Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-76/2024 12.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda 0,959 qram çəkidə narkotik vasitə heroini qanunsuz əldə edib üzərində daşımaqla bir ədəd sellofan bükümündə saxlamış, 06 noyabr 2023-cü il tarixdə saat 18:30 dəqiqədə Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində piyada hərəkət edən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, həmin tarixdə saat 19:00 dəqiqədə şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman, əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,959 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, uzun zamandır ki, narkotik vasitənin heroin növündən istifadə edir. 06 noyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı Sabirabad şəhəri İ.İsgəndərov küçəsində piyada hərəkət edərkən yerdə bir ədəd şəffaf rəngli sellofan büküm görmüş, həmin sellofan bükümü götürüb içərisinə baxdıqda qəhvəyi rəngli kütlə olmasını görüb dərhal əvvəllər də istifadə etdiyi üçün "kakos", yəni narkotik vasitə heroin olmasını bilmişdir. Sonra həmin kütləni götürərək əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuş, saat 19 radələrində Sabirabad şəhəri İ.İsgəndərov küçəsində olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd edərək, onu Sabirabad RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-yə gəldikdən sonra müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ona üzərinə keçiriləcək şəxsi axtarış zamanı telefon vasitəsi ilə video çəkiliş aparılacağı barədə xəbərdarlıq edilmiş və heç bir etiraz etməmişdir. Daha sonra dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O üzərində qanunla qadağan edilmiş predmet olduğunu qeyd edib əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan büküm çıxarıb masanın üzərində qoyaraq təqdim etmişdir. Həmin sellofan bükümə polis əməkdaşları tərəfindən baxış keçirildikdə qəhvəyi rəngli kütlə, yəni narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Ondan həmin kütlələrin nə olmasını soruşduqda, o, "kakos", yəni narkotik vasitə heroin olduğunu bildirmşdir. Kütlə onun yanında elektron tərəzidə çəkildikdən sonra bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Zərfin üzərində DİN-in 139 nömrəli möhürü ilə möhürlənmiş və imzalanmışdır. Daha sonra ciblərində bir ədəd sadə tipli "Nokia" markalı mobil telefonu təqdim etmiş, sonra üzərinə şəxsi axtarış keçilməsinə baxmayaraq üzərindən qanunla qadağan edilmiş əşya və predmet akşar olunmamışdır. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 06 noyabr 2023-cü il tarixdə xidmətdə olarkən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı ilk öncə Sabirabad RPŞ-nin cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili Amid Seyfalıyev tərəfindən rəhbərliyə raportla müraciət olunmuş, daha sonra isə sonuncu tərəfindən təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Sonra həmin qərarın icra olunması ilə bağlı yaradılmış əməliyyat qrupunun üzvü o və cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili X1 ilə birlikdə əldə olunmuş məlumat əsasında Sabirabad şəhəri İ.İsgəndərov küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüş, sonuncuya yaxınlaşaraq özünü təqdim etmiş və barəsində üzərində narkotik vasitələri saxlaması, istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu izah etmiş, Təqsirləndirilən şəxs Sabirabad rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməmiş, onlarla birlikdə Sabirabad rayon Polis Şöbəsinə gəlmişlər. Sabirabad rayon Polis Şöbəsində olarkən Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmiş və vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə olan nakotik maddə heroinə bənzər kütləni və bir ədəd "Nokia" markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuş, şəxsi axtarış zamanı isə üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra qeyd olunan kütlə müstəntiq tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı əldə olunmamışdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 18/1045 nömrəli rəyindən görünür ki, "...Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,959 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,959 qramdan tədqiqata 0,05 qramı istifadə edilmiş, 0,909 qramı qalıq qalmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 20 dekabr 2023-cü il tarixli 8347 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun məhkumluğunun olmamasını, cinayət əməlindən peşmançılıq hissi keçirməsini və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 07 (yeddi) ay müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmışdır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən olunmuş 02 (iki) gün təyin olunmuş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə üəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmasını, onun narkomaniyadan məcburi müalicə təyin edilərək, ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilərək onun, məhkəmə iclası zalından dərhal həbsə alınmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspetiza tədqiqatından sonrakı çəkisi 0,909 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdən - 08 noyabr 2023-cü il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq 02 iki gün həbsdə saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 AZN Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspetiza tədqiqatından sonrakı qalıq çəkisi 0,909 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №1(056)-76/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-76/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver