Məhkəmə qərarları › İş №1(056)-65/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-65/2024

20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-65/2024 20.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonun Şıxsalahlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, elan edilmiş ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə təmiz çəkisi 215,49 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı Sabirabad rayonu Şıxsalahlı kəndində olan evinə gətirərək, evin həyətyanı sahəsindəki tövlənin qarşısına yığılmış, heyvan ifrazatı olan peyin qalağının altında gizlətmiş, 01 ədəd göy rəngli polietilen torbanın içərisindəki 4 ədəd polietilen torbalarda və tövləyə giriş qapısının arxa hissəsində 01 ədəd sarımtıl rəngli polietilen torbanın içərisindəki 9 ədəd kağız bükümlərdə qanunsuz saxlamış, 23 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə, evin həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman, peyin qalağlarının altından 01 ədəd göy rəngli polietilen torbanın içərisindəki 4 ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 6,81 qram, 9,46 qram, 28,57 qram, 165,0 qram, tövləyə giriş qapısının arxa hissəsində isə 01 ədəd sarımtıl rəngli polietilen torbanın içərisindəki 9 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,69 qram, 0,67 qram, 0,54 qram, 0,57 qram, 0,67 qram, 0,51 qram, 0,70 qram, 0,64 qram və 0,66 qram olmaqla, ümumi çəkisi 215,49 qram olan eyni tərkibli qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsindən fərqli məzmunda verdiyi ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Şıxsalahlı kəndində anası ilə birlikdə fərdi yaşayış evində yaşayır, subaydır. Narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. 23 yanvar 2023-cü il tarixdə təxminən saat 11 radələrində yaşadığı evdən çıxmış, günorta saatlarında anası mobil telefon vasitəsi ilə ona zəng etmiş və polislərin evə gəldiyini, məcburən evə daxil olduqlarını, onu soruşduqlarını, heç bir sənəd təqdim etmədən evdə və həyətyanı sahədə axtarış apardıqlarını bildirmiş, o da anasına polisləri evdən qovmasını tapşırmışdır. Sonra Taleh adlı polis əməkdaşı ona zəng edib, onu evə çağırsa da, lakin o, uzaqda olduğunu və həmin vaxt evə gələ bilməyəcəyini bildirmişdir. Təxminən yarım saat sonra yenidən anasına zəng etmiş, həmin vaxt bacısı oğlu telefona cavab vermiş, anasının harada olduğunu soruşmuş, bacısı oğlu bildirmişdir ki, anasının vəziyyəti yaxşı deyil, polislər itələyib yerə yıxmışlar. Bundan sonra axşam saatlarında evə getmiş, evdə nə baş verdiyini yenidən soruşmuşdur. Anası ona yenə eyni sözləri demiş, polislərin evdə və həyətdə nə isə axtardıqlarını demişdir. Həmçinin anasına həyətə çıxmağa icazə verməmişlər. Bundan sonra əynini dəyişmiş, gecə saatlarında evdən çıxıb Sabirabad RPŞyə getmişdir. Sabirabad Rayon Polis Şöbəsində nə baş verdiyini soruşmuş, ona müstəntiq bildirmişdir ki, evindən narkotik vasitələr aşkar edilmişdir. O da narkotik vasitələrin onun olmadığını demiş, həmçinin orada Taleh adlı polis əməkdaşı onu hədələmiş, narkotik vasitələrin onun olduğunu demiş və boynuna almasına məcbur etmişdir. O da bundan qorxmuş və narkotik vasitələrin özünün olduğunu demişdir. Lakin aşkar edilmiş narkotik vasitələr ona aid olmamışdır. O, iki gün şübhəli şəxs qismində tutulmuş, lakin sonra həbsdən azad olunaraq istintaq müddətində evdə olmalı olduğu ona tapşırılmışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda bir daha ona qarşı CM-nın 234.2-ci maddəsi ilə istinad olunan ittiham üzrə özünü təqsirli bilməyərək, hec bir zaman narkotik vasitənin satışı və ya daşıması, saxlaması və ya istifadəsi ilə məşğul olmadığı hallarına istinad edərək, onun barəsində bəraət hökmü çıxarılmaqla, onu məsuliyyətdən azad olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyat müvəkkili vəzifəsində işləyir. 23 yanvar 2023-cü il tarixdə Sabirabad rayonu Şıxsalahlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və yaşadığı evdə narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumat əsasında tərəfindən təxirə salınmadan əməliyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Şöbə rəisi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar təsdiq olunmu və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Bundan başqa baxış keçirilməsində iştirak etmələri üçün Sabirabad rayonu Şıxsalahlı inzibati ərazi dairəsinin nümayəndəsi Şahid5 və həmin kəndin bələdiyyəsində mühasib işləyən Şahid6 hal şahidi kimi dəvət olunmuşlar. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Sonra Təqsirləndirilən şəxs Sabirabad rayonu Şıxsalahlı kəndindəki evinə gedərək qapıdan Təqsirləndirilən şəxs səsləmişlər, lakin evdən Təqsirləndirilən şəxs anası Şahid7 çıxmış, oğlunun evdə olmadığını demişdir. Şahid7 oğlu Təqsirləndirilən şəxs evində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı aldıqlarını, təxirəsalınmaz qərarla evinə və həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmiş, təxirəsalınmaz qərarı Şahid7 təqdim etmişlər, həmçinin Şahid7 oğlunu evə çağırmasını demişlər. Şahid7 qərarı oxuduqdan sonra evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirib, bu barədə ərizə yazmış və imza etmişdir. Şahid7 baxışda iştirak etməsi bildirilmiş, lakin o, səs küy salaraq baxışda iştirak etmək istəmədiyini demişdir. Bundan sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs həyətyanı sahəsindəki tikililərə baxış keçirilmişdir. Baxış zamanı evin arxa hissəsində olan tövlənin qarşısında yığılmış peyinin altında göy sellofan torba görsənmişdir. Hal şahidlərinin iştirakı ilə həmin torbanı götürüb içərisinə baxmış, torbanın içərisində 04 ədəd polietilen torbalarda narkotik vasitə qurudulmuş marixuana olduğunu aşkar etmişlər. Bundan sonra tövləyə giriş qapısının arxasında 01 ədəd sarı rəngli torbada 09 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş kütlələr götürülərək qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçirilmiş, lakin hər hansısa bir cinayət xarakterli əşya və ya predment aşkar edilməmişdir. Aşkar edilənlərlə bağlı protokol yazılmış, fotoşəkillər çəkilmiş, hal şahidlərinin və iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Şahid1 ifadəsini davam etdirərərək göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən baxışın aparılmasına sonuncunun anası Şahid7 tərəfindən icazə verilmişdir. Baxış zamanı Şahid7 polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs rayon polis şöbəsində ifadə verərkən özü sərbəst şəkildə ifadə verən zaman müstəntiqin yanında olmamışdır, Təqsirləndirilən şəxs qarşı heç bir təziq və təsir göstərməmiş, narkotik vasitələrin özünə məxsus olmasını etiraf etməyə məcbur etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 oxşar məzmunlu ifadələr verərək digər Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Sabirabad rayonu Şıxsalahlı kənd Bələdiyəsində mühasib vəzifəsində işləyir. 23 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə bağlı Şıxsalahlı kənd icra nümayəndəsi Seyidabbbas Babayev onun mobil telefonuna zəng edib məlumat vermiş və onun hal şahidi qismində iştirak etməsini istəmiş, o da razı olmuşdur. Şahid5lə birlikdə kənddə görüşüb Təqsirləndirilən şəxs yaşadığı küçəyə gəlmişdir. Orada polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə məlumat aldıqlarını və onun yaşadığı evə, həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları baxış keçirdikləri zaman onun hal şahidi qismində iştirak etməsini təklif etmişdir. O baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiyini və baxış keçirilən zaman hal şahidi qismində iştirak etmək istədiyini bildirmişdir. Sonra müstəntiq Mərifət Ağazadə şifahi olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəkdir və birlikdə həyətə daxil olmuşlar. O evin giriş qapısını döyüb ev sahibini çağırsa da, Təqsirləndirilən şəxs anası həyətə düşmüşdür. Şahid7 oğlunun evdə olmadığını demiş, polis əməkdaşları oğluna zəng edib evə çağırmasını bildirmiş, anası Xəyala zəng etmiş, polislərin gəldiyini, evdə axtarış apardıqlarını bildirmiş, o, isə kənarda olduğu üçün həmin vaxt evə gəlməyəcəyini bildirmişdir. Sonra polis əməkdaşı Xəyalın mobil telefonuna zəng edib həyətə çağırsa da, Təqsirləndirilən şəxs kənarda olduğunu bildirib həmin vaxt evə gəlməmişdir. Polis əməkdaşaları Şahid7 oğlu Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər və onların hal şahidi qismində iştirak edəcəklərini Səringülə izah etmişlər. Şahid7 qərara baxmış, sonra evinə və həyatyanı sahəsinə baxış keçirilməsinə narazılığının olmadığını bildirmiş və bu barədə özü ərizə də yazmış və imzalamışdır. Sonra onlara hüquq və vəzifələri izah edildmişdir. Şahid7 baxışda iştirak etməsi bildirilmiş, lakin Şahid7 səs küy salaraq baxışda iştirak etməyəcəyini demişdir. Şahid7 onların yanında baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Onun və polis əməkdaşlarının iştirakı ilə evin həyətyanı sahəsinə və evə baxış keçirilmişdir. Həyətyanı sahədə olan tikililərə baxış keçirilən zaman, evin arxa hissəsində olan tövlənin qarşısında yığılmış peyinin altında göy rəngli sellofan torba görsənmişdir. Polis əməkdaşları həmin torbanı götürmüş, birlikdə torbanın içərisinə baxmışlar, həmin torbanın içərisində 04 ədəd şəffaf torbalarda hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Bundan sonra həmin tövləyə giriş qapısının arxa hissəsində 01 ədəd sarı rəngli torbanın içərisində 09 ədəd kağız bükümlərdə də narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılmış və götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki digər tikililərə və evə baxış keçirilmiş, lakin həmin yerlərdən cinayət xarakterli əşya və ya predment tapılmamışdır. Aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 oxşar məzmunlu ifadə verərək digər Şahid6 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Onlar birlikdə Sabirabad rayonu Şıxsalahlı kəndində olan fərdi yaşayış evində yaşayırlar. Oğlu Xəyal rəsmi olaraq heç yerdə işləmir, mal-qara saxlayır, gündəlik olaraq heyvanları otarmağa aparır və axşam saatlarında evin həyətində olan tövləyə gətirib salır. 23 yanvar 2023-cü il tarixdə səhər saatlarında oğlu yenə heyvanları otarmağa aparmışdır. Həmin gün qızı da onlara qonaq gəlmişdir. Evdə olduqları zaman polis əməkdaşları zorla qapıdan həyətə daxil olmuş, ondan Xəyalın harada olmasını soruşmuş, Xəyalın heyvanları otarmağa apardığını demiş, polis əməkdaşları Xəyalın evində və həyətində narkotik vasitə saxladığını demiş, ona evdə axtarış aparacaqlarını demişlər. O evlərində qanunsuz heç bir şey olmadığını demiş, bundan sonra Xəyala zəng etmiş, polislərin gəldiyini, evdə axtarış apardıqlarını bildirmiş, Xəyal da demişdir ki, axtarsınlar, evdə heçnə yoxdur. Polislərə evdə axtarış aparılmasının icazələrinin olub-olmadığını soruşmuş, polislər sonradan ona kağız gətirib görsətmiş, icazə kağızının olmasını demişlər, lakin həmin kağızda qeyd olunanları oxuya bilməmişdir. Polis əməkdaşları tərəfindən yaşadıqları evə və həyətyanı sahəyə baxış keçirilməsi ilə bağlı etirazının olmaması barədə ərizə ilə tanış olmuşdur, lakin ərizədə qeyd edilənləri özü yazmamış və ərizədə olan imza ona məxsus deyildir. Həmin ərizənin kim tərəfindən yazılması barədə heç bir məlumatı yoxdur. Hadisə zamanı polis əməkdaşları evə girmək istəyən zaman qarşılarında dayanıb demişdir ki, evi axtarmaq üçün hər hansı rəsmi icazəniz varmı, əgər varsa bunu təqdim edin. Bu zaman adını və üzünü xatırlamadığı polis əməkdaşı pilləkənin yanında onu iki əli ilə itələmiş, nəticə də, pilləkənin üzərində oturmuşdur. Polislər evdə və həyətində axtarış aparmış, sonradan eşitmişdir ki, evin arxa hissəsində nə isə qanunsuz əşya tapıblar, polis əməkdaşlarına həyətdə heç bir qanunsuz əşya olmadığını demişdir. Bundan sonra polislər həyətdən çıxıb getmişdir. Axşam saatlarında oğlu Xəyal evə gəlmiş, baş verənləri Xəyala demiş, sonra oğlu polis şöbəsinə getmişdir. Əlavə olaraq qeyd etmişdir ki, yaşadığı evin həyətində narkotik vasitələr olmayıb, aşkar olunmuş narkotik vasitələrin kimə aid olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmədiyini, baxış keçirilən zaman polis əməkdaşlarının onu itələdiyini və yerə yıxıldığını, baxış zamanı iştirak etməsi və protokola imza etməsi barədə polis əməkdaşları ona heçnə deməmiş, tam əksinə baxış və axtarış zamanı polislər onu evdən həyətə düşməsinə icazə verməmişlər. Həmin vaxt şikayət etmək istəmədiyini, sonradan oğlu Xəyalın narkotik vasitələrin saxlanmasında günahlandırıldığını öyrəndiyi üçün şikayət etdiyini, evdə ancaq özü və oğlu Xəyalın yaşadığını, onun və oğlunun heç kimlə ədavət və düşmənçiliyi olmadığını qeyd etmişdir. Cinayət işi materiallarında olan 23 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Şıxsalahlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanə sahəsinə baxış keçirilən zaman tövlənin qarşısında peyin qalağlarının altından 01 ədəd göy rəngli polietilen torbanın içərisindəki 4 ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 6,81 qram, 9,46 qram, 28,57 qram, 165,0 qram, tövləyə giriş qapısının arxa hissəsində isə 01 ədəd sarımtıl rəngli polietilen torbanın içərisindəki 9 ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,69 qram, 0,67 qram, 0,54 qram, 0,57 qram, 0,67 qram, 0,51 qram, 0,70 qram, 0,64 qram, 0,66 qram olmaqla ümumi çəkisi 215,49 qram olan eyni tərkibli qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan 07 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Azercell Telecom MMC-dən daxil olmuş 1 ədəd CD şəklində olan həmin daşıyıcıya tərəfimdən baxış keçirilmiş, baxış zamanı müəyyən edildi ki, RPŞ-nin sabiq müstəntiqi, polis baş leytenantı X3 adına qeydiyyatda olan və istifadəsindəki +99***- ***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlar xx.xx.2023-cü il tarixdə saat 08:52-dən saat 12-25-dək Sabirabad şəhəri üzrə quraşdırılmış anten dairələri üzrə qeydə alınmış, xx.xx.2023-cü il tarixdə saat 12:44-dən başlamaqla saat 13:23-dən saat 16:13-dək Sabirabad rayonu Şıxsalahlı kəndi ərazisini əhatə edən anten dairələrində qeydə alınmış, xx.xx.2023-cü il tarixdə saat 16:30-da Sabirabad rayonu Həşimxanlı kəndi ərazisində, xx.xx.02023-cü il tarixdə saat 16:36-da Sabirabad rayonu Ulacalı kəndi ərazisini əhatə edən anten dairələrində, həmin tarixdə saat 18:42-dən saat 22-12-dək yenidən Sabirabad şəhərini əhatə edən anten dairələrində qeydə alınmışdır. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2023-cü il tarixli 18/81 №-li rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş üzərində ağ kağızda: “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan 1 ədəd göy rəngli polietilen torbanın içərisindəki 4 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri-6,81qram, 9,46 qram, 28,57 qram, 165,0 qram, ümumi çəkisi - 209,84 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2. Tədqiqata təqdim olunmuş üzərində ağ kağızda: “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan 1 ədəd sarımtıl rəngli polietilen torbanın içərisindəki 9 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,69 qram, 0,67 qram, 0,54 qram, 0,57 qram, 0,67 qram, 0,51 qram, 0,70 qram, 0,64 qram, 0,66 qram, ümumi çəkisi- 5,65 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş ümumi çəkisi - 215,49 qram olan marixuanalar eyni tərkiblidir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14 fevral 2023-cü il tarixli 799 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 18 avqust 2023cü il tarixli 4/1324 saylı rəyindən görünür ki, Şahid7 adından Sabirabad RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli razılıq ərizəsinin əlyazma mətni və “İmza” qrafasındakı imza-Şahid7 tərəfindən icra olunmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələblamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxs və şahidlərin məhkəmə iclasındakı ifadələrini dinləyib, cinayət işindəki sənədləri araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndiriəln şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi məhkəmə iclasında sübuta yetməmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Cnayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada təzahür edir. Başqa sözlə, şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə, yəni maddi xarakterli müəyyən öhdəliklərdən azad olunması və mənfəət əldə etməsində özünü büruzə verməlidir. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi narkotik vasitələrin və psixotrop maddələrin miqdarı deyil, həmin narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə və satma çıxış edir. Yəni şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrini Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satırsa, CM-nın 234.2-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona qarşı CM-nın 234.2-ci maddəsi ilə istinad olunan ittiham üzrə özünü təqsirli bilməyərək, hec bir zaman narkotik vasitənin satışı və ya daşıması, saxlaması və ya istifadəsi ilə məşğul olmadığı bildirmişdir. Bununla yanaşı, onun həmin narkotik maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi və ya satması halı olmamış və bu hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda cinayət işi materiallarında olan 14 fevral 2023-cü il tarixli 799 saylı rəyində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Rəydən aydın olur ki, Təqsirləndirilən şəxs qurudulmuş marixuana istifadəçisidir, hətta həmin növ narkotik vasitətən asıllılığı yaranmışdır. Həmçinin təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən Sabirabad RPŞ-nin əməkdaşları məhkəmədə şahid qismində dindirilərkən təqsirləndirilən şəxsin barəsində Sabirabad rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatın Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin satışı ilə məşğul olması barədə olduğunu qeyd etməmişlər. Həmçinin onlar Təqsirləndirilən şəxs narkotik vasitənin hər hansı şəxsə satmasını və ya satmaq niyyətinin olmasını təsdiq edə bilən hər hansı bir sübut təqdim edə bilməmişlər. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində aşkar olunaraq götürülmüş narkotik vasitənin onun tərəfindən satmaq niyyətində olmasını təsdiq edə biləcək təkzibedilmiş sübut əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8№-li qərarının 4-cü bəndinin ikinci abzasında cinayət əməlinin CM-nın 234.1-ci maddəsi ilə tövsif olunmasının mümkünlüyü məsələsinin həlli ilə bağlı məhkəmələrə izah edilmişdir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-nın 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı açıqlanarkən göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop 3 maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Bu baxımdan məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin qərarın 9-cu bəndinə əsasən CM-nın 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında” xx.xx.2005-ci il tarixli Qanunda göstərilmiş 1-ci siyahıya əsasən narkotik vasitə hesab olunan qurudulmuş marixuananın cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən xeyli miqdar (təmiz halda qramlarla) həddi 5 qram çəkidən, külli miqdarı isə 500 qramdan başlanır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsə ittiham elan olunan CMnın 234.2-ci maddəsində nəzərdə tutulmuş obyektiv cəhətin zəruri elementi olan “satış məqsədi” və təqsirləndirilən şəxsin narkotik vasitələrin satışına yönələn hərəkətlərinin (narkotik vasitəni satmaq niyyəti ilə əvvəlcədən hər hansı şəxs və ya şəxslərlə sövdələşməsi, telefon və ya digər vasitələrlə yazışması, pul vəsaitinin nağd və ya hər hansı üsulla əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, narkotik vasitənin müxtəlif növlərdə və ya külli miqdarda olması, eyni zamanda narkotik vasitənin çəkilib eyni ölçülərdə xırda bağlamalara bükülməsi, narkotik vasitələrin hazırlanması, qablaşdırılması və həcminin ölçməsi üçün avadanlığın aşkar edilməsi) olması işin araşdırılmış halları ilə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, ekspertiza rəyləri və cinayət işinə əlavə edilmiş istintaq hərəkətləri protokolları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya daşıma cinayəti barədə, yaxud qanunsuz olaraq narkotik vasitələri satmaya dair ona elan edilmiş ittiham işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. Ali Məhkəmənin Plenumunun yuxarıda adı çəkilən qərarının 12-ci bəndinin doqquzuncu abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-nın 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nın 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nın müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-nın 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-nın 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-nın 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək ittiham hökmü çıxarılır Bundan əlavə məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni satması halı yalnız ehtimallara əsaslanmışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən həmin halı təsdiq edə biləcək hər hansı bir sübut iş materiallarında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayətinin tərkibinin olması məhkəmə iclasında tam sübuta yetirilmişdir. Onun hərəkətində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Odur ki, onun əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində istinad olunan ittiham üzrə özünü təqsirli bilməyərək, hec bir zaman narkotik vasitənin satışı və ya daşıması, saxlaması və ya istifadəsi ilə məşğul olmadığı hallarına istinad edərək, onun barəsində bəraət hökmü çıxarılmaqla, onu məsuliyyətdən azad olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs məhz marixuana tərkibli narkotik vasitəsinin qəbulu nəticəsində onda narkomaniya xəstəliyinin aşkar edilməsi, həmçinin baxış keçirilməsi haqqında protokolla onun evinin həyətyanı sahəsindən eyni tərkibli qurudulmuş marixuana aşkar edilərək götürülməsi, qeyd edilən narkotik vasitəsinin sonuncunun satış məqsədi olmadan özünün istifadəsi üçün saxlaması fikrinə gəlməyə əsas verir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair ifadəsində göstərdiyi xususatlar məhkəmə iclasında şahid ifadələri ilə yanaşı toplanmış və məhkəmədə tədqiq edilmiş digər sübutlarla təkzib olundu. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsini inandırıcı bilmir və hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və o, bu cür ifadə verməklə məsuliyyətdən yayınmağa çalışır. Odur ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdən - 25 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmışdır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən olunmuş 02 (iki) gün təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmasını, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilərək onun, məhkəmə iclası zalından dərhal həbsə alınmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının ümumilikdə 176,74 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspetiza tədqiqatından sonrakı qalıq çəkisi 215,23 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdən - 25 yanvar 2024-cü il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq 02 iki gün həbsdə saxlanılmasının bir günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 02 (iki) gün ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi, aparılmış 24 yanvar 2023-cü il tarixli 18/81 nömrəli məhkəmə bioloji ekspertiza tədqiqatının dəyəri - 49,74 manat və 18 avqust 2023-cü il tarixli 4/1324 nömrəli məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri - 127 manat, ümumilikdə isə 176,74 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan narkotik vasitə (4 ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 6,81 qram, 9,46 qram, 28,57 qram və 165,0 qram qurudulmuş marixuana, həmçinin 01 ədəd sarımtıl rəngli polietilen torbanın içərisindəki 9 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,69 qram, 0,67 qram, 0,54 qram, 0,57 qram, 0,67 qram, 0,51 qram, 0,70 qram, 0,64 qram və 0,66 qram qurudulmuş marixuana) - tədqiqatdan sonrakı qalıq çəkisi ümumilikdə - 215,23 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar