Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-52/2023 19.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 2001-ci ildə Sabirabad rayonu Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə elan edilmiş ittihama görə o, cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə, mobil telefon vasitəsi ilə tanış olduğu Sabirabad rayonu Qaratəpə kənd sakini xx.xx.2009-cu ildə anadan olmaqla, yaş xüsusiyyətləri, intellektual imkanları və emosional halına görə ona qarşı edilən seksual xarakterli hərəkətin mahiyyətini dərk etmək və müqavimət göstərmək qabiliyyətinə malik olan Zərərçəkmiş şəxs 31 may 2022-ci il tarixdə yaşadığı Sabirabad rayonu Şəhriyar kəndində yerləşən çöl sahəsinə gətirərək, sonuncunun öz razılığı ilə cinsiyyət orqanını anus dəliyinə daxil еtməklə, arxa keçəcək dəliyinin açıq olması, sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması, düz bağırsaq selikli qişasının görünməsinə səbəb olub, 14 yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sabirabad rayonu Şəhriyar kəndində valideynləri ilə birlikdə yaşayır. Sabirabad rayonu Qaratəpə kənd sakinləri Şahid1, Zərərçəkmiş şəxs və X4 tanıyır. Əvvəlcə Məhbubənin adının Mətanət olduğunu, sonradan isə əsl adının Məhbubə olduğunu öyrənmişdir. 2022-ci ilin may ayının sonlarında həmkəndlisi Şahid2 və dayısı oğlu X3 kəndində yaşayan Məhbubə və onun qızı Aynurla görüşüb cinsi əlaqədə olmalarından məlumatı olmuşdur. Belə ki, bu barədə ona özləri demişdir. 2022-ci ilin may ayının 31-də Mirmayılla yaşadıqları Şəhriyar kəndində küçədə dayanıb söhbət edən zaman, Mirmayıl öz mobil telefonu ilə Məhbubə ilə telefonla danışmış, həmin vaxt Məhbubə Mirmayıla balaca qızı Badamla da cinsi əlaqədə olması üçün bir nəfər tapmasını və onunla birlikdə gəlməsini demişdir. Mirmayıl da bu barədə ona demiş, o da razılaşmış və həmin vaxt Mirmayılın telefonu ilə Badamla danışmışdır. Sonra həmin gün saat 14 radələrində Mirmayılla birlikdə yoldan keçən taksi avtomobilinə əyləşib Qaratəpə kəndinə gəlmişlər. Danışdıqları kimi Qaratəpə kəndində asfalt yolun kənarında Məhbubə və qızı Badam onları gözləmiş və taksiyə əyləşmişlər. Sonra birlikdə Şəhriyar kəndində yerləşən çöl sahəsinin yaxınlığında avtombildən düşmüş və birlikdə çöl sahəsinə getmişlər. Bir-birilərindən təxminən 10-15 metr məsafədə Məhbubə və Badamla cinsi əlaqədə olmağa başlamışlar. Belə ki, Mirmayıl Məhbubə ilə qabaq nahiyədən cinsi əlaqədə olmuş, o da ereksiya vəziyyətində olan cinsi orqanını əli ilə tüpürcəkləyib Badamın arxa nahiyəsinə daxil etməklə onunla öz razılığı ilə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olub qurtardıqdan sonra Mirmayıl, o, Məhbubə və qızı Badam birlikdə sahədən çıxmışlar. Onları yoldan keçən taksi avtomobilinə əyləşdirib evlərinə yola salmışlar. Məhbubə və qızı Badam onlardan ayrıldıqdan sonra, yolda Mirmayıla Badamla arxa nahiyədən qeyri təbii yolla cinsi əlaqədə olduğunu demişdir. O, Badamla bir dəfə cinsi əlaqədə olmuş, başqa vaxtlarda görüşməmişdir. O və Mirmayıl Məhbubə və Badama cinsi əlaqədə olmaq üçün pul verməmişlər, nə də sonuncular onlardan pul istəməmişlər. Hazırda o, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Əməlindən peşmandır. Özü Vətən müharibəsi iştirakçısıdır və erməni avtomobilini zərərsizləşdirdiyinə görə ona “cəsur döyüşçü” adı verilmişdir. Göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sabirabad rayonu Qaratəpə kəndində atası X6 və anası Şahid1 ilə birlikdə yaşayır. O, bir neçə nəfər şəxslə öz razılığı ilə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Şəhriyar kənd sakini Təqsirləndirilən şəxs ilə də qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Belə ki, anası Şahid1 Şəhriyar kəndində yaşayan Şahid2 adlı şəxslə tanış olmuş, 2022-ci ilin may ayında Mirmayıl həmkəndlisi Təqsirləndirilən şəxs ilə birlikdə onları avtomobillə götürüb Şəhriyar kəndində yerləşən çöl sahəsinə gəlmişlər. Çöl sahədə Mirmayıl anası Məhbubə ilə qabaq nahiyədən təbii yolla cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxs isə onunla arxa nahiyədən qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Anası Şahid1, bacısı Aynur Tağıyeva və özü müxtəlif şəxslərlə görüşüb cinsi əlaqədə olan zaman, həmin şəxslərdən pul almamışlar. Cinsi əlaqədə olmağı ürəkləri istədikləri üçün müxtəlif şəxslərlə cinsi əlaqədə olmuşlar. O və bacısı Aynur Tağıyeva qeyri təbii yolla cinsi əlaqədə olduqları şəxslərə yaşlarını, adlarını və yaşadıqları yeri düzgün deməmişlər. Onlarla qeyri təbii yolla cinsi əlaqədə olan şəxslər onların 14 yaşına çatmadıqlarını bilmişlər. Hazırda o, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Ona görə də o, məhkəmədən təqsirləndirilən şəxsə qarşı həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabirabad rayonu Qaratəpə kəndində əri X6, qızları Zərərçəkmiş şəxs və Aynur Tağıyeva ilə birlikdə yaşayır. 2022-ci ilin mart ayının əvvəllərində əri İlkinin qohumu Qaratəpə kəndində yaşayan X1 onlara gəlmiş, Səxavət ona tanışlarının olduğunu və onunla görüşmək istədiyini demişdir. O, əvvəlcə razılıq verməmiş, lakin sonralar Səxavət bu barədə onun başını dəng etmişdir. Həmin ərəfələrdə əri İlkinlə küsülü olmuş, İlkin onu atıb işləmək üçün Rusiya Federasiyasına getmişdir. Pandemiya ilə əlaqədar əri İlkin Rusiyadan gəldikdən sonra, Bakıya işləmək üçün getmiş və evə gec-gec gəlmişdir. O, İlkinlə cinsi əlaqədə olmaq istəmiş, lakin İlkin ona onu istəmədiyini, başqa istədiyinin olduğunu dediyinə görə, o, Səxavətin dediyi kimi tanışları ilə cinsi əlaqədə olmaq istəmişdir. Sonradan özü də mobil telefon vasitəsi ilə bir neçə nəfər şəxslə tanış olub cinsi əlaqədə olmuşdur. Qızı Zərərçəkmiş şəxs 2022-ci ilin may ayında Şəhriyar kənd sakini Təqsirləndirilən şəxs ilə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Belə ki, o, Şəhriyar kənd sakini Şahid2la tanış olmuş və görüşmək qərarına gəlmişlər. Həmin vaxt Mirmayıl həmkəndlisi Əli ilə birlikdə gəlmişdir. Şəhriyar kəndində yerləşən çöl sahədə Mirmayıl onunla təbii yolla qabaq nahiyədən cinsi əlaqədə olmuş, Əli də qızı Badamla arxa nahiyədən qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. O, qızları Badam və Aynur müxtəlif şəxslərlə əlaqədə olan zaman, həmin şəxslərdən pul almamış, ürəkləri istədikləri üçün qeyd etdiyi şəxslərlə cinsi əlaqədə olmuşlar. O, cinsi əlaqədə olduğu şəxslərə adını Mətanət kimi demişdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclası zamanı ifadəsi elan edilmiş Şahid2 göstərmişdir ki, Sabirabad rayonu Qaratəpə kənd sakini Şahid1, sonuncunun qızları Zərərçəkmiş şəxs və digər qızı X4 tanıyır. Əvvəlcə Məhbubənin adının Mətanət olduğunu, sonradan isə adının Məhbubə olduğunu öyrənmişdir. Belə ki, 2022-ci ilin fevral ayından Şuşa şəhərində fəhlə işləmişdir. Şuşada fəhlə işlədiyi müddətdə, may ayının 23-də istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xatırlamadığı nömrədən zəng gəlmiş, o, həmin nömrəyə cavab vermiş və telefonda bir nəfər qadın səsini eşitmişdir. Həmin qadın adının Mətanət olduğunu, nömrəsini uşaqlardan tapdığını və onunla danışmaq istədiyini bildirmişdir. O, həmin qadına adının Nicat olduğunu demiş və bir neçə gün Mətanətlə danışmışdır. 26 may 2022-ci il tarixdə yaşadığı Şəhriyar kəndinə gəlmiş, həmin gün Məhbubə ilə əlaqə saxlamış və kənddə olduğunu demişdir. Məhbubə görüşməyi təkid etmişdir. O, Məhbubə ilə danışanda sonuncu ona qızı Aynura da bir nəfər sevgili tapmasını, lakin qızının bakirə olduğunu, yalnız arxadan ola biləcəyini demişdir. Məhbubə ona evdən tək çıxa bilmədiyini, ona görə də heç kim ondan şübhələnməsin deyə iki qızından birini götürməli olduğunu demişdir. O, həmin vaxt dostu Ceyhunla bir yerdə olduğuna görə Ceyhuna bu barədə demiş, Ceyhun da razılaşmış və onun telefonu ilə Aynurla danışmağa başlamışdır. Sonra onlar həmin gün görüşmək qərarına gəlmişlər. Həmin gün gecə saat 24 radələrində Ceyhunla birlikdə asfalt yoldan tanımadıqları taksi avtomobilinə əyləşib Qaratəpə kəndinə çöl sahəyə getmişlər. Qaratəpə kəndinə çatanda Məhbubə və qızı Aynur onları gözləmişlər. Onlar gəldikdən sonra avtomobilə əyləşmişlər və birlikdə Şəhriyar kəndinə çöl sahə tərəfə getmişlər. Çöl sahədə bir-birlərindən uzaq məsafədə olmuşlar. Həmin vaxt o, Mətanətlə təbii yolla cinsi əlaqədə olmuş, daha sonra Aynurla Ceyhun da gəlmiş və birlikdə sahədən çıxmışlar. Onları yoldan keçən taksi avtomobilinə mindirib evlərinə yola salmışlar. Mətanət və qızı Aynur onlardan ayrıldıqdan sonra, o, Ceyhundan Aynurla arxadan cinsi əlaqədə olub-olmadığını soruşmuş, Ceyhun ona Aynurla arxadan cinsi əlaqədə olmadığını, Aynurun üzündən, boynundan, döşlərindən öpdüyünü, əlini Aynurun cinsiyyət orqanına toxundurmasını demişdir. Bundan sonra, 2022-ci ilin may ayının 31-də Mətanətlə danışdıqları ərəfədə onunla yenidən görüşmək istədiyini demiş, həmin vaxt ona balaca qızı Badamla da cinsi əlaqədə olması üçün bir nəfər tapmasını və tapdığı adamla birlikdə gəlməsini demişdir. O, həmin vaxt yanında olan dostu Təqsirləndirilən şəxs bu barədə demiş, Əli onunla razılaşmış və həmin vaxt onun telefonu ilə Badamla danışmışlar. Sonra həmin gün saat 14 radələrində Əli ilə birlikdə yoldan keçən taksi avtomobilinə əyləşib Qaratəpə kəndinə gəlmişlər. Danışdıqları kimi Qaratəpə kəndində Mətanət və qızı Badam onları gözləmişlər. Onlar taksiyə əyləşmişlər və birlikdə yenə də Şəhriyar kəndində yerləşən çöl sahəsində avtombildən düşmüşlər. Bu dəfə aralarında məsafə az olduğundan bir-birlərini görmüşlər. O, Mətanətlə təbii yolla cinsi əlaqədə olmuş, Əli isə Badamla arxa nahiyədən qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Aralarında məsafə az olduğundan Əlinin Badamla arxa nahiyədən cinsi əlaqədə olmasını görmüşdür. Cinsi əlaqədə olduqdan sonra o və Əli, Mətanət və Badamı yoldan keçən taksi avtomobilinə əyləşdirib evlərinə yola salmışlar. Cinayət işində olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X5 tərəfindən 06 iyun 2022-ci il tarixli 324 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs İlham qızının müayinəsi zamanı onda onunla qeyri təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (arxa keçəcək dəliyinin açıq olması, sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması, düz bağırsaq selikli qişasının görünməsi) aşkar edildi. Qeyri təbii yolla cinsi əlaqə zamanı xəsarət və ya xəsarət izləri aşkar edilmədikdə, müddəti təyin etmək mümkün deyildi. MTE və PA birliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 23 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs arxa keçəcəyindən götürülmüş yaxmanın məhkəmə-bioloji tədqiqatları zamanı spermatozoidlər aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1858 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs özündən uydurmaya patoloji meyillik əlamətləri müəyyən olunmasa da, səmimi olmadığı, situasiyanı öz xeyrinə yönəldib danışdığı, özünü psixoloji müdafiə etməyə cəhd göstərdiyi müşahidə edildi. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Emosionallıq, ünsiyyətçilik, özünü psixoloji müdafiə etməyə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs hadisə zamanı psixi vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı cinayət xarakterli hərəkətlər edilərkən yaş xüsusiyyətləri, intellektual imkanları və emosional halına görə, müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğun, norma daxilində olduğundan o, ona qarşı edilən seksual xarakterli hərəkətin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə vəəldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, təqsirləndirilən şəxsin Vətən müharibəsi iştirakçısı olmasını, “Cəsur döyüşçü” statusunu almasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növü təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində iki gün həbsdə saxlandığı müddətini bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir gününə bərabər tutulub hesablanmaqla, iki gün təyin olunan cəzadan çıxılmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsini və məhkəmə iclas zalından həbsə alınmasını, cəzanın əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmasını əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza tətbiq edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddətin hər günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2023-cü ildən hesablansın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkuma isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-52/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-52/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver