Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-70/2025 09.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Sabirabad rayonunun Xələfli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvələr məhkum olunmamış, işsiz, Sabirabad rayonunun Xələfli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində Xəlfəli kəndində yerləşən Şahid məxsus mağazanın yaxınlığında asfalt yolun kənarında həmkəndlisi Zərərçəkmiş şəxs ilə spirtli içki içib sərxoş olduqdan sonra sonuncu ilə mübahisə etmiş, şəxsi münasibətlərin pozulması zəminində baş vermiş həmin mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla bir dəfə qəsdən vurmaqla sonuncuya sol qaşüstü nahiyyədə yara ilə müşayiət olunan bədən xəsarəti yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmayıb. Hər ikisi spirtli içkiyə meyillidirlər və demək olar ki mütəmadi olaraq araq alıb bir yerdə yeyib içirlər. xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində Xəlfəli kəndində Zaurla təsadüfən rastlaşıblar. Onunla birlikdə araq içmək qərarına gəlib kənd ərazisində Mirzə adlı şəxsin mağazasından 0.7 litrlik araq və bir qədər sosiska alıb həmin mağazanın yaxınlığında yolun kənarında çəmənlikdə əyləşib içməyə başlayıblar. Yeyib içən zaman hər ikisi sərxoş olmuşlar. Sərxoş olduqları zaman birbirilərinə söyüşlə zarafat etmişlər. Zaurun sözləri xoşuna gəlmədiyindən və həmçinin içkinin təsirində olduğu üçün oturduqları yerdə sağ əlinin yumruğu ilə Zaurun sol qaşının üstündən bir dəfə vurub ona xəsarət yetirmişdir. Qaşının üzərindən qan axdığı üçün Zaur oradan uzaqlaşıb getmişdir. Bundan sonra o da çıxıb evinə getmişdir. Mübahisə zamanı küçədə heç kim olmamış və baş verənləri heç kim görməmişdir.Hazırda o, əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə əvvəllər yaxın münasibətləri olub, hər ikisinin spirtli içkiyə meyilli olmuş və demək olar ki, mütəmadi olaraq bir yerdə spirtli içki qəbul etmişlər. xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində Xəlfəli kəndində Niyaməddinlə rastlaşmış, onunla birlikdə araq içmək qərarına gəlmiş və kənd ərazisində Mirzə adlı şəxsin mağazasından 0,7 litrlik araq alaraq kəndin kənarında çəmənlik ərazidə oturub içmişlər. Yeyib içən zaman hər ikisi sərxoş olmuş, sonra bir-birilərinə söyüşlə zarafat etmişlər. Həmin vaxt Niyaməddin oturduqları yerdə sağ əlinin yumruğu ilə onun sol qaşının üstündən bir dəfə vuraraq xəsarət yetirmiş, qaşının üzərindən qan axdığını görüb oradan çıxıb getmişdir. Bir neçə gün özünü narahat hiss etdiyi üçün şikayətçi olmamış, ümumiyyətlə hadisə baş verən zaman küçədə keç kim olmamış və baş verənləri də heç kim görməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbinin olmadığını, bu halın nəzərə alınaraq barəsindəki məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İşdə olan xx.xx.2025-ci il tarixli, 113 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər– sol qaşüstü nahiyədə yara küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. İşdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs barışdığına görə cinayət təqibinə, yəni barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası CMnın 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən 04 (dörd) saat iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə olunmuş, 29 aprel 2025ci il tarixli son dəyişikliyə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 44 (qırx dörd) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraata xitam verilsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarını Sabirabad Rayon Məhkəməsində dövlət vəsaiti hesabına 04 saat müddətində müdafiə etdiyi üçün, Vəkillər Kollegiyasına ayrılan vəsaitdən 44 (qırx dörd) manat Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(056)-70/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-70/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver