Məhkəmə qərarları › İş №1(056)-68/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-68/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-68/2023 26.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbə Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Sabirabad rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmayan, Sabirabad rayonu Nərimankənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə qohumu Sabirabad rayonu Nərimankənd kənd sakini Zərərçəkmiş şəxs məxsus Sabirabad rayonu Nərimankənd kəndində yerləşən yaşayış evinə, evin pəncərəsini sındırmaqla qanunsuz daxil olaraq, 2022-ci ilin iyun ayının ortalarında evin yataq otağında mebel şkafının içərisindəki vazın içərisinə qoyulmuş 500 manatı, 10 oktyabr 2022-ci il tarixdə evin yataq otağında mebel şkafının içərisindəki sellofan torbada olan 815 manatı, 15 oktyabr 2022-ci il tarixdə evin yataq otağında çarpayının üstünə qoyulmuş əl çantasının içərisindəki 100 manatı və 19 oktyabr 2022-ci il tarixdə evin yataq otağında çarpayının üstünə qoyulmuş əl çantasının içərisindəki 41 manatı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib aparmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1456 manat məbləğində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli talayıb oğurlamışdır. Bu hərəkətlər ilə Binyatov X1 Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır. Sulduz onun dayısıdır. O, xəstədir. O, 10-a qədər saya bilir, lakin sonra saya bilmir. Onun əlillik dərəcəsi var və psixi qeydiyyatdadır. Hər ay əlilliyi ilə əlaqədar dövlətdən pul alır. O, 2-3 dəfə birinci sinifdə təhsil almışdır. Hər dəfə 2-3 ay təhsil almış, lakin oxuya bilmədiyi üçün onu məktəbdən çıxarmışlar. Buna görə o, təhsil almamışdır. O, qohumu Şahid2 və Şahid1 Müşfiq oğlu ilə dostdur. O, dayısı Sulduzun evinə bir neçə dəfə girmiş və orada olan şkafın içərisindən məbləğini bilmədiyi 2-3 ədəd pul götürmüşdür. Həmin pullar sellofanda olmuşdur. Bundan sonra götürdüyü pulları Kamala və Xammədə vermişdir. Axırıncı dəfə yenidən dayısıgilin evinə girmiş və həmin vaxt yanında Kamal olmuşdur. O, Kamalla birlikdə evə girmiş və pul axtarsa da pul tapa bilməmişdir. Həmin vaxt Xamməd evin həyətində gözləmişdir. Bundan sonra evdən 01 ədəd saat tapmış və həmin saatı çölə çıxdıqdan sonra Xanməmmədə vermişdir. O, oxumağı və yazmağı, eyni zamanda saymağı bilmədiyindən, əqlində gerilik olduğundan qohumu Zərərçəkmiş şəxs evinə neçə dəfə daxil olmasını, oradan hansı məbləğdə pul vəsaitlərini götürməsini xatırlamır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşimançılıq hissi keçirdiyini, hazırda zərərçəkmiş şəxsin ona ağır cəza verilməsini istəmədiyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyun ayından etibarən Sabirabad rayonu Nərimankənd kəndində yaşadığı evdəki ev əşyalarının yerinin dəyişildiyi görmüş və şübhələnmişdir. Bir müddət keçdikdən sonra 2022-ci ilin iyun ayının ortalarında yaşadığı evin yataq otağındakı mebel şkafının içərisində olan vazanın içində saxladığı 500 manat pul vəsaitinin yerində olmadığını görmüşdür. Həmin zaman o, oğurluq hadisəsinin baş verdiyindən şübhələnmişdir. 10 oktyabr 2022-ci il tarixdə yaşadığı evin yataq otağındakı mebel şkafının içərisində olan sellofan torbada saxladığı 815 manat pul vəsaitinin yerində olmadığını görmüşdür. Bundan sonra 15 oktyabr 2022-ci il tarixdə yaşadığı evin yataq otağındakı əl çantasının içərisindən 100 manat pul vəsaitinin oğurlandığını görmüşdür. Daha sonra isə 19 oktyabr 2022-ci il tarixdə işdən evə gəldikdə yaşadığı evin pəncərəsindəki setkanın bıçaqla kəsildiyini görmüşdür. O, dərhal evə baxmış və evdəki əşyaların yerinin dəyişildiyini görmüşdür. Bundan sonra yaşadığı evin yataq otağındakı əl çantasının içərisindən 41 manat pul vəsaitinin oğurlandığını bilmişdir. O, oğurluq edən şəxsi ifşa etmək məqsədilə yaşadığı evin həyətyanı sahəsinə videokamera quraşdırmış və çəkilişə başlamışdır. 21 oktyabr 2022-ci il tarixdə işdən evə gələn zaman yaşadığı evin pəncərəsinin sındırıldığını, daha sonra evin içərisindəki ev əşyalarının dağıdıldığını, dolabların axtarıldığını və evin yataq otağındakı mebel şkafının dolabında 01 ədəd gümüş materialda, ağ rəngli 10 manat dəyərində qol saatının oğurlandığını görmüşdür. Bundan sonra dərhal kamera quraşdırdığı yerə gələrək videogörüntüyə baxış keçirmişdir. Həmin zaman o, yaşadığı evə gələrək oğurluq hadisəsini törədən şəxslərin bacısı oğlu X4, qonşuları Şahid1 Müşfiq oğlu və X3 olduğunu görmüşdür. Daha sonra Sabirabad RPŞ-nə gələrək bu barədə ərizə vermişdir. Zərərçəkmiş şəxs ifadəsinin sonunda ona dəymiş ziyanın ödənilmədiyini, lakin buna baxmayaraq təqsirləndirilən şəxsin onun qohumu – bacısı oğlu olduğunu və maddi imkanının olmadığını nəzərə alaraq onaq qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 Müşfiq oğlu ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır. Sulduz onun qohumudur. 2022-ci ilin iyun ayında qohumu Şahid2 ilə Sabirabad rayonunda yerləşən Sabir kanalında çimən zaman atasının dayısı oğlu X4 onun yanına gələrək 70 manat pulunun olduğunu bildirmişdir. Nərmin əvvəlcə pulu oğurladığını deməmişdir. Daha sonra Nərmin Xanməmmədlə birlikdə mağazaya gedərək bir sıra ərzaq malları almışdır. Sonra Nərmin həmin puldan qalan 30 manatı özündə saxlamışdır. Bundan sonra Nərmin həmin 70 manat pulu dayısı Sulduzgilin evindən oğurladığını demişdir. 2022-ci ilin iyul ayında Nərmin kənddə onun yanına gələrək yenidən dayısıgilin evindən 50 manat pul oğurladığını bildirmişdir. Həmin 50 manat puldan ona və qohumu Xanməmmədə 15 manat pul vermişdir. Qalan 20 manat pulu isə özündə saxlamışdır. Bundan sonra Nərmin 2022-ci ilin avqust ayında yenidən dayısıgildən oğurluq etmiş və nə qədər pul vəsaiti oğurladığını ona bildirməmişdir və həmin puldan ona heç nə verməmiş və özünə bir sıra ərzaq malları almışdır. Daha sonra 21 oktyabr 2022-ci il tarixdə o və Xanməmməd Nərminlə kənd ərazisində rastlaşmışlar. Nərmin həmin vaxt axşam dayısı Sulduzgilə gedib yenidən oğurluq edəcəyini ona demişdir. Bundan sonra Nərmin tək evə oğurluğa getdiyinə görə ətrafda kimlərsə gələ bilər deyə qorxduğunu və onunla Xanməmmədin birlikdə həmin evə gedərək ətrafda kiminsə olub-olmamasına nəzarət edə biləcəyini bildirmişdir. O və Xanməmməd Nərminlə razılaşmış və Zərərçəkmiş şəxs yaşadığı evə getmişlər. Həmin gün saat 19 radələrində Zərərçəkmiş şəxs həyətyanı sahəsinə daxil olmuşdur. Nərmin həmin vaxt evə daxil olmuş və Xanməmməd onunla birlikdə həyətdə gözləyərək ətrafda başqa insanların olub-olmamasına nəzarət etmişlər. Bundan sonra o, pəncərənin sındırıldığını görmüş və Xanməmmədə bu barədə bildirərək, ordan getməli olduqlarını demişdir. Nərmin evə daxil olanda həmin pəncərəni sındırmışdı. Bundan sonra o, Xanməmmədlə birlikdə həyətyanı sahədən çölə çıxmış və təxminən 5-10 dəqiqədən sonra Nərmin də onun arxasınca gəlmişdir. Nərmin evdən 01 ədəd qol saatı tapa bildiyini və başqa heç nə tapmadığını demişdir. Daha sonra Xanməmməd Nərminin oğurladığı həmin qol saatını istəmiş və Nərmin oğurladığı qol saatını Xanməmmədə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır. Sulduz onun qohumudur. 2022-ci ilin iyun ayında o, qohumu Şahid1 Müşfiq oğlu ilə Sabirabad rayonunda yerləşən Sabir kanalında çimən zaman digər qohumu X4 onun yanına gəlmiş və 70-100 manat pulunun olduğunu bildirmişdir. Nərmin əvvəlcə pulu oğurladığını deməmişdir. Daha sonra Nərmin mağazaya gedərək bir sıra ərzaq malları almışdır. Sonra Nərmin həmin puldan qalan 30 manatı özündə saxlamışdır. Sonra Nərmin həmin pulu dayısı Sulduzgilin evindən oğurladığını bildirmişdir. Daha sonra Nərmin kənddə dayısıgilin evindən 100 manat pul oğurladığını demişdir. Həmin 100 manat puldan ona və qohumu Kamala 15 manat pul vermiş, qalan pulu isə özündə saxlamışdır. Bundan sonra Nərmin yenidən dayısıgildən oğurluq etmiş və 100 manat pul vəsaiti oğurladığını bildirərək, həmin puldan ona 25 manat pul vermişdir, sonra isə özünə bir sıra ərzaq malları almışdır. Daha sonra 21 oktyabr 2022-ci il tarixdə o və Kamal Nərminlə kənd ərazisində rastlaşmışlar. Nərmin axşam dayısı Sulduzgilə gedib yenidən oğurluq edəcəyini ona demişdir. Həmin gün axşam saat 19 radələrində Nərmin ətrafda kimlərsə gələ bilər deyə qorxduğunu və onunla Kamalın birlikdə həmin evə gedərək ətrafda kiminsə olubolmamasına nəzarət etməsini bildirmişdir. O və Kamal Nərminlə razılaşmış və Zərərçəkmiş şəxs yaşadığı evə getmişlər. Həmin gün saat 19 radələrində Zərərçəkmiş şəxs həyətyanı sahəsinə daxil olmuşlar. Nərmin evin pəncərəsini sındırmış və pəncərədən evə daxil olmuşdur. Kamal onunla birlikdə həyətdə gözləyərək ətrafda başqa insanların olubolmamasına nəzarət etmişdir. Bundan sonra Nərmin pəncərənin qırıntılarını yerə atmış və həmin vaxt səs-küy olmuşdur. Bu səbəbdən o və Kamal həyətyanı sahəni tərk etmişlər və təxminən 5 dəqiqədən sonra Nərmin də onun arxasınca gəlmişdir. Nərmin evdən 01 ədəd qol saatı tapa bildiyini və başqa heç nə tapmadığını demişdir. Daha sonra Nərmin oğurladığı həmin qol saatını ona vermişdir. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3165 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Yüngül kəmağıllılıq (yüngül debillik dərəcəsində oliqofreniya) aşkar edilir. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs iş üzrə ifadə vermək iqtidarındadır, yəni öz psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. İş materiallarında olan Sabirabad Rayon Kooperativ Cəmiyyətinin 10 noyabr 2022-ci il tarixli rəyindən görünür ki:

1. Qol saatı gümüş material 1x10= 10 orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 10 (on) manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB-nın Qaratəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu, o cümlədən Təqsirləndirilən şəxs etirafedici ifadəsi və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə az ağır cinayət əməli törətməsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin bacısı oğlu olmaqla ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin onun məsuliyyətdən azad edilməsinə əsas ola biləcək dərəcədə olmasa da, psixi cəhətdən xəstə olmasını (yüngül dərəcədə debillik dərəcəsində oliqofreniya) təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə, həmçinin, təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını əsaslı hesab edir, həmçinin iş üzrə maddi sübut olan 01 ədəd gümüş materialdan hazırlanmış, ağ rəngli qol saatının zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmasını, həmçinin, iş üzrə mülki iddianın və ekspertiza xərclərinin olmamasının nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin, təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək (içki məclisləri) və belə tədbirlərdə iştirak etməmək (içki verilən məclislərə və içki verilən kafelərə) vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxsnın qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd gümüş materialdan, ağ rəngli qol saatının zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs saxlanılması üçün təhvil verilməsi nəzərə alınsın. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar