Məhkəmə qərarları › İş №1(056)-79/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-79/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-79/2023 03.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Ələkbər Əlisahib oğlu Əliyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İİ qrup əlil, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə, ümumi təmiz çəkisi 0,821 qram olan narkotik vasitə heroini, ümumi təmiz çəkisi 0,123 qram olan psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,66 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin heroini 0,084 qram, 0,087 qram, 0,127 qram, 0,073 qram, 0,089 qram, 0,084 qram, 0,111 qram, 0,124 qram, 0,042 qram olmaqla 9 ədəd kağız bükümdə kibrit qutusu içərisində; metamfetamini 0,039 qram, 0,040 qram, 0,044 qram olmaqla 3 ədəd kağız bükümdə kibrit qutusu içərisində, 0,66 qram çəkidə qurudulmuş marixuananı isə bir ədəd kağız bükümdə qablaşdırıb üzərində daşıyaraq saxlamış, 13 dekabr 2022-ci il tarixdə narkotik vasitə heroinin 0,042 qram çəkidə olan hissəsini bir ədəd kağız bükümdə qablaşdırılmış halda 10 manata Sabirabad şəhəri 20 Yanvar küçəsində tanışı Sabirabad şəhər sakini Şahid4 qanunsuz olaraq satmış, elə həmin gün, yəni 13 dekabr 2022-ci il tarixdə isə o, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri H.Əliyev prospektində saxlanılaraq RPŞ-yə dəvət edilib üzərində şəxsi axtarış aparılan zaman, əynindəki şalvarının sol yan cibindən qeyd olunan narkotik vasitə heroinin 0,779 qram hissəsi - 8 ədəd bükümdə, psixotrop maddə metamfetaminin 0,123 qram hissəsi - 3 ədəd bükümdə olmaqla iki ədəd kibrit qutusunun içərisinə yerləşdirilmiş şəkildə, eləcə də bir ədəd kağız bükümdə - 0,66 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, müalicədən geri qayıdan zaman sərhədi keçəndə tanımadığı İran vətəndaşından bir bükümdə narkotik vasitə almış, həmin narkotik vasitələrin əvəzində o, 24 manat məbləğində pul ödəmişdir. Aşkar olunmuş bütün narkotik vasitələr bir bükümdə olmuşdur. Bundan sonra o, narkotik vasitələri bükümlərə ayıraraq özündə saxlamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixdə Sabirabad şəhəri 20 Ynavar küçəsində olan zaman əvvəllər tanıdığı Şahid4 ona yaxınlaşaraq ağrılarının olmasını və ona narkotik vasitə lazım olmasını bildirmişdir. O, Mirzə ilə münasibətləri yaxşı olduğundan üzərində olan 1 büküm narkotik vasitəni Mirzəyə vermişdir. O, narkotik vasitəni Mirzəyə satmamışdır. Lakin Mirzə ilə pul danışmadıqları halda, Mirzə üzərində olan 2 ədəd 5 manatlıq əskinasları, cəmi 10 manat pulu ona vermişdir. O, Mirzə ilə ayrıldıqdan bir müddət sonra polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. Sabirabad RPŞ-nin inzibati binasında hal şahidləri və vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilərkən üzərində olan qeyd olunan narkotik vasitə heroinin 0,779 qram hissəsi - 8 ədəd bükümdə, psixotrop maddə metamfetaminin 0,123 qram hissəsi - 3 ədəd bükümdə olmaqla iki ədəd kibrit qutusunun içərisinə yerləşdirilmiş şəkildə, eləcə də bir ədəd kağız bükümdə 0,66 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 2 ədəd 5 manatlıq əskinasları könüllü olaraq təqdim etmişdir. O, özünü Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir, lakin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilir. Hazırda əməlindən peşmandır. Məhkəmədən onu məhz CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Sabirabad RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 dekabr 2022-ci il tarixdə daxil olmuş məlumat əsasında raportla RPŞ-nin rəisinə məruzə edərək Sabirabad rayon sakini Şahid4 üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olduğunu bildirmişdir. Sonra həmin tarixdə tərəfindən Şahid4 ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilərək tədbirin keçirilməsinə icazə verilmişdir. Şahid4 üzərində narkotik vasitə saxlaması əməliyyat marağı doğurduğu üçün rayon ərazisində tədbirdə iştirak edən polis əməkdaşları tərəfindən saxlanılıb Sabirabad rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Şahid4 üzərində şəxsi axtarış aparılan zaman üzərindən bir ədəd bükümdə narkotik vasitə heroinəoxşar kütlə aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Araşdırma zamanı Şahid4 üzərində aşkar edilərək götürülmüş kütləni tanışı Sabirabad rayon sakini Təqsirləndirilən şəxs 2 ədəd 5 manatlıq əskinaslardan ibarət olmaqla 10 manat pul ödəməklə aldığını bildirmiş, ona görə də şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb Sabirabad rayon polis şöbəsinə gətirilmiş, ona müdafiəçi təyin olunduqdan sonra şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman, əynindəki şalvarının sol yan cibindən iki ədəd kibrit qutusu və bir ədəd kağız büküm aşkar edilərək götürülmüşdür. Kibrit qutularının birində 8 ədəd kağız bükümdə narkotik vasitə heroin, digərində 3 ədəd bükümdə psixotrop maddə metamfetamin, bir ədəd kağız bükümdə isə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən iki ədəd beş manatlıq olmaqla, ümumilikdə 10 manat məbləğində pul aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar edilmiş narkotik tərkibli kütlələr qablaşdırılaraq möhürlənmişdir. Sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib olunmuş, prototokol ucadan oxunmuş, o da baxış iştirakçıları kimi protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 göstərdiyinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, ünvan 3 ünvanında yaşayır. 2-3 il olar ki, narkotik maddələrdən istifadə edir. 13 dekabr 2022-ci il tarixdə saat 12:30 radələrində Sabirabad şəhəri 20 Yanvar küçəsində olan zaman, bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirmişlər və onu Sabirabad rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində polis əməkdaşları ondan üzərində dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet olmasını, olacağı halda isə könüllü olaraq təqdim etməsini bildirmişlər. O da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra o, şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi təyin edilmişdir. Daha sonra videoçəkiliş vasitəsi ilə müdafiəçi Qədir Qədirovun iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki gökcənin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş narkotik vasitə kağız zərfdə qablaşdırılmış müdafiəçi, polis əməkdaşları və özü kağız zərfin üzərində, eləcə də narkotikin aşkar edilməsi ilə bağlı tərtib edilmiş protokolda imza etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş kütləni istifadə etmək üçün saxladığını, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə tanışı Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Belə ki, o, bir bükümdə olan narkotik vasitə heroini Sabirabad şəhəri 20 Yanvar küçəsində 2 ədəd beş manatlıq olmaqla 10 manata Təqsirləndirilən şəxs almışdır. Təqsirləndirilən şəxs çox vaxtı narkotik vasitələri üzərində saxladığını bildiyindən Elçini 20 Yanvar küçəsində görən zaman ona narkotik vasitə lazım olduğunu demiş, Elçin də üzərində olan narkotik vasitələrdən bir büküm heroini ona vermiş, o da bunun müqabilində Elçinə 10 manat pul vermişdir. Bundan əlavə o, aralarında əvvəlcədən Elçinlə pul sövdələşməsi olmadığını və o, Elçin narkotik vasitə olan heroini ona verdikdən sonra Elçinə cəmi 10 manat pulu verdiyini bildirmişdir. İş üzrə təyin edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2022-ci il tarixli 18/1313 №-li rəyindən görünür ki, “...Şahid4 üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2022-ci il tarixli 18/13xx-xx/1315 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...psixotrop...sözləri yazılmış və imzalar olan kağız paketdəki: - 1 ədəd kibrit qutusunun içərisində 8 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,084 qram, 0,087 qram, 0,127 qram, 0,073 qram, 0,089 qram, 0,084 qram, 0,111 qram, 0,124 qram, ümumi çəkisi 0,779 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - digər bir ədəd kibrit qutusunun içərisində 3 ədəd falqa kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,040 qram, 0,044 qram, ümumi çəkisi 0,123 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - 2. Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən...qurudulmuş...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd kağız bükümdə tmiz çəkisi 0,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş maixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 8 bükümdə olan heroinlərlə Şahid4 üzərindən götürülmüş 1 bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 03 mart 2023-cü il tarixli 1227 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 0,821 qram olan narkotik vasitə heroini, ümumi təmiz çəkisi 0,123 qram olan psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,66 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin heroini - 0,084 qram, 0,087 qram, 0,127 qram, 0,073 qram, 0,089 qram, 0,084 qram, 0,111 qram, 0,124 qram, 0,042 qram olmaqla 9 ədəd kağız bükümdə kibrit qutusu içərisində, metamfetamini - 0,039 qram, 0,040 qram, 0,044 qram olmaqla 3 ədəd kağız bükümdə kibrit qutusu içərisində, 0,66 qram çəkidə qurudulmuş marixuananı əldə etməsi, bir ədəd kağız bükümdə qablaşdırıb saxlaması, həmçinin, həm ibtidai istintaq orqanında, həm də məhkəmə iclasında Şahid4 ifadələri ilə onun narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədilə əldə etməsini, saxlamasını və satmasını bir daha təsdiq edir. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Şahid4 üzərində aşkar edilmiş narkotik vasitələrdən başqa bir bükümdə narkotik vasitə heroini 2 ədəd beş manatlıq əskinaslardan ibarət olmaqla 10 manat pul almaqla satdığını etiraf etsə də, məhkəmədə özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olmaması və özünün istifadə etmək məqsədi ilə xırda bükümlərə bölərək saxlamasıvə Şahid4 narkotik vasitə satmaması barədə göstərdiyi xüsusatlara hüquqi qiymət verərək hesab edir ki, onun bu ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 25-ci bəndində qeyd edilir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsə ibtidai istintaq prosesində hər hansı fiziki və psixi zor tətbiq edilməsi hallarının olması müəyyən edilməmişdir. Onun öz ifadəsindən, şahid ifadələrindən və digər iş materiallarından müəyyən olur ki, o, ibtidai istintaq zamanı tam sərbəst şəkildə müdfiəçisinin iştirakı ilə Şahid4 10 manat pul müqabilində narkotik vasitə heroin satmasını etiraf etmişdir. Sonradan isə həmin ifadəsinin düzgün olmamasını məhkəməyədək icraat zamanı mübahisələndirməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və narkotik vasitə satma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,, cəzanın yüngülləşdirən və ağırlaşdıran hallarının olmamasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 13-15 dekabr 2022-ci il tarixlərdə şübhəli şəxs qismində 02 gün həbsdə saxlanılmışdır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək müddətdə şübhəli şəxs qismində tutulduğu 02 gün saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılmalı və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı, həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın çəkilməsi müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilərək, məhkəmə iclası zalından həbsə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 131,46 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, Şahid4 üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmuş tədqiqatdan sonra çəkisi 0,022 qram qalmış narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı çəkisi 0,619 qram qalmış narkotik vasitə heroin, 0,063 qram qalmış psixotrop maddə metamfetamin və 0,64 qram qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş materiallarında olan təqsirləndirilən şəxs Elçin Abışovun üzərində şəxsi axtarış aparılan zaman aşkar edilmiş 2 ədəd 5 manatlıq olmaqla, cəmi 10 AZN məbləğində pul vəsaiti cinayət yolu ilə əldə edildiyindən hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13-15 dekabr 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir həbs günü bir gün azadlıqdan məhrumetə cəzasına bərabər hesablanmaqla, ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 131.46 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan Şahid4 üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmuş tədqiqatdan sonra çəkisi 0,022 qram qalmış narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı çəkisi 0,619 qram qalmış narkotik vasitə heroin, 0,063 qram qalmış psixotrop maddə metamfetamin və 0,64 qram qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş materiallarında olan təqsirləndirilən şəxs Elçin Abışovun üzərində şəxsi axtarış aparılan zaman aşkar edilmiş 2 ədəd 5 manatlıq olmaqla, cəmi 10 AZN məbləğində pul vəsaiti cinayət yolu ilə əldə edildiyindən hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilslin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar