Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-64/2025 07.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Xüsusi ittihamçı X1 qanuni nümayəndəsi Nümayəndə və xüsusi ittiham qaydasında şikayət olunan X3 iştirakı ilə, Xüsusi ittihamçı X1 X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148 və 156-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148 və 156-cı maddələri ilə cinayət işi başlanaraq azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), şikayətin verildiyi tarix (il, ay və gün) və yer, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 299-300, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Xüsusi ittihamçı X1 X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148 və 156-cı maddələri ilə xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-64/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-64/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver