Məhkəmə qərarları › İş №1(056)-62/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-62/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-62/2024 17.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi3, Müdafiəçi4, Zərərçəkmiş şəxs, Qanuni nümayəndələr Qanuni nümayəndə1, Qanuni nümayəndə2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx xxxxxxx 2002-ci ildə Sabirabad rayonu, Nizami kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 2007-ci ildə Sabirabad rayonu, Nizami kəndində anadan olmuş, subay, natamam orta təhsilli, məktəbli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 2007-ci ildə Sabirabad rayonu, Nizami kəndində anadan olmuş, subay, natamam orta təhsilli, məktəbli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama görə, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Sabirabad rayonu Nizami kənd sakini Zərərçəkmiş şəxs məxsus evin qarşısına gəlmiş, əvvəldən aralarında olan rol bölgüsünə əsasən o, hər hansı bir təhlükə olacağı təqdirdə xəbər vermək üçün yaşayış evinin yaxınlığında gözləmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə evin daş hasarından həyətə keçməklə evin sol tərəfindəki şüşəsi sınmış vəziyyətdə olan pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin yataq otağındakı çarpayının altından 500 manat pulu oğurlamaqla aralarında böldüklərindən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 500 manat məbləğində maddi ziyan vurub, özgə əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama görə, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Sabirabad rayonu Nizami kənd sakini Zərərçəkmiş şəxs məxsus evin qarşısına gəlmiş, əvvəldən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 hər hansı bir təhlükə olacağı təqdirdə xəbər vermək üçün yaşayış evinin yaxınlığında gözləmiş, o isə Təqsirləndirilən şəxs3 ilə birlikdə evin daş hasarından həyətə keçməklə evin sol tərəfindəki şüşəsi sınmış vəziyyətdə olan pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin yataq otağındakı çarpayının altından 500 manat pulu oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 500 manat məbləğində maddi ziyan vurub, özgə əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama görə, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Sabirabad rayonu Nizami kənd sakini Zərərçəkmiş şəxs məxsus evin qarşısına gəlmiş, əvvəldən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 hər hansı bir təhlükə olacağı təqdirdə xəbər vermək üçün yaşayış evinin yaxınlığında gözləmiş, o isə Təqsirləndirilən şəxs2lə birlikdə evin daş hasarından həyətə keçməklə evin sol tərəfindəki şüşəsi sınmış vəziyyətdə olan pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin yataq otağındakı çarpayının altından 500 manat pulu oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 500 manat məbləğində maddi ziyan vurub, özgə əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Nizami kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evdən 500 manat pulunun oğurlanmasını o, qardaşı Təqsirləndirilən şəxs3 və həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişlər. Belə ki, 23 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Şirvan şəhərində toya getdiklərini bilmişlər və həm də Rabil alverlə məşğul olduğuna görə evdə pulu olduğunu fikirləşmişlər. 23 sentyabr 2023cü il tarixdə Samir və Kazımla birlikdə pula ehtiyacları olduğundan həmkəndlisi Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlmişlər və həmin gün saat 22 radələrində Rabilgilin həyət darvazalarının qarşısına gəlmişlər. Əvvəlcədən razılaşdıqları kimi o, küçədə dayanıb gələngedən barədə xəbər verməli, Samir və Kazım isə evə daxil olmalı imiş və belə də olmuşdur. O, küçədə dayanıb gözətçilik etmiş, Samir və Kazım da evin daş hasarından həyətə daxil olmuşlar. Samir və Kazım təxminən yarım saat evdə axtarış aparmışlar və onun dayandığı yerə gəlmişlər. Samir evin yataq otağında olan çarpayının altından 500 manat oğurladıqlarını demişdir. Həmin puldan 100 manatını Kazıma, qalan pulu isə qardaşı ilə özlərinə götürmüşlər. Həmin pula mobil telefonlarına qoruyucu üzlük, özlərinə siqaret və içki almışlar. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan onun və Kazımın valideynləri tərəfindən ödənilmişdir. Buna görə də zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi yoxdur. İlk dəfədir ki, cinayət əməli törədir. Cavandır və bir daha belə hərəkətə yol verməyəcəkdir. Göstərediklərinə əsasən o, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Nizami kənd sakini Zərərçəkmiş şəxs 26 sentyabr 2023-cü il tarixdə Sabirabad rayon polis şöbəsinin Qaragüney polis bölməsinə yaşadığı evdən 500 manat pulun oğurlanmasını o, həmkəndlisi Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə törətmişdir. Belə ki, 23 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Şirvan şəhərində toya getdiklərindən məlumatlı olmuş, həm də Zərərçəkmiş şəxs alverlə məşğul olduğuna görə evdə pulunun olmasını fikirləşmişlər. 23 sentyabr 2023-cü il tarixdə Kazım və Teymurla birlikdə pula ehtiyacları olduğundan həmkəndlisi Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlmişlər və həmin gün saat 22 radələrində Rabilgilin həyət darvazalarının qarşısına gəlmişlər. Əvvəlcədən razılaşdıqları kimi Teymur küçədə dayanıb gələn-gedən barədə onlara xəbər verməli, o isə Kazımla birlikdə evə daxil olmalı imiş və belə də olmuşdur. Teymur küçədə dayanıb gözətçilik etmiş, o isə Kazımla birlikdə evin daş hasarından həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra evin sol tərəfindəki birinci taxta pəncərənin şüşəsinin birinin sındığını görmüşlər. O, pəncərənin altında olan qaz turbasının üstünə çıxıb, pəncərənin şüşəsi olmayan yerindən pəncərəni açmış və ikisi də evə daxil olub axtarmağa başlamışlar. Bir qədər evi axtardıqdan sonra, o, yataq otağında çarpayının altından 500 manat pul tapmışdır. Pulu tapan kimi pəncərədən həyətə, oradan da gəldikləri daş hasardan küçəyə çıxmışlar. Küçədə Teymurla görüşmüşlər, o, Teymura evdən 500 manat pul oğurladıqlarını demişdir. Həmin puldan 100 manatını Kazıma, qalan pulu isə qardaşı Teymurla özlərinə götürmüşlər. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan onun və Kazımın valideynləri tərəfindən ödənilmişdir. Buna görə də zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi yoxdur. İlk dəfədir ki, cinayət əməli törədir. Cavandır və bir daha belə hərəkətə yol verməyəcəkdir. Göstərdiklərinə əsasən o, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Sabirabad rayon Nizami kəndində valideynləri ilə birlikdə yaşayır. Sabirabad rayonu Nizami kənd sakini Zərərçəkmiş şəxs tanıyır və onun evində oğurluq olmasından məlumatlıdır. Lakin oğurluqda o, iştirak etməmişdir ona qarşı sürülən ittiham böhtandır. Digər təqsirləndirilən şəxslərin də bildirdikləri tamamilə yalandır. Odur ki, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 sentyabr 2023-cü il tarixdə Şirvan şəhərində yerləşən “Leyla” şadlıq sarayında bacanağı oğluna sünnət toy mərasimi keçirməsi ilə əlaqədar, o da həmin gün saat 17 radələrində ailə üzvləri ilə birlikdə həmin toya getmişdir. Toya getməmişdən əvvəl evdə 800 manat pulu olmuş, toy xərclərinə görə həmin puldan 300 manat götürmüş, qalan 500 manat pulu isə həmişəki kimi yataq otağındakı çarpayının üstündəki döşəyin altına qoymuşdur. Həmin gün toyun sonlarında toydan çıxmışlar, saat 22 radələrində evə çatmışlar. O, hərdənbir çörək qazanmaq üçün heyvan alıb satmaqla məşğul olduğundan, 26 sentyabr 2023-cü il tarixdə heyvan almaq üçün evdə saxladığı 500 manat pulu götürmək istəyəndə, pulun yerində olmadığını görmüşdür. Ailə üzvlərinin hər birindən bu barədə soruşduqda onlar da pulun harada olmasını bilməmişlər. Bundan sonra o, evdən oğurluq olmasını bilmişdir. Ona görə də Qaragüney polis bölməsinə gəlib ərizə ilə müraciət etmişdir. Onun izahatı alındıqdan sonra hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmişdir. Polis əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində onun evindən oğurluq etmiş şəxslərin həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir. Kazım indi hadisədə iştirak etməyini boynuna almasa da, özü ona etiraf etmişdir ki, evində baş vermiş oğurluqda o da iştirak etmişdir.Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Buna görə də o, təqsirləndirilən şəxslərin heç birindən şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd edilən cinayət əməlini törətmələri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onların əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, cavan olmasını, ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, dəymiş ziyanı ödəməsini (valideynləri tərəfindən) və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxs X2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, yetkinlik yaşına çatmamasını, ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, dəymiş ziyanı ödəməsini (valideynləri tərəfindən) və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, yetkinlik yaşına çatmamasını, ilk dəfə cinayət əməli törətməsini, dəymiş ziyanı ödəməsini (valideynləri tərəfindən) və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən X2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən X5 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, iş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində X1 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. X1 barəsində seçilmiş “ nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. X1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası X1 yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar