Məhkəmə qərarları › İş №1(056)-65/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-65/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-65/2023 12.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Ələkbər Əlisahib oğlu Əliyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Sabirabad rayonu Əhmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Əhmədabad kənd orta məktəbində fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Əhmədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmaqla 12 oktyabr 2022ci il tarixdə saat 20 radələrində yaşadığı Əhmədabad kənd mərkəzində yerələşən çayxananın qarşısına gələrək, az öncə həmkəndlisi Şahid2 ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş davanın təşəbbüskarının, eləcə də sonuncunun onu döyməsinin səbəbkarlarının Şahid2 əmisi oğlanları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan, çayxananın önündə müştərilərin və kənar şəxslərin gözləri qarşısında, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinazlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mədəniyyət normalarına qarşı saymamazlıqla ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqça hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 söyüb təhqir etmiş, onların üzərinə cumaraq yumruqla Bahadur Əlləzovu sifət nahiyəsinə bir dəfə vurub sonuncuya burun sümüyünün qapalı yerdəyişməyən sınığı, burnun belində qançırla müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olub sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, Nurəddin Musayevi də yumruqla bir dəfə vurmaqla sağ əlin üst səthində qançırla müşayiət olunan sablamlığına zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bu əməlinə görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əhmədabad kəndində yaşayır. Sabirabad rayonu Əhmədabad kənd orta məktəbində fəhlə işləyir. Bundan əlavə isə Azərbaycan Respublikasında yaşayan Axıska türkləri cəmiyyətinin Sabirabad rayon türk icmasının sədri vəzifəsində işləyir. 12 oktyabr 2022-ci il tarixdə həmkəndlisi Eldarın övladının rayonun Nərimankənd kəndində yerləşən “Səma” şadlıq evində toy mərasimi keçirilmişdir. O da həmin toy məclisində iştirak etmiş, bir qədər də spirtli içki qəbul etmişdir. Təxminən saat 20 radələrində toy məclisindən çıxıb restoranın həyətində qonşusu Sabiri öz avtomobilində oturan vəziyyətdə görmüşdür. Avtomobilə yaxınlaşmış və avtomobilin qabaq sağ qapısını açmış və qabaq sağ oturacaqda Muradın əyləşdiyini görmüşdür. X2 Respublikasında yaşayan dostu Bədirşahla telefon əlaqəsi saxlamaq istədiyini bildirmişdir. Sabir də ona demişdir ki, danışmaq olar. O sözünü qurtarmamış Murad avtomobilin qapısını bağlamışdır. Muradın bu hərəkəti ona pis təsir etmiş və qapını təkrarən açaraq, Muraddan soruşmuşdur ki, nə səbəbə avtomobilin qapısını üzünə bağlayır. Murad isə qarşılığında ona demişdir ki, “get işinlə məşğul ol” və təkrarən qapını bağlamışdır. O təkrarən restorana daxil olmuş, təxminən 10 dəqiqə əyləşdikdən sonra restoranın həyətinə düşüb istifadəsində olan mobil telefonla Sabirin telefonuna zəng etmiş, Sabirdən xahiş etmişdir ki, telefonu Murada versin və soruşsun ki, nə səbəbə ona qarşı hörmətsizlik edir. Sabir isə bildiyi qədər telefonun mikrafonunu açaraq telefonu Murada vermişdir. Muradla telefonda danışarkən soruşmuşdur ki, ona neyləyib ki, avtomobilin qapısını onun üzünə bağlayır. Murad isə ona demişdir ki, orada olsun gəlir görüşməyə sonra da telefonu söndürmüşdür. Sonra kənd sakinlərinin avtomobili ilə kəndin mərkəzində yerləşən çayxanaya getmişdir. Çayxanada dostları İbrahim və Şamo ilə birlikdə çay içmişlər. Bu zaman Murad ona yaxınlaşıb kənara dəvət etmişdir ki, söhbət etsinlər. O da stuldan ayağa qalxıb Muradla birlikdə təxminən 40-50 metr kənara çəkilmişdir. Muradla təkbətək söhbət etmişdir. Söhbət zamanı Muraddan soruşmuşdurki, ona qarşı heç bir pis hərəkət etmədiyi halda nəyə görə ona qarşı hörmətsizlik edir. Bu səbəbdən aralarında mübahiusə yaranmış, Murad ilk olaraq onun sol çənə nahiyyəsindən yumruqla bir dəfə vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmış, sonra da təpiklə diz nahiyyəsindən vurmuşdur. Daha sonra Muradın əmisi oğlanları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 üzərinə hücum etmiş və hər üç şəxs onu yerdə uzanıqlı vəziyyətdə olarkən təpiklə vurmağa başlamışlar. Bundan sonra baş verənlərini tam xatırlaya bilməmiş və zərbələrin təsiri nəticəsində hüşunu itirmişdir. Özünə gələrkən ətrafında 10-15 nəfər kənd sakinlərinin olmasını görmüşdür. Eşitdiyinə görə atası Güləhməd və Şahid7, Cəlil Məmmədəliyev, Şahid10 və Şahid4 onu yerdən qalxızıb və üzünü yumuşlar. O da hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin vaxt Əlləzovlar onun və atasının ünvanına nalayiq söyüşlər söydüklərinə görə o da həmin şəxslərin cavabını söyüşlə vermişdir. Bildiyi qədər həmin şəxslər onu telefona da çəkmişlər. Bir müddət sonra yəni 10-15 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, o da avtomobilə minib polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmiş və hadisənin necə baş verməsi barədə izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, ilkin izahatında təkcə Muradın adını verməkdə məqsədi o olmuşdur ki, kənd sakinləri olduğuna görə həmin şəxslərə barışacaqdır. Ona görə digər şəxslərin adını verməmişdir. Həqiqətdə adlarını çəkdiyi həmin şəxslərin hamısı onu döymüşdür. Hadisə kəndin mərkəzindəki Bəxtiyara məxsus çayxananın qarşısında baş vermişdir. Hadisə zamanı çayxanada olan kənd sakinləri və hadisəni eşidən və kənardan görən kənd sakinləri toplaşmışdır. Hadisə zamanı əlində daş və ya hər hansı bir predmet olmamışdır, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 daş parçası ilə vurmamışdır. Murad və əmisi oğlanları onu döyübsöydükləri üçün cavab olaraq həmin şəxsləri söymüş, sonra isə bir-birilərinə yumruq atmışlar. Təqsirləndirilən şəxs ifadəsində həmçinin qeyd etdi ki, törətdiyi əmələ görə çox peşman olmuş, hadisədən sonra və hazırda zərərçəkmişlərdən üzr istəyərək dəfələrlə onlarla barışmağa təşəbbüs göstərmiş, lakin zərərçəkmişlər onunla barışmamışlar. Odur ki, ilk dəfə böyük ictimai təhlükə törtməyən cinayət əməli törətməsini, yaşadığı yer üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əhmədabad kəndində yaşayır. Baş vermiş məlum hadisə ilə əlaqədar qeyd etmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində işdən çıxıb kənddə gəlmişdir. İstirahət etmək üçün kəndin mərkəzində yerləşən çayxanaya getmişdir. Kənd sakinləri ilə çay içmişdir. Bu zaman Şamilin atası Güəhməd müəllim yanından keçib Muradla söhbət etməyə başlamışdır. Sonra da susuzluğunu yatırmaq üçün mağazaya gedib su alıb içmişdir. Kənd sakinləri ilə ayaq üstə dayanıb söhbət edən zaman kənardan Şamilin gəlməsini görmüş və söyüş söyməsini eşitmişdir. Onun qulaqları yaxşı eşitmədiyinə görə yanında dayanan kənd sakinləri ona demişlər ki, Şamil Əlləzovların, yəni onların ünvanına nalayiq söyüşlər söyür. O da Əlləzovların bir nümayəndəsi olduğu üçün Şamilin atasına yaxınlaşmış və demişdir ki, oğluna desin söyüş söyməsin. Bu zaman Şamil onun yanına gəlib demişdir ki, guya Muradı o öyrədib üstünə göndərmişdir. Hansı ki, onun baş verənlərdən xəbəri olmamışdır. Bu zaman Şamil onun yaxasından tutub vurmaq istəmiş, lakin orada olan kənd sakinləri buna imkan verməmişlər. O, Şamilə demişdir ki, əgər köynəyinin düyməsi belə qırılsa onu vuracaqdır. Sonra bildiyi qədər Şamil polisə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları ona yaxınlaşmış və nə baş verməsini soruşmuşdur. O da izah etmişdir ki, Şamil nalayiq söyüşlər söyür. Sonra Şamil onun yanına gəlib yenə də yaxasından tutub sıxmış və söyüşlər söymüşdür. Şamil polislərin avtomobilinə minərkən qardaşı Nurəddinə yumruq atmışdır. Polis əməkdaşları avtomobil idarə edib bir qədər uzaqlaşdıqdan sonra geriyə qayıtmışdır. Bu zaman Şamil avtomobilin pəncərəsindən başını çıxardaraq kəndin ünvanına nalayiq söyüşlər söymüşdür avtomobili bir qədər gedib təkarən geriyə qayıtmışdır. Avtomobil onların yanında dayanmış, Şamil avtomobildən düşərək yerdən daş parçası götürüb onun sifət nahiyəsindən bir dəfə vurmuş, o, burun və sifət nahiyəsindən xəsarət almışdır. Bundan əsəbləşərək mağazaya gedib bıçaq almaq istəmişdir ki, Şamili cəzalandırsın, lakin kənd sakinləri ona imkan verməmişlər. Polis əməkdaşları isə daşı Şamilin əlindən almışlar. Şamil öz hərəkətlərinə davam etdiyi üçün qardaşı Nurəddin DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonra da polis əməkdaşları hadisə yerinə gəlib Şamili avtomobilə mindirərək idarəyə aparmışlar. Əlavə olaraq bildirmişdir ki, hadisə ümumilikdə təxminən 1 saat ərzində davam etmişdir. Hadisə kəndin mərkəzindəki çayxananın qarşısında baş vermişdir. Hadisə yerinə çayxanada olan kənd sakinləri və hadisəni eşidən və kənardan görən kənd sakinləri toplaşmışdır. Eyni zamanda qeyd etmişdir ki, hadisə zamanı Şamili vurmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əhmədabad kəndində yaşayır. Baş vermiş hadisə ilə əlaqədar qeyd etmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində çöl sahədə özünə məxsus pambıq sahəsinə dərman səpdirdikdən sonra evə getmək istəmişdir. Yol üstü kənd mərkəzində yerləşən mağazaya gedib çörək alıb evə getmək istəyərkən Şamilin çayxanada oturub kiminsə ünvanına söyüş söyməsini eşitmişdir. Öz-özünə demişdir ki, Şamilin etdiyi hərəkətlərinin sonu yaxşı qurtarmayacaq. Təxminən 2-3 dəqiqə sonra Şamilin qaçdığını, Muradın isə onun ardınca getdiyini görmüşdür. Şamilin dizi stula dəydiyi üçün yerə yıxılmışdır. Sonra da stulu götürüb Murada tullamışdır. Murad isə əli ilə stulu kənara atmış, bu zaman Murad özü də yerə yıxılmışdır. O da Murada köməklib edib ayağa qaldırmışdır. Muraddan nə baş verməsini soruşmuş, Murad isə ona baş verənləri danışmışdır. O da Murada demişdir ki, boş ver getsin, Şamil qaçıb getmiş, ardınca getmək lazım deyil. Təxminən 5-10 dəqiqə sonra Şamilin atası Güləhməd gəlmişdir. Sonra da Şamil anidən təkrarən gəlmiş və ilk əvvəl Muradın ünvanına nalayiq söyüşlər söymüşdür. Bu zaman qardaşı Bahadır da yanlarına gəlmişdir. Şamil qardaşı Bahadırın, sonra digər qardaşı Mayılın və onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O, digər qardaşları Şamilin atasına demişlər ki, oğlunu başa salsın söyüş söyməsin və evlərinə aparsın. Şamilin atası Güləhməd isə bir neçə dəfə oğlunun kürəyinə və boyun nahiyyəsinə sillə ilə vurmuşdur. Şamil sərxoş olduğuna görə heç kim sakitləşdirə bilməmişdir. Şamilin söydüyü söyüşlərə görə çox sayda kənd sakinləri ora toplaşmışdır. Bir qədər sonra polis əməkdaşları gəlmiş, ilk əvvəl Şamili avtomobilə mindirib aparsalar da, bir qədər sonra təkrarən avtomobili onların yanına çatmışdır. Şamil isə avtomobildən düşüb, yerdən daş götürmüşdür. Şamillə polislərin bacarmadığını görmüş, ona görə də o, əlavə kömək üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təxminən 10-15 dəqiqə sonra ikinci polis avtomobili gəlmişdir. Polis əməşdaşları demişdir ki, kim şikayət edəcəksə avtomobilə əyləşsin. O, avtomobilə yaxınlaşıb minmək istəyərkən Şamil qaranlıqda qəflətən onun üstünə gəlib əlindəki daşla vurmaq istəyərkən əlini irəliyə verdiyi üçün daş sağ əlinə dəymiş və xəsarət almışdır. Bu zaman qardaşı Bahadırda avtomobilə minmək istəyərkən Şamil qardaşının sifət nahiyyəsindən əlindəki daşla vurmuşdur. Qardaşı əlini sifətinə tutmuş və həmin vəziyyətdə avtomobilə əyləşmişdir. Həmin anda digər qardaşı Mayılda yanında olmuşdur, bildiyi qədər Şamil Mailin üzərinə hücum etmişdir. Lakin dəqiq olaraq xəsarət almasını bilməmişdir. Sonra polislər onları avtomobilə mindirib polis şöbəsinə gətirmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə ümumilikdə təxminən 1 saat ərzində davam etmişdir. Hadisə kəndin mərkəzindəki çayxananın qarşısında baş vermişdir. Hadisə yerinə çayxanada olan kənd sakinləri və hadisəni eşidən və kənardan görən kənd sakinləri toplaşmışdır. Dava zamanı Təqsirləndirilən şəxs daşla onu vurmaq istəyərkən Şamildən cəld tərpənib əlini qabağa vermiş və sağ əlindən xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əhmədabad kəndində ailəsi ilə birlikdə yaşayır. 12 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində rayonun Nərimankənd kəndində yerləşən “”Səma” şadlıq evində həmkəndlisi Sərdərin övladının toy mərasiminə getmişdir. Toy mərasimində dostlarla birlikdə bir qədər spirtli içki qəbul etmişdir. Saat 15 radələrində toy mərasimindən çıxıb evə getmişdir. Həyətdə bir qədər işlərini gördükdən sonra təxminən saat 19 radələrində dostu Ramilə zəng edib kənddəki çayxanaya dəvət etmişdir ki, birlikdə domina oynasınlar. Birlikdə çayxanaya gəldikdən sonra tanışı və həmkəndlisi Sabir öz avtomobili ilə ora gəlmişdir. Ramil və Sabirə təklif etmişdir ki, Sərdərin qızının toy mərasiminə gedib orada iştirak etsinlər. Hər ikisi onun təklifi ilə razılaşmışdır. Sonra birlikdə toy mərasiminə getmişdir. Orada bir qədər oturub çay içdikdən sonra Sabir demişdir ki, başqa işi var, ona görə də kənddə qayıtmaq istəyir. O və Ramil toy məclisindən çıxmış, o, avtomobilin qabaq oturacağında, Ramil isə arxa oturacağında əyləşmişdir. Sabir avtomobili hərəkət gətirən zaman anidən həmkəndlisi Şamil onun əyləşdiyi tərəfdən avtomobilə yaxınlaşıb qapını açmaq istəyərkən Sabirdən xahiş etmişdir ki, Şamillə münasibəti yoxdur, ona görə də Şamili avtomobilə götürməsin. Hətta demişdir ki, əgər avtomobilə Şamil minsə o, düşəcək. Həmin anda Şamil avtomobilin qapısını açıb Sabirlə söhbət etməyə başlamışdır. O da Şamillə danışmadığı üçün avtomobilin qapısını bağlamışdır. Şamil isə ikinci dəfə avtomobilin qapısını açmış və o da ikinci dəfə avtomobilin qapısını bağlamışdır. Şamil üçüncü dəfə avtomobilin qapısını açdıqdan sonra üçüncü dəfə avtomobilin qapısını örtmüş və öz-özünə demişdir ki, “şeytana lənət olsun, Sabir sür avtomobili çıxaq gedək”. Sabir də avtomobili idarə edib kəndə tərəf yola düşmüşlər. Rayonun Nərimankənd kəndi ərazisində Sabirin mobil telefon nömrəsinə zəng gəlmiş, zəng edən isə Təqsirləndirilən şəxs olmuşdur. Şamillə Sabirin telefon söhbətindən başa düşmüşdür ki, Şamil onun barəsində danışır, söyüş söyməsini eşitmişdir. Lakin konkret olaraq hansı söyüşlər söyməsini bilməmişdir. Sonra Sabir öz mobil telefonunu ona təqdim edib Şamilin onunla danışmaq istədiyini demişdir. Telefonu Sabirdən aldıqdan sonra Şamilə demişdir ki, nə olub, nə demək istəyir. Şamil ona demişdir ki, “kimsən ki, avtomobilin qapısını üzümə bağlayırsan, sənini dalını dağıtdıraram”. Bu sözdən sonra əsəbləşmiş və Şamilə demişdir ki, toyda olsun, o da həmin yerə gəlir. Şamil ona demişdir ki, gəlməyənin var-yoxundan xəbərin yoxdur. O da öz payına “gəlmiyənin də var-yoxundan xəbəri yoxdur” sözlərini demişdir. Sabirdən xahiş etmişdir ki, avtomobili geriyə sürsün. Sabir isə narahat olduğuna görə avtomobili geriyə hərəkət etdirməmişdir. Sonra Sabir avtomobili Əhmədin çayxanasının qarşısına sürmüş və birlikdə avtomobildən düşmüşlər. Ramil və Sabir çayxanaya girsə də, o, çayxanaya getməmişdir. Çayxananın qarşısında doğma əmisi oğlu Mayıl Əlləzovu görüb xahiş etmişdir ki, onu restoranın qarşısına aparsın. Birlikdə restoranın qarşısına getsələr də, orada Şamili tapa bilməmişdir. Sonra avtomobilə əyləşdikdən sonra əmisi oğlu Mayıla hadisə barədə məlumat vermişdir. Sonra birlikdə kəndə qayıtmışlar. Şamilin həmkəndlisi İlhama məxsus çayxanada əyləşdiyini görmüşdür. Mayıldan xahiş etmişdir ki, avtomobili saxlasın. Avtomobildən tək düşüb Şamilin əyləşdiyi stola yaxınlaşmışdır. Şamil orada həmkəndliləri İbrəhim və Şamo ilə bir stolda əyləşmişdir. Şamil söhbətini bitirən kimi yanına dəvət etmişdir. Şamil isə stuldan qalxıb yanına gəlmiş və birlikdə təxminən 10-15 metr kənara çəkilib söhbə etməyə başlamışlar. Şamilə demişdir ki, “səninlə danışmıram, heç bir münasibətim yoxdur, nə səbəbə məni telefonda söyürsən”. Şamil ona demişdir ki, “get şarını başqa yerdə partlat”. Sonra üzərinə gələrək “məni vur deyə qışqırmış”. O da Şamili əli ilə itələyib aralı durmasını tələb etmişdir. Şamil ona demişdir ki, “sən kimsənki səninlə söhbət edim, səni gecə ilə evindən çıxardaram”. O da bildirmişdir ki, heç kim onu gecə vaxtı evindən çıxarda bilməz. Bu zaman Şamil cibindən telefonu çıxartmaq istəyərkən telefon əlindən yerə düşmüşdür. Şamil telefonu yerdən götürmək əvəzində yerdən daş parçasını götürmüş və əlində saxlamış, ona qışqırmışdır ki, telefonu tez tap. Bu zaman Şamil üzərinə gəlib daşla onu vurmaq istəyərkən Şamildən cəlb tərpənib yumruqla Şamili vurmuşdur. Onun yumruğu ilk əvvəl Şamilin əlindəki daşa dəymiş, sonra Şamilin sifət nahiyyəsinə dəymişdir. Şamil isə bir qədər müvazinətini itirib aşağı əyilmişdir. Sonra Şamil onun yanından qaçıb uzaqlaşmışdır. O da Şamilin ardınca qaçmışdır. Şamil isə çayxananın həyətində qaçmaq istəyərkən dizi stula dəydiyü üçün yerə yıxılmışdır. Sonra da ayağa qalxıb həmin stulu onun üzərinə atmışdır. O da özünü qorumaq üçün əli ilə stulu vurmaq istəyərkən əli stulun arasına ilişib qalmışdır. Sonra stulu kənara tullayıb Şamilin ardınca qaçmaq istəyərkən ayaqları dolaşdığı üçün sifəti üstə yerə yıxılmışdır. Hər iki əli yerə dəymiş, sonra da ayağa qalxmışdır. Bu zaman orada olan kənd sakinləri onu sakitləşdirməyə çalışmışdır. Şamil isə ondan uzaqlaşmışdır. O da əsəbləşib divara bir dəfə yumruq vurmuş və siqaret çəkməyə başlamışdır. Təxminən 3-5 dəqiqə ərzində mübahisə dayanmış və o da sakitləşmişdir. Həmin anda Şamilin atası Güləhməd müəllim onun yanına gəlmişdir. Güləhmədə baş verənləri izah etmişdir. Güləhməd bilmişdir ki, günah öz oğlundadı. Güləhməd ondan nə səbəbə oğlu Şamili vurmasını soruşmuşdur. O da Güləhmədə izah etmişdir ki, Şamil yerdən daş götürüb onu vurmaq istəyən zaman qarşısını alaraq Şamilə bir dəfə yumruq zərbəsi vurmuşdur. Təxminən 5 dəqiqə sonra Şamil əlində yekə daş parçası uzaqdan onun üzərinə gəlməyə başlamış və kənd sakinlərinin arasında onun ünvanına nalayiq söz demişdir. O da kənd sakinlərinin arasında dayanıb Şamilə demişdir ki, burdadır. Lakin Şamilin atası Güləhməd Şamilin qarşısını kəsib dava etməyə imkan verməmişdir və hətda oğluna bir-iki dəfə boyun nahiyyəsindən sillə ilə vurub dava etməməsini tələb etmişdir. Həmin anda qulaqları zəif eşidən əmisi oğlu Bahadır çayxanadan çıxıb yanlarına gəlmişdir. Şamil Bahadırı gördükdən sonra kənarda qalmış və Bahadırın ünvanına nalayiq söyüşlər söyüb guya ki, onu öyrədənin Bahadır olmasını demişdir. Kənd sakinləri də Şamilin hərəkətlərini və söyüşlərini eşitmişdir. Şamil özünü idarə edə bilmirmiş. Sonra mübahisəyə digər əmisi oğlanları Nurəddin və Mayıl də gəlmiş, Şamil isə Nurəddinin və Mayılın ünvanına söyüşlər söymüşdür. Nurəddin və Mayıl Şamilin söyüşləri eşitdikdən sonra Güləhmədə demişdir ki, Şamili buradan kənarlaşdırsın, yoxsa burda güclü dava olacaqdır. Şamil isə anidən atasının yanında Bahadıra yaxınlaşıb əli ilə sifətindən vurmuşdur. Şamili isə kənd sakinlər aralaşdırıb kənara aparmışdır. Şamil əlində telefonu göstərərək yenədə onları söymüşdür. Sonra da hadisə barədə polisə məlumat vermişdir. Polislər gəldikdən sonra Şamilin əlindəki daşı polis əməkdaşları ala bilməmişdir. Şamil isə polislərin yanında Bahadırın ünvanına nalayiq söyüşlər söymüşdür. Sonra polis əməkdaşları Şamili avtomobilə mindirmiş, təxminən 1 km kənara sürdükdən sonra təkrarən geri qaytarmışlar. Həmin vaxt Şamil polislərin xidməti avtomobilindən düşmüş, yerdən daş götürmüşdür. Bahadırın ünvanına söyüşlər söymüşdür. Sonra ikinci polis avtomobili gəlmiş və birlikdə hamısı avtomobilə minib polis şöbəsinə gəlmişdir. O əlavə olaraq bildirmişdir ki, hadisə ümumilikdə təxminən 1 saat ərzində davam etmişdir. Hadisə kəndin mərkəzindəki çayxananın qarşısında baş vermişdir. Hadisə zamanı çayxanada olan kənd sakinləri və hadisəni eşidən və kənardan görən kənd sakinləri ətraflarına toplaşmışdır. Eyni zamanda bildirmişdir ki, hadisə zamanı Bahadır Şamili vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əhmədabad kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. 12 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində tanışı Murad və Sabirlə birlikdə “Səma” şadlıq sarayına toy məclisinə getmişdir. Təxminən 10 dəqiqə toyda oturduqdan sonra Sabirin avtomobilinə minmişlər. O avtomobilin arxa oturacağında əyləşmişdir. Murad isə qabaq oturacaqda əyləşmişdir. Bu zaman həmkəndlisi Şamil avtomobilin qabaq sağ oturacağını açaraq Sabirlə söhbət etməyə başlamışdır. Muradın Şamillə münasibəti olmadığı üçün avtomobilin qapısını örtmüşdür. Lakin Şamil qapını təkrarən açmışdır. Bu hal 2 dəfə təkrarlanmışdır. Sonra Murad qapını örtərək Şamilə demişdir ki, axırıncı dəfə olsun ki, qapını açırsan. Sabir isə avtomobili idarə etmiş və kənddə tərəf gəlmişdir. Yarı yolda Şamil telefonla Sabirə zəng etmiş, Şamil telefonda Sabirə demişdir ki, telefonu Murada versin. Lakin Sabir birinci dəfə telefonu Murada verməmişdir. Şamil ikinci dəfə telefonu Murada verməsini dedikdən sonra Sabir öz mobil telefonunu Murada vermişdir. Telefonda Murad və Şamil arasında hansı söhbətin olmasını bilməsə də, belə başa düşmüşdür ki, Şamil Muradı geri çağırmışdır. Ona görə də Murad Sabirə demişdir ki, avtomobili geriyə sürsün. Lakin Sabir geriyə qayıtmamışdır. Birlikdə çayxananın qarşısına gəlmişlər. Sonra çayxanaya getmiş, Murad isə aralaşıb harasa getmişdir. Sabir də 5 dəqiqə sonra evlərinə getmişdir. Təxminən 20 dəqiqə sonra çayxanada olarkən orada olan şəxslərin hamısı səs-küy eşidib çayxanadan çölə çıxmışdır. Özü çayxanadan çölə çıxarkən Muradın qışqırdığını və Şamili axtardığını görmüşdür. Bir qədər sonra Şamilin atası da oraya gəlmişdir. Murad və Şamilin atası Güləhməd söhbət etdikləri zaman Şamil də ora gəlmişdir. Şamil Muradın və əmisi oğlu Bahadırın ünvanına nalayiq söyüşlər söymüşdür. Hadisə yerinə toplaşan kənd sakinləri də Şamilin söydüyü söyüşlərə görə çox narahatçılıq keçirmişdir. Hətda atası Şamili söydüyü söyüşlərə görə bir neçə dəfə boynundan və sifətin sillə vurmuşdur ki, söyüş söyməsin. Təxminən yarım saat ərzində Şamil Bahadırı və Əlləzovların ünvanına ağır söyüşlər söymüşdür. Heç kim Şamili sakitləşdirə bilməmişdir. Təxminən 20-25 dəqiqə sonra polis əməkdaşları gəldikdən sonra Şamil bir anlıq Bahadıra yaxınlaşıb sifətindən zərbə ilə vurmuşdur. Hava qaranlıq olduğu üçün dəqiq olaraq görə bilməmişdir ki, Şamil əlindəki daşla və ya əli ilə Bahadırı vurmuşdur. Polis əməkdaşları gəldikdən sonra Şamili və şikayət edən şəxləri polis şöbəsinə aparmışlar. Əlavə olaraq bildirmişdir ki, hadisə ümumilikdə təxminən 1 saat ərzində davam etmişdir. Hadisə kəndin mərkəzindəki çayxananın qarşısında baş vermişdir. Hadisə zamanı çayxanada olan kənd sakinləri və hadisəni eşidən və kənardan görən kənd sakinləri toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əhmədabad kəndində yaşayır, rəsmi olaraq heç bir bir yerdə işləmir. 12 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində evdən çıxıb istirahət etmək üçün kəndin mərkəzində yerləşən çayxanaya getmişdir. Onun yanındakı digər stulda Şamil, İbrəhim və Şamo oturmuşdur. O isə digər həmkəndlisi İlham ilə bir stol arxasında əyləşmişdir. Bu zaman Murad Şamilə yaxınlaşıb kənara dəvət etmişdir. Murad və Şamil birlikdə təxminən 20-30 metr kənara çəkilmişdir. Bundan əlavə həmin şəxslərin yaxınlığında Bahadır, Nurəddin və Mailin olmasını görmüşdür. Bir anlıq Murad və Şamilin dava etməsini görmüş, Murad ilk olaraq Şamilə yumruqla bir dəfə vurmuşdur. Zərbənin təsirindən isə Şamil yerə yıxılmışdır. Bu zaman Muradın əmisi oğlanları Bahadır, Nurəddin və Mail Şamilin üzərinə hücum etmiş və hər üç şəxsin Şamili təpiklə vurmasını görmüşdür. Sonra İlham və Cəlillə birlikdə Şamilin yanına yaxınlaşmışlar. Şamil isə huşunu itirmişdir. Dava edənləri aralaşdırmışlar. Şamil özünə gəldikdən sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin vaxt Əlləzovlar Şamilin və atasının ünvanına nalayiq söyüşlər söydüklərinə görə Şamil də həmin şəxslərin cavabını söyüşlə vermişdir. Bir müddət sonra, yəni 10-15 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, Şamil və digər şəxslər avtomobilə minmiş, polis əməkdaşları ilə birlikdə şöbəyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 İbrəhim oğlu ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əhmədabad kəndində yaşayır. 12 oktyabr 2022-ci il tarixdə saat 20-21 radələrində evdən çıxıb kəndin mərkəzində yerləşən çayxanaya gəlmişdir. Kənd sakinləri ilə çayxanada gəlib çay içib istirahət etmişdir. Bir anlıq küçədə Şamilin çayxananın qarşısında qışqırmağını eşitmişdir. O və digər çayxanada olan şəxslər narahat olduqları üçün çayxananın qarşısına toplaşmışdır. Orada təxminən 20-30 nəfərdən çox insan toplaşmışdır. Görmüşdür ki, Güləhmədin oğlu Şamil Əlləzovların ünvanına çox pis və ağır nalayiq söyüşlər söyür. Atası və digər şəxslər Şamili sakitləşdirmək istəsələr də, Şamil qışqıraraq söyüşlərini davam etdirmişdir. Şamil bir neçə dəfə Bahadurunun yaxasında tutub mübahisə etmişdir. Şamilin atası Güləhməd isə bir neçə dəfə Şamilin kürəyinə sillə ilə vurmuşdur. Şamil sərxoş olduğuna görə heç kim sakitləşdirə bilməmişdir. Bir qədər sonra polis əməkdaşları gəlmiş, ilk əvvəl Şamili avtomobili mindirib kənara aparsalar da, təkrarən avtomobillə geri qayıtmışdır. Şamil isə avtomobildən düşüb, yerdən daş götürmüş və anidən Nurəddini söymüş, sağ əlindən daşla vurmuşdur. Təxminən 10-15 dəqiqə sonra ikinci polis avtomobili gəlmişdir. Polis əməkdaşları demişdir ki, kim şikayət edəcəksə avtomobilə əyləşsin. Bu zaman Şamil əlində daşla Bahadırın sifətindən vurmuşdur. Polis əməkdaşları isə Şamilə yaxınlaşan kimi Şamil daşı yerə atmışdır. Sonra da polislər Şamili avtomobilə mindirib şöbəyə aparmışlar. Əlavə olaraq bildirmişdir ki, hadisə ümumilikdə təxminən 1 saat ərzində davam etmişdir. Hadisə kəndin mərkəzindəki İlhama məxsus çayxananın qarşısında baş vermişdir. Hadisə zamanı çayxanada olan kənd sakinləri və hadisəni eşidən və kənardan görən kənd sakinləri toplaşmışdır. Şamilin söyüşlərini bütün kənd eşitmiş, hamı da narahatçılıq keçirmişdir. Hadisə zamanı həmin şəxslərin dava etməsini görmüşdür. Lakin gördüyü qədər Şamili heç kim vurmamışdır. Şamil özü Bahadırı və Nurədddini vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əhmədabad kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq Əhmədabad kənd orta məktəbində direktor müavini vəzifəsində işləyir. Eyni zamanda tarix müəllimidir. 12 oktyabr 2022-ci il tarixdə təxminən 19-20 radələrində evdə olarkən oğlu Şamil onun mobil telefonuna zəng edib kənd sakinləri Murad və əmisi oğlanlarının onu döyməsini bildirmişdir. O da narahat olduğuna görə evdən çıxıb piyada kəndin mərkəzinə gələrkən yolda oğlu Şamillə rastlaşmışdır. Şamilə demişdir ki, küçədə gözləsin, özü Muradgillə söhbət edəcəkdir. Sonra kəndin mərkəzinə gəlib çayxananın qarşısında həmkəndlisi Muradla görüşmüşdür. Ətrafda isə çox sayda insanlar toplaşmışdır. Murad söhbət etdiyi zaman belə başa düşmüşdür ki, Şamil digər həmkəndlisi Sabirin avtomobilində guya Muradı söymüşdür. Lakin Şamil küçədə söhbət edən zaman Muradı söymədiyini demişdir. O da Murada böyük kimi irad tutmuşdur ki, Şamil söyüş söyməmiş, əgər Şamil söymüşdüsə deyərdiz, cavabını özü verərdi, Şamillə dava etmək lazım deyildi. Muradın deməsinə görə Şamillə kənarda söhbət edən zaman Şamilin telefonu yerə düşdüyü üçün əyilib telefonu götürmək istəyərkən, Şamilin yerdən telefon əvəzinə daş götürməsindən şübhələndiyi üçün yumruqla Şamili vurmuşdur. Bir neçə dəqiqə sonra Şamil gəlmişdir. Şamili orada Bahadırı, Nurəddini və Maili gördükdən sonra bir-birininin ünvanına nalayıq söyüşlər söyməyə başlamışlar. Hətda, valideyn kimi öz oğluna irad tutub bir neçə dəfə sifətindən sillə ilə vurub söyüş söyməməsini tələb etmişdir. Hətda Şamil və Bahadır onun yanında bir dəfə yaxa-yaxaya yapışsalar da, imkan verməmişdir ki, bir-birini vursunlar. Sonra da Nurəddinlə də bir dəfə birbirinin yaxasında tutsalar da, yenə də həmin şəxsləri ayırmışlar ki, dava etməsinlər. Şamil Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurduğu üçün polis əməkdaşları avtomobillə gəlmişdir. Şamil isə avtomobilə mindikdən sonra aralaşmışdır. Təxminən 1-2 dəqiqə sonra polis əməkdaşları Şamillə birlikdə yenidən kəndin mərkəzinə qayıtmışlar. Şamil avtomobildən düşüb yenə Bahadırla sözlə mübahisə etmişdir. Mübahisə zamanı Bahadır Şamili söydüyü üçün Şamil də Bahadırı söymüşdür. Həmin anda Şamil Bahadırın sifətindən əli ilə bir dəfə vurmuşdur. İmkan verməmişdir ki, onların davası davam etsin. Bir neçə dəqiqə sonra ikinci polis avtomobili kənddə gəlmişdir. Bu zaman Şamil və digər dava edən şəxslər Nurəddin, Bahadır, Mail və Muradı avtomobilə mindirib polis şöbəsinə aparmışlar. Əlavə olaraq bildirmişdir ki, oğlu Şamilin almış olduğu xəsarətləri Murad vurub yerə yıxarkən almışdır. Sonra da Muradın əmisi oğlanları Şamili təpiklə vurmuşdur. Hadisə ümumilikdə təxminən 15-20 dəqiqə ərzində davam etmişdir. Hadisə kəndin mərkəzindəki çayxananın qarşısında baş vermişdir. Hadisə zamanı çayxanada olan kənd sakinləri və hadisəni eşidən və kənardan görən kənd sakinləri toplaşmışdır. Bildirmişdir ki, oğlu Şamil Bahadırı vuran zaman əlində daş olmamışdır. Şamil əli ilə Bahadırın sifətindən bir dəfə vurmuşdur. Nurəddinin dediklərinin yalan olduğunu, hadisə zamanı oğlu Nurəddini vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əhmədabad kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. 12 oktyabr 2022-ci il tarixdə saat 19-20 radələrində həmkəndlisi Şamo ilə birlikdə kəndin mərkəzində yerləşən çayxanada bir yerdə oturub çay içmişdir. Bir qədər sonra Şamil oturduqları stula yaxınlaşmış və birlikdə çay içmişlər. Təxminən 5-10 dəqiqə sonra digər həmkəndlisi Murad onlara yaxınlaşıb bir qədər kənarda dayanmışdır. Bu zaman Şamil Murada demişdir ki, “onunla işi var?”. Murad Şamilə “hə” cavabını vermişdir. Sonra birlikdə çayxanadan kənarlaşıb icra nümayəndəliyinin yerləşdiyi binanın qarşısına getmişlər. Onun və çayxanada oturan şəxslərin Muradı və Şamili görməsi mümkün olmamışdır. Təxminən 5-10 dəqiqə sonra Şamilin çayxananın içərisindən, yəni həyətindən asfalt yola tərəf qaçdığını görmüşdür. Bundan sonra isə baş verənləri görməmişdir. Lakin Şamil ikinci dəfə kəndin mərkəzinə gəldikdən sonra Şamilin söyüş söyməklərini eşitsə də, o və Şamo buna heç bir əhəmiyyət verməmiş və çayxanada oturub nərd oynamışlar. Bundan əlavə davanın necə baş verməsi və orada kimlərinsə olmasını heç kim görə bilməzdi. Ona görə ki, Murad və Şamil çayxanadan kənara çəkilmişdilər. Həmin şəxslərin dava etdiyi yer çayxananın qarşısı olmamışdır. Eyni zamanda hava qaranlıq olduğuna görə dəqiq olaraq davanın necə baş verməsini görmək mümkün olmamışdır. Şamil ikinci dəfə kəndin mərkəzinə gəldikdən sonra söyüşlər söyməsini kənardan eşitmişdir. Lakin kimisə vurmasını görməmişdir. Hadisədən sonra eşitmişdir ki, Şamil polislərin avtomobildən düşdükdən sonra Bahadırı daşla sifətindən vurmuşdur. Lakin qeyd etdiyi hadisəni görməmişdir. Hadisə ümumilikdə təxminən 20 -30 dəqiqə ərzində davam etmişdir. Hadisə kəndin mərkəzindəki çayxananın qarşısında baş vermişdir. Hadisə zamanı çayxanada olan kənd sakinləri və hadisəni eşidən və kənardan görən kənd sakinləri toplaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əhmədabad kəndində yaşayır. 12 oktyabr 2022-ci il tarixdə saat 20-21 radələrində evdən çıxıb kəndin mərkəzində yerləşən çayxanaya gəlmişdir. Kənd sakinləri ilə çayxanada çay içib domino oynayıb istirahət etmişlər. Bir anlıq küçədə Şamilin çayxananın qarşısında qışqırmağını eşitmişdir. O və digər çayxanada olan şəxslər narahat olduğu üçün çayxananın qarşısına toplaşmışlar. Orada təxminən 30-40 nəfərdən çox insan toplaşmışdır. Görmüşdür ki, Güləhmədin oğlu Şamili Əlləzovların ünvanına çox pis və ağır nalayiq söyüşlər söyür. Atası və digər şəxslər Şamili sakitləşdirmək istəsələr də, Şamil qışqıraraq söyüşlərini davam etdirmişdir. Hətda Şamil bir neçə dəfə Bahadurunun yaxasında tutub mübahisə etmişdir. Şamilin atası Güləhməd isə bir neçə dəfə oğlunun kürəyinə sillə ilə vurmuşdur. Şamil sərxoş olduğuna görə heç kim sakitləşdirə bilməmişdir. Bir qədər sonra polis əməkdaşları gəlmiş, ilk əvvəl Şamili avtomobilə mindirib kənara aparsalar da, təkrarən avtomobil onların yanına qayıtmışdır. Təxminən 10-15 dəqiqə sonra ikinci polis avtomobili gəlmişdir. Şamil isə həmin vaxt əlində daşla Bahadırın sifətindən vurmuşdur. Polis əməkdaşları isə Şamilə yaxınlaşan kimi Şamil daşı yerə atmışdır. Sonra da polislər Şamili avtomobilə mindirib şöbəyə aparmışlar. Əlavə olaraq bildirmişdir ki, hadisə ümumilikdə təxminən 1 saat ərzində davam etmişdir. Hadisə kəndin mərkəzindəki çayxananın qarşısında baş vermişdir. Hadisə zamanı çayxanada olan kənd sakinləri və hadisəni eşidən və kənardan görən kənd sakinləri toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əhmədabad kəndində yaşayır. 12 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində evdən çıxıb çörək almaq üçün İlhamın mağazasına gəlmişdir. Çörəyi alıb avtomobilinə qoyduqdan sonra əmisi oğlu Murad ona yaxnlaşıb “Səma” şadlıq evinin qarşısına aparmasını xahiş etmişdir. Birlikdə restoranın qarşısına gəlmişlər. O, avtomobili çayxananın qarşısında saxlamış, Murad avtomobildən düşüb Şamilin yanına getmişdir. Sonra birlikdə çayxanadan aralaşıb məktəbə getmişlər. O da narahat olduğuna görə həmin şəxslərlə birlikdə getmişdir. Lakin Şamil və Murad hər ikisi ona demişdir ki, “sənlik deyil, kənara çəkil, söhbət edəcəyik”. O da kənara çəkilmiş və çayxanada televizora baxmışdır. Bir anlıq Şamilin qaçaraq çayxananın həyətində qaçdığını, Muradın isə onun ardınca getdiyini görmüşdür. Şamilin dizi çayxananın həyətindəki stula dəydiyi üçün bərkdən yerdəki betona yıxılmışdır. Sonra da stulu götürüb Murada tullamışdır. Murad isə əli ilə stulua kənara atmaq istəmiş, bu zaman Murad özü də yerə yıxılmışdır. Şamil qaçıb getmişdir. Təxminən 5-10 dəqiqə sonra Şamilin atası Güləhməd gəlmişdir. Sonra da Şamil anidən ora gəlmiş və ilk əvvəl Muradın ünvanına nalayiq söyüşlər söymüşdür. Bu zaman qardaşı Zərərçəkmiş şəxs1 da gəlmişdir. Şamil qardaşı Bahadırı gördükdən sonra qardaşının ünvanına nalayiq söyüşlər söymüşdür. Qardaşı Bahadır da öz növbəsin Şamili və Şamilin arxasında durub müdafiə edən şəxslərin ünvanına söyüşlər söymüşdür. Şamil bütün Əlləzovları söydüyü üçün özünə və atasına irad bildirmişdir ki, söyüş söyməsin. O, digər qardaşları Şamilin atasına demişlər ki, oğluna başa salsın ki, söyüş söyməsin və onu evlərinə aparsın. Şamilin atası Güləhməd isə bir neçə dəfə oğlunun kürəyinə və boyun nahiyyəsinə sillə ilə vurmuşdur. Şamil sərxoş olduğuna görə onu heç kim sakitləşdirə bilməmişdir. Şamilin söydüyü söyüşlər görə yanına çox sayda kənd sakinləri toplaşmışdır. Bir qədər sonra polis əməkdaşları gəlmiş, ilk əvvəl Şamili avtomobili mindirib kənara aparsalar da, təkrarən avtomobil qayıdaraq yanlarında dayanmış, Şamil avtomobildən düşüb, yerdən daş götürmüş və anidən Nurəddini söyüb, sağ əlindən daşla vurmuşdur. Təxminən 10-15 dəqiqə sonra ikinci polis avtomobili gəlmişdir. Polis əməşdaşları demişdir ki, kim şikayət edəcəksə avtomobilə əyləşsin. Bu zaman qardaşı Bahadırda avtomobilə minmək istəyərkən Şamil qardaşının sifət nahiyyəsindən əlindəki daşla vurmuşdur. Qardaşı əlini sifətinə tutmuş və həmin vəziyyətdə avtomobilə əyləşmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə ümumilikdə təxminən 1 saat ərzində davam etmişdir. Hadisə kəndin mərkəzindəki çayxananın qarşısında baş vermişdir. Hadisə zamanı çayxanada olan kənd sakinləri və hadisəni eşidən və kənardan görən kənd sakinləri toplaşmışdır. Dava zamanı Təqsirləndirilən şəxs onun boğazından tutsa da, xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahzadə oğlu ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əhmədabad kəndində ailəsi ilə birlikdə yaşayır. 12 oktyabr 2022-ci il tarixdə saat 19-20 radələrində kəndin mərkəzindəki çayxanada oturmuşdur. Ondan başqa orada digər kənd sakinləri də çayxanada oturmuşdur. Anidən çayxanadan 20-25 metr kənarda səs gəlməsini eşitmişdir. O və digər kənd sakinləri stuldan durmuş və görmüşdür ki, Şamil çayxananın həyətinə daxil olub, çıxış qapısından qaçıb getmişdir. Murad isə Şamilin ardınca qaçmışdır. Təxminən 5-10 dəqiqə sonra ilk olaraq Şamilin atası Güləhməd kəndin mərkəzinə gəlmişdir. Bir qədər sonra isə Güləhmədin oğlu Şamil də çayxananın qarşısına gəlmişdir. Şamil gəldikdən sonra Muradın əmisi oğlu Bahadırla sözlə mübahisə etməyə başlamışdır. Şamil və Bahadır bir-birinin ünvanına nalayiq söyüşlər söyməyə başlamışlar. Hətda Şamil bir neçə dəfə Bahadırın yaxasından tutub mübahisə etmişlər. Şamilin atası Güləhməd isə bir neçə dəfə onların yanında oğlunun kürəyinə sillə ilə vurmuşdur. Şamil sərxoş olduğuna görə heç kim sakitləşdirə bilmirdi. Şamilin söydüyü söyüşlər görə yanlarına çox sayda kənd sakinləri toplaşmışdır. Bir qədər sonra polis əməkdaşları gəlmiş, ilk əvvəl Şamili avtomobilə mindirib kənara aparsalar da, təkrarən avtomobil geri qayıdıb yanlarında dayanmışdır. Təxminən 10-15 dəqiqə sonra ikinci polis avtomobili gəlmişdir. Sonra polislər həmin şəxsləri avtomobilə mindirib polis şöbəsinə aparmışlar. Eyni zamanda bildirmişdir ki, hadisə ümumilikdə təxminən 1 saat ərzində davam etmişdir. Hadisə kəndin mərkəzindəki çayxananın qarşısında baş vermişdir. Hadisə zamanı çayxanada olan kənd sakinləri və hadisəni eşidən və kənardan görən kənd sakinləri toplaşmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində daş olmasını görməmiş və Bahadırı da vurmasının şahidi olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Baş vermiş məlum hadisə ilə əlaqədar qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə əməliyyat-istintaq qrupunun üzvü olduğu üçün daxil olmuş məlumat əsasında növbətçi hissəsinin sürücü polis nəfəri Şahid14lə birlikdə rayonun Əhmədabad kəndində gəlmişdir. Avtomobildən düşərkən bir nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs Əlləzovların ünvanına nalayiq söyüşlər söyməsini eşitmişdir. Həmin anda kəndin mərkəzində 40 nəfərdən çox kənd sakinləri toplaşmışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb söyüş söyməməsini və avtomobilə əyləşməsini tələb etmişdir. Sonra Şahid14lə birlikdə Təqsirləndirilən şəxs xidməti avtomobilə mindirmişlər. Təqsirləndirilən şəxs sərxoş olduğuna görə özünü pis hiss etmişdir. Ona görə də xahiş etmişdir ki, rayonun mərkəzinə deyil, kəndin digər tərəfində yerləşən mağazaya gedib su almaq istəyir. Avtomobillə kənd daxili yolla bir qədər hərəkət etdirdikdən sonra yol kənarında mağaza olmadığına görə geriyə qayıtmışlar. Kəndin mərkəzinə, yəni vətəndaşların toplaşdığı yerə çatmağa 50 metr qalmış Şamil avtomobildən başını çölə çıxardıb kənd sakinlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Şahid14 avtomobili saxladıqdan sonra Şamil anidən avtomobil düşüb kənd sakinlərinin toplaşdığı yerə hücum etmişdir. Bu zaman Şahid14lə birlikdə Şamilə yaxınlaşıb qolundan tutub saxlayarkən, digər polis əməkdaşları xidməti avtomobilə hadisə yerinə gəlmişdir. Şamili isə digər polis avtomobilinə mindirib polis şöbəsinə göndərmişlər. Əlavə olaraq qeyd etmişdir ki, Şahid14lə birlikdə hadisə baş verən yerə gəldikdən sonra Şamilin əlində daş olmasını görməmişdir. Avtomobillə kəndin mərkəzinə qayıtdıqda Şamilin avtomobildən düşüb kiminsə üzərinə hücum edərkən də əlində daş olmasını görməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid14 və Şahid15 digər Şahid13 məhkəmə iclasında verdiyi izahatına uyğun məzmunda izahat verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə idarə etdiyi “VAZ 21063” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə həmkəndlisi Sərdarın övladının toyuna getməli idi, kəndin mərkəzində yerləşən çayxanada həmkəndliləri Ramil və Muradla rastlaşmışdır. Murad ona toya gedib-getməyəcəyini soruşmuş, o da Murada demişdir ki, toya gedir 10 dəqiqə oturub geri qayıdacaqdır. Sonra Murad və Ramil onun avtomobilinə əyləşmişlər. Birlikdə “Səma” şadlıq evinə getmiş, toyda oturub çay içmişlər. Sonra birlikdə avtomobilə əyləşib getmək istəyərkən qonşusu Şamil kənardan onu səsləyib avtomobilə yaxınlaşmışdır. Şamil avtomobilin qabaq sağ qapısını açmış və ondan kənd sakini, hal-hazırda Türkiyə Respublikasında yaşayan Bədirşaha öz telefonu ilə zəng edib danışa biləcəyini soruşmuşdur. O da demişdir ki, zəng etsən danışa bilər. Bu zaman Murad ilk olaraq avtomobilin sağ qapısını örtmüşdür. Lakin Şamil qapını təkrarən açmışdır. Bu hal 2 dəfə təkrarlanmışdır. Hiss etmişdir ki, Şamil və Muradın arasında mübahisə yaranacaqdır. Ona görə də irad tutmuşdur ki, qapını buraxın. Sonra da Murad qapını örtmüş və avtomobili idarə edib kəndə tərəf gəlmişlər. Yolda Şamil onun mobil telefonuna zəng edib demişdir ki, “qonşu, telefonu zəhmət olmasa Murada ver”. O da telefonun mikrafonunu açıb telefonu Murada vermişdir. Telefonda Şamil və Murad arasında hansı söhbət olmasını eşitməsə də, Murad telefonu söndürüb ona demişdir ki, avtomobili geri döndər Şamillə görüşəcəkdir. O da Murada demişdir ki, “səni hardan götürmüşəmsə, orada düşürdüm sonrasını özün bilərsən”. Avtomobili çayxananın qarşısında saxlamış Murad və Ramil avtomobildən düşüb uzaqlaşmışlar. O da avtomobili idarə edib evinə getmişdir. Sonradan isə Murad və Şamilin arasında baş vermiş davadan xəbəri olmamışdır. Məhkəmə zərərçəkmişlər Bahadur Əlləzovun və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin onları daşla vurub xəsarət yetirməsi barədə ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, bu xüsusat məhkəmə iclasında araşdırılmış subutlarla öz təsdiqini tapmamışdır. Belə ki, istər təqsirləndirilən şəxsin öz ifadəsi, istər məhkəmədə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin əməkdaşlarının ifadələri, hansı ki, tərəflərin mübahisəsi bilavasitə onların gözü qarşısında baş vermişdir, istər iş üzrə dindirilmiş və hadisə yerində olmuş bir sıra şahidlərin ifadələri, istərsə də məhkəmə-tibb ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs hadisə zamanı əlində daş olması və zərərçəkmişlərə daşla xəsarət yetirməsi təkzib olunur. Bununla yanaşı, iş üzrə dindirilmiş bəzi şahidlərin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə daşla xəsarət yetirməsini, bəzi şahidlərin isə təqsirləndirilən şəxsin əlində daş olmaması barədə verdikləri ifadələrinə də hüquqi qiymət verərək onların ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, şahidlərin bəziləri təqsirləndirilən şəxslə, bəziləri isə zərərçəkmiş şəxslərlə müəyyə qohumluq əlaqələri olduğundan onların bu barədə verdikləri ifadələri məhkəmə tərəfindən yetərli subut kimi qəbul edilmir. Odur ki, məhkəmə iş üzrə həmin kənddən olmayan, tərəflərin heç biri ilə yaxınlığı olmayan və işin nəticəsilə bu və ya digər formada maraqlı olmayan şahidlərin – Sabirabad RPŞ-nin əməkdaşlarının ifadələrini və iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyini əsas götürərək hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər daşla xəsarət yetirməsi məhkəmə iclasında sübuta yetirilmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 211 saylı sərxoşluq vəziyyətinin tibbi-müayinəsi aktından müəyyən olur ki, hadisə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olmuşdur. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 729 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ əlin üst səthində qançır küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunmuş xəsarət müxtəlif şəraitdə əmələ gələ bilərdi. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 728 saylı rəyindən görünür ki, X1 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan burnun belində qançır küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Qeyd olunmuş xəsarət müxtəlif şəraitdə əmələ gələ bilərdi. İş üzrə təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 728A saylı rəyindən görünür ki, X1 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- A/ burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan burnun belində qançır küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. B/ Bədənin sümüklərinin dəriyə yaxın yerləşdikləri nahiyələrdə, o cümlədən burun nahiyəsində sərt küt alətlə-daşla zərbə nəticəsində toxumanın tamlığı pozulur, yara, sıyrıq və s əmələ gəlir. Bunları nəzərə alsaq, qeyd olunmuş xəsarət daşla deyil, sərt olmayan yumşaq küt əşyanın təsirindən əmələ gəlmişdir. Qeyd olunmuş xəsarət müxtəlif şəraitdə əmələ gələ bilərdi. İş üzrə təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 729A saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- A/ sağ əlin üst səthində qançır küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. B/ Bədənin sümüklərinin dəriyə yaxın yerləşdikləri nahiyələrdə, o cümlədən əlin üst səthində, sərt küt alətlə-daşla zərbə nəticəsində toxumanın tamlığı pozulur, yara, sıyrıq və s əmələ gəlir. Bunları nəzərə alsaq, qeyd olunmuş xəsarət daşla deyil, sərt olmayan yumşaq küt əşyanın təsirindən əmələ gəlmişdir. Qeyd olunmuş xəsarət müxtəlif şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan Sabirabad rayon Əhmədabad kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CMnin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nın 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun hadisələrin təsadüfü axarı zəmnində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini (CM-nin 59.1.1-ci maddəsinə əsasən), əməlindən səmimi olaraq peşman olmasını və zərərçəkmiş şəxslərlə barışmağa təşəbbüs göstərməsini, həmçinin yaşayış yeri üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını (CM-nin 59.2-ci maddəsinə əsasən) təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın; cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar