Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-7/2023 30.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1974-cü ildə Sabirabad rayonu Beşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, Sabirabad rayonu Beşdəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə, xx xxxx 1973-cü ildə Sabirabad rayonu Beşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, Sabirabad rayonu Beşdəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 2021-ci ilin dekabr ayında Sabirabad rayonu Beşdəli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi olmaqla, Təqsirləndirilən şəxs2 mülkiyyətində olan və **********15 reyestr nömrəli çıxarış ilə hüquqları adına qeydiyyata alınmış pay torpaq sahəsində bitmiş, meşə fonduna daxil olmayan, köküstə, yaş olmaqla, bioloji inkişafda olan, diametri 70 sm olmaqla, 1900 manat dəyərində 1 ədəd çinar cinsindən ağacını, torpaq sahibi Təqsirləndirilən şəxs2 həmin yerdə əkdiyi əkinə kölgəlik salmaqla məhsulunu zay etməsinin qarşısını almaq üçün sonuncunun göstərişi və istiqamətləndirməsi ilə, eləcə də öz şəxsi ehtiyaclarını ödəmək üçün odun kimi yandırmaq məqsədi ilə işlətdiyi motorlu mişarla qanunsuz kəsməklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1900 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 259.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 2021-ci ilin dekabr ayında Sabirabad rayonu Beşdəli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi olmaqla, mülkiyyətində olan və **********15 reyestr nömrəli çıxarış ilə hüquqları adına qeydiyyata alınmış pay torpaq sahəsində bitmiş, meşə fonduna daxil olmayan, köküstə, yaş olmaqla, bioloji inkişafda olan, diametri 70 sm olmaqla, 1900 manat dəyərində 1 ədəd çinar cinsindən olan ağacın, həmin torpaq sahəsində əkdiyi əkinə kölgəlik salmaqla məhsulunu zay etməsini düşünüb ərazidən götürmək qərarına gəlmiş, bu məqsədlə qohumu Təqsirləndirilən şəxs1 icraçı qismində cəlb etməklə, sonuncunu ağacın kəsilməsi üçün təlimatlandırmış, bundan sonra həmin çinar ağacı Təqsirləndirilən şəxs1 tərəfindən motorlu mişarla qanunsuz kəsildiyindən, o, meşə fonduna daxil olmayan ağacın qanunsuz kəsilməsini təşkil etməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1900 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nın 259.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, kəsilmiş ağac quru olmuşdur. Onun qardaşı oğlu Vətən müharibəsi zamanı şəhdi olmuş, onun yas mərasiminə odun lazım olduğu üçün o, bu barədə Zeynala bildirmiş, Zeynal onun sahəsində qurumuş ağac olmasını bildirib həmin ağacın kəsilməsinə etiraz etməmişdir. O da yas mərasimində istifadə edilməsi üçün həmin ağacı kəsmiş, aparılması mümkün olmayan hissələrdən başqa qalan hissələri aparıb yas mərasimində istifadəyə vermişdir. Hesab edir ki, o, Ekologiyaya hər hansı ziyan vurmamış, hər hansı cinayət əməli törətməmişdir. Ona görə də o, barəsində ədalətli qərar təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 259.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, hadisə Əfqanın bildirdiyi kimi olmuşdur. Həqiqətən də kəsilmiş aöğac quru vəziyyətdə olmuşdur. Əfqan ondan qardaşı oğlunun yas mərasimində istifadə etmək üçün sahəsində odun olub-olmamasını soruşmuş, o da qurumuş ağac olduğunu bildirmiş, həmin ağacın kəsilməsinə etiraz etməmişdir. Hesab edir ki, o da hər hansı cinayət əməli törətməmişdir. Ona görə də o da barəsində ədalətli qərar təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 2017-ci il tarixdən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçi müfəttiş vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə o və həmin idarənin aparıcı-məsləhətçi müfəttişi Şahid1 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi cənab Azər Quliyevin göstərişi əsasında Sabirabad rayonunun Beşdəli kəndinin çöl ərazisində reyd keçirən zaman 1 ədəd 70 sm diametrli çinar ağacının yaş halda kəsilərək məhv edildiyini müşahidə etmiş, həmin ağacın kənd sakini Təqsirləndirilən şəxs2 məxsus pay torpağı ilə sərhəd ərazidə yerləşdiyini öyrənmişlər. X2 izahat almaq məqsədilə onun evinə getmiş, Təqsirləndirilən şəxs2 izahat verməkdən imtina edərək ağacın kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən kəsildiyini bildirmişdir. Bundan sonra onlar kənd sakini Təqsirləndirilən şəxs1 evinə getmiş, Təqsirləndirilən şəxs1 həmin ağacı dayısı oğlu Təqsirləndirilən şəxs2 göstərişi əsasında kəsdiyini bildirmişdir. Onlar həmin günü hadisə yerində olmaları ilə əalqədar akt tərtib edərək, çəkilmiş fotoşəkilləri və alınmış izahatları material formasında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etmişlər. Həmin ağacın kəsilməsi nəticəsində yaşıllığa dəymiş ziyan 1900 (bir min doqquz yüz) manat həcmində müəyyən edilmiş, ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarının 1№-li əlavəsinə uyğun olaraq hesablanmışdır. Meşə fonduna daxil olmayan ərazidə yetişmiş olan hər hansı bir ağacın kəsilməsi üçün vətəndaş ilk növbədə ərizə ilə həmin ağacın yerləşdiyi ərazi üzrə bələdiyyəyə və yaxud icra nümayəndəliyinə rəsmi müraciət etməli, bundan sonra bələdiyyə və ya icra nümayəndəliyinin həmin ərizəni Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərərək Ekologiya Nazirliyinin nəzdində yerləşən Ekoloji Ekspertiza İdarəsindən rəy almalıdır. Zərərçəkmiş şəxsin nümayəndədsi olaraq o, ziyanın ödənilməsinin tərəfdarıdır və cəza ilə bağlı məsələnin müzakirəsini məhkəmənin təşəbbüsünə buraxır. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq dövründə oxşar məzmunlu ifadələr verərək şahid Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Sabirabad rayonu Beşdəli kəndində yoldaşı Fərqanə Rüstəmova, oğlu Rüstəmov Elməddin, gəlini Şəhanə Rüstəmova və nəvələri Rüstəmov Elmir və Rüstəmov Elcan ilə birlikdə yaşayır. Onun Sabirabad rayonu Beşdəli kəndi ərazisində yerləşən 60 sot bələdiyyə mülkiyyətində olan torpaq sahəsi var. O, həmin torpaq sahəsini icarə əsasında istifadə etmişdir. Həmin sahəyə pambıq əkir. Həmin torpaq sahəsindən 1986-cı il tarixdən istifadə etmişdir. Həmin ərazidə Təqsirləndirilən şəxs2 məxsus olan pay torpaq sahəsi olmuşdur. Torpaqlarının arasında bir ədəd çinar ağacı vardır. Həmin çinar ağacı torpaqdan istifadə etməyə başladığı illərdən orada olmuşdur. Həmin ağac getdikcə inkişaf etmişdir. Ağacın altından balaca bir su kanalı keçmişdir. Lakin həmin kanaldan istifadə olunmamışdır. Həmin ağacı su kanalının ortasında inkişaf etmişdir. Lakin həmin ağacın oraya kim tərəfindən əkilməsini və yaxud onun hansı qaydada inkişaf etməsini bilməmişdir. Bu ilin təxminən fevral ayında səhər saatlarında torpaq sahəyə getdiyi zaman ərazidə Təqsirləndirilən şəxs2 görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs2 ona demişdir ki, torpaqlarının arasında yerləşən çinar ağacı kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən kəsilmişdir. Zeynal ona başqa hər hansı bir şey deməmişdir. Bundan sonra əraziyə getdiyi zaman həqiqətəndə ağacın kəsildiyini və kəsilmiş kötüklərin yerdə olduğunu görmüşdür. Bundan 2-3 gün sonra Təqsirləndirilən şəxs1 küçədə görmüş və soruşmuşdur ki, nəyə görə ağacı kəsmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 ona demişdir ki, “əcəb etmişdir, kimsən ki, mənim işimə qarşırsan”. O Əfqana başqa heçnə deməmiş və ordan uzaqlaşmışdır. Onun Təqsirləndirilən şəxs1la ədavəti, düşmənçiliyi və yaxud yaxın bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 isə onun dostudur Zeynalla münasibəti yaxındır. O, ağacın Təqsirləndirilən şəxs1 tərəfindən kəsilməsinə şahidlik etməmişdir. Bunu ona Təqsirləndirilən şəxs2 demiş, 2-3 gün sonra isə küçədə Təqsirləndirilən şəxs1 gördüyü zaman, həmin ağacı kəsdiyini təsdiq etmiş, lakin ağacı nəyə görə kəsdiyini deməmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər ona həmin ağacı kəsmək istəyinin olması ilə əlaqədar hər hansı bir şey deməmişdir. Təqsirləndirilən şəxs2 isə bu barədə nəsə deyib-demədiyini bilməmişdir. O, Təqsirləndirilən şəxs1 həmin ağacın kəsilməsi ilə əlaqədar hər hansı bir tapşırıq və yaxud göstəriş verməmişdir. Ağac kəsildikdən sonra bu məsələdən xəbəri olmuşdur. Həmin pay torpağına giriş hissəsi dəmir reşotqadan olsa da, hündürlüyü alçaq olduğundan əraziyə daxil olmaq çətinlik yaratmamışdır. Lakin Təqsirləndirilən şəxs1 nə vaxt və hansı qaydada əraziyə daxil olaraq həmin ağacı kəsdiyini görməmişdir. Bildirmişdir ki, ağacın yerləşdiyi sahə ona məxsus deyil Təqsirləndirilən şəxs2 məxsus olmuşdur. İxtiyarı yoxdur ki, kiməsə desinki ağac kəssin. Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 göstəriş verib-vermədiyini bilməmişdir. Lakin qış aylarında Əfqanın qaz borcu olduğuna görə qaz xəttini kəsmişdilər. Ola bilər ki, Təqsirləndirilən şəxs1 həmin ağacı kəsməkdə məqsədi evinə aparıb yandırmaq olmuşdur. Təqsirləndirilən şəxs1 həmin ağacı kəsməsini görməmişdir. Bu barədə Təqsirləndirilən şəxs2 ona xəbər verdikdən 2-3 gün sonra küçədə Təqsirləndirilən şəxs1la qarşılaşdığı zaman Əfqan özü ona demişdir ki, həmin ağacı kəsmişdir. Təqsirləndirilən şəxs1 həmin ağacı kəsməsindən başqa kimlərin məlumatı olmasını bilməmişdir. İş materillarında olan; 15 aprel 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri Sabirabad rayonunun Beşdəli kəndinin çöl sahəsində yerləşən kənd sakini Təqsirləndirilən şəxs2 məxsus 6 ha pay torpaq sahəsininin sərhədinin bitdiyi ərazi ilə kənd sakini Şahid2 icarə müqaviləsi əsasında istifadə etdiyi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin başlanığı arasında yerləşir. Baxış zamanı yaşıllıq zolağında bitmiş meşə fonduna daxil olmayan bioloji inkişafda olan çinar cinsli ağacın yaş halda kəsilərək məhv edildiyi müəyyən edilmişdir. Çinar cinsli ağacın yerləşdiyi yerə gedən yol kənd sakini Təqsirləndirilən şəxs2 pay torpağından keçir və pay torpağının bitdiyi hissədə həmin çinar ağacı kəsilərək məhv edilmiş vəziyyətdə aşkar edilmiş, ağacın kəsilmiş hissələri isə çinar ağacının gövdəsinin ətrafda aşkar edilmişdir. 19 may 2022-ci il tarixli Məhkəmə-Əmtəəşünaslıq ekspertizası rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, tədqiqata qərarla birgə təqdim edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 66870 №-li akta əlavə edilmiş “X1”-nə əsasən köküstə yaş olmaqla 01 ədəd diametri 70 sm olan çinar ağacının qanunsuz kəsilməsi nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 1900 manat müəyyən edilir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş məktubda qeyd olunmuşdur ki, “Sabirabad rayonu Beşdəli kəndinin çöl ərazisində 1 ədəd yaş halda iri diametrli çinar ağacının kəsilərək məhv edilməsi” məzmunlu videomaterial 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılmış, araşdırma zamanı rayonun Beşdəli kənd sakini Təqsirləndirilən şəxs1 yaşıllıq zonasında bitmiş, meşə fonduna daxil olmayan, bioloji inkişafda olan ağacı, dayısı oğlu Təqsirləndirilən şəxs2 pay torpağına yaxın ərazidə olduğu üçün onun tapşırığı və razılığı əsasında kəsərək məhv etməsi faktı müəyyən edilmişdir. Eləcə də, qeyd olunmuşdur ki, Beşdəli kənd sakini Təqsirləndirilən şəxs1 ağac kəsilməsi ilə əlaqədar X3 Agentliyindən rəy alınması üçün müraciəti idarəyə daxil olmamış, 1 ədəd bioloji inkişafda, diametri 70 sm olan çinar ağacının məhv edilməsi nəticəsində təbiətə 1900 manat məbləğində ziyan dəyməsi müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdə 66870 nömrəli akt tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi İdarəsindən daxil olmuş məktubda qeyd olunmuşdur ki, çinar ağacının yerləşdiyi torpaq sahəsi kənd təsərrüffatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi olmaqla, Təqsirləndirilən şəxs2 mülkiyyətində olan **********15 reyestr nömrəli çıxarış ilə hüquqları qeydiyyata alınmış pay torpaq sahəsidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətləri yaşadıqları ərazi üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Belə olan halda Təqsirləndirilən şəxs1 tərəfindən 1 ədəd çinar ağacının qanunsuz kəsilib məhv edilməsi nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ümumilikdə vurulan ziyanın məbləği 1900 manat, yəni «xeyli miqdar» təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 meşə fonduna daxil olmayan ağacın qanunsuz kəsilməsini təşkil etməklə təbiətə xeyli miqdarda ziyan vurma və Təqsirləndirilən şəxs1 meşə fonduna daxil olmayan ağacı qanunsuz kəsməklə təbiətə xeyli miqdarda ziyan vurma cinayətlərini törətmələri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 259.1-ci maddəsi və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, ilk dəfə az ağır cinayət törətməsini, şəxsiyyətinin yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, şəxsiyyətinin yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Rerspublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onların islah olunması mümkündür və onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 05:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Sabirabad rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını və məhkəmə xərclərinin təqsirləndirilən şəxslərin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 05:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 32.3, 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 05:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 50 (əlli) AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-7/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-7/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver