Məhkəmə qərarları › İş №1(056)-71/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-71/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-71/2024 06.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 468,92 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq Sabirabad rayonu Ulacalı kəndində yerləşən yaşadığı evə gətirmiş, daha sonra həmin narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini, yəni 465 qramını həyətdəki fərdi yaşayış evinin arxa hissəsində yerləşən tövlədə açıq şəkildə yığılmış otların arasında iç-içə keçirilmiş qara və ağ rəngli polietilen torbaların içərisində, digər hissəsini, yəni 3,92 qramını isə bir ədəd kağız qutuda üzərində saxlamış, 27 oktyabr 2023-cü il tarixdə saat 20:30-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı fərdi yaşayış evinin qarşısında saxlanılaraq, Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 22:30-da orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli qısa qol gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız qutuda təmiz çəkisi-3,92 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən Sabirabad rayonu Ulacalı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə saat 23:20 dəqiqədə baxış keçirilən zaman həyətdəki fərdi yaşayış evinin arxa hissəsində yerləşən tövlədə açıq şəkildə yığılmış otların arasında iç-içə keçirilmiş qara və ağ rəngli polietilen torbaların içərisində təmiz çəkisi-465 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. 2023-cü ilin may ayında Sabirabad rayonunda yaşayan bacısı Mətanət Alışovanın həyətində bacısının və yoldaşı Namiq Quliyevin xəbəri olmadan şəxsi istifadəsi üçün bir ədəd narkotik tərkibli çətənə bitkisi əkmiş, daha sonra həmin çətənə bitkisini qurudub bir hissəsini yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədəki otun altında gizlətmiş, bir hissəsini isə istifadə etmək üçün kağız qutuya qoyaraq öz üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Sabirabad rayonu Ulacalı kəndində fərdi yaşayiş evinin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onlarla birlikdə Sabirabad RPŞ-nin inzibati binasına gedəcəyini bildirmiş, o, etiraz etməmiş, polis əməkdaşlarının xidməti avtomobilinə əyləşib onlarla Sabirabad rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Şöbənin inzibati binasında xidməti iş otağında müdafiəçinin və digər iştirakçıların iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuş, o, əynində olan göy rəngli qısa qol gödəkcənin sol yan cibindən bir qutu “LD” markalı siqaret qutusunu, həmin gödəkcənin sağ yan cibindən bir ədəd kağız qutunu çıxarıb otaqdakı masanın üzərinə qoyub təqdim edərək, həmin bir ədəd kağız qutunun içərisində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və üzərində başqa əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən başqa narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Həmin üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və 8,19 qram olduğu müəyyən edilmişdir. Sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Əlavə sual olaraq ona başqa yerdə narkotik vasitəsinin olub-olmadığı soruşulmuş, polis əməkdaşları tərəfindən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçiriləcəyini və baxış zamanı həyətyanı sahəsində olan narkotik vasitə olan qurudulmuş marixuananın aşkar ediləcəyini ehtimal edərək həyətyanı sahəsində narkotik vasitə olan qurudulmuş marixuana saxladığını səmimi olaraq etiraf etmiş və narkotik vasitəni gizlətdiyi yeri göstərə biləcəyini demişdir. Sonra həyətyanı sahəsinə baxış keçirilməsi üçün müdafiəçi və polis əməkdaşları ilə birlikdə həyətyanı sahəsinin giriş qapısının qarşısına getmişlər. Orada o, həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Sonra baxış keçirilməsinə başlanılmış, baxış prosesi fərdi yaşayış evinin həyətyanı sahəsinin giriş qapısının qarşısından başlanılmışdır. O, həyətyanı sahəsində, fərdi yaşayış evinin arxa hissəsində yerləşən tövləyə doğru hərəkət etməyə başlamış, tövlənin içərisinə açıq şəkildə yığdığı otların arasından bir ədəd qara rəngli sellofan torbanı çıxararaq təqdim etmiş və içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu qeyd etmişdir. Sonra narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunduğu yer qaranlıq olduğu üçün aşkar olunmuş narkotik vasitə götürülərək həyətyanı sahəsinin daha işıqlı olan hissəsinə getmişlər, bundan sonra aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, 535 qram olduğu müəyyən edilmiş, sonra bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq müvafiq qaydada möhürlənərək götürülmüşdür. Hazırda o, əməlindən peşmandır. Söz vermişdir ki, daha narkotik vasitə qəbul etməyəcək və narkotik vasitəyə maraq göstərməyəcəkdir. Özü əkinçiliklə məşğul olur və 72 yaşlı anası ilə birlikdə yaşayır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Göstərdiyi xüsusatların nəzərə alınaraq məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, DİN BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 oktyabr 2023-cü il tarixdə Sabirabad rayonu Ulacalı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq o, raportla DİN BNMİ-nin QBRŞ-nin rəhbərliyinə məruzə etmiş, bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuş, tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat-axtarış tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin DİN BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad rayonu Ulacalı kəndində yaşadığı evin qarşısında müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs özü könüllü şəkildə cibində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd qutuda narkotik vasitə marixuanaya oxşar kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütləyə baxış keçirilən zaman narkotik vasitə marixuanaya oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni May ayında Sabirabad rayonunda yaşayan bacısı Mətanət Alışovanın həyətində əkdiyi narkotik tərkibli çətənə kolunu qurudaraq bir hissəsini yaşadığı fərdi yaşayış evində, bir hissəsini isə istifadə etmək məqsədi ilə üzərində daşıdığını bildirmiş, bacısının həyətinə çətənə bitkisi əkməsindən bacısının və yoldaşının xəbəri olmadığını qeyd etmişdir. Aşkar edilmiş kütləyə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan Təqsirləndirilən şəxs Sabirabad rayonu Ulacalı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin giriş qapısının qarşısına getmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa tədqim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs həyətyanı sahəsində, fərdi yaşayış evinin arxa hissəsində yerləşən tövləyə doğru hərəkət etməyə başlamış, tövlənin içərisində açıq şəkildə yığılmış otların arasından bir ədəd qara rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman iç-içə keçirilmiş qara və ağ rəngli sellofan torbaların içərisində açıq şəkildə qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər olduğu kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni də bacısının həyətində əkdiyi narkotik tərkibli çətənə kolunu qurudaraq bir hissəsini yaşadığı fərdi yaşayış evində, bir hissəsini isə istifadə etmək məqsədi ilə üzərində daşıdığını, bundan heç kimin xəbəri olmadığını bildirmişdir. Aşkar edilmiş kütləyə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1lə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin eksperti vəzfəsində işləyir. 2015-ci il tarixdən həmin vəzifədə işləyir. Ekspertza Mərkəzinə maddi sübut qərar əsasında idarəsinin rəisinə təqdim edilir. Təqdim olunarkən müvafiq akt tərtib edilərək çəkilir. Maddi sübut qəbul ediləndən sonra tədqiqat aparılması üçün ekspertlərə verilir. Həmin maddi sübutu o, tədqiq edərək çəkisinin 465 qram olduğunu müəyyən etmişdir. İlkin çəki ilə onlarda olan çəki arasında olan ziddiyətlə bağlı edeyə bilər ki. Bu ziddiyyətə səbəb maddi sübutun iki ədəd sellofan bükülüdə olması, bundan əlavə Polis əməkdaşlarının tərəzilərinin düzgün çəkməməsi ola bilər. Onlarda olan tərəzi hər il standartlaşdırmadan keçir. Polis əməkdaşlarının istifadə etdiyi tərəzi açıq bazarda satılan tərəzilərdəndir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə X1 regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının 28 oktyabr 2023-cü il tarixli 16/1134 №-li rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd “King size Cone” adlı kağız qutuda 3,92 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözlər və imzalar olan kağız paketdəki, olan 2 (iki) ədəd iç-içə keçirilmiş polietilen torbada (qara və şəffaf) 465 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.. İşdə olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 8344 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB-nin Minbaşı KİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən çəkisi 468.82 narkotik vasitə qurudulmuş marixuana əldə edərək saxladığını və daşıdığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməli törətməsini, himayəsində yaşlı anasının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onu cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iki gün həbsdə saxlanmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla həmin müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra 468.82 qram olan narkotik vasitə qururdulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan tədqiqatı nəticəsində qalıq qalmış 468.82 narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar