Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-69/2024 27.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, Mirkazım Zülfəli oğlu Zülfüqarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Sabirabad rayonunun Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Yenikənd kəndində qeydiyyatda olan və Sabirabad rayonunun Qəzli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolun məzmununa görə, Sabirabad rayonu Qəzli kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təxminən 16:00 radələrində Qəzli kəndində yerləşən evlərində qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı Zərərçəkmiş şəxs ilə olan zaman Təqsirləndirilən şəxs spirtli içki qəbul edərək həyat yoldaşı X3 ondan niyə boşanmaq istədiyini və ondan niyə əvvəllər şikayət etdiyini bildirərək X4 həyətdən götürdüyü ağacla və yumruq-şillə ilə vurmaqla X1 bazunun orta 1/3-də bayır səthdə, sol kürəküstü nahiyədə, sol bazunun bayır səthində, sağ budun bayır səthində, sol budun aşağı 1/3-də bayır səthdə hematoma xəsarəti yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu əməlinə görə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, o, 24 ildir Xanabayeva Sürayə ilə qeyri rəsmi ailə həyatı qurmuş və evliliyindən 1 qız və 2 oğlan olmaqla, 3 övladı var. O, özü spirtli içki aludəçisi olmuş, buna görə yoldaşı Xanbabayeva Sürayə ilə aralarında mübahisələr olmuş, lakin sonradan barışmışlar. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə spirtli içki qəbul edirkən yoldaşı Sürayə mətbəxdə yemək hazırlayırdı. Spirtli içki qəbul etdikdən sonra yoldaşının ondan əvvəllər boşanmaq istəməsi və şikayət etməsi yadına düşmüş, buna görə də mətbəxə gedərək yoldaşını evdən çıxartmışdır. Yoldaşı çıxdıqdan təxminən 5 dəqiqə sonra həyətin qapısından yoldaşını geri çağırmış və onunla birlikdə evə daxil olmuşdur. Evə daxil olan zaman o, həyətdəki ağacı götürərək yoldaşını vurmuşdur. Bundan sonra o, həyətə düşərək siqaret çəkməyə başlamış, evə daxil olduqda yenidən əsəbləşərək arvadını yumruq, şillə ilə bədənin müxtəlif nahiyyələrindən vurmağa başlamışdır. Bundan sonra otağa keçərək yerində uzanmış və 10 dəqiqə sonra yenidən əsəbləşərək yoldaşının üzərinə hücum çəkmək istəyərkən yoldaşı Xanbabayeva Sürayə evdən çıxıb getmiş, o isə yerində uzanaraq yatmışdır. Hazırda o, əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur. Söz verir ki, bir daha belə hərəkətə yol verməyəcəkdir. Göstərdiklərinin nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib, bu halın nəzərə alınaraq onun barəsindəki məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizə təqdim etmişdir. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 14 nömrəli rəydən görünür ki, X2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər– sağ bazunun orta 1/3-də bayır səthdə, sol kürəküstü nahiyədə, sol bazunun bayır səthində, sağ budun bayır səthində, sol budun aşağı 1/3-də bayır səthdə hematomalar küt əşyanın (əşyaları) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. Məhkəmə sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, X5 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsüf edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu - cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddələrinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, onun cinayət məsuliyyətindən azad edilməsi üçün işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda da müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə cinayət təqibinə, yəni barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs CM-nın 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək iş üzrə məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi barədə özünün və zərərçəkmiş şəxsin ərizə və ifadələrini nəzərə alıb, Cinayət Məcəlləsinin 73.2-ci və Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə maddi sübut, məhkəmə xərcləri, dəymiş zərər və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346, 347, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair başlanmış məhkəməyədək sadələşdirilmiş icraata xitam verilsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, dəymiş zərərin və mülki iddianın olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-69/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-69/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver