Məhkəmə qərarları › İş №1(056)-79/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-79/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-79/2024 01.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Sabirabad rayon məhkəməsinin binasında xx xxxx 1949-cu ildə Azərbaycan Respublikası Cəlilabad rayonu Fərzilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, İİ qrup əlildir, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.2.2, 320.1, 320.2-ci maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sabirabad şəhəri Azərbaycan prospekti ev 23, mənzil 2-də qeydiyyatda olmaqla, ünvan 1-də yaşayan, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(056)-76/2023 saylı qərarı əsasında xx.xx.2023-cü il tarixdən hal-hazıradək qətimkan tədbiri qismində həbsdə və ev dustaqlığında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrilə məhkəməyə verilmişdir ona görə ki, Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu xəstəliyi ilə əlaqədar təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib aldadaraq, 2017-ci ilin yaz aylarında Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Gülbağı” kafesində 400 manat məbləğində, bundan təxminən bir ay sonra Sabirabad şəhərində “Qlobus ”adlanan yerdə 200 manat mələğində, bundan sonrakı bir il ərzində isə ayrı-ayrı vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla Sabirabad şəhərində 3650 manat məbləğində, ümumilikdə isə 4250 manat məbləğində pulunu, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu, asma-bronxit xəstəliyi ilə əlaqədar təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib aldadaraq 2018-ci ilin yay aylarından başlayaraq atası X1 məxsus “Kapital bank”hesab kartından istifadə etməklə bank hesabından hər ay müxtəlif mələğlərdə olmaqla ümumilikdə 2000 manat məbləğində, 2021-ci ilin dekabr ayına qədər olan müddət ərzində isə Sabirabad şəhərində, hər dəfə 500, 600 manat olmaqla, sonunc dəfə isə 2021-ci ilin dekabr ayında Sabirabad şəhərində H. Əliyev prospektində 600 manat olmaqla, xeyli miqdarda, yəni 6500 manat məbləğində pulunu, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Sabirabad rayonu Əsədli kənd sakini Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu Birinci Qarabağ döyüşlərində iştirak etməsinə görə müharibə veteranı təqaüdü düzəltdirəcəyinə dair yalan vədlər verib aldatmaqla 2018-ci ilin iyul ayında Suqovuşan kəndində 1000 manat məbləğində, həmin il Sabirabad rayonu ərazisində hər ay 250 manat olmaqla 10 ay müddətində, ümumlinkdə 2500 manat məbləğində, 2019-cu ildə Sabirabad rayon mərkəzi bazarında 1000 manat məbləğində, həmin ildə Sabirabad mərkəzi poçtunun qarşısında 1000 manat məbləğində, bundan bir ay sonra 250 manat məbləğində, 2019-cu ilin mart ayında 1500 manat məbləğində, bundan bir ay sonra Sabirabad mərkəzi xəstəxanasında 500 manat məbləğində, 2021-ci ilin mart ayında 600 manat məbləğində olmaqla, ümumilikdə isə xeyli miqdarda, yəni 8350 manat məbləğində pulunu, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, Sabirabad rayonu Narlıq kənd sakini Zərərçəkmiş şəxs7 etibarından sui istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu, oğlu X2 xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin bərpa olunmasına dair yalan vədlər verib aldadaraq 2018-ci ilin oktyabr ayında Sabirabad rayonu Narlıq kəndində 1000 manat, bundan bir neçə gün sonra Sabirabad rayonu mərkəzi xəstəxanasında 500 manat olmaqla, ümumilikdə 1500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Sabirabad rayonu Moranlı kənd sakini Zərərçəkmiş şəxs9 etibarın sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncuya Birinci Qarabağ döyüşlərində iştirak etməsinə görə əlillik dərəcəsinin təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq 2018-ci ilin dekabr ayından Sabirabad rayon mərkəzi xəstəxanasında 1500 manat məbləğində, bundan bir neçə gün sonra həmin xəstəxanada işləyən tanışı X3 vasitəsi ilə 1500 manat məbləğində, 2019-cu ilin yanvar ayında Sabirabad rayon mərkəzi xəstəxanasında 800 manat məbləğində, bundan bir neçə gün sonra yenə həmin xəstəxanada 700 manat məbləğində, bir neçə gün sonra yenə də həmin xəstəxanada 400 manat məbləgində olmaqla nəğd pulunu və 2018-2019-cu illərdə yay aylarında 250 manat dəyərində qarpız məhsulunu əldə etməklə, ümumilikdə xeyli miqdarda, yəni 5150 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, Sabirabad rayonu Narlıq kənd sakini Zərərçəkmiş şəxs4 Yağubəli oğlunun etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu, xəstəliyi ilə əlaqədar təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib aldadaraq, 2019-cu ilin fevral ayında Sabirabad rayon mərkəzi xəstəxanasında 2000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunun xəstəliyi ilə əlaqədar təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib aldadaraq, 2019-cu ilin aprel ayında Sabirabad şəhərində 1000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, Sabirabad rayonu Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu, xəstəliyi ilə əlaqədar təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib aldadaraq 2019-cu ilin avqust ayından sentyabr ayınadək olan müddət ərzində Sabirabad rayonu Şəhriyar kəndində əvvəlcə 600 manat, daha sonra hər dəfə 500 manat olmaqla 1000 manat məbəğində, ümumilikdə isə 1600 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, Bakı şəhəri Qaradağ rayon sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu, qaynatası Zərərçəkmiş şəxs6 Birinci Qarabağ döyüşlərində iştirak etməsinə görə müharibə veteranı təqaüdü düzəltdirəcəyinə dair yalan vədlər verib aldadaraq 23 sentyabr 2019-cu ilin Sabirabad rayonu Qarağac kəndində 1300 manat məbləğində, həmin ilin oktyabr ayında Sabirabad rayon mərkəzi xəstəxanasının qarşısında 1000 manat məbləgində, sonrakı günlərdə isə Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən Bayraq Muzeyinin qarşısında 1000 manat məbləğində olmaqla, ümumilikdə 3300 manat məbləğində pulunu, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, Sabirabad rayonu Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu, xəstəliyi ilə əlaqədar təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib aldadaraq 2019-cu ilin oktyabr ayında Sabirabad rayonu Şəhriyar kəndində 1000 manat məbləğində, bundan sonrakı günlərdə 2020-ci ilin yanvar ayınadək olan müddət ərzində, ayr-ayrı tarixlərdə Sabirabad rayon mərkəzi xəstəxanasında 400 manat, 500 manat, 600 manat və 500 manat olmaqla, ümumilikdə 3000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, Sabirabad rayonu Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunun Birinci Qarabağ döyüşlərində iştirak etməsinə görə müharibə veteranı təqaüdünün düzəltdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2020-ci ilin iyul ayında Sabirabad şəhəri Muğan prospektində 1000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Sabirabad rayonu Məmişlər kənd sakini Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə, sonuncunun xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin bərpa olunmasına dair yalan vədlər verib aldadaraq, 2021-ci ilin may ayından Sabirabad şəhəri Muğan prospektində 1100 manat və 100 manat olmaqla 1200 manat məbləğində, 2022-ci ilin yanvar ayında yenə də Sabirabad şəhəri Muğan prospektində 100 manat məbləğində olmaqla, ümumilikdə 1400 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin 1976-ci ildən 1997-ci ilə kimi Sabirabad rayon mərkəzi xəstəxanasında mülki müdafiə qərargahının rəisi vəzifəsində işləmişdir. Bundan əlavə isə təxminən 2018-ci ilin 5-6 ayı ərzində Sabirabad rayon mərkəzi xəstəxanasında mühafizəçi işləmişdir. İşlədiyi həmin ərəfələrdə xəstəxanaya gələn bəzi vətəndaşlarla tanış olub, pensiya alınmasında və veteranlıq sənədlərinin düzəldilməsində köməklik edə biləcəyini demiş, həmin şəxslərdən müxtəlif vaxtlarda pul vəsaitləri almışdır. Lakin sonradan həmin şəxslərə köməklik edə bilmədiyi üçün sonradan həmin şəxslər onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Zərərçəkmiş şəxs4 Yağubəli oğlunun müraciəti ilə əlaqədar qeyd etmişdir ki, Zərərçəkmiş şəxs4 xəstəxanaya gəlib xahiş etmişdir ki, əlillik dərəcəsi almaq üçün köməklik edilsin. O da Yalçına bildirmişdir ki, buna görə xəstəxanada müayini və müalicə olunmalı, daha sonra xəstəxanada stasionar qaydada müalicə alıb bületeyin açdırmaq lazımdır. Üstəlikdə Yalçına demişdir ki, Bakı şəhərində xəstəxanada müalicə almasa veteranlıq verilməyəcəkdir. Bundan əlavə, Yalçının anası Fatma ona demişdir ki, pulu Yalçına versə lazımsız yerlərə xərcləyə bilər, buna görə də ona 800 manat pul verib demişdir ki, oğlu Yalçını xəstəxanaya aparsın. Sonra 800 manat pulu Fatmadan alıb Yalçını Bakı şəhərində yerləşəb dəri-zöhrəvi xəstəxanasına aparmışdır. Hətda buna görə Zərərçəkmiş şəxs4 yanında 1 ay dəri-zöhrəvi xəstəxanasında müalicə və dərmanları üçün 400 manat pul xərcləmişdir. Bundan sonra dəqiq olaraq həkimin adı yadımda qalmasa da, Sabirabad rayon poliknikasında ambulator müalicə üçün 100 manat da pul vermişdir. Bundan sonra bir dəfə Axıska kənd xəstəxanasında müalicə olunması barədə bületeyin açdırmışdır. Sonradan pandemiya xəstəliyi başlayandan sonra bütün əlillik dərəcələrinin verilməsi işləri dayandırılmışdır. Bir müddət sonra isə Zərərçəkmiş şəxs4 ondan pulunu geri istəməyə başlamışdır. O da həmin pulu xərclədiyi üçün qaytara bilməmişdir. Zərərçəkmiş şəxs4 özündən deyil, anası Fatmadan 800 manat pulu Zərərçəkmiş şəxs4 xəstəxanalarda müayinə və müalicəsinə, eyni zamanda bületeyin açdırmaq üçün pul almışdır. Həmin puldan bir qismini yol haqqı olaraq özünə götürmüş, digər hissəsini isə xəstəxanalarda bületeyin açdırmaq üçün xərcləmişdir. Xəstəxanada və poliknikada bületeyin açdıran zaman hansı həkimlərə nə qədər pul verdiyimi xatırlamadığını, lakin aldığı pulun çox hissəsi bületen açılmasına xərcləndiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs8 müraciəti ilə əlaqədar qeyd etmişdir ki, Zərərçəkmiş şəxs8 ərizəsində qeyd etdiyi kimi 1000 manat yox, 600 manat pulu özündən almışdır. Həmin pulu almaqda məqsədi Vahidə qolunda olan xəstəliklə bağlı əlillik dərəcəsinin alınması üçün sənədləri düzəltmək olmuşdur. Lakin sonradan həmin sənədləri düzəltdirə bilməmişdir. Buna görə də həmin puldan 200 manatını Vahidin qardaşı Əmiraslana vermişdir ki, qardaşı Vahidə qaytarsın. Bundan əlavə Vahiddən aldığı 400 manat pulu isə Sabirabad rayon poliknikasının qarşısında tanışı Mirqalıbə vermişdir. Mirqalıb də onun yanında 400 manat pulu Vahidə qaytarmışdır. Hal-hazırda Vahidə pul borcunun qalmadığını, Vahidin təkrarən onun barəsində ərizə verərək şikayətinin olmadığını qeyd etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Vahid düzgün ifadə verməmiş, Vahid həmin pulu ona evlərinə deyil, xəstəxanada vermişdir. Pulun qədəri isə 1000 manat deyil, 600 manat olmuşdur. Həmin pulu da Vahidin özünə qaytarmışdır. Zərərçəkmiş şəxs3 müraciəti ilə əlaqədar qeyd etmişdir ki, Azərin dedikləri tamamilə yalandır. Belə ki, Sabirabad rayon mərkəzi xəstəxanasında mühafizəçi işləyən zaman Zərərçəkmiş şəxs3 xəstəxanaya gəlmiş və özünü jurnalist kimi təqdim edərək xəstəxana barədə məqalə yazacağını bildirmişdir. Bu səbəbdən Azər bir neçə dəfə xəstəxanaya gəlib-getdiyi üçün münasibəti yaranmışdır. Bir müddət sonra Azər sonradan adını bildiyi qaynatası Zərərçəkmiş şəxs6lə birlikdə xəstəxanaya gəlmişdir. Azər ona yaxınlaşaraq poliknikanın harada olmasını soruşmuş, o da poliknikanın yerini demişdir. Təxminən 1 ay sonra xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 xəstəxanya gəlib, əvvəlki baş həkim Yusif Quliyevin yanında olduğunu və arvadının xalası öldüyünə görə borc pul istəmişd, Yusif həkim də Azəri onun yanına göndərmişdir. O da Azərə inanmamış və bu barədə Yusif həkimdən soruşduqda Yusif demişdir ki, Azərin işinə köməklik etsin. O da 1600 manat pul tapıb Azərə vermiş və Azərdən xahiş etmişdir ki, pulun alınması ilə bağlı qeyd etsin, şəxsiyyət vəsiqəsinin surətini də əlavə etsin. O da həmin sənədi özündə saxlamışdır. Təxminən 1-2 ay sonra Azərlə əlaqəd saxlaya bilməmiş və qaynatası Vidadinin Minbaşı kəndində yerləşən evinə getmişdir. Vidadidan xahiş etmişdir ki, yeznəsi Azərlə danışsın və ona olan borcunu qaytarsın. Vidadi də onun dediklərini Azərə deyəcəyini söyləmişdir. İkinci dəfə Vidadinin evinə getdikdə demişlər ki, birdə həyətinə gəlib kimisə narahat etməsin. Hətda Vidadi ona demişdir ki, Azər onu da aldadıb pensiya düzəltdirmək adı ilə 3300 manat pul almışdır. Azərin onun pulunu vermədiyini bildikdən sonra ilk əvvəl polis şöbəsinə müraciət etmiş, daha sonra Zəngilan rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsinə əsasən 1600 manat pulun Zərərçəkmiş şəxs3 tutularaq ödənilməlidir. Sonradan da Zərərçəkmiş şəxs3 və arvadı Şahid2 onun barəsində qərəzli şəkildə şikayət etmişlər ki, guya həmin şəxslərin 3300 manat pulunu ələ keçirmişdir. Həqiqətdə isə belə bir hadisə baş verməmişdir. Eyni zamanda qeyd etmişdir ki, Zərərçəkmiş şəxs3 ifadəsində düzgün məlumat verməmiş, pensiya düzəltmək adı ilə Şorsulu psixiatriya xəstəxanasının və Maştağa psixiatariya xəstəxanasının sənədlərini vermədiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs9 müraciəti ilə əlaqədar qeyd etmşdir ki, həmih şəxsdən pul istəməmiş, Azərbaycan Respublikası Prezident Administrasiyasından göndərildiyini deməmiş, əlillik təyin edilməsinə söz verməmiş, Məmmədağaya pul aparıb verməsini, Məmmədağanın seyfə pul atmasını deməmişdir. Yalnız taksi sürücüsü kimi Balasəri Bakı şəhərinə xəstəxanalara aparmışdır. Bakı şəhərində yerləşən 5 saylı xəstəxanada Balasər ondan 50 manat borc istəmişdir. O da Balasərə 50 manat pulu borc vermişdir ki, Sabirabad rayonunda geri qaytarsın. Lakin həmin pulu Balasər qaytarmamışdır. Təxminən 10-15 gün əvvəl Sabirabad rayon mərkəzi xəstəxanasının həyətində Balasər bildirmişdir ki, əlillik təyin edilməsi ilə bağlı aldatmışlar, bütün işlər qurmadır, yalandan Bakı şəhərinə xəstəxanalara göndəriblər. Bundan sonra Balasər onun da həmin oyunun içərisində olduğunu qəsdən onunla birlikdə Bakı şəhərinə göndərdiklərini deyib indiyədək zəhmət haqqı olaraq verdiyi pulları tələb etmişdir. O da Balasərə bildirmişdir ki, zəhmət çəkib Bakı şəhərinə dəfələrlə aparıb zəhmət haqqını almışdır. Balasər əlillik təyin edilməsi ilə bağlı çəkdiyi yol və digər xərclərini ondan alacağını dediyinə görə mübahisə etmişlər. Bundan sonra Balasəri göməmişdir. Balasər ona heç vaxt qarpız və yemiş alıb verməmişdir. Zərərçəkmiş şəxs9 ona əlillik təyin edilmədiyi üçün çəkdiyi xərcləri kimdənsə çıxarmaq istəyir. Balasərin deməsinə görə Sabirabad rayon mərkəzi xəstəxanasının baş həkiminə müraciət etmiş, baş həkim Məmmədağa Məmmədovu çağırıb Balasərin veteran olduğuna görə işinə köməklik göstəməsini tapşırmışdır. Balasər və Məmmədağa arasında başqa nə məsələ olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs7 müraciəti ilə əlaqədar qeyd etmişdir ki, həmin şəxsi tanıyır, xəstəxanada tanış olmuşdur. Belə ki, Səxavət oğlu Şükranın pensiyasını bərpa etdirmək üçün ona müraciət etmişdir. O da Saxavətə köməklik edəcəyini demişdir. Buna görə də Saxavətdən 1000 manat pul almışdır. Həmin pulu isə sənədlərin hazırlanmasına xərcləmişdir. Sonradan toplanmış sənədlər həkim-komisiyasından keçmədiyi üçün almış olduğu puldan 700 manatını qaytarmışdır. Saxavətin dediyi kimi, 1500 manat deyil, 1000 manat pul almışdır. Sonradan isə Saxavətə olan borcunu ödəmişdir. Zərərçəkmiş şəxs5 müraciəti ilə əlaqədar qeyd etmişdir ki, həmin şəxsə yalan ifadə vermişdir. Mehtini Bakı şəhərində yerləşən xəstəxanaya və hərbi həkim komisiyasına aparan zaman taksi kimi zəhmət haqqı almışdır. Bundan əlavə Mehti ona sənədlərin düzəlməsi üçün pul verməmişdir. Mehtiyə deməmişdir ki, Əlişirin həkimə pul versin. Əlavə olaraq qeyd etmişdir ki, Mehti ona işlərində taksi kimi köməklik etdiyi üçün 200 manat pul vermişdir. Bir dəfə də nar və qarpız payı vermişdir. Özü isə ona istiqamət vermişdir ki, xəstənalarda stasionar qaydada yatmaq lazımdır. Lakin Mehtinin hansı xəstəxanada müalicə alması barədə məlumat olmamışdır. Zərərçəkmiş şəxs2 müraciəti ilə əlaqədar qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 4-5 il bundan tanımışdır. Zərərçəkmiş şəxs2 Sabirabad şəhər mərkəzi bazarında saat alveri ilə məşğul olmuşdur. Tanışlıqları isə mağazadan yaranmışdır. Həmin ərəfələrdə Seyidrzadan müxtəlif saat və digər bəzək əşyaları almışdır. Dəqiq tarix yadında qalmasa da, təxminən 2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 Sabirabad rayon mərkəzi xəstəxanasında onunla görüşən zaman bronxial-asma xəstəsi olduğuna və pensiya çıxması üçün köməklik olunmasını xahiş etmişdir. O da Seyidrzaya köməklik etmək üçün hal-hazırda rəhmətə getmiş təcili-tibbi yardımın baş həkimi Yavər doktorun yanına göndərmişdir. Bildiyi qədər sonradan Seyidrzaya göndəriş verilmişdir ki, Bakı şəhərində yerləşən ağciyər xəstəlikləri xəstəxanasına getsin. Həmin ərəfələrdə Seyidrza dəfələrlə onun yanına gələrək köməklik olunmasını xahiş etmişdir. O da Seyidrzaya kömək olaraq hər dəfə həkimlərin yanına getməsini və təkrar müalicə alıb sənədlərini həkimməsləhət komissiyasına getməsini, sənədlərini isə sonra tibbi-sosial ekspertiza mərkəzinə göndərməsini tapşırmışdır. Bundan başqa onun Seyidrza ilə başqa münasibəti olmamışdır. O əlavə olaraq bildirmişdir ki, Seyidrzadan ümumiyyətlə pul almamışdır. Sadəcə olaraq məsləhət vermişdir ki, hansı həkimlərin yanına getsin. Bundan əlavə hər dəfəsində Seyidrza ona demişdir ki, getdiyin həkimə 400 manat və ya 500 manat pul vermişdir. Seyidrza ona deyil, həkimlərə pul vermişdir. Qeyd etmişdir ki, 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs2 nəvəsinə bayram hədiyyəsi olaraq 1600 manata saat almışdır. Sonradan həmin saatı tanışlarına göstərmiş və ona demişlər ki, saatın qiyməti 1600 manat ola bilməz. Saatı Seyidrzaya qaytarmaq istəsə də, Seyidrza saatı qaytarmaq istəməmişdir. Seyidrzaya demişdir ki, əgər pulunu qaytarmasa şikayət edəcəkdir. Seyidrza isə ona demişdir ki, əgər şikayət etsə, qarşılıqlı olaraq ondam şikayət edəcək ki, 6500 manat pul almışdır. Buna görə Seyidrza onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs13 müraciəti ilə əlaqədar qeyd etmişdir ki, Zərərçəkmiş şəxs13la təxminən 2019-cu ildə rayon mərkəzi xəstəxanasında tanış olmuşdur. Həmin vaxt xəstəxanada mühafizə xidmətində çalışmışdır. 2019-cu ildə dəqiq tarix xatırlamasa da, Elçin Sabirabad rayon mərkəzi xəstəxanasına gəlmiş, böyrək və ürək xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi almaq istədiyini bildirmiş və ona köməklik etməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs13 həmin tarixdən etibarən müxtəlif xəstəxanalara göndərişlər almağına köməklik etmişdir. Bunun qarşılığında Zərərçəkmiş şəxs13 ona 250 manat pul vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs13la başqa münasibəti olmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs10 müraciəti ilə əlaqədar qeyd etmişdir ki, Zərərçəkmiş şəxs10 tanışı Mirtağının vasitəsi ilə tanımışdır. Fəqani ilə görüşüb söhbət edən zaman ona demişdir ki, 2-ci qrup əllil olmuş və sonrandan təqaüdü kəsildiyinə görə bərpa olunmasını xahiş etmişdir. O, Fəqaniyə həmin tarixdən etibarən müxtəlif xəstəxanalara göndərişlər almağına köməklik etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs10la aralarında başqa pul söhbəti olmamışdır. Ola bilsin ki, Fəqani ona sənədlərin hazırlanmasında, toplanmasında 50-100 manat hörmət etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs10 ona pul verməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs12 ərizəsi ilə əlaqədar qeyd etmişdir ki, Zərərçəkmiş şəxs12 arvadı Şəhriyar kəndində tibbi məntəqəsinin müdiri vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs12la arvadının vasitəsi ilə tanış olmuşdur. 2019-cu ildə İlqar onun yanına gələrək, sənədlərini göstərmiş və hərbi xidmətdə olduğu vaxt sarsıntı keçirdiyini, buna görə də əsəb xəstəsi olduğunu demişdir. O da İlqara həmin sahə üzrə həkimə müraciət etməsini bildirmiş və İlqarı rəhmətlik həkim Mirzəyev Ağazahid adlı həkimin yanına göndərmişdir. İlqar sonra yanına gələrək, həkimə tapşırmağını bildirmişdir. O da İlqarla birlikdə Ağazahidin yanına getmiş və İlqara köməklik etməsini xahiş etmişdir. Ağazahid də ona sənədlərin toplanmasının lazım olduğunu demişdir. O da həkimə bir daha İlqara köməklik göstərməsini demiş və otağı tərk etmişdir. Dəqiq yadın da qalmasa da, bir müddət sonra İlqar onun yanına gələrək Ağazahidin ondan 1200 manat pul istədiyini demişdir. O da İlqara özün bilərsən demişdir. Sonradan İlqar demişdir ki, Ağazahid həkimə 1200 manat vermişdir. Sonra Ağazahidin yanına gedərək, İlqarın pul verib-vermədiyini soruşmuşdur. Ağazahid də İlqarın pul verdiyini, sənədlərini toplayıb tibbi komissiyaya göndərəcəyini demişdir. Sonradan eşitmişdir ki, Ağazahid də iki dəfə İlqarın sənədlərini komissiyaya göndərsə də İlqara imtina cavabı gəlmişdir. Bundan sonra İlqar Ağazahidi onun vasitəsi ilə tanıdığını buna görə də Ağazahidə verdiyi pulu onun qaytarmasını bildirmişdir. O da İlqara demişdir ki, pulu almadığı halda, nə səbəbə pul qaytarmalıdır, pulu kimə vermişsə həmin şəxsdən də pulunu geri istəsin, qaytarılası pulu yoxdur. Sonradan isə İlqarla başqa münasibəti olmamışdır. Zərərçəkmiş şəxs11 ərizəsi ilə əlaqədar qeyd etmişdir ki, Zərərçəkmiş şəxs11 tanıyır, ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs11 ona birinci Qarabağ müharibəsində iştirak etdiyini və veteranlıq status alaraq təqaüd almaq istədiyini və köməklik olunmasını xahiş etmişdir. Dəqiq tarix yadında qalmasa da, Zərərçəkmiş şəxs11lə Sabirabad şəhəri “Qlobus” deyilən dairəvi yolda görüşmüşdür. Rəşidin təqdim etdiyi sənədlərə baxdıqdan sonra veteranlıqla bağlı təqaüd düzəltməyin mümkün olmadığını demişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs11 pul istəməmiş və pul almamışdır. Əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs10 dedikləri yalandır. Fəqanidən əlilliyin bərpa olunması üçün pul istəməmişəm, Fəqani ona 1400 manat pul verməmişdir. Zərərçəkmiş şəxs13 dediklərinin yalan olmasını, xəstəliklə əlaqədar təqaüd düzəldilməsi adı ilə 3000 manat pul almadığını, dəqiq olaraq Zərərçəkmiş şəxs13la 2019-cu ildə Sabirabad rayonu Şəhriyar kəndində yol kənarında görüşdüyünü, Elçinin ona işlərinə köməklik etmək üçün 250 manat pul verdiyini qeyd etmişdir. O da Elçinə istiqamət vermişdir ki, hansı həkimin yanına getmək lazımdı və hansı sənədləri toplamaq lazımdı. Bundan əlavə Zərərçəkmiş şəxs13 ona pul verməmiş, Zərərçəkmiş şəxs13 ona 250 manat pul verərkən tanışı Zərərçəkmiş şəxs12 yanlarında olmuşdur. Hazırda əməlindən səmimi peşman olmasını, yaşadığı ərazi üzrə şəxsiyyətinin müsbət xarakterizə edilməsini, yaşlı olmasını və məhkəmə tərəfindən vaxt verilərsə digər zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəyəcəyini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, adları göstərilən zərərçəkmiş şəxslərdən, yalnız Zərərçəkmiş şəxs4 Yağubəli oğlu, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 əlilliklə bağlı sənədlərinin hazırlanması üçün müxtəlif məbləğlərdə pul vəsaitlərini alsa da, digər zərərçəkmiş şəxslərdən hər hansı məbləğdə pul almamış, yalnız onlardan işlərinin həll edilməsi üçün yol pulu, xidmət haqqı kimi pul götürmüşdür. İstinaq zamanı Təqsirləndirilən şəxs qeyd etdiyi həmin hallar təsdiq edilməmiş, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs5 və qeyriləri ilə onun arasında aparılmış üzləşdirmə istintaq hərəkətlərinin protokolları, digər şahid ifadələri, eləcə də digər iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 5150 manat məbləğində, Zərərçəkmiş şəxs1 4250 manat məbləğində, Zərərçəkmiş şəxs3 3300 manat məbləğində, X5 8430 manat məbləğində, Zərərçəkmiş şəxs2 6500 manat məbləğində, Zərərçəkmiş şəxs13 3000 manat məbləğində, Zərərçəkmiş şəxs12 1600 manat məbləğində, Zərərçəkmiş şəxs11 1000 manat məbləğində, Zərərçəkmiş şəxs10 1400 manat məbləğində pul vəsaitlərini əldə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi həmin xüsusat onun özünün müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilməklə məhkəmə tərəfindən möhtəbər sübut növü kimi qəbul edilmir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs, həmçinin, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 2 ünvanında yaşayır. Rəsmi iş yeri yoxdur. Şahid2 həyat yoldaşı, Zərərçəkmiş şəxs6 isə qayınatasıdır. Bildirmişdir ki, qayınatası X8 və Veteranlıq sənədinin düzəldilməsi ilə əlaqədar mütəmadi olaraq yuxarı instansiya orqanlarına müraciət etmişdir. Buna görə də 2019-cu ilin iyul ayında qayınatası Zərərçəkmiş şəxs6 Sabirabad rayon mərkəzi xəstəxanasına dəvət etmişlər. Bundan sonra özü, qayınatası Vidadi və qayınanası Şəfaqət Əliyeva ilə Sabirabad RMX-na getmişlər. Sabirabad RMX-da həmin vaxt baş həkim işləyən Yusif Quliyev qəbul etmişdir. Şikayətlərini dinlədikdən sonra kömək etmək məqsədi ilə onları müavini Ənvər Lümənovun yanına göndərmişdir. Ənvər həkimin xidməti otağına daxil olarkən yanında bir nəfər şəxsin olduğunu görmüşdür. Ənvər həkimə şikayətlərini izah edəndən sonra demişdir ki, Əlilliyin və Veteranlığın düzəldilməsi işinə yanında oturan şəxs məşğuldur. Həmin şəxs də X13 kimi təqdim edərək Müdafiə Nazirliyinin keçmiş polkovniki olduğunu, hal-hazırda xəstəxananın mühafizə xidmətinin rəisi vəzifəsində işlədiyini bildirmişdir. Məlik isə Ənvər həkimin yanında əlilliyin düzəldilməsinin xərci olduğunu və bu işin 3000 manata başa gələcəyini demişdir. O və qayınatası Vidadi Məliklə razılaşıb ayrılmışlar. Həmin ilin sentyabr ayının 23-də Qarağac kəndində Vidadinin evinə Məlik gəlmişdir. Həyat yoldaşı Fatmanın yanında Məlikə 1300 manat pul sayıb vermişdir. Həmin ilin oktyabr ayında Fatma ilə birlikdə Sabirabad RMX-nın həyətində 1000 manat pulu Məlikə vermişdir. Qalan 1000 manatı isə Sabirabad şəhərində yerləşən Bayraq muzeyinin yaxınlığında olan çayxanada Məlikə vermişdir. Məlik Vidadinin işini altı ay ərzində düzəldəcəyini vəd versə də vədinə əməl etməyərək onları aldatmışdır. Bundan başqa Məlik xx.xx.2019-cu il tarixdə onu aldadaraq guya 1600 manat borc pul verdiyini yazdırıb ona imzalatdırmışdır. Həmin vaxt qəbzi yazarkən Məlik bu qəbzi həkimə göstərəcəyini və pul çatanadək həkimi inandıracaq ki, işlər yubanmasın. Bu illər ərzində Məlik müvafiq sənədlər düzəldərək onlara təqdim etmişdir. X13 kimi tanıdan şəxsin xx.xx.2021-ci ildə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində izahat verən zaman bilmişdir ki, ondan 3300 manat pul alan şəxs Sabirabad şəhər sakini Təqsirləndirilən şəxsdur. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona da pensiya düzəltmək adı ilə Maştağa 1 saylı psixiatriya xəstəxanasına təqdim etməyi üçün Salyan rayonu Şorsulu psixiatriya xəstəxanasının və Maştağa psixiatriya xəstəxanasının sənədlərini vermişdir. Həmin sənədləri xx.xx.2021-ci il tarixdə Maştağa psixiatriya xəstəxanasına təqdim edərkən orada ona bu sənədlərin saxta olduğunu bildirmişlər. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs özünə 3300 manat pul vermişdir. Qalan 3370 manat pul isə Təqsirləndirilən şəxs onu get-gələ saldığı üçün özünün yola, notariusa, poçta, xəstəxanaya çəkdiyi xərclər olmuşdur. Eyni zamanda qeyd etmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sənədi ona görə yazmışdır ki, ondan ilkin olaraq 1500 manat pul istəmiş, lakin verməyə pulu olmadığına görə həqiqətən də danışdığı pulu Məlikə verəcəyi barədə həmin sənədi tərtib etmişdir. Təqsirləndirilən şəxs verdiyi 3300 manat pul qayınatası Zərərçəkmiş şəxs6 məxsus olduğunu, Maştağada yerləşən 1 saylı psixiatriya xəstəxanasına təqdim etdiyi sənədlərin surətini təqdim edə bilməyəcəyini, səbəb kimi sənədlərdən biri Salyan rayonu Şorsulu psixiatriya xəstəxanasının təqdim etdiyi sənədin Maştağa psixiatriya xəstəxanasında, Maştağa Psixiatriya xəstəxanasının təqdim etdiyi sənədin isə Zəngilan hərbi komissarlığında olduğunu qeyd etmişdir. Eyni zamanda qeyd etmişdir ki, Sabirabad rayon mərkəzi xəstəxanasında Ənvərdən qayınatasının pensiyasına necə köməklik edə biləcəyini soruşmuş, Ənvər ona əli ilə işarə edərək barmaqları ilə 3 rəqəmini göstərmişdir. O da Ənvərdən 3000 manat olmasını soruşmuş. Ənvər də sözünü təsdiq etmiş və işlərinin həllinin Məlik tərəfindən olunacağını demişdir. Zərərçəkmiş şəxs ifadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində həbslə bağlı cəza verilməsini və mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Sabirabad rayonu Əsədli kəndində ailəsi ilə birlikdə yaşayır. Sabirabad rayon polis şöbəsinə özü müraciət etmişdir. Bununla bağlı qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin iyun ayından tanıyır. Belə ki, birinci Qarabağ döyüşlərində iştirak etsə də, müharibə veteran status almamışdır. Buna görə istəmişdir ki, veteranlıq status alıb, eyni zamanda veteranlıq təqaüdü alsın. Buna görə də, ilk əvvəl rayon mərkəzi poliklinikasında komissiyanın üzvü Əlişirin Əliyevlə görüşmüş və ona məsləhət görmüşdür ki, Təqsirləndirilən şəxs işində ona köməklik edə bilər. O da həmin günün səhərisi tanışı və taksi sürücüsü Füzuli Abbasovla birlikdə gedib Təqsirləndirilən şəxsla Sabirabad rayon mərkəzi xəstəxanasında görüşmüşdür. Təqsirləndirilən şəxs Füzulinin yanında ona demişdir ki, veteranlıq status almaq üçün 3000 manat pul lazımdı, bundan əlavə isə 200 manat da şirinlik kimi pul istəmişdir. O da razılaşmışdır. Təxminən 1 ay sonra Suqovuşan kəndində Təqsirləndirilən şəxsla görüşüb ilk əvvəl 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs isə əvəzində ona saxta veteranlıq vəsiqəsi vermişdir. Sonradan Təqsirləndirilən şəxs demişdir ki, 6 ay xəstəxanada stasionar müalicə götürməli, bundan sonra veteranlıq təqaüdü veriləcəkdir. Buna görə ondan hər ay 250 manat pul alıb xəstəxananın baş həkiminin məsləhətçisi Məmmədağa Məmmədova verəcəyini demişdir. O 6 ay xəstəxanada stasionar qaydada yatmalı olduğu halda, 10 ay ərzində xəstəxanada stasionar qaydada guya ki, müalicə almışdır. Buna görə hər ay 250 manat olmaqla, 10 ay ərzində 2500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa 2019-cu ildə dəqiq tarixdə yadında qalmasa da, Sabirabad mərkəzi bazarında sənədlərin düzəlməsi adı ilə əlavə olaraq 1000 manat da Təqsirləndirilən şəxs ondan almışdır. Təxminən 2-3 ay sonra Təqsirləndirilən şəxs ondan sənədlərini düzəltmək adı ilə əlavə olaraq 1000 manat pulu Sabirabad rayon mərkəzi poçtun qarşısında almışdır. Bundan bir ay sonra sənədləri tərcümə etmək adı ilə 250 manat pulu da mərkəzi poçtun qarşısında almışdır. Təxminən 2019-cu ilin mart ayında isə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonunda yerləşən 1 saylı Nevroloji xəstəxanasında 16 gün stasionar müalicə almaq adı ilə 1500 manat da əlavə pulunu almışdır. Bundan başqa isə təxminən yenə bir ay sonra Təqsirləndirilən şəxs ondan sənədlərin alınması adı ilə əlavə olaraq da 500 manat pulu mərkəzi xəstəxanada almışdır. Bundan əlavə 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ona demişdir ki, sənədləri mərkəzi bazaya köçürtmək üçün Əlişirin Əliyevə 400 manat pul versin. O da 400 manat yox, 180 manat pulu aparıb Əlişirin Əliyevin özünə vermiş və demişdir ki, onu Təqsirləndirilən şəxs göndərmiş, sənədləri bazaya vurmaqda köməklik etsin. Əlişirin Əliyev pulu ondan almış və o da otaqdan çıxmışdır. Bir müddət sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadır, buna görə də pulu geri istədikdə Təqsirləndirilən şəxs aldadıb saxta veteranlıq vəsiqəsini geri almış və yalandan vəd vermişdir ki, işlərini düzəldəcəkdir. Lakin, bir müddət sonra təxminən 2021-ci mart ayında Təqsirləndirilən şəxs əlavə olaraq Qruzma kənd xəstəxanasında 1 aylıq stasionar müalicə almaq üçün 300 manat pul almışdır. Bir müddət sonra Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyində sənədləri təsdiq olunması adı ilə əlavə olaraq da 300 manatda pul almışdır. Ümumilikdə isə Təqsirləndirilən şəxs ondan veteranlıq vəsiqəsi və veteranlıq təqaüdü adı ilə 8430 manat pul almışdır. Təqsirləndirilən şəxs ona verdiyi saxta veteranlıq vəsiqəsini sonuncu ondan aldığı üçün təqdim edə bilməmiş, Əlişirinə sənədlərini bazaya vurmaqda köməklik etməsi üçün 400 manat pul verməsini Məlik bildirmişdir. Həmin tarixi tam xatırlamasa da, təxminən 2020-ci ilin yay ayları olmuş, sonuncuya pulu onun xidməti otağında vermişdir. Orada onunla Əlişirindən başqa heç kim olmamış, sonradan ona 220 manatı da gətirəcəyini bildirsə də, Məlikin onu aldatdığını başa düşdüyü üçün Əlişirinə başqa pul verməmişdir. Sonradan Əlişirindən pulu geri tələb etsə də, Əlişirin verməmiş, pulum yoxdur, sənə sənəd düzəltmişəm deyə cavab vermişdir. Bundan əlavə göstərmişdir ki, sadəcə Müdafiə Nazirliyində xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi və Qaratəpə xəstəxanasında təxminən 2018-ci il tarixdə 15 gün müalicə almış, digər xəstəxanaların heç birində stasionar qaydada müalicə almamışdır. Həkimlərin adlarını bilməsə də, heç bir həkimə hər hansı rüşvət və sair maddi nemət verməmiş, nə olmuşdursa hamısını Məlik etmişdir. Təxminən 2019-cu ilin qış aylarında Məlik onu qardaşının taksisi 5 saylı Şəhər Klinik Xəstəxanasına aparmış, orada analiz versə də, stasionarda yatmamışdır. Məlik əvvəldən ondan 1500 almış, lakin orada kiməsə pul verdiyini görməmişdir. O xəstəxanada Məlik hansısa sabirabadlı bir qadın şöbə müdiri ilə söhbət etmiş, sonradan həmin adını bilmədiyi həkim ona, evdən çölə çıxma, başına iş gələr birdən bilərlər deyə bildirmişdir. Növbəti gün tək evə qayıtmışdır. Müraciətində Məlik, Əlişirin və Məmmədağa Məmmədovun ondan 10 manat pul istəməsini bildirməsi ilə bağlı göstərmişdir ki, ola bilsin ki, müraciətində düzgün qeyd etməmiş, Məlik ondan cəmi 8430 manat pul almışdır. Məlik onu hərbi həkim komissiyasına yox, bir dəfə 5 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Zərərçəkmiş şəxs ifadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində həbslə bağlı qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs, həmçinin, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında valideynləri ilə birlikdə yaşayır. 13 sentyabr 2022-ci il tarixdə Sabirabad rayon prokurorluğuna özü müraciət etmişdir. Bununla bağlı qeyd etmişdir ki, uzun müddətdir ki, asma-bronxit xəstəsi olduğu üçün mütəmadi olaraq Sabirabad rayon mərkəzi xəstəxanasına gedib müalicə almışdır. Bundan əlavə Sabirabad rayon mərkəzi bazarında saat mağazası vardır. Təxminən 2018-ci ilin yay aylarında bazarda olarkən Təqsirləndirilən şəxs mağazaya gəlib özünə məxsus saatı təqdim edərək təmir olunmasını xahiş etmişdir. Onun Məliklə tanışlığı həmin vaxtdan yaranmışdır. Sonradan söhbət zamanı Məlik onun xəstə olduğunu bilib təklif etmişdir ki, 2000 manat qarşılığında xəstəliyi ilə bağlı əlillik dərəcəsi alacaqdır. O da Məliklə razılaşmış və ilkin olaraq 2000 manat pulu vermək üçün atasına məxsus pensiya kartını Məlikə vermişdir. Məlik hər ay kartdan 200 manat pul çıxarmışdır. Lakin, sonrakı vaxtlarda Məlik hər dəfə ondan əlillik dərəcəsinin düzəldilməsi adı ilə əlavə olaraq pullar istəməyə başlamışdır. Həmin vaxtdan isə hər dəfə 500-600 manat olmaqla Təqsirləndirilən şəxs Sabirabad şəhərində pullar vermişdir. Sonuncu dəfə isə 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxsla Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən Pambıq zavodunun qarşısında görüşüb 600 manat pulu vermişdir. Sonradan isə bilmişdir ki, Təqsirləndirilən şəxs ondan başqa bir neçə nəfər şəxsi də aldadıb pullarını ələ keçirmişdir. Buna görə təxminən 1 ildən artıqdır ki, Məlikdən pulunu istəsə də, pulunu qaytarmaqdan imtina etmişdir. Məcbur olub xx.xx.2022-ci il tarixdə Sabirabad rayon prokurorluğuna müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Məlikə ümumilikdə 6500 manat pul vermişdir. Həmin pulu 2018- ci ilin yay aylarından başlayaraq 2021-ci ilin dekabr ayına qədər olan müddət ərzində Sabirabad şəhərində müxtəlif küçələrdə və kafelərdə, eyni zamanda iş yerində vermişdir. Təqsirləndirilən şəxs ondan 6500 manat pulu əlillik dərəcəsinə görə pensiya almaq adı ilə almışdır. Təqsirləndirilən şəxs pul verməyini tanışları Hüseyn və Rüfət görmüşdür. Həmin şəxslərdə gəlib onun dediklərini təsdiq edə biləcəyini qeyd etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, heç bir tibb işçisinə rüşvət və sair maddi nemət verməmiş, heç bir tibb işçisi ondan rüşvət istəməmişdir. Onun üçün tərtib edilmiş forma 88-də qeyd olunmuş tibb müəssisələrində həqiqətən də stasionar müalicədə olmuş, bundan əlavə 2 dəfə də tibbi komissiyada yoxlanışda olmuşdur. Zərərçəkmiş şəxs ifadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində həbslə bağlı cəza verilməsini və mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Sabirabad rayonu Əsədli kəndində ailəsi ilə birlikdə yaşayır. Sabirabad rayon polis şöbəsinə özü müraciət etmişdir. Bununla bağlı qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin iyun ayından tanıyır. Belə ki, birinci Qarabağ döyüşlərində iştirak etsə də, müharibə veteran status almamışdır. Buna görə istəmişdir ki, veteranlıq status alıb, eyni zamanda veteranlıq təqaüdü alsın. Buna görə də, ilk əvvəl rayon mərkəzi poliklinikasında komissiyanın üzvü Əlişirin Əliyevlə görüşmüş və ona məsləhət görmüşdür ki, Təqsirləndirilən şəxs işində ona köməklik edə bilər. O da həmin günün səhərisi tanışı və taksi sürücüsü Füzuli Abbasovla birlikdə gedib Təqsirləndirilən şəxsla Sabirabad rayon mərkəzi xəstəxanasında görüşmüşdür. Təqsirləndirilən şəxs Füzulinin yanında ona demişdir ki, veteranlıq status almaq üçün 3000 manat pul lazımdı, bundan əlavə isə 200 manat da şirinlik kimi pul istəmişdir. O da razılaşmışdır. Təxminən 1 ay sonra Suqovuşan kəndində Təqsirləndirilən şəxsla görüşüb ilk əvvəl 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs isə əvəzində ona saxta veteranlıq vəsiqəsi vermişdir. Sonradan Təqsirləndirilən şəxs demişdir ki, 6 ay xəstəxanada stasionar müalicə götürməli, bundan sonra veteranlıq təqaüdü veriləcəkdir. Buna görə ondan hər ay 250 manat pul alıb xəstəxananın baş həkiminin məsləhətçisi Məmmədağa Məmmədova verəcəyini demişdir. O 6 ay xəstəxanada stasionar qaydada yatmalı olduğu halda, 10 ay ərzində xəstəxanada stasionar qaydada guya ki, müalicə almışdır. Buna görə hər ay 250 manat olmaqla, 10 ay ərzində 2500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa 2019-cu ildə dəqiq tarixdə yadında qalmasa da, Sabirabad mərkəzi bazarında sənədlərin düzəlməsi adı ilə əlavə olaraq 1000 manat da Təqsirləndirilən şəxs ondan almışdır. Təxminən 2-3 ay sonra Təqsirləndirilən şəxs ondan sənədlərini düzəltmək adı ilə əlavə olaraq 1000 manat pulu Sabirabad rayon mərkəzi poçtun qarşısında almışdır. Bundan bir ay sonra sənədləri tərcümə etmək adı ilə 250 manat pulu da mərkəzi poçtun qarşısında almışdır. Təxminən 2019-cu ilin mart ayında isə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonunda yerləşən 1 saylı Nevroloji xəstəxanasında 16 gün stasionar müalicə almaq adı ilə 1500 manat da əlavə pulunu almışdır. Bundan başqa isə təxminən yenə bir ay sonra Təqsirləndirilən şəxs ondan sənədlərin alınması adı ilə əlavə olaraq da 500 manat pulu mərkəzi xəstəxanada almışdır. Bundan əlavə 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ona demişdir ki, sənədləri mərkəzi bazaya köçürtmək üçün Əlişirin Əliyevə 400 manat pul versin. O da 400 manat yox, 180 manat pulu aparıb Əlişirin Əliyevin özünə vermiş və demişdir ki, onu Təqsirləndirilən şəxs göndərmiş, sənədləri bazaya vurmaqda köməklik etsin. Əlişirin Əliyev pulu ondan almış və o da otaqdan çıxmışdır. Bir müddət sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadır, buna görə də pulu geri istədikdə Təqsirləndirilən şəxs aldadıb saxta veteranlıq vəsiqəsini geri almış və yalandan vəd vermişdir ki, işlərini düzəldəcəkdir. Lakin, bir müddət sonra təxminən 2021-ci mart ayında Təqsirləndirilən şəxs əlavə olaraq Qruzma kənd xəstəxanasında 1 aylıq stasionar müalicə almaq üçün 300 manat pul almışdır. Bir müddət sonra Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyində sənədləri təsdiq olunması adı ilə əlavə olaraq da 300 manatda pul almışdır. Ümumilikdə isə Təqsirləndirilən şəxs ondan veteranlıq vəsiqəsi və veteranlıq təqaüdü adı ilə 8430 manat pul almışdır. Təqsirləndirilən şəxs ona verdiyi saxta veteranlıq vəsiqəsini sonuncu ondan aldığı üçün təqdim edə bilməmiş, Əlişirinə sənədlərini bazaya vurmaqda köməklik etməsi üçün 400 manat pul verməsini Məlik bildirmişdir. Həmin tarixi tam xatırlamasa da, təxminən 2020-ci ilin yay ayları olmuş, sonuncuya pulu onun xidməti otağında vermişdir. Orada onunla Əlişirindən başqa heç kim olmamış, sonradan ona 220 manatı da gətirəcəyini bildirsə də, Məlikin onu aldatdığını başa düşdüyü üçün Əlişirinə başqa pul verməmişdir. Sonradan Əlişirindən pulu geri tələb etsə də, Əlişirin verməmiş, pulum yoxdur, sənə sənəd düzəltmişəm deyə cavab vermişdir. Bundan əlavə göstərmişdir ki, sadəcə Müdafiə Nazirliyində xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi və Qaratəpə xəstəxanasında təxminən 2018-ci il tarixdə 15 gün müalicə almış, digər xəstəxanaların heç birində stasionar qaydada müalicə almamışdır. Həkimlərin adlarını bilməsə də, heç bir həkimə hər hansı rüşvət və sair maddi nemət verməmiş, nə olmuşdursa hamısını Məlik etmişdir. Təxminən 2019-cu ilin qış aylarında Məlik onu qardaşının taksisi 5 saylı Şəhər Klinik Xəstəxanasına aparmış, orada analiz versə də, stasionarda yatmamışdır. Məlik əvvəldən ondan 1500 almış, lakin orada kiməsə pul verdiyini görməmişdir. O xəstəxanada Məlik hansısa sabirabadlı bir qadın şöbə müdiri ilə söhbət etmiş, sonradan həmin adını bilmədiyi həkim ona, evdən çölə çıxma, başına iş gələr birdən bilərlər deyə bildirmişdir. Növbəti gün tək evə qayıtmışdır. Müraciətində Məlik, Əlişirin və Məmmədağa Məmmədovun ondan 10 manat pul istəməsini bildirməsi ilə bağlı göstərmişdir ki, ola bilsin ki, müraciətində düzgün qeyd etməmiş, Məlik ondan cəmi 8430 manat pul almışdır. Məlik onu hərbi həkim komissiyasına yox, bir dəfə 5 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Zərərçəkmiş şəxs ifadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində həbslə bağlı qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5 ildən bundan əvvəl tanımış, sonuncunu ilk dəfə Sabirabad RMX-da görmüşdür. Məlik özünü Sabirabad RMX-nin mühafizəsinin rəisi kimi təqdim etmiş, əvvəllər də rayon sakinlərindən Məlikin insanlara pensiya almağa köməklik etdiyini eşitmişdir. Buna görə Məlikdən pensiyaya çıxmağa köməklik etməsini xahiş etmiş ilk görüşləri 2017-ci ilin yaz aylarında Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Gül bağı” kafedə baş tutmuşdur. Özü 2003-cü ildə ön cəbhədə xidmətdə olarkən qəlpə yarası aldığından əlillik dərəcəsi almaq üçün Təqsirləndirilən şəxs köməklik etməsini xahiş etmiş, Məlik də özünü nüfuzlu və dosttanışları çox olan şəxs kimi təqdim edərək, əlillik dərəcəsi almasına köməklik edəcəyini bildirmişdir. İlk olaraq Məlik ondan sənədləri toplayıb hərbi hospitala göndərmək üçün 400 manat pul istəmiş, sonradan evinə gələrək 400 manat pulu götürüb çayxanada Məlikə vermişdir. Təxminən 1 ay sonra Təqsirləndirilən şəxs işin düzəlməsi ilə bağlı əlavə olaraq 200 manat pulu “Qlobus” deyilən dairəvi yolda özünə əlbəəl vermişdir. Təxminən 1 il ərzində Məlik əlillik dərəcəsi düzəltmək adı ilə ondan cəmi 4250 manat pul ələ keçirmişdir. Son 5-6 ayda isə ona verdiyi 4250 manat puldan 300 manat, 500 manat və 150 manat olmaqla cəmi 950 manat pulunu geri almışdır. Məlikin ona hazırda 3300 manat borcu olduğunu qeyd etmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilk 400 manat pulu verərkən atası İdayət yanında olmuş, digər vaxtlarda Məlik heç kim olmamışdır. Təqsirləndirilən şəxs ondan 4250 manat pulu İİ qrup əlillik ilə pensiyaya çıxmaq adı ilə almış, heç bir tibbi işçisinə rüşvət və sair maddi nemət verməmişdir. Ancaq Məliki tanımış və bütün pul vəsaitlərini ona vermişdir. Həmçinin, heç bir həkim və ya digər xəstəxana əməkdaşı ona hər hansı bir yol ilə pensiya düzəldilməsini təklif etməmiş və ya ondan pul istəməmişdir. Hətta həkimlər özləri Məlikdən uzaq durmasını bildirmişlər. Cinayət işinə əlavə edilmiş onun adına tərtib edilmiş Forma 88-də bir sıra tibb müəssisələrində stasionar müalicə almasının əks olunması ilə bağlı həmin tibb müəssisələrində həqiqətən də stasionar qaydada müalicə aldığını, lakin müddətlərini və müalicə həkimlərini xatırlamadığını qeyd etmiş, Sabirabad RMX-də Balairza həkim və Səbuhi həkimi nümunə kimi göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təkzib edərək, dəqiq xatırlamadığım bir tarixdə Məlikə 500 manat aparanda hazırda RMX-da olmadığını, pulu Məmmədağaya verməsini bildirdiyini, onunda sonradan pulu aparıb Məmmədağaya verdiyini bildirmiş, sonradan pulu Məlikdən geri istədikdə isə Məlikin Məmmədağadan almasını tələb etdiyini göstərmişdir. Sonradan Məmmədağa həmin pulun ona çatmadığını, Məlikə verdiyini bildirsə də, utandığından həmin pulu ona geri qaytarmışdır. Forma 88-də qeyd olunan tibb müəssisələrində stasionar qaydada müalicə almadığını, Bakı şəhərində 5 saylı xəstəxanadakı Rəna həkimdən başqa heç bir həkimə pul vermədiyini, ilkin ifadəsində həmin sualları düzgün başa düşmədiyi üçün yanlış cavab verdiyini qeyd etmişdir. Əlavə olaraq, Rəna həkimin yanına getməsini Məlikin ona bildirdiyini göstərmiş, sonuncunun dediklərini təkzib edərək, Məmmədağanın ondan pul istəmədiyini bildirmişdir. Bundan əlavə, təxminən 2 il əvvəl Ukraynaya gedərkən, Məlikdən pulunu qaytarmasını tələb etdikdə sonuncu ona 300 manat pul qaytarmış, heç vaxt Məlikdən borc almamışdır. Əlavə olaraq, Məmmədağaya kimlərəsə borcunun olduğunu bildirmədiyini, sonuncunun ona 500 manat pulu təxminən 3 il əvvəl dəqiq xatırlamadığı tarixdə Sabirabad rayonunda Qlobus adlanan ərazidə əlbəəl verdiyini göstərmişdir. Cinayət işinə əlavə edilmiş; Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayəti törətməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Bu fakt məhkəmə iclasında araşdırılmış işin digər halları, o cümlədən təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahidlərin ifadələrilə də təsdiq olunmuşdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsüf edilmişdir. Odur ki, o, həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(056)-76/2023 saylı qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü və 43.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət əməlinə münasibətdə (hissədə) xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində dələduzluq cinayətinin təkrar törədilməsinə görə cinayət məsuliyyəti, 178.2.4-cü maddəsində isə dələduzluq cinayətinin xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respbulikası CMnin 58-3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulsa da, təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməsini əsaslı hesab etmir. Belə ki, iş materiallarında və məhkəmə iclasında aparılan araşdırmadan müəyyən olur ki, təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra, ibtidai istintaq və hətta məhkəmə baxışı zamanı özünün vəsatətinə əsasən vurulmuş ziyanı ödəmək üçün məhkəmə tərəfindən ona vaxt verilməsinə baxmayaraq vurulmuş ziyanın bir qismini ödəsə də, bir qisminin isə ödənilməsini nəinki təmin etməmiş, buna təşəbbüs belə etməmişdir. Zərərçəkmişlərlə barışıq əldə etyməyə cəhd göstərməmişdir. Eyni zamanda onun cinayət əməlini çoxsaylı şəxslərə, xüsusilə də, xəstə və müharibə veteranlarına, qazilərə qarşı törətməsini, həmçinin əvvəllər də eyni xarakterli dələduzluq cinayəti törətməsini də nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşiman olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyası daxilində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 1(056)-76/2023 saylı qərarı əsasında xx.xx.2023-cü il tarixdən hal-hazıradək qətimkan tədbiri qismində həbsdə və ev dustaqlığında saxlanılmışdır. Odur ki, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı həmin tarixdən yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir; təqsirləndirilən şəxsin barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Zərərçəkmiş şəxs2 məhkəmədə mülki iddia qaldıraraq 6500 (altı min beş yüz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzində 85 manatın, Zərərçəkmiş şəxs3 məhkəmədə mülki iddia qaldıraraq 3300 (üç min üç yüz) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutulub onlara verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 6500 manat və Zərərçəkmiş şəxs3 3300 manat ziyan vurmasını özünün qismən etirafedici ifadəsi və digər iş materialları ilə sübuta yetirilmiş, lakin təqsirləndirilən şəxs ziyanı ödəməyə imkanının olmamasını və zərərçəkmiş şəxslər tərəfindən ona mülki iddia qaldırılacağı halda üzərində olan borcundan hissə-hissə ödəniş edəcəyini göstərmişdir. Məhkəmə iş materiallarını araşdırıb və təqsirləndirilən Təqsirləndirilən şəxs izahatını (mülki iddia barədə ərizəsini) dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Araşdırma nəticəsində məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmçinin hazırkı iş üzrə iddiaçılar Zərərçəkmiş şəxs2 6500 manat və Məmmədov Zərərçəkmiş şəxs3 isə 3300 manat həcmində maddi zərər vurması ilə nəticələnən cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İşin araşdırılmış hallarına və istinad olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, mülki iddialar təmin olunmaqla Zərərçəkmiş şəxs2 vurulmuş ziyan hesabına 6500 manat, ödənilmiş dövlət rüsumu hesabına 85 manat olmaqla, cəmi 6585 manat və Zərərçəkmiş şəxs3 vurulmuş ziyan hesabına 3300 manat Təqsirləndirilən şəxsdən tutulub zərəçəkmiş şəxslərə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın; seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə mülki iddialar təmin edilsin Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş ziyanın əvəzində 6500 manat məbləğində pul vəsaiti və mülki iddianın verilməsi üçün ödənilmiş 85 manat olmaqla, cəmi 6585 (altı min beş yüz səksən beş) manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs2 ödənilsin. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş ziyanın əvəzində 3300 (üç min üç yüz) manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs3 ödənilsin. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar