Məhkəmə qərarları › İş №1(056)-58/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-58/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-58/2023 29.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olman və hazırda 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Zərərçəkmiş şəxs övladı Şahid Respublika təsərrüfat hesablı “Loğman” Tibb Məktəbini 2008-ci il tarixdə bitirməsi barədə diplomunu Azərbaycan Respublikası ərazisində tanıtdırmaq və işə düzəltdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 05 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Qarağac kəndində yerləşən “Tural” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəniş sistemi ilə öz adına olan kart hesabına 1000 manat məbləğində pulu göndərməsinə nail olmaqla, sonuncunun 1000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Zərərçəkmiş şəxs qaynatasının qonşusu olduğu üçün tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs tez-tez qaynatasıgilə gedib gəlmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində qaynatasının Sabirabad rayonu Qarağac kəndindəki evində olan zaman Məleykə onların evinə gəlmiş, söhbət zamanı qızı Şahid diplomunu tanıtdırmaq və işə düzəltmək lazım olmasını demiş, o da söhbətə qulaq asıb Məleykəyə bu işin həll olunması istiqamətində tanıdığı şəxsin olduğunu bildirmişdir. Bundan sonra, 2021-ci ilin oktyabr ayının 5-də Zərərçəkmiş şəxs İskəndər qızı onun hesab nömrəsinə 1000 manat pul göndərmişdir. O, həmin ərəfədə barəsində istintaq aparıldığına görə başı qarışıq olduğu üçün Zərərçəkmiş şəxs ona göndərdiyi 1000 manat pulu öz məsrəfləri üçün xərcləmişdir. 16 fevral 2022-ci il tarixdə Səbail rayon məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Qeyd etdiyi cinayət işindən əlavə, Korrupsiya idarəsində də barəsində istintaq aparılmış, xx.xx.2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayətlərin məcmusu qaydasında həbs edilmişdir. O, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsindən imtina etmir. Lakin məlum vəziyyəti ilə həmin pulu hazırlayıb zərərçəkmiş şəxsə təqdim etməkdə çətinlik çəkir. Bununla belə o, cəzaçəkmə müəssisəsindən telefon əlaqəsi saxlayaraq qohumları vasitəsi ilə həmin vəsaitin ödənilməsini təmin edəcəkdir. Hazırda məhkəmədən onun uzun müddətə həbsə alınmasının nəzərə alınaraq barəsində ağır olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Sabirabad rayonu Qarağac kəndində yaşayır və Sabirabad rayonu Qarağac kənd tibb məntəqəsində feldşer işləyir. Şahid onun qızıdır. Qızı 2005-ci il tarixdə Respublika təsərrüfat hesablı “Loğman” Tibb Məktəbinin “Mamalıq işi” şöbəsinə daxil olmuş və 2008-ci il tarixdə həmin məktəbi “mama” ixtisası üzrə bitirib diplom almışdır, hal-hazırda işləmir. 2021-ci ilin oktyabr ayında həmkəndlisi X1 yaşadığı evə getmiş, qızının diplomunun tanıtdırılması barədə söhbət zamanı Vüsalənin həyat yoldaşı Təqsirləndirilən şəxs bu işdə ona köməklik edə biləcəyini demiş, qızının diplomunu tanıtdırmaq və işə düşəltməyi öhdəsinə götürmüş, bunun müqabilində ondan 3500 manat pul istəmişdir. O, Natiqlə razılaşmış və Natiqə ilkin olaraq 1000 manat pul verə biləcəyini demişdir. Daha sonra Natiq qızının diplomunun, şəxsiyyət vəsiqəsi və digər sənədlərinin şəklini çəkmişdir ki, Bakıya göndərəcək. Həmin gün aralarında baş vermiş razılaşmadan sonra, yəni xx.xx.2021-ci il tarixdə günorta saatlarında yaşadığı Sabirabad rayonu Qarağac kəndində yerləşən mağazada olan “MilliÖn” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 1000 manat pul göndərmiş və bu barədə Natiqə zəng edib bildirmişdir. Bundan sonra o, Natiqin mobil nömrəsinə dəfələrlə zəng etsə də, zənginə cavab verməmişdir. Bir neçə ay keçdikdən sonra o, artıq Natiqin onu aldatdığını başa düşmüş və ona görə də bu barədə arvadı Vüsaləyə demiş, Vüsalə də ona əri Natiqin həbs olunduğunu demişdir. Artıq əli hər şeydən üzüldükdən sonra, əvvəlcə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermiş, daha sonra isə Qaragüney polis bölməsinə gəlib ərizə ilə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs göndərdiyi pulun ona məxsus olduğunu, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onu aldatdığını və 1000 manat pulunu ələ keçirtdiyini bildirmişdir. Hazırda ona dəymiş zərər ona ödənilmədiyindən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında elan edilmiş Şahid ifadəsindən görünür ki, o, anası Şahid ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Səbail rayon məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 08 ay müddətinə azadlıqdam məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan əlavə, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib, Səbail rayon məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-223/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməsinə dair 15 iyul 2022-ci il tarixli hökmünün əsaslandırıcı və nəticəsi hissəsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə müəssisəsinin növünün “ciddi rejim” kimi oxunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilməyib və onun təqsirləndirilən şəxsə qarşı şikayətçidir və təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın növünü və həddini müəyyən edərkən törədiyi cinayət əməlini etiraf etməsini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzanı yüngülləşdirən halları və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını əsaslı, qanuni və cəzanın məqsədinə nail olunması üçün daha səmərəli hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayəti xx.xx.2021-ci il tarixdə, yəni əvvəlki cinayətlərinə görə məhkum edilməsinə dair məhkəmə hökmləri qəbul edilməmişdən əvvəl törətmişdir. Azərbaycan Repsublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Republikasının CM-nin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsində qeyd edilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cəzaçəkmə müddətinin başlanğıcının və cəzanın hansı rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-223/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması və cəzaçəkmə müəssisəsinin növünün “ciddi rejim” kimi müəyyən edilmiş olması nəzərə alınmaqla cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı və cəzaçəkmə müəssisəsinin növünün “ciddi rejim” kimi müəyyən edilməlidir. Bundan əlavə, iş üzrə mülki iddianin, məhkəmə xərcinin və maddi subutun olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-223/2022 saylı hökmü ilə təyin olunmuş 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 07 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin təyin olunsun. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın; Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi subutun olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar