Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-75/2023 19.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Ddövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1988-ci ildə Sabirabad rayonu Muğan Gəncəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Sabirabad rayonu Muğan Gəncəli kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, xx.xx.1982-ci ildə Sabirabad rayonu Muğan Gəncəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Sabirabad rayonu Muğan Gəncəli kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihama görə, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 20 dekabr 2022-ci il tarixdə saat 01 radələrində Sabirabad rayonu, Cəngən kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlmiş, əvvəldən aralarındakı razılığa əsasən o, Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz olaraq həyətyanı sahədə yerləşən heyvanların saxlanıldığı tövləyə qapını açmaqla daxil olub, oradan 1500 manat dəyərində bir baş dişi cinsli inəyi çıxarmaq istədikdə, inək sonuncunun əlindən qaçıb uzaqlaşmış, bundan sonra o, Təqsirləndirilən şəxs2la birlikdə tövlədən 2000 manat dəyərində bir baş dişi cinsli inəyi çıxarmış, sonuncunun yaşadığı evin həyətyanı sahəsinə gətirib satmaqla, Təqsirləndirilən şəxs2la birlikdə saxlanc yerinə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs 2000 manat dəyərində bir baş dişi cinsli inəyini gizli yolla talayıb, Zərərçəkmiş şəxs 2000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 85,51 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı Sabirabad rayonu Muğan Gəncəli kəndində olan evinə gətirərək, evin 2-ci mərtəbəsində yataq otağında olan çarpayının altında 01 ədəd polietilen torbada qanunsuz saxlamış, 07 fevral 2023cü il tarixdə saat 16 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə, evin həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman, evin 2-ci mərtəbəsində yataq otağında olan çarpayının altında 01 ədəd polietilen torbada olan təmiz çəkisi 85,51 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham irəli sürülməklə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama görə, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 20 dekabr 2022-ci il tarixdə gecə saat 01 radələrində Sabirabad rayonu, Cəngən kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlmiş, əvvəldən aralarındakı razılığa əsasən o, Təqsirləndirilən şəxs1la birlikdə qanunsuz olaraq həyətyanı sahədə yerləşən heyvanların saxlanıldığı tövləyə qapını açmaqla daxil olub, oradan 1500 manat dəyərində bir baş dişi cinsli inəyi çıxarmaq istədikdə, inək onun əlindən qaçıb uzaqlaşmış, bundan sonra o, Təqsirləndirilən şəxs1la birlikdə tövlədən 2000 manat dəyərində bir baş dişi cinsli inəyi çıxarmış, yaşadığı evin həyətyanı sahəsinə gətirib satmaqla, Təqsirləndirilən şəxs1la birlikdə saxlanc yerinə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs 2000 manat dəyərində bir baş dişi cinsli inəyini gizli yolla talayıb, Zərərçəkmiş şəxs 2000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülməklə məhkəməyə verilmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 əmisi oğludur, onunla heç bir düşmənçilik və ədavəti yoxdur. 19 dekabr 2022-ci il tarixdə əmisi oğlu Təqsirləndirilən şəxs2 ona zəng edərək görüşə çağırmışdır. O, Taryellə yaşadıqları kənddə görüşmüş, Taryellə biraz söhbət etmişlər, söhbət əsnasında Taryel ona rayonun Cəngən kəndində tanımadığı şəxsin evinin həyətində iribuynuzlu heyvanlarının olduğunu və heyvanlardan oğurlamaq istədiyini bildirmişdir. Taryel ona köməklik etməyini xahiş etmiş, o, oğurluğa qarışmaq istəmədiyini demiş, lakin Taryel sadəcə kömək edəcəyini onun heçnəyə qarışmayacağını bildirmişdir. O, Taryellə razılaşmış, 19 dekabr 2022-ci il tarixdən 20 dekabr 2022-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində Taryellə kənddə görüşmüş, birlikdə piyada Cəngən kəndinə getmişlər. Taryel kənddə olan evlərin birini göstərmiş və inəyi həmin evin həyətində olan tövlədən oğurlayacağını bildirmişdir. O, Taryelə tövləyə girməyəcəyini demiş, həyətin kənarında gözləyəcəyini bildirmişdir. O, həmin evin həyətinin kənarında dayanmış, Taryel isə evin həyətinə daxil olmuş, tövlənin qapısını açmış və tövləyə daxil olmuşdur. Bir neçə dəqiqə sonra Taryel ağ rəngli inəyi tövlədən çıxartmış, inək Taryelin əlindən çıxaraq yenidən tövləyə qayıtmış, Taryel də inəyin arxası ilə tövləyə qayıtmış və bir neçə dəqiqə sonra yenidən başqa inəyi tövlədən çıxardaraq ona tərəfə gəlmişdir. Taryel inəyin boynunda olan ipdən tutmuş, o, da inəyin arxasından çubuqla vururmuş ki, inək getsin. Onlar birlikdə inəyi bəndin üzəri ilə Taryelin yaşadığı evin həyətinə gətirmişlər, həyətdə olan tövləyə salmışlar, sonra o, Taryellə sağollaşıb çıxıb getmişdir. 22 dekabr 2022-ci il tarixdə axşam saatlarında o, idarə etdiyi Qaz 3110 markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı kənddə olan kafeyə getmiş, orada tanışları ilə oturub yemək yemiş, bir neçə saat kafedə oturduqdan sonra durmuş və idarə etdiyi avtomobili ilə yaşadığı evə doğru gedirmiş. O, Muğangəncəli kənd yolu ilə gedərkən qarşıdan yolun sağ hissəsindən əmisi oğlu Taryelin qaça-qaça gəldiyini görmüş və avtomobili saxlamış, Taryel avtomobilə əyləşmiş və sürməyini demiş, o, nə baş verdiyini soruşmuş, Taryel qardaşı Turalın yaşadığı evə sürməyini bildirmiş, o, avtomobili Turalın yaşadığı evə doğru sürürmüş, həmin vaxtı Taryel yolda polis avtomobili görmüş və avtomobili saxlamamağını demiş, o, yenə nə baş verdiyini soruşmuş, Taryel heçnə deməmiş, o, şübhələnmişdir ki, Taryel oğurladığı heyvanı satmış, bu barədə Taryeldən soruşmuş, Taryel satmadığını bildirmişdir. O, avtomobili saxlamış, Taryelə avtomobildən düşməsini demiş, Taryel avtomobildən düşüb qaçmış, o,da avtomobili sürüb getmişdir. Bir neçə saat sonra eşitmişdir ki, Taryel oğurladığı heyvanı satıb və polis əməkdaşları heyvanı tapıblar. O, bir baş inəyi əmisi oğlu Təqsirləndirilən şəxs2la birlikdə oğurladığını, Taryelin inəyi satdıqdan sonra ona pul vermədiyini, digər əmisi oğlu Tural İmanovun isə inəyin oğurlanması ilə bağlı əlaqəsinin olmadığını bildirmişdir. Bundan əlavə o, bildirmişdir ki, arada narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təxminən iki ay əvvəl yaşadığı kənddə yol kənarından sellofan torbada qurudulmuş marixuana tapmışdır. O, marixuanadan istifadə etdiyi üçün torbanı özü ilə götürmüş və yaşadığı evdə yataq otağında çarpayının altında saxlamışdır. O, arada həmin narkotik vasitədən istifadə edirmiş. 07 fevral 2023-cü il tarixdə evdə olan zaman polis əməkdaşları gəlmişlər, özlərini təqdim etmişlər, ona narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu və təxirəsalınmaz qərarla yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. O, buna etiraz etməmiş və bu barədə ərizə də yazmışdır. Polis əməkdaşları iki nəfər hal şahidlərinin iştirakı ilə yaşadığı evə,evin həyətyanı sahəsinə baxış keçirmişdilər. Evə baxış zamanı ikinci mərtəbədə yataq otağında çarpayının altında bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuananı aşkar etmişlər. Aşkar edilmiş narkotik vasitəni qablaşdıraraq götürmüşlər. Bundan əlavə evdən və həyətyanı sahədən qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş, o, da protokola imza etmişdir. Həmçinin o, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitəni öz istifadəsi üçün saxladığını bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək barışıq əldə etdiyi üçün təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanımır, Təqsirləndirilən şəxs1 isə əmisi oğludur, onunla münasibəti normalıdır, arada yaşadıqları kənddə görüşürlər. 19 dekabr 2022-ci il tarixdə gecə saatlarında o, Fərruxla yaşadıqları kənddə görüşmüş, Fərruxla söhbət əsnasında Fərrux ona pul lazım olduğunu demiş və köməkləşib inək oğurlamaqlarını bildirmiş, o, da Fərruxla razılaşmışdır. Onlar piyada Cəngən kəndi tərəfə getmişlər, orada Kür çayının kənarında yaşayış evindən biraz kənarda tövlənin olduğunu görmüşlər, birlikdə tövləyə yaxınlaşmışlar, o, tövlənin qapısını açmış, qapını qırmağa ehtiyyac olmamış və Fərruxla birlikdə tövləyə daxil olmuşlar. Tövlədə bir neçə baş iribuynuzlu heyvanlar olduğunu görmüşlər, o, inəyin birinə yaxınlaşmış, üzərində gətirdiyi bıçaqla inəyin bağlandığı kəndiri kəsmiş, inəyi aparmaq istədikdə inək əlindən çıxmış, tövlənin içərisinə doğru qaçmışdır. Onlar həmin inəyin arxası ilə getməmişlər, o, başqa inəyin kəndirin kəsmiş, sonra kəndiri Fərruxa vermiş, Fərrux kəndirdən dartaraq inəyi tövlədən çıxartmış, o, da inəyi arxa tərəfindən vururmuş ki, inək tez çıxsın. Onlar inəyi tövlədən çıxartdıqdan sonra Kür çayının kənarı ilə onun yaşadığı evə doğru getmişlər. Evə çatdıqda inəyi evin həyətində olan tövləyə salmışlar, sonra Fərrux çıxıb getmişdir. Səhəri gün o, inəyi satmaq üçün tanışı Şahid1 zəng etmiş, özündə inək olduğunu satmaq istədiyini demişdir. Onun özünün yanında balası olan inəyi olduğu üçün Sahilə yalandan demişdir ki, inəyin balası olmuş, balasını satmış, inək qalmışdır. Sahil inəyi almaq istəyən olduqda xəbər edəcəyini bildirmişdir. Həmin gün günorta saatlarında Sahil ona zəng edərək inəyə baxmaq istəyən olduğunu bildirmiş, o, gəlib baxa biləcəklərini demişdir. Təxminən yarım saat sonra Sahil adını sonradan bildiyi Vüsal adlı şəxslə onun yaşadığı evə gəlmiş, o, inəyi Vüsala göstərmiş, Vüsal inəyi neçəyə satdığını soruşmuş, o, 1200 manata satdığını bildirmiş, Vüsal onunla razılaşmamış və çıxıb getmək istəyirmiş, o, Vüsaldan inəyə nə qədər pul verə biləcəyini soruşmuş, Vüsal 800 manat verə biləcəyini bildirmişdir. O, Vüsalla razılaşmış, Vüsal 800 manat pulu ona vermiş və bildirmişdir ki, yük avtomobili ilə gəlib inəyi aparacaqdır. Bir neçə saat sonra Vüsal yük avtomobili ilə gəlmiş, onlar köməkləşib inəyi avtomobilin yük yerinə mindirmişlər və Vüsal çıxıb getmişdir. Həmin gün axşam saatlarında Fərrux onlara gəlmiş, onlar evdə oturub çay içirmişlər. Bir neçə saat sonra gecə saatlarında polis əməkdaşlarının kənddə Turalı axtardığını eşitmiş, inəyin oğurlanmasını polislərin bilib bilmədiyini aydınlaşdırmaq üçün Sahilə zəng etmiş və ondan söz almaq üçün yalandan demişdir ki, Vüsala zəng edib inəyin avtomobildən yerə düşüb düşməməsini soruşsun, Sahil soruşacağını demişdir. Sonra o, Fərruxla birlikdə evdən çıxmış, Fərruxun avtomobilinə əyləşmiş və qardaşı Turalın yaşadığı evə doğru getmiş, evin qarşısında çatdıqda polis əməkdaşlarının orada olmasını görmüş, Fərruxa avtomobili saxlamamasını demiş, Fərrux avtomobili saxlamayaraq sürmüş və qarşıda saxlamış, o, avtomobildən düşmüş, Fərrux çıxıb getmiş, o, da Turalın evinə getmişdir. Həmin vaxt Tural evdə olmamış, o, anasından nə baş verdiyini soruşmuş, anası bildirmişdir ki, polis əməkdaşları Turalı axtarırmışlar. O, tam nə baş verdiyini bilməmiş, səhəri gün Tural evə gəlmiş, onlar Turalla birlikdə çıxıb Bakı şəhərinə getmişlər, oradan da Qusar rayonuna getmişlər. Sonradan ona Qaragüney polis bölməsindən zəng gəlmiş, ona inək oğurluğunda şübhəli olduğunu demişlər və polis bölməsinə gəlməklərini bildirmişlər. O, da qorxduğu üçün polis bölməsinə getməmişdir. Həmçinin o, əmisi oğlu Təqsirləndirilən şəxs1la birlikdə oğurluq etmək qərarına gəldiklərini, oğurlanmış inəyi satdıqdan sonra pulun yarısını Fərruxa verəcəyini,lakin inək tapıldığı üçün pulu Fərruxa verə bilmədiyini, qardaşı Turalın inək oğurlanması ilə bağlı heç bir əlaqəsinin olmadığını, onlarla birlikdə inək oğurluğuna getmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək barışıq əldə etdiyi üçün təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, ona məxsus 10 baş iribuynuzlu heyvanı vardır. O, həmin heyvanları yaşadığı evin həyətində olan tövlədə saxlayır. Tövlənin hər tərəfi bağlıdır, iki qapısı vardır. O, hər gün heyvanları səhər saatlarında otarmaq üçün kəndlərində ona məxsus pay torpağına buraxır, axşam saatlarında gedib heyvanları gətirir. 19 dekabr 2022-ci il tarixdə səhər saatlarında heyvanları pay torpaq sahəsinə aparmış, heyvanlar orada qalmışlar, özü də evə qayıtmışdır. Həmin gün axşam saatlarında gedib heyvanları gətirib tövləyə salmış və heyvanları kəndirlə bağlamışdır. Həmin gün təxminən saat 23 radələrində çıxıb tövləyə baxmış, heyvanlar hamısı yerində olmuşlar. O, təxminən saat 01 radələrində yatmışdır. Səhəri gün yəni 20 dekabr 2022-ci il tarixdə saat 08 radələrində yuxudan durmuş, uşaqları məktəbə yola salmış, sonra tövləyə tərəf getmiş, tövlənin arxa qapısının açıq olduğunu görmüş, tövləyə girib heyvanlara baxmış, tövlədə olan inəklərdən birinin olmadığını görmüş, həmin yerə yaxınlaşmış, inəyi bağladığı kəndirin kəsildiyini və inəyin olmadığını görmüş, sonra digər heyvanların da bağlandığı yerlərə baxmış, bir inəyində kəndirinin kəsik olduğunu görmüş, lakin inək özü yerində olmuşdur. O, bilmişdir ki, gecə saatlarında tövləyə oğurlar girərək inəkləri oğurlamışlar, inəyin birini aparmışlar, lakin digəri qaçıb geriyə qayıtmışdır. O, bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirdikdən sonra o, da boş dayanmamış və ətraf rayonda olan bazarlara gedib inəyinin oğurlaması barədə məlumat vermişdir. 22 dekabr 2022-ci il tarixdə axşam saatlarında Salyan rayonu Noxudlu kənd sakini Vüsal adlı şəxs ona zəng edərək Sabirabad rayonu Muğangəncəli kəndində Taryel adlı şəxsdən bir baş heyvan aldığını bildirmiş və ondan heyvanın əlamətlərini soruşmuş, o, Vüsala heyvanın əlamətlərini dedikdə, Vüsal həmin heyvanı aldığını və heyvanın onun həyətində olduğunu bildirmişdir. O, bu barədə polis əməkdaşlarına xəbər vermiş və polis əməkdaşları ilə birlikdə Vüsalın yaşadığı evə getmişlər, Vüsal ona aldığı inəyi göstərmiş, o, həmin inəyin onun inəyi olduğunu görmüşdür. Vüsal ona demişdir ki, inəyi Muğangəncəli kənd sakini Taryeldən almışdır. Polis əməkdaşları inəyi Vüsaldan götürüb ona təhvil vermişlər, o, inəyi aparıb tövləyə salmışdır. O, oğurlanmış inəyin 3 yaşlı, 300 kiloqram, dişi cinsli, bir dəfə doğmuş və qiymətinin 2000 manat olduğunu, oğurlaya bilmədikləri inəyin isə 3 yaşlı qiymətinin 1500 manat olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək ona dəymiş ziyanın tam həcmdə ödənildiyi üçün təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını, onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 07 fevral 2023-cü il tarixdə Sabirabad rayonu Muğan Gəncəli kəndində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qəbulu və yaşadığı evdə narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumat əsasında tərəfindən təxirə salınmadan əməliyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Şöbə rəisi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar təsdiq olunmuş, bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Bundan başqa baxış keçirilməsində iştirak etmələri üçün Sabirabad rayonu Muğan Gəncəli kəndinin inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi X3 və icra nümayəndəsinin müavini Şahid4 hal şahidi kimi dəvət olunmuşlar. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 Sabirabad rayonu Muğan Gəncəli kəndindəki evinə getmişlər, Təqsirləndirilən şəxs1 evində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı aldıqlarını, təxirəsalınmaz qərarla evinə və həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 onlara evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını demiş, bu barədə ərizə də yazmışdır.Bundan sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə onun yaşadığı evə həyətyanı baxış keçirilmiş, baxış zamanı evin 2-ci mərtəbəsində olan çarpayının altında 01 ədəd sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş və götürülərək qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 yaşadığı evindən və həyətyanı sahəsindən hər hansısa bir cinayət xarakterli əşya və ya predment aşkar edilməmişdir. Aşkar edilənlərlə bağlı protokol yazılmış, fotoşəkillər çəkilmiş, hal şahidlərinin və iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 oxşar məzmunlu ifadələr verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 07 fevral 2023-cü il tarixdə günorta saatlarında müavini Şahid4 ilə Sabirabad rayonu Muğan Gəncəli kəndində olan zaman polis əməkdaşları bizə yaxınlaşaraq yaxınlıqda yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə məlumat aldıqlarını və onun yaşadığı evə, həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları baxış keçirdikləri zaman onların da hal şahidi qismində iştirak etməklərini təklif etmişlər. O və Şahid4 baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilən zaman hal şahidi qismində iştirak etmək istədiklərini bildirmişlər. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə Sabirabad rayonu Muğan Gəncəli kəndində yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər və onların da hal şahidi qismində iştirak edəcəklərini izah etmişlər. Təqsirləndirilən şəxs1 evinə və həyətyanı sahəsinə baxış keçirməyə etirazının olmadığını bildirib bu barədə ərizə yazmışdır. Bundan sonra onlara hüquq və vəzifələri izah edilmiş və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəsinə və evə baxış keçirilmişdir. Evə baxış keçirilən zaman, evin 2-ci mərtəbəsində olan çarpayının altında 01 ədəd sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə tapılmışdır. Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmin kütlə götürülərək qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 yaşadığı evindən və həyətyanı sahəsindən cinayət xarakterli əşya və ya predment tapılmamışdır. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmiş, o, da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 08 fevral 2023-cü il tarixli, 18/147 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evindən...” sözləri yazılmış polietilen torbada təmiz çəkisi 85,51 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 1389 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1, Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırda məhkumluqları yoxdur. Sabirabad RİH Muğan Gəncəli icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqları vardır. Sabirabad RİH Muğan Gəncəli icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi, bundan əlavə Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 85.51 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, daşımaqla saxlaması cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar- CM-nin 59.1.4-cü maddəsinə əsasən hiayəsində azyaşlı uşağının olması, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, CM-nın 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi olmuşdur. CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsi olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar - CM-nin 59.1.4-cü maddəsinə əsasən hiayəsində azyaşlı uşağının olması, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, CM-nın 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi olmuşdur. CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsi olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib maddənin sanksiyasında nəzərdə tutuluş azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməsini qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 02 ay 12 gün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlığın məhduqlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 02 ay 12 gün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs1 Səxavət oğlundan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməlidir. İş üzrə maddi sübut olan bir baş dişi cinsli inəyin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonrakı çəkisi 85,46 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381-384cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhduqlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılası cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 02 ay 12 gün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunmuş 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 24 (iyirmi dörd) gün çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 02 ay 12 günün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 24 (iyirmi dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seşilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs1 Səxavət oğlundan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan bir baş dişi cinsli inəyin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonrakı çəkisi 85,46 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhduqlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılası cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 02 ay 12 gün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunmuş 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 24 (iyirmi dörd) gün çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 02 ay 12 günün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 24 (iyirmi dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan бир груп шяхс halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq ъинайят ямялини тюрятмишдир.
Məhkəmə qərarları › İş №1(056)-75/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-75/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver