Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-54/2024 23.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Füzuli rayonu, Üçbulaq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə İmişli rayonu Cavadxanlı kənd sakini Zərərçəkmiş şəxs “Turbo.az” avtomobil elanları saytında yerləşdirdiyi Tovuz rayon sakini X5 məxsus "Mercedes- Benz" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin guya ki, özünə məxsus olduğunu bildirərək, həmin avtomobili Zərərçəkmiş şəxs satacağına dair yalan vədlər verib aldatmaqla, beh qismində 28 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şossesi, “Euro Home” tikinti materialları bazarının yaxınlığında yerləşən "Milliön" aparatı vasitəsilə zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən 300 manat pul vəsaitini +994 (77) ***-**-** saylı mobil nömrədə Sumqayıt şəhər sakini X2 adına qeydə alınmış "M10" tətbiqindəki hesaba, 29 avqust 2023-cü il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı İmişli rayonu Cavadxanlı kəndində 600 manat pulu “Birbank” tətbiqi vasitəsilə X1 adına qeydə alınmış "Kapital Bank” ASC-yə aid “4169 7387 4712 5486” nömrəli bank kart hesabına, 30 avqust 2023-cü il tarixdə İmişli rayonu Araz küçəsi ev 46 ünvanında yerləşən "Al Market" mağazasının daxilində yerləşən "Milliön" aparatı vasitəsilə 02 dəfə, hər biri 600 manat olmaqla ümumilikdə 1200 manat pulu, 31 avqust 2023-cü il tarixdə isə Sabirabad rayonu, Qalaqayın kəndi ərazisində yerləşən mərkəzi dairənin yaxınlığındakı "Çinar" Marketin daxilindəki "Milliön" aparatı vasitəsilə 800 manat (səkkiz yüz) manat məbləğində pulu +994 (77) ***-**-** saylı mobil nömrədə Sumqayıt şəhər sakini X2 adına qeydə alınmış "M10” tətbiqində olan hesaba göndərilməsinə nail olmaqla, pulları nağdlaşdırıb hesablardan çıxarmaqla vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində pulunu ələ keçirməklə, dələduzluq etmişdir. Bu hərəkətlərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, müxtəlif şəxslərə məxsus avtomobillərin satışı barədə “Turbo.az”, “Tap.az” və “Lalafo.com” adlı saytlara elan yerləşdirmişdir. O, internetdə Tovuz rayon sakini X5 məxsus "Mercedes-Benz" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüş və həmin avtomobilin şəklini yükləyib “Turbo.az” saytında elan kimi yerləşdirmişdir. Həmin avtomobillə maraqlanan şəxslərdən biri olan Sumqayıt şəhər sakini X2 şəxsiyyət vəsiqəsini tələb etmiş və Elmar Qasımov ona "Whatsapp" ani mesajlaşma tətbiqində şəxsiyyət vəsiqəsini göndərmişdir. Bundan sonra Elmar Qasımovun ona göndərdiyi şəxsiyyət vəsiqəsini onlayn nömrə satışı ilə məşğul olan şəxslərə göndərmiş və həmin şəxsin adına nömrələr rəsmiləşdirmişdir. Sonra həmin nömrələr kuryer vasitəsilə ona göndərilmiş və həmin nömrələrlə isə aldadacağı insanlarla danışmış və beləliklə də, onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdır. Vəsaitləri qəbul etmək üçün ya “M10” mobil tətbiq açmış, yaxud da qanunsuz idman mərc oyunu sayılan "Fastloto.com" saytına köçürmələrin aparılmasını tələb etmişdir. 28 avqust 2023-cü il tarixdə vətəndaşları aldatmaq üçün yenidən Tovuz rayon sakini X5 məxsus **-BA-*** dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobilin şəklini “Turbo.az” saytına qoymuşdur. Şəhriyar adlı şəxs onun istifadəsində olan +994(77) *** ** ** və +994(77) *** ** ** mobil telefon nömrələrinə zəng etmiş və avtomobili almaq istədiyini bildirmişdir. O, avtomobili beh qarşılığında göndərə biləcəyini bildirmişdir. Şəhriyar onunla razılaşmış və ilkin olaraq 300 manat pul vəsaitini xx.xx.2023-cü il tarixdə +994(77) *** ** ** saylı M10 nömrəsinə köçürmüş, növbəti gün bir bəhanə gətirərək yenə 600 manat beh istəmişdir. Şəhriyar “M10”a köçürmə edə bilmədiyini bildirmiş, o da tanışı Şahid1 təcili kart tapmasını istəmişdir. Nərgiz həmin vaxt qadın salonunda olmuş və orada çalışan xanımlardan birinə məxsus kart məlumatlarını götürərərk ona göndərmiş, o da həmin kartı (4169 7387 4712 5486) Şəhriyara göndərmiş və Şəhriyar karta xx.xx.2023-cü il tarixdə 600 manat pul köçürmüşdür. Bir gün sonra yenə bir bəhanə gətirmiş və Şəhriyardan pul istəmiş, əks təqdirdə avtomobili başqa şəxsə satacağını bildirmişdir. Şəhriyar yenidən 30 avqust 2023-cü il tarixdə onun istifadəsində olan +994(77) *** ** ** saylı “M10” nömrəyə iki dəfə 600 manat olmaqla, ümumilikdə 1200 manat pul köçürmüş, 31 avqust tarixində yenə eyni bəhanə gətirmiş və o, 800 manat pul vəsaitini +994(77) *** ** ** saylı “M10” nömrəyə köçürmüşdür. O, ümumilikdə Şəhriyara 2.900 manat maddi ziyan vurmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın tam həcmdə ödəməsini və bununla da onunla barışıq əldə etdiyini, zərərçəkmişin ona qarşı heç bir şikayət, tələb və iddiasının olmamasını nəzərə alaraq onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 28 avqust 2023-cü il tarixdə “Turbo.az” avtomobil elan saytında **-BA-*** nömrəli "Mercedes-Benz" markalı avtomobilin satış elanında görüb bəyəndiyi üçün elanda olan +994(77) ***-**-** və +994(77) ***-**-** mobil telefon nömrələri ilə əlaqə saxlamışdır. Sonra bu şəxs ondan beh olaraq 300 manat pul istəmiş və o da 28 avqust 2023-cü il tarixdə 300 manat pul vəsaitini +994(77) ***-**-** mobil nömrəsi ilə açılmış "M10" tətbiqindəki hesaba İmişli rayonunda yerləşən "Milliön" aparatı vasitəsilə ödəniş edərək, qəbzi həmin şəxsə göndərmişdir. Növbəti gün həmin şəxs ona zəng edib yenidən bəhanə gətirərək, 600 manat pul istəmiş və o da 29 avqust 2023-cü il tarixdə Zeynəlabidinin ona təqdim etdiyi "Kapital Bank” ASC-yə məxsus 4169 7387 4712 5486 nömrəli bank kartına 600 manat ödəniş etmişdir. 30 avqust 2023-cü il tarixdə yenidən iki dəfə hər biri 600 manat olmaqla, ümumilikdə 1200 manat pulu Zeynəlabidinin istifadəsində olan +994(77) ***-**-** mobil nömrəsi ilə açılmış "M10” tətbiqində olan hesaba İmişli rayonu Araz küçəsi ev 46 ünvanında yerləşən "Al Market" mağazasının daxilində olan "Milliön" aparatı vasitəsilə ödəniş etmişdir. 31 avqust 2023cü il tarixdə Zeynəlabidin ona zəng edərək, müxtəlif bəhanə ilə 800 manat pul istəmişdir. O da həmin tarixdə Zeynəlabidinin ona təqdim etdiyi +994 (77) ***-**-** saylı mobil nömrəsi ilə açılmış "M10" hesabına Sabirabad rayonu Qalaqayın kəndində yerləşən Çinar marketin içərisindəki "Milliön" aparatı vasitəsilə 800 manat ödəniş etmişdir. Ödənişlərdən sonra Zeynəlabidin onunla əlaqəni kəsərək mobil telefon nömrəsini qara siyahıya salmışdır. Bundan sonra o, nə qədər həmin şəxslə əlaqə saxlamağa çalışsa da, həmin şəxsi tapa bilməmişdir. Zeynəlabidin ona ümumilikdə 2900 manat maddi ziyan vurmuşdur. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin əvəzi tam həcmdə ödənilmiş və bununla da onunla barışıq əldə etnişdir. Hazırda ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nın 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yarandığından, Təqsirləndirilən şəxs CM-nın 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikası CPM-nın 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin istinad olunan “Qeyd” hissənin 1-ci bəndi ilə müəyyən olunmuş “şəxsin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi” qaydasına dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Oğuz rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə əvvəllər başlanmış digər cinayət təqibinə xx.xx.2023-cü il tarixli qərarla CM-nın 73-1.2-ci maddəsi əsasında xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “şəxsin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi” ilə bağlı müddəasının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Yuxarıda qeyd olunan tələbnamədən aydın olur ki, Oğuz rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs barəsində digər cinayət əməlinə görə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə əvvəllər başlanmış cinayət təqibinə xx.xx.2023-cü il tarixli qərarla CM-nın 73-1.2-ci maddəsi əsasında xitam verilmişdir. Göründüyü kimi hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə o, dələduzluq cinayətini 2023-cü ilin 28-31 avqust tarixlərdə, yəni Oğuz rayon Polis Şöbəsində CM-nın 178.2.1-ci maddəsi ilə onun barəsində digər cinayət əməlinə görə əvvəllər başlanmış cinayət təqibinə xx.xx.2023-cü il tarixdə xitam verilənədək törətmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsaslanaraq məhkəmə hesab edir ki, CM-nın 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş “şəxsin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi” qaydası hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs 2023-cü ilin 28-31 avqust tarixlərdə törətdiyi dələduzluq əməllərinə görə onun Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi əsasında cinayət məsuliyyətindən azad olunması üçün məhdudiyyət yaratmır. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün, CM-nın 73-1.1-ci maddəsi əsasında onun barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyi halda, Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri də ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş ziyanın əvəzi tamamilə ödənildiyi üçün və onlar arasında barışıq olduğu səbəbindən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-54/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-54/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver