Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-61/2025 15.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, 250,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Sabirabad rayonu Qaratəpə kəndindəki evin həyətyanı sahəsindəki taxtadan düzəldilmiş şkafın içərisində saxlamış, Sabirabad RPŞ əməkdaşlarının xx.xx.2025-ci il tarixdə, saat 12:43 dəqiqədə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sabirabad rayonu Qaratəpə kəndindəki evinə baxış keçirilən zaman, evin həyətyanı sahəsindəki taxtadan düzəldilmiş şkafın içərisində 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 250,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uşaq vaxtı sol əlindən xəsarət almışdır, əlinin yarısını itirmişdir, buna görə də 3-cü qrup əlildir. Təxminən iyirmi ildir ki, el arasında “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində yaşadığı Sabirabad rayonu Qaratəpə kəndindəki evinin həyətyanı sahəsində olan zaman həyət darvazası döyülmüş və o, qapını açdıqda 3 nəfər mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin polis əməkdaşları ona özlərini təqdim etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar. O, hər hansı bir etirazının olmadığını bildirmiş və evinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra onlar həyətə daxil olmuşlar, o, evinin həyətyanı sahəsində narkotik vasitə saxladığını bildirərək oradakı taxta və reykadan düzəldilmiş şkafın içərisində gizlətdiyi 01 ədəd qara rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Hansı ki, o, həmin narkotik vasitəni təxminən 4 ay əvvəl Sabirabad rayonu Bulduq kəndi ərazisində, Kür çayının kənarında, yerdən tapmışdır. Narkotik vasitə istifadəçisi olduğu üçün tapdığı narkotik vasitəni yaşadığı evin həyətyanı sahəsindəki şkafda gizlətmiş, arabir istifadə ediyini qeyd etmişdir. Həmin 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki 01 ədəd şəffaf sellofan torbada olan, ona məxsus narkotik vasitə qurudulmuş marixuana tərəzidə çəkilmişdir. Həmin kütlə aşkar olunduğu sellofan torbada bir ədəd kağızın üzərində yazılıb imzalandıqdan sonra qablaşdırılmış, üzəri möhürlənmişdir. Həmçinin, onun üzərindən avtomobilinin açarı, içərisində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı mobil telefon, “Pall Mall” markalı siqaret, alışqan, bir ədəd qara rəngli pulqabı, pulqabının içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilinin texniki pasportu, Rusiya Federasiyası tərəfindən verilmiş sürücülük vəsiqəsi, arvadı Yaquta məxsus “Kapital Bank”a aid 3 ədəd kredit kartları, maaş kartı, özünə məxsus debet kartı, pensiya kartı, 3 manat pul vəsaiti aşkar edilmişdir. Bundan sonra evin həyətyanı sahəsində və evin içərisində baxış davam etdirilmiş, qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. O, əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsə istinad olunan cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, işdə olan sənədlər və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyərkən, 20 yanvar 2025ci il tarixdə Sabirabad rayonu Qaratəpə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməkdə, yaşadığı evdə saxlamaqda və istifadə etməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunaraq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Qaratəpə kəndindəki evində olduğunu müəyyən edib həmin evin həyətyanı sahəsinin qara rəngli darvazasının önünə gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobili küçədə, darvazanın önündə olmuşdur. Onlar orada video çəkilişə başlayaraq darvazanı döyüb Zabili səsləmişlər. Zabil qapını açdıqda onlar Zabili saxlamış və özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra onlar Zabildən üzərində və yaxud yaşadığı evdə narkotik vasitə olub-olmadığını soruşmuşlar. Zabil cavabında həyətində narkotik vasitə saxladığını bildirmiş və həyətinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Orada Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirməsi barədə ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs onları yaşadığı evin həyətyanı sahəsində birmərtəbəli fərdi yaşayış evinin qarşısındakı taxtadan düzəldilmiş şkafın qarşısına gətirmiş və həmin şkafın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Onlar həmin şkafın qapısını açdıqda qara rəngli sellofan torba olduğunu müəyyən etmişlər. Həmin sellofan torbanın içərisində şəffaf rəngli sellofan torba, həmin torbanın da içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu müşahidə etmişlər. Təqsirləndirilən şəxs həmin kütlənin el arasında “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu, öz şəxsi istifadəsi, xəstə olduğu üçün saxladığını, Kür çayının kənarından tapdığını bildirmişdir. Bundan sonra onun üzəri yoxlanılmış və əynindəki tünd göy rəngli jaketin sağ cibindən “Samsung” markalı mobil telefon, sol cibindən “Pall Mall” markalı siqaret qutusu, avtomobil açarı, əynindəki qara rəngli vilvet materialdan olan şalvarın sağ cibindən qara rəngli pulqabı, həmin pulqabının içərisində 3 manat pul vəsaiti, bank kartları, sənədlər olmuşdur. Həmin pulqabı içərisindəkilərlə birlikdə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra aşkar olunan, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan qara rəngli sellofan torba içərisindəki şəffaf rəngli sellofan torba ilə birlikdə tərəzidə çəkilmiş və çəkisinin 350,0 qram olması müəyyən edilmişdir. Həmin bağlama qablaşdırılmış, üzəri DİN-in 139 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və onlar Zabillə birlikdə evə daxil olmuşlar. Evdə istifadəsi, daşınması, saxlanması qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs hər hansı bir etiraz və ya narazılığının olub-olmaması soruşulmuş, cavabında o, hər hansı bir etirazının, narazılığının olmadığını bildirmişdir. Baxış videoçəkilişlə qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərinin yoxlanılması və yaşayış yerinə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuşdur. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs onlarla birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Zabil razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərindən və yaşadığı evin həyətyanı sahəsindəki şkafdan aşkar edilmiş əşyalara baxış keçirilməyə başlanılmışdır. Əşyaya baxış və götürmə istintaq hərəkəti videoçəkilişlə qeydə alınmış və qablaşdırılan bağlama müstəntiq tərəfindən yenidən açılmış, elektron tərəzidə çəkildikdən sonra isə yenidən qablaşdırılaraq DİN-in 139 saylı möhürü ilə möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi dindirmə zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 3-4 ay əvvəl Kür çayının kənarından tapdığını, xəstə olduğu üçün istifadə etdiyini, satış məqsədinin olmadığını bildirmişdir. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilən DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edib daşımaqla saxlaması öz təsdiqini tapmışdır. İşdə olan Məhkəmə-bioloji ekspertizasının 21 yanvar 2025-ci il tarixli, 18/50 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan polietilen torbada olan 1 ədəd polietilen torbada tədqiqatdan sonra qalan təmiz çəkisi 249,90 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının İstintaq materiallarında olan xx.xx.2025-ci il tarixli, 946 nömrəli rəyindən görünür ki, “hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı kannabionoidlərin qəbul ediməsi nəticəsində yaranan asılılıq sindromu Narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan respublikası Nazirlər kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaq materiallarında olan Sabirabad Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqları var. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiaysında müayinədən keçməyə dair reyestr məlumatından görünür ki, Təqsirləndirilən şəxs İİİ dərəcəli müddətsiz əlildir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ” barədə 2668 saylı 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 13-cü bəndinə əsasən tövsiyyə olunur ki, məhkəmələr, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmalı, həmçinin, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməli törətməsini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, İİİ qrup əlil olmasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını və ailəyə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da, cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61 maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20-21 yanvar 2025-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə hansı cəzanın təyin olunmasını müzakirə edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini əsaslı və onun islah olunması üçün yetərli hesab edir.Həmçinin, məhkəmə hesab edir ki, onun şübhəli şəxs qismində tutulduğu 2 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökm qanuni qüvvəsini alanədək barəsində seçilmiş “polisin nəzarəti altına vermə “qətimkan tədbiri dəyişdirirlmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə ekspertiza xərcini təşkil edən 31,95 manat təqsirləndirilən şəxsdən alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, ərazi narkoloji dispanserində nəzarətə götürülməli, iş üzrə maddi sübut olan və Sabirabad rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 249,90 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən 5 ( beş) saat iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə olunmuş, 29 aprel 2025ci il tarixli son dəyişikliyə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 55 (əlli beş) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddətin 1( bir) günü, 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla təyin olunmuş 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılsın və ona qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış, yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat, 95 qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonra çəkisi 249,90 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarını Sabirabad Rayon Məhkəməsində dövlət vəsaiti hesabına 5(beş) saat müddətində müdafiə etdiyi üçün, Vəkillər Kollegiyasına ayrılan vəsaitdən 55 (əlli beş) manat Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(056)-61/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-61/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver