Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-58/2025 03.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 2004-cü il tarixdə Rusiya Federasiyasının Vladimir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, sübay, işsiz, əvvəllər məhkum olunmayan, Sabirabad rayonu Cavad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabirabad rayonu Həsənli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, yəni bir ədəd kibrit qutusunun içərisində 5,80 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, əynində olan gödəkçənin sol iç cibində saxlamış, 09 fevral 2025-ci il tarixdə saat 20:00-da Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Sabirabad şəhəri Vidadi küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılarkən əynində olan gödəkçənin sol iç cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5.80 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təxminən 5-6 aydır ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmadan bir neçə gün əvvəl yaşadığı Sabirabad rayonu Cavad kəndi ərazisində piyada şəkildə hərəkət edərkən yerdə bir ədəd kibrit qutusu görmüş, həmin qutunı götürüb içərisinə baxdıqda narkotik vasitə qurudulmuş marixuana olmasını müəyyən etmiş və kibrit qutusunu götürüb əynində olan gödəkçənin sol iç cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində həmkəndlisi və qonşusu Şahid5la birlikdə Sabirabad şəhəri Vidadi küçəsi ərazisində, Şam restoranının yaxınlığında piyada şəkildə hərəkət edən zaman bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamış və polis əməkdaşları olduqlarını qeyd edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet olubolmamasını soruşmuş, o, üzərində narkotik vasitə qurudulmuş marixuana olmasını qeyd edib əynində olan gödəkçənin sol iç cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin kibrit qutusunu götürüb içərisinə baxış keçirdikdə narkotik vasitə qurudulmuş marixuana olması müəyyən etmişdir. Sonra üzərinə keçirilmiş baxış zamanı ona məxsus olan bir ədəd “Samsung” markalı mobil telefonu aşkar edilmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Eləcə də aşkar edilmiş bir ədəd içərisində narkotik vasitə olan kibrit qutusu bir ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra üzərindən aşkar edilmiş kütlələrlə birlikdə Sabirabad RPŞ-yə gətirilmişdir. RPŞ-də müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra üzərindən aşkar olunmuş əşyalara müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı ona aşkar olunmuş bir ədəd kibrit qutusunda olan kütlənin kimə məxsus olması və harada əldə etməsi barədə suallar verilmiş o, həmin narkotik vasitənin kütlənin özünə məxsus olmasını, bir neçə gün əvvəl piyada şəkildə hərəkət edərkən yerdən tapdığını, həmçinin kiməsə narkotik vasitə satmamasını bildirmişdir. Daha sonra bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana yenidən müstəntiq tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış və zərfin üzəri möhürləndikdən sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ilk dəfə cinayət əməli törətməsini və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 Əliəsgər oğlu ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nın CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. 09 fevral 2025-ci il tarixdə Sabirabad rayonu Cavad kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid3 tərəfindən raportla polis şöbəsinin rəisinə məruzə edildikdən sonra, təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunaraq, həmin şəxslərin o, CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, CAB-ın əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis kiçik leytenantı Şahid3 ibarət olmuşdur. Onlar xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerləri əməliyyat nəzarətinə götürmüş, həmin gün saat 21 radələrində Sabirabad şəhəri Vidadi küçəsində “Şam” restoranının yaxınlığında xidmətdə olarkən yolda piyada hərəkət edən Təqsirləndirilən şəxs bir nəfər şəxslə birlikdə hərəkət etdiyini görmüş və dərhal Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını qeyd edib sonuncudan üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş mariuxuana olmasını bildirib əynində olan gödəkçənin sol iç cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin kibrit qutusu açılaraq tərəflərindən içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli spesifik qoxuya malik bitki mənşəli kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitəni yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmçinin sonuncunun üzərinə baxış keçirilmiş və üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Sonra baxış başa çatdırılmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış kütlə ilə birlikdə Sabirabad RPŞ-yə gətirilib müstəntiqə təqdim edilmişdir. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra üzərindən aşkar edilmiş əşyalara müdafiəçisinin iştirakı ilə yenidən baxış keçirilmiş, baxış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə açılaraq yenidən baxış keçirilmiş və bir ədəd ağ rəngli kağız zərfin içərisində qablaşdırılmış, eləcə də Ağaverdi Ağayuevə məxsus olan mobil telefon da götürülmüşdür. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-ın CAB-ın əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, digər Şahid4 Əliəsgər oğlunun göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan 09 fevral 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və yaşayış sahəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 20:00-da keçirilmiş əməliyyat -axtarış tədbirləri nəticəsində Ağayev X2 şəhəri Vidadi küçəsində piyada hərəkət edən zaman saxlanılmış və onun əynində olan qışgödəkçəsinin sol iç cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan 09 fevral 2025-ci il tarixli “əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə onun üzərindən aşkar olunaraq götürülmüş, bir ədəd kağız zərfdə qablaşdırılmış predmetə, həmin kağız zərf açılmaqla yenidən baxış keçirilərkən, bir ədəd zərfin içərisində bir ədəd kibrit qutusu olması müəyyən edilmiş, həmin kibrit qutusu açıldıqda isə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Baxış zamanı müstəntiq tərəfindən qeyd olunan predmetlər yenidən bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 10 fevral 2025-ci il tarixli 18/118 nömrəli ekspert rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 5.80 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatda marixuanadan 0.02 qram sərf edilərək 5.78 qram qalıq qalmışdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 793 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olsa da, müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına olan məhkəmə - psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 631 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, anamnezində panik atak müəyyən edilsə də, onda aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs məcburi mülaicəyə ehtiyacı yoxdur. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Sabirabad rayon İcra Hakimiyyətinin Cavad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ilk dəfə cinayət əməli törətməsini və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 5.78 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 gün, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut, Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 5.78 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-58/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-58/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver