Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-55/2025 11.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Allahverdiyevin sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Sabirabad rayonunun Bala Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabirabad rayonunun Çöl Beşdəli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, yəni bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 5,08 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlamış, 27 yanvar 2025-ci il tarixdə saat 19 radələrində Sabirabad rayonunun Çöl Beşdəli kəndi ərazisində küçədə piyada hərəkət edərkən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan xırda xuliqanlıq hərəkətini törətdiyindən barəsində inzibati tənbeh tədbiri görülməsi üçün Sabirabad RPŞ-nin Qaragüney PB-nin əməkdaşları polis kapitanı Şahid1 və polis kapitanı Şahid2 tərəfindən Sabirabad RPŞ-nin Qaragüney PB-nin inzibati binasına gətirilmiş, orada saat 19:35 radələrində növbətçi hissədə üzərində saxladığı əşyaları təqdim etməsi tələb olunarkən o, əynində olan qış gödəkçəsinin sol yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,08 qram narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmamışdan 5-6 ay əvvəl narkotik vasitə qurudulmuş marixuana istifadə etmiş, xx.xx.2025-ci il tarixində yaşadığı Sabirabad rayonunun Çöl Beşdəli kəndi ərazisində yerləşən fermanın çöl sahəsində heyvan otaran zaman yerdə bir ədəd kibrit qutusu görmüş, həmin kibrit qutusunu götürüb içərisinə baxan zaman içərisində marixuana olmasını müəyyən etmiş və istifadə etmək üçün əynində olan qış gödəkçəsinin cibinə qoymuşdur. Həmin gün saat 12 radələrində tanışı Sabirabad rayonunun Çöl Dəllək kəndində yaşayan Murad Cavadov ona zəng edərək onunla görüşüb yeyib-içmək istədiyini bildirdikdə o, fermada işlərinin olduğunu, oradan uzaqlaşa bilmədiyini demiş və Muradı fermaya dəvət etmişdir. Fermaya gəldikdən sonra söhbət əsnasında Murad cibindən bir kibrit qutusu çıxarmış, qutunu açdıqda o, içərisində marixuana olmasını görmüşdür. Daha sonra Murad həmin marixuananı özü ilə gətirdiyi siqaret dənəsinin içərisinə doldurub istifadə etmiş, bu zaman o da öz üzərində olan tapdığı narkotik vasitədən az miqdarda götürüb özündə olan “LD” markalı markalı siqaret dənəsinin içərisinə doldurub istifadə etmişdir. Bir müddət sonra Murad onunla sağollaşıb fermadan uzaqlaşmış və həmin gün saat 19 radələrində o, çöl Beşdəli kəndinə getmiş, kənd ərazisində telefonla danışan zaman əsəbiləşdiyi üçün nalayiq ifadələr işlətmiş, bu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq ictimai qaydanı pozmasını bildirib onu Sabirabad RPŞ-nin Qaragüney PB-nə aparmışlar. Bölmədə olarkən üzərində olan əşyaların təqdim edilməsi təklif edildikdə o, əynində olan qış gödəkçəsinin cibindən bir ədəd kibrit qutusunu, bir ədəd “Samsung” markalı mobil telefonu və bir ədəd “LD” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Ondan kibrit qutusunun içərisində nə olması soruşulduqda o, marixana olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismikndə tutulmuşdur. Daha sonra təqdim etdiyi əşyalara baxış keçirilmiş, baxış zamanı təqdim etdiyi marixuana və mobil telefonu götürülmüş, siqaret qutusu isə özünə qaytarılmışdır. O, Murada narkotik vasitə satmamışdır. Muradla görüşən zaman Murad onda olan narkotik vasitədən öz istifadəsi üçün istəsə də, o, Murada özünün istifadə edəcəyini bildirib marixuanadan vasitəni verməkdən imtina etmişdir. Hazırda o, uzun müddətdir ki, narkotik vasitə istifadəsini dayandırmışdır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Himayəsində iki azyaşlı övladı (8 və 9 yaş) olmaqla ailəsinə yeganə qazanc gətirən şəxsdir. Həbs edilərsə ailəsi pərişan vəziyyətə düşəcəkdir. Ona görə də o, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, Sabirabad RPŞ-nin Qaragüney PB-də sahə rəisi vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixində Bölmənin cinayətaxtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ilə Sabirabad rayonunun Çöl Beşdəli kəndində xidmətdə olan zaman saat 19 radələrində bir nəfər şəxsin yüksək səslə telefonla danışaraq nalayiq ifadələri işlətdiyini görmüş, həmin şəxsə yaxınlaşaraq söyüş söyməklə ictimai qaydanı pozması bildirilmiş və barəsində qanunauyğun tədbir görülməsi üçün onu Sabirabad RPŞ-nin Qaragüney PB-nə dəvət etmişlər. Sonradan adını bildikləri Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra raportal bölmə rəisinə məruzə edilmiş və Ruslan adlı şəxs bölmənin məsul növbətçisi İldırım Cəfərova təhvil verilmişdir. Məsul növbətçi Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etdikdə sonuncu əynində olan qış gödəkçəsinin cibindən bir ədəd kibrit qutusunu, bir ədəd “Samsung” markalı mobil telefonu və bir ədəd “LD” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs kibrit qutusunun içərisində nə olması soruşulduqda o, qutunun içərisində qurudulmuş marixuana olmasını bildirmiş və bu barədə məsul növbətçi tərəfindən bölmə rəisinə məruzə edilmişdir. Daha Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun üzərindən aşkar edilmiş kütlə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Münasibətləri hər zaman yaxşı olmuşdur. xx.xx.2025-ci ildə o, Ruslana zəng edərək yeyib-içmək üçün onunla görüşmək istədiyini bildirmiş, Ruslan fermada işlərinin olmasını bildirərək onu fermaya dəvət etmiş və o, fermaya getmişdir. Onlar orada söhbət edərkən Ruslanın da arabir narkotik vasitə qəbul etdiyini bildiyi üçün narahat şəkildə onun yanında bir gün əvvəl tapdığı və kibrit qutusunda olan marixuananı cibindən çıxararaq bir ədəd siqaret dənəsinə doldurub istifadə etməyə başlamış, həmin vaxt Ruslan da cibindən bir ədəd kibrit qutusu çıxarmış, qutunun içərisində olan marixuanadan bir qədər götürüb özündə olan siqaret dənəsinin içərisinə doldurub istifadə etməyə başlamışdır. O, Ruslanda olan qutuda narkotik vasitənin çox olmasını görüb bir qədər öz istifadəsi üçün istəmiş, lakin Ruslan özünün istifadə edəcəyini bildirib ona marixuana verməkdən imtina etmişdir. Bir qədər orada olduqdan sonra o, Ruslandan ayrılmış və Minbaşı kəndinə getmişdir. Kəndə telefonla danışarkən nalayiq ifadələrdən istifadə etdiyi üçün ona yaxınlaşan polis əməkdaşları ictimai qaydanı pozmasını bildirib onu Sabirabad RPŞ-nin Qaragüney PB-nə aparmışlar. Orada üzərində olan əşyaların təqdim edilməsi tələb edildikdə cibində olan kibrit qutusunu təqdim etmiş, içərisində nə olması soruşulduqda o, marixuana olmasını bildirmiş, tanımadığı polis əməkdaşı buna görə tutulacağını, kimdən almasını soruşduqda o, tapmasını deyəcəyi təqdirdə oan inanmayacaqlarını, onu tutacaqlarını fikirləşdiyindən qorxusundan Ruslandan almasını bildirmişdir. Əslində o, qeyd etdiyi kimi, marixuananı tapmış, Ruslandan almamışdır. Ruslan ümumiyyətlə özündə olan marixuanadan ona verməmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 28 yanvar 2025-ci il tarixli, 18/75 nömrəli ekspert rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 5,08 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 fevral 2025-ci il tarixli 1183 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 11 mart 2025-ci il tarixli, 18/216 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuana ilə X2 aşkar edilmiş narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni deyildir. İş materiallarında olan Şamaxı RİH-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şamaxı RİH-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş Sabirabad RİHB-nin Çöl Beşdəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İbrahimov X3 rayonunun Çöl Beşdəli kəndində yaşayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, özünün etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CMnin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs X1 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, himayəsində 2 uşağının olmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onu cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(056)-7/2025 saylı qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmış, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(056)-18/2025 saylı qərarı ilə isə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 ay müddət azadlığın məhdudlaşdırılması cəzasının 6 ayına bərabər tutulub hesablanmaqla, həmin 6 ay təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra 5,04 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 6 (altı) ay çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilərək o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 95,85 (doxsan beş manat səksən beş qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan tədqiqatı nəticəsində qalıq qalmış 5,04 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-55/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-55/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver