Məhkəmə qərarları › İş №1(056)-62/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-62/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-62/2023 29.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Şahid3 və müdafiəçi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakı ilə, xx xxxxx 2005-ci ildə Sabirabad rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Çöl Beşdəli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama görə, o, 20 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus Sabirabad rayonu Çöl Beşdəli kəndində yerləşən evin həyətində olan yardımçı tikiliyə qapısını açmaqla qanunsuz daxil olub, oradan sandıq üzərində qoyulmuş dəyəri 600 (altı yüz) manat olan 01 ədəd Toshiba markalı komputeri və divardan asılmış gödəkçinin cibindən 1140 (min yüz qırx) manat məbləğində nağd pul vəsaitini oğurlayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 1740 (min yeddi yüz qırx) manat məbləğində madddi ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid3 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, Sahib İbrahimov bibisi oğludur, münasibətləri daima yaxşı olub onunla heç bir düşmənçilik və ya ədavəti olmayıb. 20 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində o, evə gedərkən küçədə Sahibin və bibisi Sevilin evlərindən çıxıb harasa getdiyini görmüşdür. O, bibisi və bibisi oğlu ilə görüşdükdən sonra Sahibə 1 manat pul verib ona 1 manat dəyərində Azərcell danışıq kartı almasını xahiş etmiş, Sahib də ondan pulu götürmüş və oradan uzaqlaşmışlar. Onlar uzaqlaşdıqdan sonra o, bibisigilin evində heç kimin olmadığını bilib evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə bibisinin evinə getmiş, evin həyətinə daxil olmuş, həyətdə olan köməkçi tikiliyə girmişdir. Orada o qara rəngli çanta görmüş, çantanı açıb içinə baxmış və çantanın içərisində Toshiba markalı komputer olduğunu görmüşdür. O, həmin komputeri götürmüşdür. Daha sonra asılqandan asılmış bir ədəd gödəkçənin cibində bir qədər pulun olmasını görmüş və əlini salıb gödəkçənin cibindən pulu götürüb cibinə qoymüş və oradan uzaqlaşmışdır. Lakin o, komputeri özü ilə götürsə də lakin sonradan komputeri oğurlamaq istəmədiyindən onların həyətində olan ot bağlamalarının yanına qoymuşdur. Daha son isə oradan uzaqlaşmışdır. Oğurladığı pulu saymış və 1140 (min yüz qırx) manat olmasını bilmişdir. O, birbaşa Şirvan şəhərinə getmiş, mağazadan özünə bir neçə paltar və ayaqqabı almışdır. Bundan sonra, oğurladığı puldan 200 manatına 01 ədəd mobil telefon almış, qalan pulu isə bir neçə gün ərzində öz ehtiyacları üçün xərcləmişdir. Oğurluq etdiyi günün səhəri günü Sahib ona zəng edib evdən oğurluğun onun etdiyini və pulu qaytarmasını tələb etmişdir. O, isə Sahibə puldan xəbərinin olmadığını demişdir. Bundan sonra atasına zəng edib komputeri Sahibin evinin həyətində olan ot bağlamasının yanına qoyduğunu bildirmişdir. Daha sonra isə telefonu söndürmüşdür. O, bibisi oğlu Sahibin evindən 01 ədəd Toshiba markalı komputeri və 1140 (min yüz qırx) manat nağd pul oğurlamışdır. 1140 manat pulu oğurlayaraq öz ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı təmamilə ödəyərək barışıq əldə etdiyini, həqiqi hərbi xidmətə gedəcəyini nəzərə alaraq barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq orqanında verdiyi ifadəsindən görünür ki, o, anası ilə birlikdə rayonun Çöl Beşdəli kəndində yaşayır, özü işlədiyi üçün demək olar ki, evə arasıra gəlib-gedir. Anası isə tək yaşayır. 19 oktyabr 2022-ci il tarixdə o, yaşadığı evə gəlmiş, bir neçə gün evdə olan zaman anası ilə birlikdə mütəmadi olaraq Şirvan şəhərinə gedib gəlirmiş. O, Şirvan şəhərində ev tikdiyi üçün ona nəzarətə gemişdir. 20 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində o, anası ilə birlikdə yenidən Şirvan şəhərinə getmək üçün evdən çıxmış, küçələrində dayısı oğlu Təqsirləndirilən şəxs ilə rastlaşmış, Elməddin ona yaxınlaşıb onunla görüşdükdən sonra 1 manat pul verib ona danışıq kartı almasını xahiş etmişdir. O da Elməddindən pulu alıb narahat olmamasını bildirmişdir. Daha sonra onlar oradan uzaqlaşmışlar. Həmin gün saat 20 radələrində onlar evə qayıtmışlar. O, işə getmək üçün yola düşmüşdür. 22 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində anası Sevil ona zəng edib yaşadıqlar evdən oğurluq hadisəsinin olmasını bildirmiş, o da dərhal evə qayıtmışdır. Bu zaman anası ona həm komputerin həm də saxlaması üçün verdiyi 1140 (min yüz qırx) manat pulun oğurlandığını bildirmişdir. Evin həyətində olan köməkçi tikilidə saxladığı dəyəri təxminən 600 manat olan 01 ədəd Toshiba markalı komputerinin yerində olmadığını aşkar etmişdir. Daha sonra özünə məxsus saxlaması üçün anasına verdiyi 1140 (min yüz qırx) manat pulu harada saxlamasını soruşmuş, anası ona həmin pulu köməkçi tikilidə asılqandan asılmış gödəkçənin cibində saxladığını bildirmişdir. O, həmin gödəkçənin ciblərini yoxlamış və pulu orada görməmişdir. Bundan sonra o, pulu və komputeri dayısı oğlu Elməddinin oğurladığını düşünmüşdür. Daha sonra o, bu barədə Elməddinin anası Yeganəyə zəng etmiş və Elməddinin evdən oğurluq etməsindən şübhələndiyini demiş, Yeganə isə ona Elməddinin 2 gündür evə gəlmədiyini bildirmişdir. O, bundan sonra daha dəqiq əmin olmuşdur ki, evdən oğurluq edən Elməddindir. O, Elməddinə zəng etmiş, sonuncu oğurluqdan xəbəri olmadığını bildirmişdir. Bundan sona polisə məlumat vermişdir. Bundan 1 gün sonra anası ona zəng edib bildirmişdir ki, komputer tapılıb.O, anasından komputerin harada olmasını və necə tapılmasını soruşmuş, anası isə ona Elməddinin komputeri həyətdə olan ot bağlamalarının yanında saxladığını, oradan tapdığını demişdir. Oğurluq hadisəsi nəticəsində evdən təxmini dəyəri 600 manat olan “Toshiba” markalı komputer və 1140 (min yüz qırx) manat nağd pul oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona 1740 (min yeddi yüz qırx) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, zərərçəkmiş Sahib onun oğludur. Onunla birlikdə rayonun Çöl Beşdəli kəndində yaşayır. Sahib rayondan kənarda Qarabağ bölgəsində hərbi xidmətdə olduğu üçün ara-sıra evə gəlib-gedir. 19 oktyabr 2022-ci il tarixdə Sahib axşam saatlarında evə gəlmiş, 20 oktyabr 2022-ci il tarixdə günorta yeməyindən sonra saat təxminən 14 radələrində o və Sahib Şirvan şəhərində tikilməkdə olan evə baxmaq üçün evdən çıxmışlar. Küçədə qardaşı oğlu Elməddin ilə rastlaşmışlar. Elməddin onlara yaxınlaşıb görüşdükdən sonra Sahibə 1 manat pul vermiş və danışıq kartı almasını xahiş etmişdir. Bundan sonra onlar oradan uzaqlaşmışlar. Həmin gün axşam saat təxminən 20 radələrində onlar evə gəlmişlər. 22 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Sahib işə getmiş, bundan sonra o, həyətdə olan köməkçi tikiliyə girmiş, bu zaman orada asılqandan asılmış dəsmal və gödəkçənin yerdə olduğunu görmüş, gödəkçənin cibində Sahibin ona saxlamağı üçün verdiyi 1140 (min yüz qırx) manat pul olmuşdur. O, dərhal gödəkçənin cibinə baxmış və pulun orada olmadığını görmüşdür. Daha sonra orada saxladığı, oğlu Sahibə məxsus 01 ədəd Toshiba markalı komputerin də olmadığını görmüşdür. O, dərhal Sahibə zəng edib bu barədə məlumat vermiş, Sahib ona otağı yaxşı axtarmağını bildirmiş, o isə Sahibə pulun və komputerin oğurlandığını demişdir. Sahib evə qayıtmış, bir qədər axtardıqdan sonra nə pulu nə də komputeri tapa bilməmiş, bundan sonra Sahib Elməddinin oğurluq etdiyini ona bildirmiş, buna görə də dərhal Elməddinin anası Yeganəyə zəng edib Elməddinin harada olmasını, evdən oğurluq etdiyini demişdir. Yeganə isə Sahibə Elməddinin bir neçə gündür evə gəlmədiyini demişdir. Bundan sonra, Sahib evdən oğurluq olması barədə polisə məlumat vermişdir. Evdən 01 ədəd Toshiba markalı komputer və 1140 (min yüz qırx) manat pul oğurlanmışdır. Bundan 1 gün sonra Elməddinin atası yəni qardaşı Səfalı səhər saatlarında onlara gəlmiş və Elməddinin komputeri oğurlayaraq elə həyətdə olan ot bağlamalarının yanında saxladığını bildirib, həmin komputeri oradan götürüb ona vermişdir. Şahid həmçinin ifadəsində oğlunun Qarabağ bölgəsində hərbi xidmətdə olduğunu, məhkəmə iclasına gələ bilməyəcəyini və Elməddindən heç bir şikayət və tələblərinin olmadığını oğluna dəymiş ziyanın tam şəkildə ödənildiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Elməddin onun oğludur. Sahib İbrahimov isə onun bacısı oğludur. Onunla münasibəti yaxşıdır. Heç bir düşmənçilik və ya ədavəti yoxdur. 20 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində oğlu Elməddin işdən gələn zaman Sahib və bacısı Sevilin evdən çıxıb getdiyini gördükdən sonra onların evindən oğurluq etməyi qərar vermiş, bundan sonra onların evinə girib həyətdəki tikilidə olan komputeri və 1140 manat pulu oğurlamışdır. Ona bu barədə bacısı Sevil zəng edib məlumat vermişdir. O, bundan sonra onların evinə getmişdir. Bacısı ona Eləməddinin evdən oğurluq etdiyini dedikdən sonra Elməddinə zəng edib bu barədə soruşmuş, Elməddin isə ona heçnə deməmişdir. Lakin bir qədər sonra Elməddin ona zəng edib komputeri oğurlayıb ot tayalarının yanına qoyduğunu, 1140 manat pulu isə oğurlayaraq öz ehtiyacları üçün xərclədiyini bildirmişdir. O da bundan sonra Sevilə inanmış və ona dəymiş ziyanı ödəyəcəyini demiş, komputeri Elməddinin qoyduğu yerdən götürüb onlara təqdim etmişdir. Şahid3 ifadəsində həmçinin, qeyd etdi ki, zərərçəkmişə dəymiş ziyan tam olaraq ödənilmiş və zərərçəkmişlə aralarında barışıq əldə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Elməddin onun oğludur. Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olmuşdur. Sahiblə münasibəti yaxşıdır. Heç bir düşmənçilik və ya ədavəti yoxdur. 20 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində oğlu Elməddin işdən gələn zaman Sahib və baldızı Sevilin evdən çıxıb getdiyini gördükdən sonra onların evindən oğurluq etməyi qərar vermiş, onların evinə girib həyətdəki tikilidə olan komputeri və 1140 manat pulu oğurlamışdır. Ona bu barədə Sahib zəng edib məlumat vermişdir. Sahib ona zəng edib Elməddinin evlərindən oğurluq etməsini və hazırda Elməddinin harada olmasını soruşmuş, o, Elməddinin evə 2 gündür gəlmədiyini bildirmişdir. Bundan sonra da onlar Elməddin barəsində polisə şikayət etmişlər. İş materiallarına əlavə edilmiş Sabirabad rayon Çöl Beşdəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sabirabad Rayon Kooperativ cəmiyyətinin arayışından görünür ki, 01 ədəd Tohsiba markalı komputerin 2022-ci ilin oktyabr ayı ərzində orta pərakəndə satış qiyməti ümumilikdə 600 (altı yüz) manat dəyərində olmuşdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 84.2-ci maddəsinə müvafiq olaraq yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 87.2-ci maddəsinə əsasən nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir. Azərbaycan Respublikası CM-nin 88.1-ci maddəsinə müvafiq olaraq yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CM-nin 88.2.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər: 88.2.1. xəbərdarlıq; 88.2.2. valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək; 88.2.3. vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək; 88.2.4. yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək. Həmin Məcəllənin 89.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş yetkinlik yaşına çatmayan bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər. Azərbaycan Respublikası CM-nin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, məhkəmə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah və tərbiyə olunmasını mümkün hesab edərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edə bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Həmin Qərarın 18-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 88-ci maddəsinə əsasən məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah və tərbiyə olunmasını mümkün hesab edərsə həmin şəxsləri cinayət məsuliyyətindən azad edə bilər. Yetkinlik yaşına çatmayan şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun cinayət məsuliyyətindən azad olunması məsələsinin həlli zamanı nəzərə alınmalıdır ki, belə şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqinin mümkünlüyü nəticəsinə gəlmiş məhkəmə bu əsasla cinayət işinin icraatına həm məhkəmə hazırlıq iclasında, həm də məhkəmə baxışının nəticəsi olaraq xitam verə bilər. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ifadələsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk dəfə az ağır cinayət törətmiş yetkinlik yaşına çatmayan, Təqsirləndirilən şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah və tərbiyə olunması mümkün olduğuna görə barəsində Azərbaycan Respublikası CM-nin 88-ci maddəsi tətbiq olunmaqla “valideynlərin nəzarəti altına vermə” növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilməklə cinayət məsuliyyətindən və cəzadan azad edilməlidir Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuş cinayəti təkrar törədəcəyi halda yenidən cinayət məsuliyyətinə cəlb ediləcəyi izah edilməlidir. Məhkəmə, həmçinin, hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir Bununla yanaşı, iş üzrə maddi sübut kimi tanınmış “Toshiba” markalı komputerin Zərərçəkmiş şəxs qalması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1, 348.1, 384 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 88-ci maddəsi tətbiq olunmaqla “Valideynlərin nəzarəti altına vermə” növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilməklə cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxsin valideyinləri Şahid3 və Şahid2 üzərinə övladları Təqsirləndirilən şəxs tərbiyəvi təsir göstərmək və onun davranışlarına nəzarəti həyata keçirmək vəzifəsi qoyulsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuş cinayəti təkrar törədəcəyi halda yenidən cinayət məsuliyyətinə cəlb ediləcəyi izah edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut “Toshiba” markalı komputerin Zərərçəkmiş şəxs qalması nəzərə alınsın Qərardan 20 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar