Məhkəmə qərarları › İş №1(056)-73/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-73/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-73/2025 11.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Allahverdiyevin sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1996-cı ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün azadlığın məhdudulaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi ev 85 də qeydiyyatda olan və yaşan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,84 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 10 fevral 2025-ci il tarixdə saat 16 radələrində Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri İ.İsgəndərov küçəsi ərazisində piyada hərəkətdə olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmış, həmin vaxt əməliyyat-axtarış tədbirlərini həyata keçirən əməliyyataxtarış fəaliyyəti subyekti – Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən şəhərin M.Mirağaoğlu küçəsində üstü yoxlanılarkən əynində olan qara rəngli papaqlı jiletinin sol yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hazırda ünvan 1 ünvanda anası Telnaz ilə birlikdə yaşayır, atası İntizam dünyasını dəyişmişdir, qardaşı Yusif isə hazırda məhkumluq həyatı yaşamaqdadır. Özü isə avtomobil ustasıdır, öz həyətində avtomobil təmir edərək anasına və həbsdə olan qardaşına baxır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün azadlığın məhdulaşdırılması cazasına məhkum edilmiş, hazırda cəza çəkməkdədir, təxminən son 4 ay olar ki, narkotik qəbul etmir. 10 fevral 2025-ci il tarixdə saat 16 radələrində piyada yaşadığı evə tərəf getmiş, yaşadığı Sabirabad şəhəri İ.İsgəndərov küçəsində hərəkət edən zaman üç nəfər mülki geyimdə olan, əvvəlcədən tanıdığı polis əməkdaşının olduğunu görmüş, həmin zaman polis əməkdaşları yanına gələrək xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demiş, üzərini videoçəkilişlə yoxlayacaqlarını bildirmiş, lakin bazar yolunda olduqları üçün ətrafda adam çox olmuşdur. Buna görə də o, polis əməkdaşlarından arxa küçəyə gedib orada çəkiliş aparmalarını xahiş etmiş, ona görə də onlar arxa küçəyə, M.Mirağaoğlu küçəsinə keçmiş, orada videoçəkilişlə üzərini yoxlanılmışlar. O, istintaq zaman etiraf etmiş olsa da, əslində onun üzərində narkotik vasitə olmamışdır. Həmin vaxt ona polis əməkdaşı Şahid3 tərəfindən təziq olduğundan marixuananın ona məxsus olmasını bildirmişdir. Himayəsində yaşlı anası vardır və ailəsinə yeganə qazanc gətirən şəxsdir. Hazırda o, məhkəmədən ona bəraət verilməsini, yəni ayağında olan qandalın müddətinin artırılmasını, həbs edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində bildirdi ki, 10 fevral 2025-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması və istifadə etməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də 10 fevral 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında Sabirabad rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul edilmiş, həmin qərar Sabirabad RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. 2025-ci ilin fevral ayının 10-da Sabirabad rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili Şahid1, o, və Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 ilə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad şəhəri İ.İsgəndərov küçəsinə getmiş, saat 15:12 dəqiqədə Sabirabad şəhəri İ.İsgəndərov küçəsində piyada hərəkətdə olarkən tərəflərindən saxlanılmış, onlar özlərini Təqsirləndirilən şəxs təqdim edərək narkotik vasitə daşımaqda şübhəli olduğunu, üzərinin videoçəklişlə yoxlanılacağını demiş, Təqsirləndirilən şəxs xahişi nəzərə alınmaqla paralel küçə olan M.Mirağaoğlu küçəsində üzəri yoxlanılmışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanılmazdan əvvəl üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli papaqlı jiletinin sol yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib həmin kibrit qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi soruşulduqda sonuncu həmin narkotik vasitəni tapdığını bildirmişdir. Həmin kibrit qutusu zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Sabirabad RPŞ-nə gətirilmiş, bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara müstəntiqin xidməti otağında müdafiəçinin iştirakı və videoçəkilişlə baxış keçirilmiş, həmin qablaşdırma yenidən açılaraq baxış keçirildikdən sonra ekspertizaya təqdim edilməsindən ötrü yenidən qablaşdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NH-nin sürücü polis nəfəri, polis baş serjantı Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin ekspertizasının 11 fevral 2025-ci tarixli, 18/124 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana tımiz çəkisi -5,84 qram, tədqiqata istifadə olundu-0,02 qram, qalıq 5,82 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının məhkəmə narkoloji ekspertizasının 24 aprel 2025-ci il tarixli, 2330 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və Psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınana məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sabirabad rayon Mərkəzi Xəstəxanasında F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan Sabirabad Rayon İHB-nin Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şifahi və yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Ataşov X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 18666/2024 saylı məktubda qeyd edilmişdir ki, Ataşov X2 rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(056)-106/2025 saylı hökmü ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hisssəsi 1 il 1 ay təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs özünü təqirli bilməməsi barədə ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət işinin istintaqı zamanı vermiş olduğu ifadə ilə hazırda vermiş olduğu ifadə bir-birinə ziddiyyət təşkil edir. Lakin təqsirləndirilən şəxsin hazırki ifadəsi səmimi və həqiqət kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxsin hazırki ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxs öz ifadəsində özünü təqsirli bilməsə də, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini münasibəti öyrənilərkən şahidlərin dediklərini təkzib etməyərək doğru olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ailə vəziyyətini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli cinayət törətməsi və buna görə məhkum olunması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməklə cəza təyin edir. Eyni zamanda məhkəmə CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-106/2024 saylı hökmü ilə təqsirləndirilən Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə 1 gün azadlıqdan məhrumetmə cəzası bərabər tutulub hesablanmaqla hazırki cəza ilə qismən birləşdirilməsini və ona qəti olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını əsaslı və məqsədəmüvafiq hesab edir. Belə ki, Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan mərhum etmə ilə toplandıqda, azadlığın məhdudlaşdırılmasının iki gününə azadlıqdan məhrum etmənin 01 günü hesablanır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılması müddəti ona qəti olaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, onun F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalı, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 5,82 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31.95 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 1 ay 26 gün azadlığın məhdudulaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 1 ay hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrumetmə etmə cəzasına bərabər tutulub hesablanmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral – 12 fevral 2025-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 2 (iki) gün çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31.95 (otuz bir manat doxsan beş qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut olan və Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 5,82 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar