayında şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxsləri cəlb etməsi, eləcə də xüsusi texnikadan istifadə etməsi hallarına istinad etsə də, lakin həmin naməlum şəxslərin dairəsinin, qeyd olunan xüsusi texnikanın və ya onun istifadəcisinin müəyyən edilməsi istiqamətində hər hansı araşdırılma aparmamış, həmin şəxslərə və ya texnikanın istifadəcisinə kimlər tərəfindən tapşırıqların verilməsi məsələlərinə aydınlıq gətirilməmişdir. Məhkəmə CPM-nın qeyd edilən normalarının tələbləri baxımından ittiham və müdafiə tərəflərinin dəlillərini araşdırıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nın 259.2.4-cü maddəsində nəzərdə tutulan xüsusi texnikadan istifadə etməklə qanunsuz olaraq meşə fonduna daxil olmayan 1366 ədəd yulğun kolunu torpaqdan çıxartdırıb məhv etməklə təbiətə 109280 manat dəyərində, yəni külli miqdarda ziyan vurma cinayətini törətməsində ibtidai istintaq orqanı tərəfindən cinayət işinin obyektiv araşdırılması təmin olunmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından şübhə doğuran sübutlara istinad edilərək məhkum edilmiş şəxsin təqsirliyi məsələsində səhv nəticəyə gəlinmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən istinad edilən sübutlara Cinayət-Prosessual Məcəlləsinin 144, 145.1 və 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə bir-biri ilə müqasiyəli şəkildə qiymət verərək əlavə olaraq aşağıdakıları qeyd edir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən cinayətin törədilməsi dövrü, yəni 1366 ədəd yulğun kollarının torpaqdan çıxarılaraq məhv edilməsi zamanı kimi 2024-cü ilin fevral ayı göstərilsə də, lakin məhkəmə istintaqı zamanı bu xüsusat da şahidlərin ifadəsi ilə təkzib edilərək cinayətin məhz 2024-cü ilin fevral ayında törədilməsi faktı öz təsdiqini tapmamışdır. İbtidai istintaq orqanının yulğun kollarının çıxarılmaqla cinayətin törədilməsi zamanını məhz 2024-cü ilin fevral ayı göstərməsi üzrə irəli sürdüyü dəlilləri ondan ibarət olmuşdur: birinci dəlil - həmin hadisəni, yəni yulğun kollarının torpaqdan çıxarılmış vəziyyətdə olması hadisəsini aşkar edən Şahid3 həmin ərazini özünün mobil telefonu vasitəsi ilə videoçəkiliş apararaq “Tiktok” sosial şəbəkə səhifəsinə yayımlanması tarixinin 2024-cü ilin fevral ayı olması; ikinci dəlil: həmin ərazidə kolların çıxarılması faktını aşkar etdiyi andan təxminən 20-25 gün əvvəl Şahid3 həmin ərazidən keçərkən yulğun kollarının çıxarıldığını və qalaqlandığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixli, 97 saylı sərəncamı əsasında Sabirabad rayonu Sarxanbəyli kəndi ərazisində 50 hektar torpaq sahəsini istifadəsinə qəbul edərkən, həmin vaxt, yəni 2023-cü ilin iyul ayında həmin yulğun kollarının artıq çıxarılmış vəziyyətdə olduğunu görmüşdür. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şahid5 və Nümayəndə göstərmişlər ki, Sarxanbəyli kəndi ərazisində 50 ha. torpaq sahəsində qeyd edilən yulğun kollarının qanunsuz kəsilməsi ilə bağlı ilk dəfə məlumat onların idarəsinə təxminən 2023-cü ilin payız ayında, yəni 2023-cü ilin oktyabr-noyabr ayında daxil olmuş və bununla əlaqədar olaraq onlar, ilk dəfə həmin əraziyə 2023-cü ilin oktyabr-noyabr ayında baxış keçirmişlər və həmin yulğun kollarının xüsusi texnikadan istifadə etməklə torpaqdan çıxarmış vəziyyətdə olduğunu görmüşlər, lakin kolların tamamilə quru vəziyyətində, təxmini ən azı 1 il müddəti üçün quruma dövrünə uyğun tam qurumuş vəziyyətində olduğunu gördükdə, məlumatın əhəmiyyətsiz olduğunu düşünərək hər hansı rəsmiyyət aparmadan, məlumata əhəmiyyət verməmişlər və bu barədə rəhbərliyi məlumatlandırmışlar. Lakin bir necə aydan sonra Biləsuvar rayonu sakinləri kimi tanıdığı Şahid3 və Şahid2 adlı şəxslər Sabirabad rayonu Sarxanbəyli kəndi ərazisində yulğun kollarının məhv edilməsi ilə bağlı çəkiliş aparıb sosial şəbəkə hesablarında məlumat paylaşdıqdan sonra, araşdırmaya başlanılmış və həmin əraziyə yenidən baxış keçirilmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şahid5 və Nümayəndə ifadələrindən aydın olur ki, yulğun kollarının qanunsuz çıxarılmaqla məhv edilməsi faktı barədə məlumat ilk dəfə 2023-cü ilin oktyabr-noyabr ayında daxil olsa da, lakin kolların tamamilə quru vəziyyətində olduğu səbəbindən məlumata əhəmiyyət verilməmiş və məhz bir necə aydan sonra Biləsuvar rayonu sakinləri kimi tanıdığı Şahid3 və Şahid2 adlı şəxslər həmin fakt üzrə çəkiliş aparıb sosial şəbəkə hesablarında yayımlandıqdan sonra 2024-cü ilin fevral ayında məsələyə münasibət bildirilmişdir. Digər tərəfdən məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 adlı şəxslərin sorğu-sualı zamanı onlar tərəfindən kolların çıxarılması faktı aşkar edildi vaxtdan 20-25 gün əvvəl həmin ərazidən keçmədiklərini və ibtidai istintaq zamanı aşağıdakı məzmundakı ifadəni vermədiklərini bildirmişlər: O, həmin ərazidən 2024-cü ilin fevral ayından əvvəl, yəni kolların kəsilməsi faktını aşkar etdikləri andan təxminən 20-25 gün əvvəl oradan keçərkən yol kənarında gördüyü mənzərə əvvəlki vaxt yəni 20-25 gün əvvəl oradan keçərkən gördüyü mənzərdən fərqli olmuşdur, yəni 20-25 gün əvvəl keçərkən yulğun kollarının çıxarılıb qalaqlandığını görməmişdir. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə yulğun kollarının çıxarılması zamanını müəyyən etmək mümkün olmamışdır. Belə ki həmin rəydə b). Yulğun kolları xx.xx.2024-cü il tarixdə quru vəziyyətdə ola bilərdimi?” “c) Yulğun kollarının torpaqdan çıxarılaraq bioloji inkişafının dayandığı tarix hansı tarixə uyğundur?” “d) Yulğun kollarının bioloji inkişafının dayandığı tarix 2 il bundan əvvələ, yoxsa 2024-cü ilin əvvəllərinə uyğundurmu?” suallar üzrə tədqiqatın aparılmasının mümkün olmadığı qeyd edilir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şahid5 və Nümayəndə, habelə digər şahidlər Şahid8, Şahid7 və Şahid6 ifadələrində yulğun kollarının tamamilə quru, təxmini ən azı 1 il dövrünə uyğun qurumuş vəziyyətində olduğu üçün ovulduğunu göstərmişlər. Məhkəmə həmin şəxslərin yulğun kollarının tamamilə qurumuş vəziyyətində olduğuna dair ifadəsinə və cinayət işi materiallarında olan fotoşəkillərə əsaslanaraq hesab edir ki, qış fəslinin ən soyuq və nəm-ciskin ayı olan fevral ayında torpaqdan çıxarılarkən yaş vəziyyətdə olduğu halda, yulğun kollarının 1 ay müddətində, yəni mart ayında cinayət təqibi zamanı tamamilə qurumuş vəziyyətinə düşməsi ağlabatan və inandırıcı deyil. Beləliklə məhkəmə istintaqı nəticəsində cinayətin törədilməsi zamanı ilə bağlı araşdırılmış xüsusatlar qiymətləndirərək məhkəmə hesab edir ki yulğun kollarının 2024-cü ilin fevral ayında çıxarılmasının həqiqət olması təkzib edilir və bununla da cinayət hadisəsinin məhz 2024-cü ilin fevral ayında törədilməsi faktı mötəbər sübutlarla öz təsdiqini tapmır. Eyni zamanda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən ittiham üzrə toplanmış sübutlar yulğun kollarının və dəymiş zərərin həcminin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işi materiallarından görünür ki, dəymiş zərərin həcmi müəyyən edilərkən yulğun kollarının sayı əsas götürülmüşdür. Yəni ibtidai istintaq orqanı 3 saylı RETS-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 83794 saylı akta əsaslanaraq məhv edilmiş yulğun kolunun sayının 1366 ədəd və həmin saya uyğun olaraq Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın məbləği isə nəzəri qaydada 109280,00 manat olmasını müəyyən etmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X5 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” videogörüntüyə nəzər salarkən, baxışda iştirak edən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Nümayəndə yulğun kollarının qalaqlandığını və bir qisminin yandırıldığı səbəbindən kolların sayının müəyyən edilməsində çətinliklər yaranmış olduğunu göstərsə də, eyni zamanda həmin kolların 1366 ədəd olmasını və bu barədə xx.xx.2024-cü il tarixli 83794 saylı akt tərtib edildiyini göstərmişdir. Məhkəmə hesab edir ki, yulğun kollarının qalaqlandığı və bir qisminin yandırıldığı səbəbindən kolların sayının müəyyən edilməsində çətinliklərin yarandığı halında, kökündən çıxarılmış yulğun kollarının torpaq üzərindəki olan çuxurların sayını görüntülü şəklində təfərruatı ilə saymaqla videoçəkilişlə aparılması imkanından istifadə edilməməsi və yulğun kollarının sayının məhz bir vərəqli aktda əks etdirməsi, həmin məhv edilmiş yulğun kollarının məhz 1366 ədəd sayda olmasının müəyyən edilməsi təəccüb və ciddi şübhə doğurur. «Yaşıllıqların mühafizəsi» haqqında Qanunun 12.2-ci maddəsinə əsasən yaşıllıqların uçotu, kadastrı və monitorinqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu Qanunun 8.2.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid metodika əsasında həyata keçirilir. Həmin Qanunun 12.3-cü maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir. Lakin ibtidai istintaq orqanı Sarxanbəyli kəndi ərazisində 50 ha. torpaq sahəsinin uçotunun, kadastrının və manitorinqinin aparılmadığını, həmin torpaq sahəsində hansı sayda kol və ağacın qeydə alındığını araşdırmamış, bu barədə müvafiq icra hakimiyyəti orqanına sorğu göndərməmişdir. İş materiallarından olan bütün yuxarıda müəyyən edilərək sadalanmış ziddiyyətlər kifayət qədər ciddi şübhələr doğurur. Həmin şübhələr Təqsirləndirilən şəxs xeyrinə təfsir olunmaqla o, cinayət məsuliyyətindən azad olunmalıdır. İş materialları arasında Təqsirləndirilən şəxs Sarxanbəyli kəndi ərazisində 50 ha. torpaq sahəsinin ərazisində mövcud olmuş hər hansı yulğun kollarının məhv edilməsini, yaxud bu barədə kim(lər)əsə tapşırıq verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Yəni təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş ittiham yalnız ehtimallara və müstəntiqin şəxsi mülahizələrinə və fərziyyələrinə əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nın 42.1.4-cü maddəsinin tələbinə görə - təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən bəraət hökmünün nəticəvi hissəsində aşağıdakılar göstərilməlidir: 353.5.1. təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və ona bəraət verilməsi haqqında qərar; 353.5.2. məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi; məhkəmə hökmü çıxarılanadək mülki iddianın və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi üzrə tədbirlər görüldükdə görülmüş tədbirlərin ləğv edilməsi; mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi); 353.5.5. maddi sübutların həlli; 353.5.6. məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və ondan şikayət verilmə qaydasının izahı. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamı müdafiə etmək üçün heç bir mötəbər dəlil və sübutlar təqdim edə bilməmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham əsassız olaraq verildiyindən, ittiham tərəfinin ittihamı təsdiq etmək üçün təqdim etdiyi yuxarıda sadalanan ittiham mövqeli sübutlar, ona qarşı olan ittihamın əsasını təşkil edə biləcək mötəbər sübutlar kimi qəbul oluna bilməzlər. Eyni zamanda qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməsini, iş üzrə mülki iddianın təmin edilməməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nın 356.5-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqlarının izah edilməsini, iş üzrə məhkəmə xərclərinin Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 42.1.4, 344-350, 352353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nın 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nın 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə məhkəmə xərcləri - xx.xx.2024-cü il tarixli 9/9471№-li məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri - 50 (əlli) manat və xx.xx.2025-ci il tarixli 3-16-16/2- 7/1967№-li məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri - 100 (bir yüz) manat, ümumilikdə isə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-51/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-51/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver