Məhkəmə qərarları › İş №1(056)-6/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-6/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-6/2024 30.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cı ildə Beyləqan rayonu Əlinəzərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Beyləqan rayonu Əlinəzərli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əyyublu X2 Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün komendant tağımının 1-ci komendant manqasının baş atıcı – nizamlayıcı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edən Şahid1 müraciəti əsasında sonuncunun banklar tərəfindən vəzifə və rütbəsi nəzərə alınmaqla müəyyən edilmiş məbləğdən daha çox məbləğdə pul kreditini əldə etməsi üçün tanışı, istintaqa “Nicat” adı ilə məlum olan şəxslə əlqə saxlayaraq Şahid1 adına saxta xidməti vəsiqə hazırlanmasını sifariş etdikdən sonra, 22 dekabr 2021-ci il tarixdə Beyləqan rayonu ərazisində yerləşən “ Üç qardaş” kafesində görüşən zaman Şahid1 saxta zabit vəsiqəsini təmin etmək qarşılığında əldə edəcəyi hər 1000 ( bir min) manat pul krediti məbləğinə görə 210 (iki yüz on) manat pul vəsaitini ona verməsinə dair irəli sürdüyü şərtinə sonuncu tərəfindən razılıq verildikdə istintaqla şəxsiyyəti araşdırılan “Nicat” adlı şəxs və istintaqa şəxsiyyəti məlum olmayan digər bir şəxslə xx.xx.2021-ci il tarixdə Sabirabad rayonu ərazisində görüşüb Şahid1 adına saxtalaşdırılaraq hazırlandığını bildiyi “MN” seriyalı, ******* nömrəli, N nömrəli hərbi hissənin leytenantı rütbəli xidməti vəsiqəni əldə edərək Şahid1 Kapital Bank ASC – nin Sabirabad rayon flialından 16740 manat pul krediti götürməsi üçün 300 manat hissəsi özünə çatmaqla, ümumilikdə 3200 manat məbləğində pul qarşılığında satmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1cimaddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-cimaddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək əməlindən peşimançılıq hissi keçirdiyini, ilk dəfə belə hərəkətə yol verdiyini, iş üzrə cinayət məsuliyyətindən azad olunmasını və bəraətverici əsaslar olmadan barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı məhkəmədə bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 75.1.1 -ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar var və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü və 43.3-cü maddələrinin tələbinə əsasən cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidlərin ifadələrini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini araşdırıb, cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli, obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 320.1cimaddəsi ilə düzgün tövsüf olunmuşdur. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Lakin onun cinayət məsuliyyətində azad olunması və işin icraatına xitam verilməsiüçün əsaslar var Belə ki, müddətin keçməsilə bağlı cinayət məsuliyyətindən azadetməni tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəllənin 75-ci maddəsinin 75.1-ci bəndində göstərilmişdir ki, cinayət törədildiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəlləsinin 75.1.1-ci maddəsində qeyd edilir ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-cimaddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir Azərbaycan Respublikası Cinayət Məcəllənin 15.2-ci maddəsində qeyd edilir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs ittiham verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-cimaddəsinin sanksiyasında müəyyən edilmiş cəzanın yuxarı həddi iki il müddətinə azadlıqdan məhrumetmə cəzasıdır. İş materiallarından müəyyən olur ki, Təqsirləndirilən şəxs həmin cinayəti xx.xx.2021-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 -cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi cinayət təqibini istisna edən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsində qeyd edilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Təqsirləndirilən şəxs ərizəsindən (vəsatətindən) görünür ki, o, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs CM-nın 320.1-cimaddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alıb, Cinayət Məcəlləsinin 75-ci və Cinayət Prosessual Məcəlləsinin 39.1.3 -cü, 43.3-cü maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, eyni zamanda, cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 346, 347, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 320.1-cimaddəsilə təqsirlənməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad olunsun və onun barəsində cinayət təqibinə xitam verilsin icraatına xitam verilsin. Azərbaycan Respublikası CM-nin 320.1-cimaddəsilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar