Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-76/2025 30.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1987-ci il tarixdə Sabirabad rayonu Qaraağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olmayan, Sabirabad rayonu Qaraağac kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, 01 ədəd “Kent” markalı siqaret qutusunda 7,20 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, Sabirabad RPŞ-nin əməkdaşlarının 25 fevral 2025-ci il tarixdə saat 19:50 dəqiqədə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu Qaraağac kəndi ərazisində yol kənarında piyada hərəkətdə olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılan zaman əynində olan qara rəngli şalvarın sol cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunda təmiz çəkisi - 7,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 5 ildir ki, el arasında “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində yaşadığı Sabirabad rayonu Qaraağac kəndində evinin yaxınlığında dayanarkən 4 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb saxlayaraq özlərini ona təqdim etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da əynində olan qara rəngli şalvarın sol cibində narkotik vasitə olduğunu bildirmiş və üzərindən bir ədəd “Kent” markalı siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Hansı ki, o, həmin narkotik vasitəni 4 gün əvvəl yaşadığı kəndin ərazisində, Kür çayının kənarında, yerdən tapmışdır. O, həmin narkotik vasitəni istifadəçisi olduğu üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Kent” markalı siqaret qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuana kütləsi tərəzidə çəkilmiş, bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, onun əynindəki qara rəngli cins şalvarın sağ cibindən ona məxsus olan, içərisində ***-***-**-** mobil nömrə olan “F+” markalı sadə mobil telefon aşkar edilmişdir. Həmin telefon da iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Üzərində şəxsi axtarış videoçəkilişlə qeydə alınmış, protokol tərtib olunmuş, protokol onlara ucadan oxunmuşdur. Heç bir irad və ya təklif daxil olmamış və protokolun doğruluğu o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra o, Sabirabad Rayon Polis Şöbəsinə gətirilmişdir. Sabirabad RPŞ-də o, şübhəli şəxs qismində tutulmuş və dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Müstəntiqin xidməti otağında üzərindən aşkar edilərək götürülmüş əşyalara baxış keçirilmişdir. Baxış zamanı aşkar edilmiş narkotik vasitə olan qablaşdırma yenidən açılmış və yenidən elektron tərəzidə çəkilərək müstəntiq tərəfindən yenidən qablaşdırılmışdır. Üzəri isə möhürlənərək o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, onun mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Üzərindən aşkar olunan narkotik vasitəni o, öz istifadəsi üçün üzərində saxlamışdır. O, narkotik vasitə satıcısı deyildir və heç vaxt narkotik satmamışdır. O, Sabirabad RPŞ-yə gətirilərkən, gətirildikdən sonra kimsə tərəfindən hər hansı bir təsir, təzyiq, işgəncəyə məruz qalmamışdır. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, məhkumluğunun olmamasını və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Sabirabad RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 fevral 2025-ci il tarixdə Sabirabad rayonu Qaraağac kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunaraq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək şəxslərin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Sabirabad RPŞ-nin Qaragüney PB-nin polis sahə rəisi, polis kapitanı Şahid4, RPŞ-nin MSY-nin KH-nin konvoyu, polis baş serjantı Şahid5 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Qaraağac kəndi ərazisində, evinin yaxınlığında piyada hərəkət edərkən müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra sonuncuya üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edərək, üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Emin də üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki qara rəngli cins şalvarın sol cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan “Kent” markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən bir ədəd “F+” markalı, göy rəngli, sadə funksiyalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd siqaret qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elə oradaca elektron tərəzidə çəkilmiş və çəkisinin 11.91 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin el arasında “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 3 gün əvvəl yaşadığı kəndin ərazisində Kür çayının kənarında yerdən tapdığını bildirmişdir. Həmin bir ədəd “Kent” markalı siqaret qutusu içərisindəki kütlə ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulmuş, üzəri DİN-in 139 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq tərəfindən qablaşdırılmışdır. Baxış videoçəkilişlə qeydə alınmış, Təqsirləndirilən şəxs üzərinin yoxlanılması ilə əlaqədar protokol tərtib olunmuşdur. Bundan sonra onlar Təqsirləndirilən şəxs birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Emin də razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərindən aşkar edilmiş əşyalara baxış keçirilməyə başlanılmışdır. Əşyaya baxış və götürmə istintaq hərəkəti videoçəkilişlə qeydə alınmış, tərəfindən qablaşdırılan zərf müstəntiq tərəfindən yenidən açılmış, elektron tərəzidə çəkildikdən sonra isə yenidən qablaşdırılaraq DİN-in 139 saylı möhürü ilə möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi dindirmə zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 3 gün əvvəl Kür çayının kənarından, yerdən tapdığını, arabir el arasında “nəşə” kimi tanınan narkotik vasitədən istifadə etdiyini, heç vaxt narkotik vasitə satmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya daha sonra hər hansı bir fiziki, mənəvi işgəncəyə məruz qalmadığını, etiraz və ya vəsatətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid5, digər Şahid1 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan “25” fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Qaraağac kəndi ərazisində, yaşadığı evin yaxınlığında saxlanılmış, üzərindən 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan “25” fevral 2025-ci il tarixli “əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana və “F+” markalı, göy rəngli, sadə funksiyalı mobil telefon, iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının “26” fevral 2025-ci il tarixli 18/179 nömrəli ekspert rəyindən görünür ki: tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə olan 01 ədəd siqaret qutusunda təmiz çəkisi - 7.20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2552 nömrəli rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyiİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib daşımaqla saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin istintaq materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaq materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyətinin Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, məhkumluğunun olmamasını və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunacaq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmalı və onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq cəzaçəkməsi müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin olunaraq, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 7,10 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 gün, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 7,10 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin . Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-76/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-76/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver