Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-76/2023 22.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X5 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7 Mirsüleyman oğlu, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Sabirabad rayon məhkəməsinin binasında xx xxxx 1949-cu ildə Azərbaycan Respublikası Cəlilabad rayonu Fərzilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, İİ qrup əlildir, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.2.2, 320.1, 320.2-ci maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sabirabad şəhəri Azərbaycan prospekti ev 23, mənzil 2-də qeydiyyatda olmaqla, Sabirabad şəhəri Vidadi küçəsi ev 2-də yaşayan, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)- 76/2023 saylı qərarı əsasında xx.xx.2023-cü il tarixdən hal-hazıradək qətimkan tədbiri qismində həbsdə və ev dustaqlığında saxlanılan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrilə məhkəməyə verilmişdir ona görə ki, Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu xəstəliyi ilə əlaqədar təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib aldadaraq, 2017-ci ilin yaz aylarında Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Gülbağı” kafesində 400 manat məbləğində, bundan təxminən bir ay sonra Sabirabad şəhərində “Qlobus ”adlanan yerdə 200 manat mələğində, bundan sonrakı bir il ərzində isə ayrı-ayrı vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla Sabirabad şəhərində 3650 manat məbləğində, ümumilikdə isə 4250 manat məbləğində pulunu, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs7 Mirsüleyman oğlunun etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu, asma-bronxit xəstəliyi ilə əlaqədar təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib aldadaraq 2018-ci ilin yay aylarından başlayaraq atası X1 məxsus “Kapital bank”hesab kartından istifadə etməklə bank hesabından hər ay müxtəlif mələğlərdə olmaqla ümumilikdə 2000 manat məbləğində, 2021-ci ilin dekabr ayına qədər olan müddət ərzində isə Sabirabad şəhərində, hər dəfə 500, 600 manat olmaqla, sonunc dəfə isə 2021-ci ilin dekabr ayında Sabirabad şəhərində H. Əliyev prospektində 600 manat olmaqla, xeyli miqdarda, yəni 6500 manat məbləğində pulunu, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Sabirabad rayonu Əsədli kənd sakini X6 etibarından suiistifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu Birinci Qarabağ döyüşlərində iştirak etməsinə görə müharibə veteranı təqaüdü düzəltdirəcəyinə dair yalan vədlər verib aldatmaqla 2018-ci ilin iyul ayında Suqovuşan kəndində 1000 manat məbləğində, həmin il Sabirabad rayonu ərazisində hər ay 250 manat olmaqla 10 ay müddətində, ümumlinkdə 2500 manat məbləğində, 2019-cu ildə Sabirabad rayon mərkəzi bazarında 1000 manat məbləğində, həmin ildə Sabirabad mərkəzi poçtunun qarşısında 1000 manat məbləğində, bundan bir ay sonra 250 manat məbləğində, 2019-cu ilin mart ayında 1500 manat məbləğində, bundan bir ay sonra Sabirabad mərkəzi xəstəxanasında 500 manat məbləğində, 2021-ci ilin mart ayında 600 manat məbləğində olmaqla, ümumilikdə isə xeyli miqdarda, yəni 8350 manat məbləğində pulunu, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Sabirabad rayonu Narlıq kənd sakini Zərərçəkmiş şəxs3 etibarından sui istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu, oğlu X3 xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin bərpa olunmasına dair yalan vədlər verib aldadaraq 2018-ci ilin oktyabr ayında Sabirabad rayonu Narlıq kəndində 1000 manat, bundan bir neçə gün sonra Sabirabad rayonu mərkəzi xəstəxanasında 500 manat olmaqla, ümumilikdə 1500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Sabirabad rayonu Moranlı kənd sakini Zərərçəkmiş şəxs1 etibarın sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncuya Birinci Qarabağ döyüşlərində iştirak etməsinə görə əlillik dərəcəsinin təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq 2018-ci ilin dekabr ayından Sabirabad rayon mərkəzi xəstəxanasında 1500 manat məbləğində, bundan bir neçə gün sonra həmin xəstəxanada işləyən tanışı X4 vasitəsi ilə 1500 manat məbləğində, 2019-cu ilin yanvar ayında Sabirabad rayon mərkəzi xəstəxanasında 800 manat məbləğində, bundan bir neçə gün sonra yenə həmin xəstəxanada 700 manat məbləğində, bir neçə gün sonra yenə də həmin xəstəxanada 400 manat məbləgində olmaqla nəğd pulunu və 2018-2019-cu illərdə yay aylarında 250 manat dəyərində qarpız məhsulunu əldə etməklə, ümumilikdə xeyli miqdarda, yəni 5150 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Sabirabad rayonu Narlıq kənd sakini Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu, xəstəliyi ilə əlaqədar təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib aldadaraq, 2019-cu ilin fevral ayında Sabirabad rayon mərkəzi xəstəxanasında 2000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs5 etibarından suiistifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunun xəstəliyi ilə əlaqədar təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib aldadaraq, 2019-cu ilin aprel ayında Sabirabad şəhərində 1000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Sabirabad rayonu Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu, xəstəliyi ilə əlaqədar təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib aldadaraq 2019-cu ilin avqust ayından sentyabr ayınadək olan müddət ərzində Sabirabad rayonu Şəhriyar kəndində əvvəlcə 600 manat, daha sonra hər dəfə 500 manat olmaqla 1000 manat məbəğində, ümumilikdə isə 1600 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Bakı şəhəri Qaradağ rayon sakini Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu, qaynatası Zərərçəkmiş şəxs6 Yasər oğluna Birinci Qarabağ döyüşlərində iştirak etməsinə görə müharibə veteranı təqaüdü düzəltdirəcəyinə dair yalan vədlər verib aldadaraq 23 sentyabr 2019-cu ilin Sabirabad rayonu Qarağac kəndində 1300 manat məbləğində, həmin ilin oktyabr ayında Sabirabad rayon mərkəzi xəstəxanasının qarşısında 1000 manat məbləgində, sonrakı günlərdə isə Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən Bayraq Muzeyinin qarşısında 1000 manat məbləğində olmaqla, ümumilikdə 3300 manat məbləğində pulunu, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Sabirabad rayonu Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu, xəstəliyi ilə əlaqədar təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib aldadaraq 2019-cu ilin oktyabr ayında Sabirabad rayonu Şəhriyar kəndində 1000 manat məbləğində, bundan sonrakı günlərdə 2020-ci ilin yanvar ayınadək olan müddət ərzində, ayr-ayrı tarixlərdə Sabirabad rayon mərkəzi xəstəxanasında 400 manat, 500 manat, 600 manat və 500 manat olmaqla, ümumilikdə 3000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Sabirabad rayonu Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunun Birinci Qarabağ döyüşlərində iştirak etməsinə görə müharibə veteranı təqaüdünün düzəltdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2020-ci ilin iyul ayında Sabirabad şəhəri Muğan prospektində 1000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Sabirabad rayonu Məmişlər kənd sakini Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə, sonuncunun xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin bərpa olunmasına dair yalan vədlər verib aldadaraq, 2021-ci ilin may ayından Sabirabad şəhəri Muğan prospektində 1100 manat və 100 manat olmaqla 1200 manat məbləğində, 2022-ci ilin yanvar ayında yenə də Sabirabad şəhəri Muğan prospektində 100 manat məbləğində olmaqla, ümumilikdə 1400 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 2017-ci ilin əvvəllərində ona yaxınlaşıb pensiya almağa köməklik etməsini xahiş etmişdir. O da Zərərçəkmiş şəxs2 köməklik etmək üçün istiqamət vermişdir ki, hansı həkimlərə müraciət etməlidir. Bundan başqa bir- neçə dəfə isə Nicatı ayrı-ayrı xəstəxanaya müayinə olunması üçün aparmağa və bəzi ayrı-ayrı idarələrdən sənədlərin alınmasına kömək etməsi müqabilində zəhmət haqqı olaraq yadında qalmayan məbləğdə pul almışdır. Nicatin özü kimə nə qədər pul verdiyini, yaxşı bilir. Nicat heç vaxt ona başqa pul verməmiş, əksinə o özü Nicata borc olaraq 300 manat pul vermişdir. Eyni zamanda qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 onun yanına gələrək feldşer işləyən Məmmədağanın ondan 500 manat pul istəməsini bildirmişdi. O da Nicata demişdir ki, əgər 500 manat pul istəyirsə həmin pulu Məmmədağaya versin, lakin işini tələb etsin. Sonradan Nicat ondan Məmmədağaya verdiyi 500 manat pulu geri istədikdə, o, Məmmədağaya verdiyi 500 manat pulu geri alınmasından köməklik etmiş, Nicat 500 manat pulu Məmmədağadan almışdır. Özü Məmmədağa ilə danışan da ona demişdir ki, 500 manat pulu Nicata qaytarmışdır. Bir dəfə də Nicata 150 manat pul vermişdir. Buna səbəb də Nicatım hansısa həkimə 150 manat verməsi olmuşdur. Nicat da pulu ondan istədiyinə görə Nicata 150 manat pul vermişdir. Ümunilikdə Nicata 950 manat pul qaytarmışdır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş Zərərçəkmiş şəxs2 ona pul verməməsi, əksinə onun əlillik sənədi alması üçün ayrı-ayrı şəxslərə verdiyi pullar hesabına və ona borc olaraq cəmi 950 manat pul qaytarması barədə verdiyi ifadəsinə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında huquqi qiymət verərək hesab edir ki, onun bu ifadəsi həqiqəti əks etdirmir və özünümüdafiə xarakteri daşıyır. Odur ki, məhkəmə tərəfindən sübut kimi qəbuledilmir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 5 ildən bundan əvvəl tanımış, sonuncunu ilk dəfə Sabirabad RMX-da görmüşdür. Məlik özünü Sabirabad RMX-nin mühafizəsinin rəisi kimi təqdim etmiş, əvvəllər də rayon sakinlərindən Məlikin insanlara pensiya almağa köməklik etdiyini eşitmişdir. Buna görə Məlikdən pensiyaya çıxmağa köməklik etməsini xahiş etmiş ilk görüşləri 2017-ci ilin yaz aylarında Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Gül bağı” kafedə baş tutmuşdur. Özü 2003-cü ildə ön cəbhədə xidmətdə olarkən qəlpə yarası aldığından əlillik dərəcəsi almaq üçün Təqsirləndirilən şəxs köməklik etməsini xahiş etmiş, Məlik də özünü nüfuzlu və dost-tanışları çox olan şəxs kimi təqdim edərək, əlillik dərəcəsi almasına köməklik edəcəyini bildirmişdir. İlk olaraq Məlik ondan sənədləri toplayıb hərbi hospitala göndərmək üçün 400 manat pul istəmiş, sonradan evinə gələrək 400 manat pulu götürüb çayxanada Məlikə vermişdir. Təxminən 1 ay sonra Təqsirləndirilən şəxs işin düzəlməsi ilə bağlı əlavə olaraq 200 manat pulu “Qlobus” deyilən dairəvi yolda özünə əlbəəl vermişdir. Təxminən 1 il ərzində Məlik əlillik dərəcəsi düzəltmək adı ilə ondan cəmi 4250 manat pul ələ keçirmişdir. Son 5-6 ayda isə ona verdiyi 4250 manat puldan 300 manat, 500 manat və 150 manat olmaqla cəmi 950 manat pulunu geri almışdır. Məlikin ona hazırda 3300 manat borcu olduğunu qeyd etmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilk 400 manat pulu verərkən atası İdayət yanında olmuş, digər vaxtlarda Məlikə pul verəndə yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs ondan 4250 manat pulu İİ qrup əlillik ilə pensiyaya çıxmaq adı ilə almış, heç bir tibbi işçisinə rüşvət və sair maddi nemət verməmişdir. Ancaq Məliki tanımış və bütün pul vəsaitlərini ona vermişdir. Həmçinin, heç bir həkim və ya digər xəstəxana əməkdaşı ona hər hansı bir yol ilə pensiya düzəldilməsini təklif etməmiş və ya ondan pul istəməmişdir. Hətta həkimlər özləri Məlikdən uzaq durmasını bildirmişlər. Cinayət işinə əlavə edilmiş onun adına tərtib edilmiş Forma 88-də bir sıra tibb müəssisələrində stasionar müalicə almasının əks olunması ilə bağlı həmin tibb müəssisələrində həqiqətən də stasionar qaydada müalicə aldığını, lakin müddətlərini və müalicə həkimlərini xatırlamadığını qeyd etmiş, Sabirabad RMX-də Balairza həkim və Səbuhi həkimi nümunə kimi göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təkzib edərək, dəqiq xatırlamadığım bir tarixdə Məlikə 500 manat aparanda hazırda RMX-da olmadığını, pulu Məmmədağaya verməsini bildirdiyini, onunda sonradan pulu aparıb Məmmədağaya verdiyini bildirmiş, sonradan pulu Məlikdən geri istədikdə isə Məlikin Məmmədağadan almasını tələb etdiyini göstərmişdir. Sonradan Məmmədağa həmin pulun ona çatmadığını, Məlikə verdiyini bildirsə də, utandığından həmin pulu ona geri qaytarmışdır. Bundan əlavə o, rayon prokurorluğuna verdiyi əlavə ifadəsində ilkin ifadəsini təkzib edərək, Forma 88-də qeyd olunan tibb müəssisələrində stasionar qaydada müalicə almadığını, Bakı şəhərində 5 saylı xəstəxanadakı Rəna həkimdən başqa heç bir həkimə pul vermədiyini, ilkin ifadəsində həmin sualları düzgün başa düşmədiyi üçün yanlış cavab verdiyini qeyd etmişdir. Əlavə olaraq, Rəna həkimin yanına getməsini Məlikin ona bildirdiyini göstərmiş, sonuncunun dediklərini təkzib edərək, Məmmədağanın ondan pul istəmədiyini bildirmişdir. Bundan əlavə, təxminən 2 il əvvəl Ukraynaya gedərkən, Məlikdən pulunu qaytarmasını tələb etdikdə sonuncu ona 300 manat, 500 manat və 50 manat pul qaytarmış, heç vaxt Məlikdən borc almamışdır. Əlavə olaraq, Məmmədağaya kimlərəsə borcunun olduğunu bildirmədiyini, sonuncunun ona 500 manat pulu təxminən 3 il əvvəl dəqiq xatırlamadığı tarixdə Sabirabad rayonunda Qlobus adlanan ərazidə əlbəəl verdiyini göstərmişdir. Zərərçəkmiş şəxs ifadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın bir qisminin - 950 manatının hissə -hissə ödənildiyini, hazırda 3300 manat pulun ödənilməməsini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edib onun barəsində olan cinayət işi üzrə Zərərçəkmiş şəxs2 hissəsində elan edilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar həmin hissədə iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə elan edilmiş ittiham üzrə Zərərçəkmiş şəxs2 qarşı törədilmiş cinayət əməli fərdi qaydada 178.1-ci maddəsi ilə müəyyən edildiyindən həmin ittihamdan elan edilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Azərbaycan Respublikası CPM- nin 39.1.3-cü maddəsinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayəti törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrilə irəli sürülən ittihamın zərərçəkmiş X8 aid hissəsində xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət təqibini istisna edən hallar mövcud olduqda, o cümlədən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması istisna edilməklə) cinayət təqibi və ya cinayət işi başlana bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət-Prosessual Məcələsinin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Göründüyü kimi, CPM-nin 39.1.3-cü madəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverci əsaslarla cinayət təqibinə xitam verilməsi hallarına aid edilməmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə cinayət işinin başlanması rədd edilərkən və ya başlanmış cinayət işinin icraatına xitam verilərkən CPM-nın 41.2-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Həmin maddəyə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Bu halda cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsi ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək Zərərçəkmiş şəxs2 hissəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan həmin hissədə xitam verilməsinə razıdır. Azərbaycan Respublikası CM-nın 178.1-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-nın 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. İş materillarından görünür ki, təqsirləndirilən şəxs Kərimov X9 şəhər sakini Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu xəstəliyi ilə əlaqədar təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib aldadaraq, 2017-ci ilin yaz aylarında Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Gülbağı” kafesində 400 manat məbləğində, bundan təxminən bir ay sonra Sabirabad şəhərində “Qlobus ”adlanan yerdə 200 manat mələğində, bundan sonrakı bir il ərzində isə ayrı-ayrı vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla Sabirabad şəhərində 3650 manat məbləğində, ümumilikdə isə 4250 manat məbləğində pulunu, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə CM-nin 178.1-ci maddəsi əsasında elan edilmiş ittiham üzrə cinayət əməlini törətdiyi gündən hazırki günədək 05 (beş) ildən artıq müddət keçmişdir. Beləliklə CM-nın 15.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi CM-nın 178.1ci maddəsi ilə olan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, həmin Məcəllənin 75.1.1-ci maddəsinə müvafiq olaraq hazırkı cinayət işi üzrə CM-nin 177.1-ci maddəsinə əsasən cinayət əməlini törətdiyi gündən iki ildən artıq müddə keçdiyindən, belə olan halda isə Azərbaycan Respublikası CPM-nın 39.1.3-cü maddəsinin tələbləri cinayət təqibini istisna etdiyindən, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs CMnin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinsə də, lakin Zərərçəkmiş şəxs2 qarşı törətdiyi cinayət üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət işinə həmin hissədə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41-44, 347-349, 351- 354, 357-358, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət-Prosessaul Məcəllənin 39.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərərçəkmiş şəxs2 aid hissəsində xitam verilsin. Qərardan 20 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-76/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-76/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver