Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-68/2025 29.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CMnın 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuş), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, təqsirləndirilir ona görə ki, o, naməlum mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, bir ədəd polietilen torbada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 380,0 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşımaqla saxlamış, 23 yanvar 2025-ci il tarixdə saat 12:30-da, Sabirabad RPŞ-nin əməkdaşlarının təxirəsalınmadan keçirdikləri əməliyyət-axtarış tədbirləri zamanı Sabirabad şəhəri, M.Müşfiq küçəsində narkotik vasitənin qununsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün saxlanılmış, fasiləsiz video çəkliş aparılmaqla üzərinə baxış keçirilərkən əynindəki jaketin sol qoltuq nahiyəsindən bir ədəd polietilen torbada təmiz çəkisi 380,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. 2024-cü ilin yay ayında Sabirabad rayonu Cavad kəndi yaxınlığında Kür çayının sahilinə getmiş, orada bir ədəd sellofan torba olduğunu görmüşdür. Həmin torbanı yerdən götürüb açıb baxarkən içərsində narkotik vasitə marixuana olduğunu görmüşdür. Həmin marixuanadan bir az kağızın arasına götürərək özü çəkmək üçün cibinə qoymuş, qalan marixuananı isə sonralar çəkmək üçün orada olan körpünün altında gizlətmişdir. Kağızın arasında götürdüyü marixuananı ayrı-ayrı vaxtlarda çəkmiş, sellofan torbada olan marixuana isə orada qalmışdır. 23 yanvar 2025-ci il tarixdə gedib körpünün altında olan marixuananı götürüb əynində olan gödəkçəsinin altında gizlədərək, saat 12:30 radələrində Sabirabad şəhəri, M.Müşfiq küçəsi ilə kanalın kənarı ilə yaşadığı evə gedərkən 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək, Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları telefonla video çəklişi apararaq, ondan üzərində narkotik vasitə, cinayət xarakterli hər hansı bir əşya və predmet olub-olmadığını soruşmuşlar. Həmin vaxt o, əynindəki gödəkçəsinin altında torbada marixuana olduğunu demişdir. Polis əməkdaşları ondan həmin marixuananı götürərək tərəzidə çəkərək torbanın üzərini möhürləyərək götürmüş, polis əməkdaşları bu barədə protokol tərtib etmiş, protokolu ucadan oxumuş, o da iştirakçıları kimi torbanın üzərini və protokolun doğruluğunu imza etmişdir. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Babasəlim oğlu ifadəsində göstərmişdir ki, o, əvvəllər Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda isə Saatlı RPŞ-nin əməkdaşıdır. Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyən zaman 23 yanvar 2025-ci il tarixdə Sabirabad şəhəri, M.Müşfiq küçəsi, dalan 1, ev 4-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni üzərində saxlamaqla istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla əlaqədar rəsmi qaydada raportla rəhbərliyə məruzə edib, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul etmişdir. Tədbirin keçirilməsi barədə rəhbərlik tərəfindən müvafiq əməliyyat qurupu yaradılmışdır. O, əməliyyat qrunun rəhbəri, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və RPŞ-nın UQ və ŞQ-nin operatoru, polis baş serjantı Şahid3 qrunun üzvləri təyin olunmuşlar. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı küçəyə gedib, kənardan müşahidə etməyə başlamışlar. Saat 12:30da M.Müşfiq küçəsində piyada hərəkət edən Təqsirləndirilən şəxs şübhəli olduğu üçün dərhal ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək ona özündə narkotik vasitə saxlaması şübhəli olmasını izah etmişlər. Təqsirləndirilən şəxs əynində olan jaketin içəri sol hissəsindən bir ədəd sellofan torba çıxararaq təqdim etmişdir. Həmin torbanın içərisinə baxış keçirilərkən, spesifik qoxuya malik olan, bitki mənşəli, quru halda marixuanaya oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitə olan marixuananı “Kür” çayının sahilindən tapdığını və özü istifadə etmək məqsədi ilə üstündə saxladığını bildirmişdir. Həmin torbadakı marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilərək çəkisi 380 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş sellofan torbada olan narkotik vasitəyə oxşar kütlə RPŞ-nin 139 №-li möhürü ilə möhürlənərək iş üzrə əhəmiyyətli olduğu üçün götürülmüşdür. Bununla əlaqədar olaraq müvafiq protokol tərtib etmiş, protokolu ucadan oxumuş, iştirakçılar da torbanın üzərini və protokolun doğruluğunu imza etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3, digər Şahid1 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan 23 yanvar 2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üzərinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs əynindəki jaketin içəri sol hissəsindən bir ədəd sellofan torbanın içərisində nakotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək, elektron tərəzidə çəkilmiş və iş üzrə əhəmiyyətli olduğu üçün RPŞ-nın 139№-li möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2025-ci il tarixli 18/67№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim olunmuş polietilen torbada təmiz çəkisi-380,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra marixuanadan 379,8 qram qalıq qalmışdır. Cinayət işi materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 14 aprel 2025-ci il tarixli 2090№-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Sabirabad rayon Mərkəzi Xəstəxanasında F 11.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib üzərində daşımaqla saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Eyni zamanda Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən peşmançılıq hissi keçirməsini və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı qeyd edir ki, hazırkı cinayəti törədən zaman Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2024-cü il tarixdə azad olunduğu gündən 2 (iki) il müddət keçmədiyinə görə, həmin hökmə əsasən yaranmış məhkumluq CM-nın 83.3.3 və 83.4-cü maddələrinə əsasən ödənilməmişdir. Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nın xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alıb hesab edir ki, təqsirləndirilən X1 təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq 02 iki gün həbsdə saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 02 (iki) gün ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə-azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan mərhum etmə cəzası təyin edildiyi halda o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilməsini, cəzanın əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanmasını, ona narkomaniyadan məcburi müalicə təyin olunaraq, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 379,8 qram narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilnsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq 02 iki gün həbsdə saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 02 (iki) gün ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi, aparılmış 24 yanvar 2025-ci il tarixli 18/67 nömrəli məhkəmə bioloji ekspertiza tədqiqatının dəyəri - 31,95 manat və 25 yanvar 2025-ci il tarixli 18/71 nömrəli məhkəməbioloji ekspertiza tədqiqatının dəyəri - 31,95 manat, ümumilikdə isə 63,90 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspetiza tədqiqatından sonrakı qalıq çəkisi 379,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-68/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-68/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver