Məhkəmə qərarları › İş №1(056)-8/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-8/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-8/2023 15.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1970-ci ildə Sabirabad rayonu Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 22 aprel 2022-ci il tarixdə saat 21 radələrində etibarnamə əsasında “VAZ 2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili Sabirabad-Həşimxanlı-Qaragüney yolu ilə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkətdə olduğu zaman təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair tələblərini pozaraq, hərəkət istiqamətində yolu sağ tərəfdən sola doğru keçən piyada X6 hərəkətə başladığı anda yaranmış təhlükəni gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanmaq həddinə qədər azaltmaq üçün tədbirlər görməli olduğu halda bunları etməmiş, avtomobilin qabaq hissəsi ilə Səfa Sariyevi vurmuş, nəticədə о, ehtiyyatsızlıqdan sonuncunun plevra boşluqlarına hava və qan toplanması ilə müşayiət olunan və ağciyərlərin ikitərəfli diffuz seroz pnevmoniyası ilə fəsadlaşan ağciyərlərin zədələnməsi, alın, xəlbir, əng, burun sümüklərinin, sağdan Vİİİ, soldan Vİİİ, İX qabırğaların, sol bud sümüyünün sınıqları, alın, burun nahiyələrinin, sol bazunun, hər iki saidin, hər iki əlin, sağ diz oynağı nahiyəsinin, sağ baldırın sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli оlub sağlamlığına ağır zərər vurulmasına aid bədən xəsarətlərindən Bakı şəhəri 1 saylı kliniki tibbi xəstəxanasında ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, onun sürücülük hüququ var. Etibarnamə ilə Vaz 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Onun anası doğulduğu Sabirabad rayonu Şıxsalahlı kəndində yaşayır, o, isə ailəsi ilə birlikdə Şirvan şəhərində yaşayır. 22 aprel 2022-ci il tarixdə təxminən saat 16-radələrində o, yaşadığı Şirvan şəhərində olan evindən çıxmış, idarə etdiyi avtomobil ilə anasını görmək üçün anasının yaşadığı Sabirabad rayonu Şıxsalahlı kəndinə getmişdir. Orada təxminən saat 20-radələrindək oturmuş, təxminən saat 20:15 radələrində anasının yaşadığı evdən çıxmış və idarə etdiyi avtomobil ilə Sabirabad rayonu Qaragüney kənd yolu ilə yaşadığı Şirvan şəhərinə gedərkən təxminən 50 km/saat sürətlə hərəkətdə olmuş, hava qaranlıq olduğu üçün o, avtomobilinin uzaq vuran işıqlarını yandırmışdır. Həmin vaxt onun idarə etdiyi avtomobilin arxası ilə avtomobil gəlirdi. Bir neçə metr sonra həmin avtomobil yol kənarında dayanmışdır. Ondan qarşıda təxminən 500 metr aralıda da bir avtomobil gedirdi. O, hərəkətdə olan zaman qarşıda yol kənarında bir nəfər şəxsin dayandığını görürmüş, həmin şəxsə çatana yaxın piyada qəflətən yolun orta hissəsinə doğri iti yerişlə keçməyə başlamış, o, avtomobili saxlamaq üçün əyləci sıxmış, lakin məsafə az olduğu üçün avtomobili saxlaya bilməmiş, həmin şəxsi vurmuş, tormoz verdikdən bir neçə metr sonra avtomobil dayanmışdır. O, avtomobildən düşdükdən sonra avtomobilin qarşısında bir nəfər tanımadığı şəxsin uzandığını görmüş, yerdə uzanan həmin şəxsi götürüb avtomobilə əyləşdirmək istəyərkən, həmin zaman arxadan avtomobil gəlib dayanmış, bir nəfər şəxs düşüb ona kömək etmiş və vurduğu şəxsi avtomobilə uzatmışlar. O, Şirvan ŞMX-na getmiş, vurduğu şəxsi ŞMX-na çatdırmış və həkimlərə təhvil vermişdir. Bir neçə dəqiqə sonra xəstəxanada bir nəfər şəxs ona yaxınlaşmış, ona yolda kömək edən şəxs olduğunu bildirmişdir. Həkimlər həmin şəxsdən xəsarət alanın nəyi olduğunu soruşmuşlar. Həmin şəxs xəsarət alanın xalası oğlu olduğunu bildirmişdir. Həmçinin o, hadisə baş verən zaman avtomobilini 50 km/saat sürətlə idarə etdiyini, həmin gün spirtli içki qəbul etmədiyini, avtomobili ilə hərəkətdə olan zaman piyadanın yol kənarında dayanmasını təxminən 70 metrdən gördüyünü, piyadaya çatmağına 3- 4 metr qalmış piyadanın qəflətən iti yerişlə yolu digər istiqamətə keçməyə başladığını, avtomobilin qarşısına çıxdığını, avtomobilin əyləcini sıxıb sola doğru çəksə də avtomobili saxlaya bilməyib hadisənin qarşısını ala bilmədiyini, piyadanı yolun orta hissəsində qırıq-qırıq xəttə yaxın yerdə vurduğunu, piyadanın hərəkətə başladığı anda aralarında 3-4 metr olmasını təxmin etdiyini, təxminən üç il əvvəl sol gözündə mirvari suyu olduğu üçün gözünü İran Respublikasında əməliyyat etdirdiyini, sol gözünün sağ gözünə nisbətdə zəif gördüyünü bildirmişdir. Bundan əlavə o, məhkəmə yol nəqliyyat hadisələri üzrə keçirilmiş ekspert rəyi ilə razılaşmadığını, hadisəni onun təqsiri üzündən yox, zərərçəkmiş şəxsin günahından olduğunu qeyd etmişdir. Göstərdiyi xüsusatlara əsasən o, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 22 aprel 2022-ci il tarixdə Sabirabad rayonu Qaragüney kənd yolunda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə vurduğu piyada və sonradan vəfat etmiş X13 onun həyat yoldaşı idi. O, həyat yoldaşı Səfa Sariyevin heç bir psixi pozğunluğunun və heç bir probleminin olmadığını Səfanın fərdi işlərlə məşğul olub ailələrini dolandırdığını bildirmişdir. 22 aprel 2022-ci il tarixdə Səfa işlərini görüb qutardıqdan sonra evə gəlmiş, evdə dincəldikdən sonra təxminən saat 20 radələrində evdən çıxmış və yaşadıqları kənddə Kür çayı kənarında işlətmək üçün hazırladığı obyektə işıq çəkdirməyə getdiyini demiş və çıxıb getmişdir. Təxminən saat 21 radələrində polisdən onlara zəng gəlmiş, Səfanın Şirvan şəhər xəstəxanasında olduğunu demişlər. O, tez oğlu İlham ilə birlikdə Şirvan ŞMX-na getmişlər. Xəstəxanada onlara həkimlər bildirmişlər ki, Səfanı yolda avtomobil vurub xəsarət yetirmişdir. O, sonradan bilmişdir ki, əri Səfa yol ilə gedərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Səfanı vurmuşdur. O, həmin gün Nəcəfi görə bilmədiyindən, hadisənin necə baş verdiyini öyrənə bilməmişdir. Səhəri gün 23 aprel 2022-ci il tarixdə onlar xəstəxanada olarkən Nəcəf xəstəxanaya gəlmiş, Səfanı yolda avtomobili ilə vurduğunu demiş, o, Nəcəfdən hadisənin necə baş verdiyini soruşduqda, Nəcəf Qaragüney kənd yolu ilə idarə etdiyi avtomobili ilə hərəkətdə olan zaman qarşıdan gələn avtomobilin işığının onun gözünə düşdüyünü və nəisə vurduğunu sonra tormoz verdiyini, avtomobil dayandıqdan sonra avtomobilin qarşısında adam olduğunu gördüyünü, ilk əvvəl nəyi vurduğunu bilmədiyini, adamın avtomobilin qarşısında gördükdən sonra adam vurduğunu bildiyini demişdir. Nəcəf bunları ona deyərkən oğlu İlham, qaynı oğlu Şahid2 və digər qohumları da orada olmuşlar, Nəcəfin dediklərini onlar da eşitmişlər. Daha sonra Nəcəf dediklərini danmışdır. Nəcəf onlara nə köməklik lazımdısa edəcəyini demişdir. X27 Şirvan şəhər xəstəxanasında 8 gün qaldıqdan sonra onu Bakı şəhərinə 1 saylı klinik tibbi mərkəzə aparmışlar. Orada ona müalicə edirmişlər, lakin buna baxmayaraq əri Səfa gözlərini açsada danışa bilmirmiş, onlar Səfa ilə ünsiyyət qura bilməmişlər. 30 may 2022-ci il tarixdə gecə saatlarında onlara Səfanın vəziyyətinin pis olması barədə məlumat vermişlər. Onlar tez Bakı şəhərinə xəstəxanaya getmişlər, orada onlara Səfanın vəfat etdiyini bildirmişlər. Həmçinin o, X27in psixi durumunun qaydasında olduğunu, hadisədən sonra danışa bilmədiyi üçün hadisənin necə baş verməsini ondan soruşa bilmədiklərini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı Şahnəzər Nəcəfovun hadisə baş verən vaxt onlara köməklik edəcəyini bildirsə də, daha sonra özünün günahının olmadığını düşündüyü üçün heç bir maddi yardım göstərmədiyini, ziyan ödəmədiyini, sonuncunun hadisədən sonra mərhum X27ə baxmadığını, onun vəziyyətinin, həyat və sağlamlığına dəyən zərərin azaldılması üçün heç bir tədbir görmədyini, ona görə də Şahnəzər Nəcəfovdan şikayətçi olduğunu və ona qanunla müəyyən edilmiş ən ağır cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, Sabirabad RPŞ-də müstəntiq işləyir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqını o aparmışdır. Hadisə baş verdikdən sonra ərazi mühafizə olunaraq baxış keçirilmiş, Təqsirləndirilən şəxs ilk əvvəl hadisənin qarşısında gələn avtomobilin işıqlarının gözünü qamaşdırmasını, nəticədə qarşı tərəfi görə bilməməsi səbəbindən hadisənin baş verdiyini bildirmiş, Nəcəf həmin vaxt özünü təqsirli bilmişdir. Hadisə yerinə baxış zamanı piyadanın vurulduğu yerin yol kənarından olıan ölçüsünü Nəcəfin göstərdiyi kimi qeyd edilmişdir. Daha sonra istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsini dəyişərək piyadanın iti yerişlə yolu keçdiyini, piyadanı vurduğu yerin yolun orta hissəsində olan qırıq-qırıq xəttə yaxın olduğunu bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsini dəqiqləşdirməkdən ötrü ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmişdir. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs səmimi olaraq piyadanı vurduğu yerin yolun orta hissəsinə yaxın olduğunu bildirərək əli ilə həmin yeri göstərmişdir. Nəcəfin iştirakı ilə piyadanın vurulduğu yerin yol kənarından olan məsafəsi ölçülmüş və həmin məsafənin 3.5 metr olması müəyyən edilmişdir. Bundan sonra fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. Protokol tərtib edildikdən sonra Təqsirləndirilən şəxs kiminləsə mobil telefon vasitəsi ilə əlaqə saxladıqdan sonra protokola imza etməkdən imtina etdiyini bildirmişdir. Həmin vaxt ona hansı səbəbdən protokola imza etməməyinin səbəbi soruşulduqda Təqsirləndirilən şəxs heç bir əsas gətirmədən protokola imza etmək istəmədiyni bildirmişdir. Protokol tərtib olunduqdan sonra iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs imza etməməsi protokolda qeyd olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X9 və X2 Emin Natiq oğlunun göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Cinayət işində olan AB No 811948 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququna malikdir, vəsiqə xx.xx.2012-ci ildə verilmiş, xx.xx.2022-ci il tarixinə kimi etibarlıdır. Cinayət işində olan AA No 651847 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5r. Cinayət işində olan etibarnamənin surətindən görünür ki, “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 Nəcəf Əbilhəsən oğluna “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 2008-ci ildə 30 (otuz) il müddətinə etibarnamə vermişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 30 may 2022-ci il tarixli 41/MEŞ saylı rəyindən görünür ki, Səfa Sariyevin meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – plevra boşluqlarına hava və qan toplanması ilə müşayiət olunan və ağciyərlərin ikitərəfli diffuz seroz pnevmoniyası ilə fəsadlaşan ağciyərlərin zədələnməsi, alın, xəlbir, əng, burun sümüklərinin, sağdan Vİİİ, soldan Vİİİ, İX qabırğaların, sol bud sümüyünün sınıqları, alın, burun nahiyələrinin, sol bazunun, hər iki saidin, hər iki əlin, sağ diz oynağı nahiyəsinin, sağ baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən 22 aprel 2022-ci il tarixdə hərəkətdə olan avtomaşının piyada qismində olan S.X.Sariyevi vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. S.X. Sariyevin ölümünün bilavasitə səbəbi ağır müştərək travma ilə əlaqədar osttravmatik dövrdə baş vermiş ağciyərlərin pnevmoniyası, kəskin ağciyər çatışmazlığı olmuşdur. Ölüm 30 may 2022-ci il tarixdə saat 00:30-da X21 baş vermişdir, bu da ilkin meyitin əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. Cinayət işində olan yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 05 avqust 2022ci il tarixli 8/1975 saylı rəyindən görünür ki, “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında keçirilmiş əlavə yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 16 yanvar 2023-cü il tarixli 8/3630 saylı rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 23.4.2022-ci il tarixli protokolun sxemində piyadının vurulma yerinin avtomobilin hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 2,1 metr məsafədə, şahidin ifadəsinin yerində yoxlanması haqqında 25.7.2022-ci il tarixli protokolun sxemində isə piyadanın vurulma yerinin avtomobilin hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarında sola doğru 3,5 metr məsafədə yerləşməsi göstərilmişdir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 23.4.2022-ci il tarixli protokolda və onun sxemində göstərilən 7,4 metr uzunluğunda tormoz izinin olmasına uyğun deyildir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Vaz 2106 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr piyadanın vurulma anında dayanmış vəziyyətdə olmasına uyğundur. Məhkəmə tərəfindən piyadanın dayandığı andan vurulmaya kimi keçən vaxt təqdim edilmədiyindən yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 23.4.2022-ci il tarixli protokolun sxemində göstərildiyi kimi piyadanın vurulma yerinin avtomobilin hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 2,1 metr məsafədə yerləşməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını alması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İfadənin yerində yoxlanması zamanı müəyyən edildiyi kimi piyadanın hərəkət hissəsinin sağ kənarından hərəkətə başlandığı andan vurulma yerinə kimi 3,5 metr məsafə qət etməsi şəraitində Vaz 2106 markalı ** BA *** dçvlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008-ci il təvəllüdlü X11 və 2010-cu il təvəllüdlü X14 adlı uşaqları vardır. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspertiza rəyləri, şahid və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, eyni zamanda digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, hadisənin piyadanın iti yerişlə yolu keçməsi səbəbindən piyadanı vurmasını, bu səbəbdənn günahın piyadada olmasını göstərməsi şahid ifadələri, məkəmə yol nəqliyyat hadisələri üzrə ekspertizasının rəyləri və işin digər halları ilə təkzib edildiyindən özünün müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 60-cı maddəsində bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Bundan əlavə o da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar aşkar edilməmişdir. Qeyd olunanlara əsaslanıb məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin hüquqi varisinin hazırda şikayətçi olmasını, eyni zamanda təyin ediləcək cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hallarının müəyyən edilməməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi və əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən 05 avqust 2022-ci il tarixli 8/1975 nömrəli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 85 manat, 16 yanvar 2023-cü il tarixli 8/1975 nömrəli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat məbləğində, cəmi 213 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Bundan əlavə, iş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barısində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclası zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi, aparılmış 05 avqust 2022-ci il tarixli 8/1975 nömrəli Yolnəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 85 manat, 16 yanvar 2023-cü il tarixli 8/1975 nömrəli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat məbləğində, cəmi 213 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün ekspertiza xərci-213 manat pulun tutulması hissəsinin icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar