Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-77/2024 15.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Türkiyə Respublikası, İğdır şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində texnoloq-qablaşdırma vəzifəsində işləyən, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Türkiyə Respublikası, Antalya şəhəri, X14, sokak 444, kent apartmanı kat 4, daire 11 ünvanında qeydiyyatda olmaqla ünvan 1 yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə elan edilmiş ittihama görə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 15 may 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həmin MMC-nin istifadəsinə verilmiş Sabirabad rayonu Qalaqayın kəndində, X5 yerləşən bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr istehsal olunan müəssisədə texnoloq-qablaşdırma vəzifəsində işləyərkən, üzərinə, cəmiyyət rəhbərinin 16 may 2023-cü il tarixli 05/22 saylı əmri ilə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməklə, müəssisədə məhsul istehsalını həyata keçirməli, istehsal prosesinə nəzarət etməli və müəssisədə avadanlıqlardan istifadə normativlərinə riayət edilməsinə nəzarət etməli olduğu halda, “Təzyiq altında işləyən tutumların quraşdırılması və təhlükəsiz istismar qaydaları”nın 5.1.1, 5.5.1, 5.5.4, 5.5.20 bəndlərinin, “İstehsalat prosesləri” 12.3.002-75* DST-nə /Dövlət standartına/ 1.1, 2.7.1, 2.9.1 bəndlərinin və “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST”-a /Dövlət standartı/ 1.2, 1.4, 2.1.2 bəndlərinin tələblərini pozub, xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli əmr və eyni tarixli əmək müqaviləsi əsasında müəssisəyə mühafizəçi vəzifəsinə işə götürülməklə faktiki olaraq 2023-cü ilin may ayının əvvəllərindən həmin vəzifədə işləyən Zərərçəkmiş şəxs sonuncunun vəzifə öhdəliklərinə aid olmadığı halda, eyni zamanda aqrokimyəvi maddə istehsalı üzrə müvafiq proqramlar əsasında peşə hazırlığı və təlim keçmədən, işlərin təhlükəsiz üsul və metodlarla yerinə yetirilməsini öyrətmədən, xüsusi geyim və qorunma vasitələri ilə təmin etmədən müəssisədə istehsal prosesinə cəlb edərək, sərbəst şəkildə işə buraxmış, nəticədə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində müəssisədə aqrokimyəvi maddə istehsalı məqsədilə istifadə olunan qarışdırıcı çənin içərisində olan kimyəvi məhlulun qəfildən təzyiqlə ətrafa daşaraq bədəninin müxtəlif nahiyələrinə düşməsi səbəbindən aldığı, bəzi yerlərdə bozumtul nekrozlaşmış, bəzi hissələrdə tünd qırmızımtıl çəhrayı rəngdə ümumi bədən səthinin 80%-ni təşkil edən İİİ-İV dərəcəli kimyəvi yanıq yaralarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, ölümlə birbaşa səbəbli əlaqəli olan xəsarətlər nəticəsində inkişaf etmiş orqanizminin ümumi intoksikasiyasından xx.xx.2023-cü il tarixdə saat 05:05-də Bakı şəhəri X11 yanıq şöbəsində ölmüş, bununla da o, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, ticarət ilə bağlı Azərbaycan Respublikasına gəlib gedir. 2022-ci ilin dekabr ayından Azərbaycan Respublikası ünvan 2 ünvanında yaşayır. 2007-ci ildə Türkiyə Respublikasında Ahsən adlı qadınla ailə həyatı qurmuş, həmin nikahdan 2010-cu il təvəllüdlü Ahsən Arya adlı qızı anadan olmuşdur. 2019-cu ildə o, həyat yoldaşından boşanmış, həmin vaxtdan qızı Ahsən Arya keçmiş həyat yoldaşının himayəsindədir. O, həmin vaxtdan indiyə qədər hər ay 10000 Türk lirəsi, 600 AZN aliment ödəyir. 2023-cü ilin aprel ayının 15-dən sonra Azərbaycan Respublikası ərazisində işləmək üçün icazə almış, həmin vaxtdan indiyə qədər ölkədə daimi yaşayır. O, Azərbaycan Respublikasına "xxxx" MMC-də işləmək məqsədilə gəlmiş, "xxxx" MMC-də 2023-cü ilin may ayının 15-dən rəsmi olaraq işləyir. Həmin tarixdə onun ilə MMC-nin direktoru Şahid2 arasında əmək müqaviləsi bağlanmışdır. "xxxx" MMC-nin Sabirabad rayonu Qalaqayın kəndində X5 fəaliyyət göstərən istehsal məntəqəsində 2023-cü ilin may ayının 15dən texnoloq-qablaşdırma vəzifəsində işləyir. Texnoloq kimi vəzifə öhdəliyi məntəqədə avadanlıqlar vasitəsilə əkinçilik üçün gübrə istehsalını həyata keçirməkdən ibarətdir. Məntəqədə ondan başqa gübrə istehsalı ilə məşğul olan şəxs yoxdur. Məntəqədə işə başladığı vaxtdan əməyin mühafizəsi qaydalarına cavabdeh şəxs odur. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə işçilərə təlimatı özü keçir. Məntəqədə ondan başqa 3 nəfər “anbardar” Şahid3, “xadimə” Aygün və “mühafizəçi” mərhum Zərərçəkmiş şəxs işləmişdir. Zərərçəkmiş şəxs 2023cü ilin may ayının axırlarında məntəqədə mühafizəçi vəzifəsinə işə götürülmüş, Zərərçəkmiş şəxs məntəqədə mühafizəçi vəzifəsində işləmiş, gübrə istehsalı ilə məşğul olmamışdır. Nurlanın işi məntəqənin və məntəqədə olan avadanlıqların mühafizəsini təmin etmək olmuşdur. O, xx.xx.2023-cü il tarixdə məntəqədə işdə olmuş, həmin gün səhər saat 08:00-da işə gəlmiş, ondan başqa Şahid3 və Zərərçəkmiş şəxs da işdə olmuşdur. Həmin gün işi olduğu üçün Bakı şəhərinə getməli olmuş, səhər saat 11-də hadisənin baş verdiyi çənə xammal boşaltdıqdan sonra o, məntəqəni Asif ilə birgə tərk etmişdir. Zərərçəkmiş şəxs isə işdə qalmışdır. Nurlan onunla telefonda yazışaraq nə etməli olduğunu soruşmuş, o, Nurlana istiqamət vermişdir. Buna görə hadisə onun təqsiri üzündən hadisə baş vermişdir. Əməlindən peşmandır. İlk dəfədir ki, barəsində cinayət işi başlanılır. Artıq 2 ildir ki, bu işlə bağlı Türkiyəyə gedə bilmir. Burada da işləri zəifləmiş, demək olar ki, pulsuz qalmışdır. Hazırda o, məhkəmədən göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində şərti cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyə teleqram vuraraq ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə mərhum oğlu Zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Etibar Baloğlanov tərəfindən fəhlə kimi işə götürülmüşdür. Zərərçəkmiş şəxs 3 ay müddətində əmək müqaviləsi bağlanmadan MMC-nin X5 fəaliyyət göstərən gübrə istehsalı məntəqəsində fəhlə kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş məlum hadisədən iki gün əvvəl Zərərçəkmiş şəxs ilə əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə isə hadisədən sonra elektron sistemə daxil edilmişdir. Zərərçəkmiş şəxs ilə heç bir sığorta müqaviləsi bağlanmamışdır. Hadisədən bir gün əvvəl iyun ayının 3-də Nurlan evə gəlmək istəsə də, Türkiyə Respublikası vətəndaşı Atıf adlı şəxsin qəti etirazı ilə evə buraxılmamışdır. Belə ki, Nurlan ona hadisədən bir gün əvvəl “Whatsapp” sosial şəbəkəsində yazışarkən bunu demişdir. O, həmin yazışmanı istintaqa təqdim etmişdir. Hadisə baş verən gün həftənin bazar günü olmuş, yəni oğlu faktiki olaraq qeyri-iş günündə ona aid olmayan işə cəlb edilmişdir. Hadisə baş verdiyi gün oğlu Nurlan Cənbarılov qanunsuz olaraq gübrə istehsalına cəlb olunsa da, ona bununla bağlı heç bir təhlükəsizlik vasitələri, geyimləri verilməmişdir. Zərərçəkmiş şəxs məcburi şəkildə gübrə istehsalı işinə cəlb olunmuşdur. Halbuki, istehsal işi onun işi olmamışdır. Hadisə axşam saat 22-23 aralığında baş vermişdir. Sabahısı gün, yəni xx.xx.2023-cü il tarixi üçün gübrə sifarişi olduğuna görə Nurlan məcburi şəkildə istehsal işinə cəlb olunmuşdur. Hadisə baş verən gün Türkiyə Respublikası vətəndaşı Atıf adlı şəxs ilə “Whatsapp” mesajlaşma şəbəkəsində yazışmalarında Atıf Nurlana gübrə istehsalı çənini söndürməyi barədə açıq şəkildə göstəriş vermişdir. Zərərçəkmiş şəxs çəni söndürərkən partlayış olmuş və nəticədə oğlu ağır dərəcəli yanıq xəsarətləri ilə Bakı şəhər 5 saylı Yanıq Mərkəzinə aparılmışdır. İyun ayının 20-də isə Zərərçəkmiş şəxs vəfat etmişdir. Oğlu Zərərçəkmiş şəxs Yanıq mərkəzində müalicə aldığı müddətdə qohumları tərəfindən telefon vasitəsilə Nurlanın videosu çəkilmiş, həmin videolarda Nurlan məcburi şəkildə gübrə istehsalı işinə cəlb olunduğunu bildirmişdir. Həmin videolar qısa müddət ərzində istintaqa təqdim ediləcəkdir. Oğlu Zərərçəkmiş şəxs hadisə baş verən gün və əvvəllər də istehsal məntəqəsində gübrə istehsalı işinə cəlb edilməsindən təsisçi Etibar Baloğlanovun bilavasitə məlumatı olmuşdur. Məhz hadisənin baş verməsində Etibar Baloğlanov və Atıf adlı şəxsin təqsiri vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2022ci ilin avqust ayından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X5 fəaliyyət göstərən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı məntəqəsində anbardar vəzifəsində işləyir. Anbardar kimi anbara daxil olan, çıxan xammalın və gübrə məhsullarının giriş-çıxışına nəzarət edir. Məntəqədə gübrə istehsalı üzrə mütəxəssis Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxsdir. Atıb Bilgi məntəqədə texnoloq vəzifəsində işləyir. Təqsirləndirilən şəxs həmçinin məntəqədə istehsal zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına cavabdehlik daşıyır. Belə ki, Təqsirləndirilən şəxs bir neçə dəfə mərhum Zərərçəkmiş şəxs və ona məntəqədə yanğın təhlükəsizliyi qaydaları, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatlar keçmişdir. Zərərçəkmiş şəxs 2023-cü ilin may ayının axırlarında məntəqədə işə başlamışdır. Zərərçəkmiş şəxs məntəqəyə mühafizəçi vəzifəsinə işə götürülmüşdür. Zərərçəkmiş şəxs məntəqədə qaldığından gün ərzində həmişə məntəqədə olmuşdur. O, Nurlanın məntəqədə gübrə istehsalı ilə məşğul olduğunu görməmişdir. Məntəqədə gübrə istehsalını Təqsirləndirilən şəxs həyata keçirmiş, bəzi hallarda Nurlan xammalın daşınmasında, hazır gübrə məhsulunun qablaşdırılmasında Təqsirləndirilən şəxs köməklik etmişdir. Lakin Nurlanın sərbəst formada avadanlıqları işə saldığını, gübrə istehsal etdiyini görməmişdir. Ümumiyyətlə, məntəqədə gübrə istehsalı orada quraşdırılmış avadanlıqlar vasitəsilə həyata keçirilir. Yəni sırf gübrə istehsalı ilə bağlı əl əməyinə ehtiyac yoxdur. Əl əməyi məhz avadanlıqlara xammalın daşınması, bundan başqa hazır gübrə məhlulunun qablaşdırılması və s. zamanı tələb olunur. Hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə bazar günü olduğu üçün o, səhər saat 10 radələrində işə gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs və Nurlan işdə olmuşlar. İşə gəldikdən sonra Təqsirləndirilən şəxs 3 ton xammal vermi, Təqsirləndirilən şəxs ona növbəti gün, yəni xx.xx.2023-cü il tarixə sifarişi olduğunu və həmin vaxta qədər gübrə istesahsalını başa çatdırmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs xammalı götürdükdən sonra xammalı hadisənin baş verdiyi çənə boşaltmış və ona xx.xx.2023cü il tarixdə səhər tezdən gəlib gübrə istehsalını həyata keçirəcəyini bildirmişdir. Bundan sonra o və Təqsirləndirilən şəxs saat 11 radələrində məntəqəni tərk etmiş, Zərərçəkmiş şəxs isə məntəqədə qalmışdır. Məntəqədən çıxdıqdan sonra o, axşam saat 11 radələrinə qədər məntəqəyə getməmiş, yadında qaldığı qədər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə telefon ilə danışmamışdır. Axşam saat 11 radələrində ona X6 rəhbərliyi zəng vuraraq məntəqədə hadisə baş verdiyini, Nurlanın yanıq xəsarətləri aldığını bildirmiş, o, dərhal şəxsi avtomobili ilə məntəqəyə getmiş, məntəqəyə çatdıqdan sonra Zərərçəkmiş şəxs məntəqənin qarşısında olan su krantının altında uzandığını, bədənində yanıq xəsarətləri olduğunu görmüşdür. Dərhal Zərərçəkmiş şəxs şəxsi avtomobili ilə Sabirabad RMX-ya aparmış, RMX-da ilkin tibbi yardım göstərildikdən sonra isə Zərərçəkmiş şəxs təcili tibbi yardım maşını ilə Bakı şəhərinə yola salınmışdır.xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun yanında Zərərçəkmiş şəxs məntəqədə quraşdırılmış gübrə istehsalı avadanlığını işə salmaq, avadanlıq vasitəsilə gübrə istehsalını həyata keçirmək barədə göstəriş, tapşırıq verməmişdir. Lakin Təqsirləndirilən şəxs sonradan Zərərçəkmiş şəxs gübrə istehsalı ilə bağlı tapşırıq, göstəriş verib-vermədiyindən məlumatsızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2017-ci ildən "xxxx" MMC-nin 42 faiz təsis payı ilə təsisçisidir. Hazırda MMC-nin direktoru Şahid2dir. O, 05 oktyabr 2021-ci il tarixdən MMC-nin direktorudur. Qanunverciliyə əsasən onun MMC-nin idarə olunması, işçilərin işə götürülməsi və işdən azad edilməsi ilə bağlı heç bir səlahiyyəti yoxdur. Təsisçi kimi o, MMC-nin gəlirlərindən ona ödənilən dvidendləri alır. Təsisçisi olduğum "xxxx" MMC-nin Sabirabad rayonu Qalaqayın kəndində X5 bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı məntəqəsi vardır. MMC-nin sabiq əməkdaşı Kürdəmir şəhər sakini mərhum Zərərçəkmiş şəxs həmin istehsal məntəqəsində mühafizəçi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs məntəqədə işə başlamışdan öncə o, Nurlanı şəxsi olaraq tanımış, onunla qohumluq münasibətimləri olmuşdur. Zərərçəkmiş şəxs 2023-cü ilin əvvəllərində bir neçə dəfə ona işsiz olduğunu bildirərək ona iş tapmağını xahiş etmişdir. Buna görə də o, Nurlanın həmin məntəqədə işləməsi üçün digər təsisçilərdən və MMC-nin direktoru Şahid2 xahiş etmişdir. Bildiyinə görə Zərərçəkmiş şəxs 2023-cü ilin may ayından məntəqədə mühafizəçi vəzifəsində işə başlamışdır. O, MMC-nin direktoru olmadığı üçün MMC-nin idarə olunmasına qarışmaq səlahiyyəti yoxdur, buna görə də Zərərçəkmiş şəxs dəqiq olaraq nə vaxtdan işə başlaması, onunla nə vaxt əmək müqaviləsi bağlanması, Nurlanın məntəqədə faktiki olaraq hansı işləri icra etməsi barədə məlumatı yoxdur. Məntəqədə istehsal prosesinə Türkiyə Respublikası vətəndaşı texnoloq Təqsirləndirilən şəxs rəhbərlik edir. Yəni məntəqədə istehsal prosesinə, həmçinin istehsal prosesində əməyin mühafizə qaydalarına Təqsirləndirilən şəxs cavabdehlik daşıyır. Təqsirləndirilən şəxs həmçinin, MMC-nın təsisçisidir. Onun təsis paylarının miqdarını dəqiq olaraq bilmir. O, özü Bakı şəhərində yaşadığı və işlədiyi üçün qeyd olunan istehsal məntəqəsinə gəlib-gedə bilmir. Yəni istehsal məntəqəsinin fəaliyyəti ilə bağlı hər hansı nəzarəti həyata keçirmir. 04 iyun 2023-cü il tarixdə isə mərhum Zərərçəkmiş şəxs məntəqədə hansı şəraitdə yanıq xəsarətləri almasını bilməmiş, bu barədə ona sonradan MMCnin direktoru Şahid2 məlumat vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X13 Nərimanov rayon şöbəsindən rayon prokurorluğuna daxil olmuş məhkəmə tibbi ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi ekspertizasına, tibbi sənədlərdə qeyd olunanlara əsasən, hadisə haqqında qərarda göstərilənlər nəzərə alınaraq ekspert qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir. 1. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədən səthində aşkar edilmiş xəsarətlər-bəzi yerlərdə bozumtul nekrozlaşmış, bəzi hissələrdə tünd qırmızımtıl çəhrayı rəngdə ümumi bədən səthinin 80%-ni təşkil edən İİİ-İV dərəcəli kimyəvi yanıq yaraları qərarda qeyd olunan tarixdə və şəraitdə kimyəvi maddənin (azot və s. gübrənin) yerli təsirindən əmələ gələ bilər, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa “AĞİR” zərərvurmanın əlamətlərinə malikdir. Ölümlə birbaşa səbəbli əlaqəlidir. 2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb-almış olduğu yanıq xəsarətlərinin nəticəsində inkişaf etmiş orqanizminin ümumi intoksikasiyası olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə saat 05:05-də 5 saylı NTM-nin yanıq şöbəsində baş vermişdir, hansı ki, meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən inkar edilmir. 3. Mərhum Zərərçəkmiş şəxs bədən səthində yanıq yaralarından başqa digər xəsarət aşkar edilmədi. İstintaq zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi Zonaların İnkişafı Agentliyindən rayon prokurorluğuna daxil olmuş 3-21-6/2-761/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC “bitki mühafizə vasitələrinin və aqrokimyəvi vasitələrin istehsalı” layihəsi üzrə 21 iyun 2021-ci il tarixdən X7 rezidenti kimi qeydiyyata alınmışdır. Rezidentlər onlara lazım olan kadr ehtiyatının təmin edilməsi, işəgötürən-işçi münasibətlərinin yaradılması və bununla bağlı sənədləşmələrin həyata keçirilməsi məsələlərində müstəqil sahibkarlıq subyekti kimi hamı ilə bərabər hüquqlara malikdirlər. İstehsal müəssisəsində əməyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Agentlik birbaşa olaraq heç bir məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzindən rayon prokurorluğuna daxil olmuş 28 sentyabr 2023-cü il tarixli, 10/5844№-li məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “təzyiq altında işləyən tutumların quraşdırılması və təhlükəsiz istismar qaydaları”nın 5.1.1, 5.5.1, 5.5.4 və 5.5.20 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. "xxxx" MMC-nin istehsalat sahəsində (aqrokimyəvi maddələr istehsal olunan çənində) təhlükəsizlik təmin edilmədən gübrə istehsalı aparıldığına görə “təzyiq alıtnda işləyən tutumların quraşdırılması və təhlükəsiz istismar qaydaları”nın 5.1.1, 5.5.1, 5.5.4 və 5.5.20 bəndlərinin tələbləri istehsalat sahəsində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş Zərərçəkmiş şəxs özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş 13 dekabr 2023-cü il tarixli DVD diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqdim olunan DVD diskdə 03 ədəd video görüntü mövcuddur. Hər üç video görüntü zərər çəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs ilə naməlum şəxs arasında gedən dialoqdan ibarətdir. Birinci video görüntü 02 dəqiqə 48 saniyə müddətində, ikinci video görüntü 54 saniyə müddətində, 3-cü video görüntü 01 dəqiqə 20 saniyə müddətindədir. Baxış aparılan birinci video görüntü (02 dəqiqə 48 saniyə müddətində) Naməlum şəxsin (bundan sonra A) “sənə nə dedi ki, Etibar yandığın gün” sözləri ilə başlayıb aşağıdakı kimi davam edir. Zərərçəkmiş şəxs: (bundan sonra B) denən ki, çardağa çıxmışam, çardaqdan nəsə dağılıb, o da ki mən əlli dəfə dedim ey onu, prokuror gecə saat 3-ün yarısı gedib monitorinq aparıb orda A: Sənə Etibar dedi ki demə? B: Hə. A: Nə dedi ki sənə? B: Nə qədər etdim ki, gizlədəm prokuror dedi ki, qardaş mən hamısını bilirəm ey mənə düzünü denən. A: Hə, Sənə Etibar nə deyirdi ki? B: Şahid1 deyib ki, yandı çıxdı çölə. A: Etibar nə deyirdi sənə? B: Etibar da deyirdi ki, sən guya çardaqda olmusan, ağacları dərmanlamısan, yıxılmısan dağılıb üstünə vedrə. A: Sənə harada deyirdi onu Etibar? B: Telefonda. A: Sən harda danışdın onla telefonda yanan kimi? B: Anbardarın telefonuyla Xeylağ keçənnən sora. A: Bəs ona qədər nağardın sən orda gözləyib? B: Ancaq suyun altında yaralarımı islatmışam. A: Etibar sənə zəng edib ki, denən çardaqdan yıxılmışam. B: Anbardara yığdı tez-tez danışırdı anbardarla ki nətər olub neynədiz nağardız. A: Saat neçə olardı təxminən? B: 12-nin yarısı zad. A: Deyir denən ki, ancaq mənim işim döyüldü hə o? B: Hə. A: Etibar sənə deyirdi ki, denən mənim işim döyül hə o? B: Hə də ay sağol hə. A: Bəs niyə qaqa bəs sənin özünün özünə yazığın gəlmir? Onu eliyirsən. Etibar sənə onun niyə deyir ki denən elənçinə Ona niyə demədin ki, Etibar əmi mən niyə elə deyim? B: A yox ey mən əlli dəfə fırratdım onu, Prokuror gəlmişdi səhər-səhər izahat alırdı. A: Sənnən? Tezdənnən burda izahat aldı ya orda? B: Burda. A: Sən prokurora nə dedin? B: Dedi olduğu kimi denən mənə burda qorxulası heçnə yoxdu. A: Sən nə dedin? B: Birinci dedim vedrə dağılıb, dedi yox ey mən getdim içəri baxdım, vedrə dağılası şey döyül, tankın yarısı yerdə idi. A: Demədin ki, Etibar deyib hə? B: Hə. A: Bəs özünün özünə yazığın gəlmir dədə? Bə səni göndərirlər buyururlar Sənə dedi ki, nə olar şirkətə pislik olar? B: Nə bilim vallah. A: Deyir şirkətə ziyandı hə elə deməyin? B: Ləkə gətirir də orda. A: Deyir şirkətə ləkə gətirir də orda? B: Hə. A: Bəs demədin mən özüm ölürəm yaman gündəyəm? B: Dedim yanıram ölürəm mən burda canım çıxır. Bu da dedi ki, apar Sabirabada Sabirabadda müayinə eləsinlər apar Bakıya. A: Yəni deyir elə de ki, şirkətə problem yaranmasın hə? B: Hə. A: Yaxşı yaxşı yaxşı. Baxış aparılan ikinci video görüntü (54 saniyə müddətində) Zərərçəkmiş şəxs (bundan sonra A) “bilirsən o tank bizi heç vaxt incitməyib onu da həmişə vurmuşuq də 3 ton-2 ton ” sözləri ilə başlayıb aşağıdakı kimi davam edir. Naməlum şəxs: (bundan sonra B) Sən vururdun? A: Türknən ikimiz. B: Bəs sənin sahən deyil axı o? A: Bilirəm ey mal vurulmuşdu, mala qədər heçzad yox idi hazır idi O fırlamalı idi axı o da bir res fırranmışdı sora mən gözlədim ki, bəlkə düzələ çıxdım yuxarı yemək zad yeməyə nəm onnan bunnan. B: Bildim ey bəs niyə girib öz işin olmayan, kim dedi ki get onu kömək elə ey sənə? A: Nə bilim. B: Ordakılar? A: Hə türkün köməkçisiyəm də. B: Deyir gəl kömək elə hə? A: Yox idi o Bakıdaydı. Telefonla başa salırdı hər şeyi. B: Sənə dedi ki, get söndür elə hə? A: Hə xodda, söndür, nəzarət elə. Baxış aparılan üçüncü video görüntü (01 dəqiqə 20 saniyə müddətində) Naməlum şəxsin (bundan sonra A) “orda kaska verən kimdi ki?” sözləri ilə başlayıb aşağıdakı kimi davam edir. Zərərçəkmiş şəxs: (bundan sonra B) Anbardar. A: Anbardar harada idi? B: Yox idi, heç kim yox idi. A: Bəs anbardar niyə gəlib kaska vermirdi ki sənə? Hara getmişdi? B: İş vaxtı qurtarmışdı. A: O anbardardan təhvil alırsan? Bağlı yerdə olur kaska? B: Bağlı yerdə olur hə. A: Harda olur ki skladda olur? Açıb verməlidi? B: Skladda olur. A: Sənə türk vatsapda yazmışdı ki, get bu işləri gör. B: Hə. A: Birbaşa özünə deyir yoxsa anbardara deyir? B: Vatsapla yazmışdı Sonra zəng eliyib 3-4 dəfə dedi. A: Həmən günü? B: Hə. Ki Nurlan o mator fırlasın malı hazır eləsin. A: Nədiki gübrədi nədi? B: Gübrədi. A: Bəs deyirlər o sənin işin deyil axı sən birbaşa ona baxırsanmış? B: Nə bilim tay mən getdim elə dedilər ki, buna da köməy elə, elə də elə belə də elə. A: Çörəyə xatir getdin. B: Çörəyə xatir getdim. A: Yaxşı qaqa. Obşım sənə anbardar kaska obşım götürə bilmədin də yoxuydu orda? B: Yox. Cinayət işində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu-ekspertiza rəyləri, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi etirafedici ifadəsi, şahid ifadələri, eyni zamanda digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək dəymiş ziyanı tamamilə ödədiyini, ondan şikayət və tələblərin olmamasını, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməli törətməsini, azyaşlı övladı olmaqla onun qarşısında hazırda aliment öhdəliyi daşımasını Azərbaycan Respublikasının CMnin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunanlara əsaslanıb məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, eyni zamanda təyin ediləcək cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hallarının müəyyən edilməməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizası tədqiqatının dəyəri olan 102 ( yüz iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il müddətinə texnoloq qablaşdırıcı vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə məsrəfi, aparılmış xx.xx.2023-cü il tarixli 10/5844 nömrəli əmək təhlükəsizliyinin tədqiqi məhkəmə ekspertiza tədqiqatının dəyəri - 102 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün ekspertiza xərci - 102 manat pulun tutulması hissəsinin icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-77/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-77/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver