Məhkəmə qərarları › İş №1(056)-57/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-57/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-57/2025 12.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət olunan X2 iştirakı ilə, Xüsusi ittihamçı X1 X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 147.1-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 147.1-ci-ci maddələri ilə cinayət işi başlanaraq həmin maddələrin sanskiyası həddində ən ağır cəza ilə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı xüsusi ittiham qaydasında şikayət olunan X4 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, xüsusi ittiham qaydasında şikayət xx.xx.2025-ci il tarixində məhkəmənin icraatına daxil olmuş, ilk hazırlkıq iclası xx.xx.2025-ci il tarixinə təyin edilmiş, tərəfləri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmiş, məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixinə təxirə salınmış, bu dəfə də hazırlıq iclasına xüsusi ittihamçı gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixinə və xx.xx.2025-ci il tarixinə təyin edilmiş hazırlıq iclasları barədə məhkəmə bildiriş göndərilməklə yanaşı, SMS bildiriş də ünvanlanmış, SMS bildirişlər xüsusi ittihamçıya çatdırılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə əsasən, xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 299-300, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Xüsusi ittihamçı X1 X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 147.1-ci maddələri ilə xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar