Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-74/2025 23.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-ci il tarixdə Sabirabad rayon Əsgərbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayon Əsgərbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermı haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə elan edilən ittihama görə, o, təqsirləndirilir ondan ötrü ki, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı ünvanda saxlamış və üzərində daşımaqla satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə xeyli miqdarda, 1 ədəd sellofan torbada təmiz çəkisi 155,78 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı ünvanda saxlamış, 17 fevral 2025-ci il tarixdə saat 14 radələrində Sabirabad rayonu Əsgərbəyli kəndi ərazisində həmin marixuananın 0,78 qramını 01 ədəd bükümdə olmaqla ona idarə etdiyi VAZ 21011 markalı **- OC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi xidməti göstərən - Sabirabad rayonu Qasımbəyli kənd sakini Şahid1 ödəməli olduğu 10 manat yol pulu müqabilində verməklə satmış, sonuncu 18 fevral 2025-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Sabirabad RPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılarkən üzərindən aşkar olunmuş 0,78 qram çəkidə narkotik vasitəni ondan alması barədə məlumat verdiyindən, həmin tədbirlərin davamı olaraq o, 19 fevral 2025-ci il tarixdə saat 12 radələrində Sabirabad rayonu Əsgərbəyli kəndi ərazisində yaşadığı evin yaxınlığında saxlanılmış, evə baxış keçirilən zaman zirzəminin nəfəsliyindən 1 ədəd polietilen torbada, Şahid1 üzərindən aşkar edilmiş 0,78 qram narkotik vasitə marixuana ilə orqanoleptik əlamətlərinə və tərkibinə görə eyni olan 155 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə ittiham elan edilmiş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əsgərbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır, günəmuzd işlərdə işləyib ailəsinə baxır. Əvvəllər Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 il azadlıqdan məhrumetmə cazasına məhkum edilmiş, 2014-cü ildə azadlığa çıxmış, hazırda məhkumluğu olmamış, cəzasını çəkib qurtarmışdır. Təxminən 1 ilə yaxındır ki, tapdıqca narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, belə ki təxminən 2-3 ay bundan əvvəl, yəni 2024-ci il dekabr ayında dəqiq günü saatı yadında qalmayan vaxtda Kür çayının yaxınlığından odun doğrayan zaman 1 ədəd sellofan torba tapmış, həmin sellofan torbanı açdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş, əvvəllər də həmin narkotik vasitədən istifadə etdiyi üçün dərhal tanımışdır. Gələcəkdə istifadə etmək üçün həmin narkotik vsaitəni olduğu sellofan ilə birlikdə götürüb yaşadığı evə gətirmiş, yaşadığı evin zirzəmisinin çöl tərəfdən olan nəfəsliyinin içərisinə qoymuş, ağzını da daşla bağlamış, bu barədə ailə üzvlərinə, eləcə də heç kimə xəbər verməmişdir. 19 fevral 2025-ci il tarixdə saat 12 radələrində evinin arxa tərəfində bənd üstündə piyada hərəkətdə olarkən ona mülki geyimli şəxslər yaxınlaşmış, onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib üzərini yoxlacaqlarını bildirmişlər. O da buna etiraz etməmiş, videoçəkilişlə üzəri yoxlanılmış, üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra çəkiliş gedə-gedə evində narkotik vasitə saxladığını demiş, evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmış, sonra yaşadığı evin zirzəmisinin çöl tərəfdən olan nəfəsliyinə qoyduğu daşı götürmüşdür. Oradan 1 ədəd sellofan torbada saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı çıxardıb təqdim etmiş, həmin kütləyə baxış keçirilmiş, elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Qablaşdırmanın üzərinə o, və digər iştirakçılar imza etmiş, bundan soinra baxış yekunlaşdırılmış, polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-nə gəlmiş, orada protokol tərtib olunmuş, protokola o və digər iştirakçılar imza etmişlər. Sonra şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi Səxavət müəllimin iştirakı ilə üzərindən və yaaşdığı ünvandan aşkar olunan əşyalara baxış və götürmə keçirilmişdir. Yaşadığı ünvandan aşkar olunmuş sellofan torba açıldıqdan sonra çəkisi çəkilmiş, qurudulmuş marixuanın sellofan ilə birlikdə çəkisi 170 qram olması müəyyən edilmiş, sonra həmin kütlə müstəntiq tərəfindən olduğu kimi yenidən qablaşdırılaraq üzəri möhürlənib götürülmüşdür. O və digər iştirakçılar qablaşdırmanın üzərinə imza etmiş, eləcə də ona məxsus 1 ədəd “K16” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüş, digər əşyaları, 2 ədəd alışkan, siqaret və plastik kart isə özünə qaytarılmışdır. Bundan sonra istintaq hərəkəti yekunlaşmış, protokol tərtib olunmuş, protokola o və digər iştirakçılar imza etmişlər. qonşu kənd sakini olan X1 düz dedediyini qeyd etmiş, belə ki, o, 17 fevral 2025-ci il tarixdə Müzəffərə zəng edərək sonuncudan onu Sabirabad rayonuna aparmasını xahiş etmişdir. Müzəffər də gəlib onu kənd yolundan götürmüş, onlar Sabirabad rayonu Qalaqayın kəndinə getmiş, orada ucuzluqdan özünə paltar almış, sonra onlar geri qayıtmışlar. Müzəffər onu evinin yaxınlığında düşürəndə ondan nəşə, yəni qurudulmuş marixuana istəmiş, o da evində saxladığı marixuanadan az bir miqdarda bir bükümdə üstündə götürmüş, həmin narkotiki Müzəffərə vermiş, sonuncudan 10 manat yol pulunu istəməməsini demişdir. Müzəffər də həmin narkotik vasitəni ondan 10 manat müqabilində götürmüşdür. Saxlanılan zaman və sonrakı prosesslərdə polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və ya belə zorun tətbiq ediləcəyi hədəsi olmamışdır. Hazırda ona istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirməsini və ailəli olaraq himayəsində anası, arvadı və bir nəfər azyaşlı (xx.xx.2016-cı il) övladının olmasını nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kənd sakini kimi tanıyır, sonuncu ilə arasında normal münasibət olmuş, heç bir düşmənçilik və ədavət olmamışdır. O, özü kənddə taksi sürücüsü işləmiş, özünə məxsus VAZ21011 markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin daşımışdır. 17 fevral 2025-ci il tarixdə günorta saatlarında Mirasim ona zəng edərək Sabirabad rayonuna aparıb-gətirməsini istəmiş, o da sonuncunun yaşadığı kənd tərəfə getmişdir. Orada kənd yolunda Mirasimlə görüşmüş, sonuncu ilə birlikdə Sabirabad rayonu Qalaqayın kəndi tərəfə gəlmiş, orada mağazadan şalvar, jaket və papaq almış, sonra onlar geri qayıtmışlar. O, Mirasimin yaşadığı evin yaxınlığında avtomobilini saxlamış, saat artıq 14 radələri olmuş, Mirasim pulunun qurtardığını deyib ona 10 manat yol pulu əvəzinə bir büküm nəşə, yəni qurudulmuş mariuxana verə biləcəyini demişdir. O da 3-4 ildir ki, arabir tapdıqca narkotik vasitə istifadə etmiş, yəqin Mirasimin kimdənsə eşitdiyini güman etmiş, ona görə də dərinliyə getmədən sonuncu ilə razılaşmışdır. Mirasim cibindən bir ədəd kağız bükümdə olan marixuananı ona vermiş, sonra da çıxıb getmiş, o da həmin narkotiki gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. Bundan bir gün sonra, yəni 18 fevral 2025-ci il tarixdə polis əməkdaşları onu saxlamış, üzərindən həmin narkotik vasitə aşkar olunmuş, ondan həmin narkotik vasitəni necə əldə etdiyi soruşulduqda həmin narkotik vasitəni qonşu kənd sakini Mirasimdən yol pulu qarşılığında aldığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində olmaqla, polis mayoru xüsusi rütbəsindədir. 19 fevral 2025-ci il tarixdə Sabirabad rayonu Qasımbəyli kənd sakini Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindikdən sonra üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyi, Şahid1 həmin narkotik vasitəni Sabirabad rayonu Əsgərbəyli kənd sakini Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə saat 14 radələrində 10 manat yol pulu müqabilində aldığı barədə təhqiqatçı tərəfindən tapşırıq yazılmış, tapşırığın icra edilməsi ona həvalə edilmişdir. 2025-ci ilin fevral ayının 19-da o, Sabirabad rayon X4 Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və Sabirabad RPŞ-nın Konvoy Hissəsinin polis nəfəri-konvoy, polis baş serjantı Şahid5 ilə birlikdə saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Əsgərbəyli kəndinə getmiş, saat 11:35 dəqiqədə Təqsirləndirilən şəxs evinin arxasında piyada hərəkət edərkən tərəflərindən saxlanılmış, özlərini təqdim edərək sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bidirmişlər. Videoçəkiliş yolu ilə Təqsirləndirilən şəxs ilk öncə üstü yoxlanılmış, üstü yoxlanılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Mirasim Abdulayev üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmişdir. Sonra tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, sonuncunun üzərindən şəxsi əşyalarından başqa hər hansı qanunla qadağan edilmiş predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən şəxsi əşyaları, o cümlədən sonuncuya məxsus “K16” markalı mobil telefon aşkar edilmişdir. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olduğunu bildirmiş, evə baxış keçirilməsinə etirazının olmadığını qeyd etmiş, yazı yaza bilmədiyini dediyindən bu barədə tərəfindən yazılmış ərizəyə imza etmiş, sonra birlikdə sonuncunun yaşadığı evin həyətinə daxil olub evə yaxınlaşmışlar. Həmin ev birmətəbəli mişar daşından hörülmüş hasarı olmayan həyətyanı sahədə yerləşən ev olmuş, Təqsirləndirilən şəxs evin zirzəmisinin çöl tərəfdən olan nəfəsliyindəki daşı qaldırıb oradan 1 ədəd sellofan torba çıxarmış, həmin torbanı açdıqda içərisində qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 2-3 ay bundan əvvəl Kür çayı kənarından tapdığını demiş, sonra həmin kütlə tərəfindən çəkilmiş, çəkisinin 170 qram olduğu müəyyən olunmuş, həmin kütlə olduğu sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Qablaşdırmanın üzərinə Təqsirləndirilən şəxs və digər iştirakçılar imza etmiş, sonra evin içərisində də baxış keçirilməsi davam etdirilmiş, Təqsirləndirilən şəxs evindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Sabirabad RPŞ-yə gətirilmiş, bu barədə raportla şöbə rəhbərliyinə müraciət edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara müstəntiqin xidməti otağında müdafiəçinin iştirakı və videoçəkilişlə baxış keçirilmiş, həmin qablaşdırma yenidən açılaraq baxış keçirildikdən sonra ekspertizaya təqdim edilməsindən ötrü yenidən qablaşdırılmış, qablaşdırmanın üzərinə o və digər iştirakçılar imza etmiş, bu barədə tərtib edilmiş protokola o və digər iştirakçılar imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 digər Şahid3 göstərdiyinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işinin istintaq materiallarında olan 19 fevral 2025-ci il tarixli “Əşyaya baxış keçirilməsi və götürülməsi” protokoldan görünür ki, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 1 ədəd polietilen torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 19 fevral 2025-ci il tarixli, 18/158 nömrəli ekspert rəyinin surətindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “...Şahid1 üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi - 0,78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 20 fevral 2025-ci il tarixli, 18/159 №-li rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri və imzalar olan polietilen torbada təmiz çəkisi - 155,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-bioloji ekspertizasının 27 mart 2025-ci il tarixli, 18/256 nömrəli ekspert rəyindən görünür ki: Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə marixuana ilə Şahid1 üzərindən aşkar olunmuş narkoik vasitə marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 may 2025ci il tarixli, 2557 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan 19 fevral 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və əməliyyat-axtarış tədbiri qismində yaşayış sahəsinə baxış keçirilməsi dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə yaşadığı Sabirabad rayonu Əsgərbəyli kəndində yerləşən evinin yaxınlığında saxlanılmış, onun üstü yoxlanılan zaman qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmasa da, yaşadığı evin zirəzəmisinin nəfəsliyindən 1 ədəd polieilen torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun əməlindən peşmançılıq hissi keçirməsini, ailəli olaraq himayəsində bir nəfər azyaşlı (xx.xx.2016-cı il) övladının olmasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş və 02 (iki) gün həbsdə saxlanılmışdır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 02 (iki) gün ona təyin olunmuş 03 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə üəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanmasını, ona narkomaniyadan məcburi müalicə təyin edilərək, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilərək onun məhkəmə iclası zalından dərhal həbsə alınmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri ümumilikdə 63.90 AZN məbləğində pul vəsaitinin ondan tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübutların qiymətləndirilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq 02 iki gün həbsdə saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 02 (iki) gün ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri, ümumlikdə 63,90 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs evindən aşkar edilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 154,88 qram narkotik vasitə qurudulmuş marixuana, habelə onun üzərindən aşkar olunmuş tədqiqatdan sonrakı qalıq çəkisi 0,74 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-74/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-74/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver