Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-62/2025 11.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu, Ulacalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, yəni 103,35 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, həmin narkotik vasitənin 14,54 qram hissəsini bir ədəd kağız bükümün içərisində olmaqla üzərində, 88,81 qram hissəsini isə bir ədəd şüşə bankada olmaqla yaşadığı Sabirabad rayonu Ulacalı kəndindəki evində qanunsuz olaraq saxlamış, 31 yanvar 2025-ci il tarixdə saat 13:55-də Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün yaşadığı Sabirabad rayonu Ulacalı kəndində piyada hərəkət edən zaman saxlanılmış, üzərinə baxış keçirilərkən əynində olan qış gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız bükümdə 14,54 qram çəkidə, həmin tədbirlərin davamı olaraq yaşadığı evə keçirilmiş baxış zamanı isə evin qonaq otağında yerləşən divanın arxa hissəsindən bir ədəd şüşə bankanın içərisində 88,81 qram çəkidə olmaqla, ümumi təmiz çəkisi 103,35 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2018-ci ildən etibarən narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmiş, əvvəllər Azərbaycan Respublikası CM-in 237.2.3 və 23.4.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəza çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. 2025-ci ilin yanvar ayının əvvəllərində yaşadığı Sabirabad rayonu Ulacalı kəndinin çöl sahəsində piyada hərəkət edərkən yerdən bir ədəd çətənə bitkisinin kəsilmiş budağını tapmış, həmin bitkinin budaqlarına baxan zaman üzərində çətənə bitkisinin yarpaqlarının olmasını müəyyən etmiş və həmin yarpaqları qoparıb yaşadığı evə gətirib qurutduqdan sonra bir ədəd şüşə bankanın içərisində saxlamışdır. xx.xx.2025-ci il tarixdə həmin şüşə bankanın içərisində olan narkotik vasitə qurudulmuş marixuanadan bir ədəd kağız bükümün içərisində götürüb istifadə etmək məqsədilə əynində olan qış gödəkçəsinin sağ yan cibinə qoymuş, saat 14 radələrində yaşadığı evdən çıxıb küçə ilə piyada hərəkət edərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələri saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu qeyd edib üzərində hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuş, o isə üzərində narkotik vasitə olduğunu demiş və əynində olan qış gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirildikdən sonra kütlə, bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra ondan üzərindən aşkar ediləndən əlavə hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetinin olubolmaması soruşulduqda o, yaşadığı evdə öz istifadəsi üçün narkotik gizlətdiyini bildirmişdir. Polis əməkdaşları ondan yaşadığı evə baxış keçirilməsinə hər hansı etirazının olub-olmamasını soruşduqda o, yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Evinə keçirilmiş baxış zamanı o, qonaq otağında yerləşən divanın arxa hissəsində saxladığı bir ədəd sarı rəngli sellofan torbanın içərisindəki bir ədəd şüşə bankanı polis əməkdaşlarına təqdim edib həmin bankanın içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş, polis əməkdaşları şüşə bankanın içərisindəki narkotik vasitəyə baxış keçirdikdən sonra yenidən həmin narkotiki elə şüşə bankanın içərisində olmaqla bir ədəd sellofan torbada qablaşdırmış və onu aşkar olunmuş kütlələrlə birlikdə Sabirabad RPŞ-yə gətirmişlər. RPŞ-də müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş əşyalara baxış keçirilmiş, baxış zamanı yenidən həmin narkotiklərin özünə məxsus olmasını, əldə edərkən və saxlayarkən satış niyyətinin olmamasını qeyd etmişdir. Üzərindən və evindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanalar qablaşmalardan çıxarılaraq müstəntiq tərəfindən yenidən baxış keçirildikdən sonra yenidən qablaşdırılmış və baxış yekunlaşdırılmışdır. Hazırda əməlindən peşmandır. Özü yaşlıdır və insult keçirmişdir. Uzun müddət həbsdə olduğundan ailəsindən uzaq düşmüşdür. Azadlıqda qalıb övladlarının toyunu görmək istəyir. Məhkəmədən sağalmlıq vəziyyətinin və peşmançılığının nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Ulacalı kənd sakini Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda narkotik vasitələr saxlaması ilə bağlı əməliyyat müvəkkili işləmiş Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra əməliyyat tədbirində iştirak edəeək polis əməkdaşlarının tərkibinin o, RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri, polis kiçik leytenantları Şahid4 və Şahid3 ibarət olması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan Sabirabad rayonu Ulacalı kəndinə getmiş, həmin gün saat 13 radələrində kənd ərazisində küçədə piyada şəkildə hərəkət edən Təqsirləndirilən şəxs görmüş, dərhal videoçəkilişlə sonuncuya yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd etmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşduqda sonuncu üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və əynində olan qış gödəkçəsinin cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli spesifik qoxuya malik ola bitki mənşəli kütlə olması müəyyən edilmiş və həmin kağız bkümdə olan kütlə bir ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, eləcə də zərfin üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar ediləndən başqa yerdə narkotik vasitə saxlayıb-saxlamaması soruşulmuş, sonuncu isə yaşadığı evin qonaq otağında narkotik saxladığını bildirmiş və yaşadığı evə baxış keçirilməsinə hər hansı etirazının olmamasını qeyd edərək bu barədə ərizə yazaraq ona təqdim etmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən sonuncu evin qonaq otağındakı divanın arxa hissəsindən bir ədəd sarı rəngli sellofan torbanı çıxarıb onlara təqdim etmiş, həmin sellofan torbaya baxış keçirilərkən içərisində bir ədəd şüşə banka, bankanın içərisində isə yaşıl rəngli spesifik qoxuya malik, bitki mənşəli kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını qeyd etdikdən sonra həmin banka içərisindəki kütlə ilə birlikdə bir ədəd göy rəngli sellofan torbanın içərisində qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş predmetlərlə birlikdə RPŞnə gətirib raportla şöbə rəhbərliyinə məruzə etmiş, polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş sonuncudan aşkar olunmuş predmetlərə yenidən müstəntiq tərəfindən baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 digər Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında iştirak etməmiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Ulacalı kənd sakini Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda narkotik vasitələr saxlaması ilə bağlı ona daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra əməliyyat tədbirində iştirak edəeək polis əməkdaşlarının tərkibinin o, RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri, polis kiçik leytenantları Şahid4 və Şahid3 ibarət olması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan Sabirabad rayonu Ulacalı kəndinə getmiş, həmin gün saat 13 radələrində kənd ərazisində küçədə piyada şəkildə hərəkət edən Təqsirləndirilən şəxs görmüş, dərhal videoçəkilişlə sonuncuya yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd etmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşduqda sonuncu üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və əynində olan qış gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm tərəfindən açaraq içərisinə baxış keçirən zaman içərisində yaşıl rəngli spesifik qoxuya malik ola bitki mənşəli kütlə olmasını müəyyən edilmiş və həmin kağız bkümdə olan kütlə bir ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, eləcə də zərfin üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar ediləndən başqa yerdə narkotik vasitə saxlayıb-saxlamaması soruşulmuş, sonuncu isə yaşadığı evin qonaq otağında narkotik saxladığını bildirmiş və yaşadığı evə baxış keçirilməsinə hər hansı etirazının olmamasını qeyd edərək bu barədə ərizə yazaraq ona təqdim etmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən sonuncu evin qonaq otağındakı divanın arxa hissəsindən bir ədəd sarı rəngli sellofan torbanı çıxarıb onlara təqdim etmiş, tərəfindən həmin sellofan torbaya baxış keçirilərkən içərisində bir ədəd şüşə banka, bankanın içərisində isə yaşıl rəngli spesifik qoxuya malik, bitki mənşəli kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını qeyd etdikdən sonra həmin banka içərisindəki kütlə ilə birlikdə bir ədəd göy rəngli sellofan torbanın içərisində qoyularaq qablaşdılmış, qablaşmanın üzərinə DİN-in 139 nömrəli möhürü vurulduqdan və iştirakçılar imza etdikdən sonra tərəfindən götürülmüş və baxış başa çatdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş predmetlərlə birlikdə RPŞ-nə gətirib raportla şöbə rəhbərliyinə məruzə etmiş, polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş sonuncudan aşkar olunmuş predmetlərə yenidən müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq qablaşdırılmış predmetlər yenidən açılmış, müstəntiqin verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs daha əvvəl videoçəkiliş zamanı bildirdiyi fikirləri yenidən təkrarlamış və aşkar edilmiş kütlələr yenidən qablaşdırılaraq müstəntiq tərəfi nd ən gö t ü r ü 1 m üşdü r. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə keçirilmiş baxış polis əməkdaşı Şahid2 tərəfindən mobil telefonla videolentə alınmış, baxışın 13:55-ci dəqiqəsində videçəkilişihəyata keçirən polis əməkdaşı Şahid2 yaranmış texniki nasazlıq səbəbindən çəkilişin dayandırıldığını bildirmiş, bundan təxminən 3-5 saniyə sonra isə yenidən videoçəkilişə davam etdiyini qeyd etmişdir. Videoçəkiliş dayanan zaman artıq Təqsirləndirilən şəxs küçədə saxlanılmış, üzərindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, həmin narkotik bir ədəd kağız zərfdə qablaşdırılmış, tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı evdə də qanunsuz olaraq narkotik vasitə saxladığını bildirmiş, həmin narkotikin yerini göstərmiş və onlar Təqsirləndirilən şəxs iştirakı ilə bir ədəd şüşə bankada olan narkotikə baxış keçirmişlər. Videoçəkilişin dayandığı an, onların Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar etdikləri bir ədəd bankada olan narkotik vasitə qurudulmuş marixuananı bir ədəd sellofan torbada qablaşdırdıqları vaxt olmuşdur. Məhkəmə iclasında iştirak etməmiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 01 fevral 2025-ci il tarixli, 18/78 nömrəli ekspert rəyindən görünür ki: tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar yazılmış kağız paketdə 01 ədəd ağ rəngli kibrit bükümdə təmiz çəkisi - 14,54 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri və imzalar yazılmış polietilen torbada 01 ədəd şüşə bankada təmiz çəkisi - 88,81 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş narkotik vasitə qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1878 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon İHB-nin Sabirabad Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, özünün məhkəmə iclasında vermiş olduğu izahatı, ekspert rəyləri, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, sağlamlıq vəziyyətini və yaşını Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs həmin Məcəllənin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, əvvəllər də eyni xarakterli cinayət əməli törətməyə görə məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün və Təqsirləndirilən şəxs hazırki hökmlə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi üçün o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə, iş materillarından görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar – 02 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən ona təyin olunmuş cəzadan CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla şübhəli şəxs qismində tutulmuş olduğu müddət çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin onun axtarış nəticəsində tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmasını, ona narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı olmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 manatın ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 103,15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olmasını nəzərə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 yanvar – 02 fevral 2025-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir həbs günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 2 (iki) gün çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 103,15 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-62/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-62/2025
11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver