Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-56/2023 15.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1970-ci ildə Sabirabad rayonu Aleksandrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xx.xx.2023-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində, Sabirabad şəhəri H.Əliyev prospektində “MTZ-80” markalı, 54-T-488 dövlət qeydiyyat nişanlı traktoru “Asan Xidmət” mərkəzi istiqamətində idarə edərkən, Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci bəndinin tələblərini, yəni, sürücü nizamlanmayan piyada keçidinə yaxınlarkən traktorun sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda qanunun bu tələblərini pozub, piyada keçidi ilə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs, yolun sağ qurtaracağından sola doğru 0,97 metr məsafədə vurmuş, nəticədə, o, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağ tərəfli pnevmohemotoraksla müşayiət olunan, sağ 6-7-8-9-cü qabırğaların qapalı yerdəyişən sınıqları, sağ əlin 1-ci əldarağı sümüyünün qapalı yerdəyişən sınığı, təpə nahiyəsində, sağ dirsək oynağının arxa səthində yaralar, sifətində sıyrıqlarla müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, belə bir şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, xəsarət alan Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Sabirabad rayonu Şəhriyar kəndində ailəsi ilə birlikdə yaşayır. O, P- Aqro MMC-də mexanizator vəzifəsində işləyir. MMC-dən onun adına MTZ-80 markalı, 54-T- 488 dövlət qeydiyyat nişanlı traktor təhkim edilmişdir. Traktora iki lafet də qoşulmuşdur. Həmin traktorla 08 oktyabr 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı Şəhriyar kəndindən çıxıb Qaratəpə kəndinə getmişdir. Qaratəpə kəndində yemək yedikdən sonra traktorla Sabirabad rayon istiqamətində gəlmişdir. Həmin tarixdə - saat 10 radələrində Sabirabad şəhərində yerləşən “Bəyaz” marketin qarşısından təxminən 20 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt piyada keçidinin üstündə iki nəfər qadının hərəkət etdiyini görmüş və qadınlardan biri iti yerişlə düz istiqamətdə qaçaraq yolu sağ tərəfinə keçmək istəmişdir. O, qadını vurmamaq üçün traktoru sağ tərəf istiqamətinə döndərmiş və piyada keçidinin üstündən keçdikdən sonra, piyadanı vurmadığını düşünüb yoluna davam etmişdir. Bir qədər yol getmişdir ki, Sabirabad şəhər poçtunun qarşısında polis əməkdaşları onu saxlayıb hadisə törətdiyini bildirmişlər və onu traktorla birlikdə Sabirabad rayon polis şöbəsinə gətirmişlər. O, sonradan bilmişdir ki, hadisə zamanı traktorun qabaq sağ hissəsi ilə piyadanı vurub xəsarət yetirmişdir. Onun traktoru idarə etmək üçün sürücülük hüququ vardır, traktorun sənədləri və onun adına təhkim olunması ilə əlaqədar sənədləri vardır, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşimançılıq hissi keçirdiyini və yaşayış yeri üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını qeyd edərək ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda anası Şahid ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə arxasında lafet qoşulmuş traktor piyada hərəkət edən zaman, onu vuraraq xəsarət yetirmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində anası Şahid ilə birlikdə bazardan qayıdarkən yaşadıqları binanın qarşısından keçən piyada keçidi ilə yolun sol tərəfindən sağ tərəfinə keçmək istəmişlər. O və anası piyada keçidinin üzərində yolun ortasına qədər gəlmişlər. Sonra o, Sabirabad şəhəri mərkəzi istiqamətində hərəkət edən traktorun dayanmadan üzərlərinə gəldiyini görüb yolu sağ tərəfə keçmək üçün, piyada keçidinin üstündən qaçmışdır. Həmin vaxt piyada keçidinin qurtaracağında traktor onu vurmuşdur. Daha sonra orada olan şəxslər təcili yardım avtomobili çağırmışlar. Təcili yardım avtomobili gəldikdən sonra onu əvvəlcə Sabirabad rayon mərkəzi xəstəxanasına, oradan da Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Şirvan şəhər mərkəzi xəstəxanasında ona ilkin tibbi yardım göstərmişlər. Həkimlər qabırğalarının və digər ətraf sümüklərinin sındığını bildirmişlər. O, özünə gəldikdən sonra, xəstəxanada sonradan bilmişdir ki, hadisəni MTZ-80 markalı, 54-T-488 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Sabirabad rayonu Şəhriyar kənd sakini Təqsirləndirilən şəxs törətmişdir. Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını qeyd edərək təqsirləndirilən şəxs barəsində qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yolnəqliyyat hadisəsi Sabirabad şəhəri H.Əliyev prospektində baş vermişdir. Hadisə yerinə baxış üzü Sabirabad şəhər istiqamətində dayandıqda aparılmışdır. Hadisə yerinə baxış “MTZ-80” markalı, 54-T-488 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs iştirakı ilə aparılmışdır. Hadisənin baş verdiyi yol asfalt örtüklü, quru, hamar, düz olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı maneə yoxdur. Yolun hərəkət hissəsinin evi 15 metrdir. Hadisənin baş verdiyi yol yaşayış məntəqəsi daxilində olmaqla, nəqliyyat vasitələrinin hərəkət sürətinin 50 km/saata qədər məhdudlaşdıran yol nişanının təsir zonasındadır. Piyadanın vurulması yolun sağ hərəkət hissəsində baş vermişdir. Piyadanın vurulduğu yerdən yolun sağ hərəkət hissəsinin qurataracğına kimi 6,53 metr, sağ qurtaracağına kimi isə 0,97 metrdir. Hadisə yerində əyləc izi yoxdur. Sabirabad rayon MTE və PA birliyinin xx.xx.2022-ci il tarixli, 824 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs sağ tərəfli pnevmohemotoraksla müşayiət olunan, sağ 6-7-8-9-cü qabırğaların qapalı yerdəyişən sınıqları, sağ əlin 1-ci əl darağı sümüyünün qapalı yerdəyişən sınığı, təpə nahiyəsində, sağ dirsək oynağının arxa səthində yaralar, sifətində sıyrıqlar küt əşyanın /əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 8/23 nömrəli rəyindən görünür ki: İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, MTZ-80 markalı 54-T-488 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişlərə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən yayındığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 08 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisədən sonra müayinə olunan zaman ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olma və yol-nəqliyyat hadisəsi yerindən qaçma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidin ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər şəxsin sağlamlığına ağır zərər vurulmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və yol-nəqliyyat hadisəsi yerindən qaçmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşimançılıq hissi keçirməsini və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və cəzanın ağırlaşdıran hallarının olmamasını nəzərə alıb və CM-nın 66.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının və təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 264-cü maddəsilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla onun üzərində 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müəyyən edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində həbsdə və qətimkan tədbiri qismində “ev dustaqlığı”-da 03 (üç) ay saxlanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və ev dustaqlığında saxlandığı 03 (üç) ay 1 həbs günü 1 gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla, ona təyin olunacaq cəzadan 03 (üç) ay çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi üçün o, cəzasını ümumi rejimli cəzaçəkmə üəssisəsində çəkməlidir. Məhkəmə bu zaman Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli qərarının tələblərini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli qərarını 2-ci bəndində müəyyən edilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzasının bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra göstərilməlidir. Əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun. Qeyd edilənlərlə yanaşı, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Məhkəmə həmçinin iş üzrə maddi sübut olub baş vermiş yol-nəqliyyat hadisəsi anının videogörüntüsü köçürülmüş disk iş materiallarında saxlanmasını və məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq ev dustaqlığında saxlanıldığı 03 (üç) ay bir həbs günü bir gün azadlıqdan mərumetmə cəzasına bərabər tutulmaqla təyin olunmuş azadlığın məhrumetmə cəzasından 03 (üç) ay çıxılaraq ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli hazırki gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. İş üzrə maddi sübut, baş vermiş yol-nəqliyyat hadisəsi anının videogörüntüsü köçürülmüş disk iş materiallarında saxlansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 85 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-56/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-56/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver