Məhkəmə qərarları › İş №1(056)-80/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-80/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-80/2025 16.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Sabirabad rayon Zalqarağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, 44 günlük Vətən Müharibəsi iştirakçısı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Muradbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nın 237.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini əkib-yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, 2025-ci ilin mart ayının əvvəllərində yaşadığı, Sabirabad rayon Zalqarağac kəndindəki evlərinin həyətində istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 1 ədəd kauçuk yağ qabında və 4 ədəd dibçəkdə qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni kauçuk yağ qabında 4 ədədini, 4 ədədini isə dipçəklərdə yetişdirərək kultivasiya etmiş, 12 mart 2025-ci il tarixdə saat 15:34-də Sabirabad rayon polis şöbəsinin X2 əməkdaşlarının təxirəsalınmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı həmin 8 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 0.10 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləri aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad rayon Zalaqarağac kəndindəki evlərində anası Səbinə Mstafayeva ilə birlikdə yaşayır. Atası Sakitlə anası Səbinənin münasibəti pozulduğu üçün atası 2001-ci ildən kiçik qardaşı Əmrahı da götürərək gedib Bakı şəhərində yaşayır. X5 isə Sabirabad rayon Çöl Beşdəli kəndində ərdədir. Atası Sakitlə və qardaşı Əmrahla o vaxtdan münasibətləri və gediş-gəlişləri yoxdur. Anası Səbinə və o özü ayrı-ayrı şəxslərin təsərrüfat işlərində işləyərək dolanmışlar. Özü də 44 günlük Qarabağ müharibəsi iştirakçısı olmaqla qazidir. Belə ki, Xocavənd, Zəngilan, Füzuli və Ağdam döyüşlərində iştirak etmiş, döyüş zamanı da ayağından yaralanmış, müharibədə iştirak etdiyi üçün medalları da var. Qarabağ döyüşlərində iştirak etdiyi vaxtdan ara-bir narkotik vasitə marixuanadan istifadə etmişdir. Əvvəllər qəbul etdiyi marixuananın içərsində olan toxumlardan götürüb evlərində saxlamış, 2025-ci ilin mart ayının əvəllərində özü istifadə etmək üçün həmin marixuana toxumlarını əkib yetişdirmək qərarına gəlmişdir. Ona görə də elə həmin vaxt 4 ədəd dipçəyə və 1 ədəd plasmas yağ qabına torpaq tökərək marixuana toxumlarını onların içərsində əkərək evlərinin qarşı tərəfindəki həyətyanı sahələrinə qoymuşdur. Bir neçə gündən sonra baxarkən marixuana toxumlarından 8 ədədi cücərərək torpaqdan çıxdığını görmüşdür. Ansası Səbinə ondan dipçəklərdə və yağ qabında nə əkdiyini xəbər aldıqda onların içərsində gül toxumu əkdiyini demişdir. 12 mart 2025-ci il tarixdə saat 15:30 radələrindən sonra Sabirabad RPŞ-nin Qaragüney PB-nın əməkdaşları gələrək həyətyanı sahələrinə baxış keçirtmək istədiklərini demişlər. Həmin vaxt polis əməkdaşları ilə bir nəfər aqranomda gəlmiş, o baxış keçirilməsinə razılıq verərək ərizə ilə də müraciət edərək baxış keçirilməsinə heç bir narazılığı olmadığını demişdir. Polis əməkdaşları onun özünün, aqranomun iştirakı ilə video çəkliş vasitəsi ilə həyətyanı sahələrinə baxış keçirərkən onun 8 ədəd narkotik vasitə olan çətənə şitillərini aşkar etmişlər. Aqranom çətənə şitillərinə baxaraq rəy yazıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları 8 ədəd çətənə şitillərini kökündən torpaqdan çıxardaraq kağız paketə qablaşdıraraq paketin ağızını möhürləmişlər. Polis əməkdaşları qeyd olunanlar barədə protokol tərtib etmiş, protokolu ucadan oxumuş, o da iştirakçılar kimi paketin üzərini və protokolun doğruluğunu imza etmişdir. Hazırda ona qarşı istinad edilən cinayəti ilk dəfə törətdiyini, cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, həmçinin onun İİ Qarabağ Vətən müharibəsində aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə ölkə başçısı tərəfindən “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunduğunu ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirib ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nın Qaragüney PB-nın CAÜ-ə əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 mart 2025-ci il tarixdə Sabirabad rayon Zalqarağac kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini kütlivasiya etməsi barədə keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Tədbirin keçirilməsi barədə rəhbərlik tərəfindən müvafiq əmr verilməklə əməliyyat qrupu yaradılmışdır. Belə ki, Qaragüney PB-nın CAÜ üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 əməliyyat qrupunun rəhbəri, o, Qaragüney PB-nın sahə polis nəfərləri, polis serjantı Şahid4 və polis baş serjantı Şahid3 əməliyyat qrupunun üzvləri təyin olunmuşlar. Sabirabad rayon Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin aqronom entimoloqu X7 baxış keçirilərkən iştirak etməsi üçün mütəxəsiss kimi dəvət edilmişdir. Bundan sonra onlar həmin gün Sabirabad rayonunun Zalqarağac kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin küçə qapısının qarşısına getmişlər. Şahid1 onu səsləyərək çağırmış, Təqsirləndirilən şəxs saat 15:34-də onların yanına gələrək Şahid1 polis əməkdaşları olduqlarını bidirmişdir. Sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitki əkməsi barədə məlumat daxil olduğunu və bununla əlaqədar olaraq baxış keçirəcəylərini izah etmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməmiş və bununla əlaqədar ərizə yazaraq təqdim etmişdir. Video çəkiliş aparılmaqla həyətyanı sahəyə baxış keçirilərkən həyətdə kauçuk yağ qabında əkilən 4 ədəd çətənə bitkilərinə oxşar şitillər, evin sağ tərəfində həyətyanı sahənin kənarından keçən şor su kollektorun bəndinin kənarında həyətyanı sahəyə aid olan yerdə 4 ədəd dibçəklərdə hər binində 1 ədəd olmaqla 4 ədəd çətənə bitkisinin şitillərinə oxşar bitkiləri aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olmaqla özü əkib becərdiyini demiş, aqranom Əli Əhmədov aşkar olunmuş həmin bitkilərə baxıb aqrotexniki qaydada qulluq edilərək becərilməsi barədə rəy yazaraq onlara təqdim etmişdir. Sonra həmin yağ qabında və dibçəklərdə olan cəmi 8 ədəd çətənə bitkilərinə oxşar şitillər kökündən çıxarılmış, 8 ədəd bitkilərin ən uzunun boyu 8.5 sm, ən qısasının boyu isə 3 sm olmuşdur. Aşkar edilmiş 8 ədəd çətənə bitkilərinə oxşar şitillər iş üzrə əhəmiyytli olduğuna görə bir ədəd kağız paketə qoyulub qablaşdırılaraq Qaragüney PBnin 138 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nın Qaragüney PBnın əməkdaşı, polis serjantı Şahid4, digər Şahid2 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan 12 mart 2025-ci il tarixli baxış protokolundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilən dibçəklərdə qanunsuz olaraq əkib yetişdirməkdə aqrotexniki qaydada qulluq edilən cəmi 8 ədəd çətənə bitkisinə oxşar şitillər və onun yaşadığı evin otağında qanunsuz olaraq saxladığı Tula-27 markalı təklüləli bir ədəd ov tüfəngi aşkar edilərək, müvafiq oğlaraq qablaşdırılmaqla möhürləndikdən sonra iş üzrə əhəmiyyətli olduğuna görə götürülmüşdür. Cinayət işi materiallarında olan Sabirabad rayon Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin aqronom entimoloqu X4 tərtib etdiyi 12 mart 2025-ci il tarixli rəyində Sabirabad rayon Zalqarağac kəndində Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilərkən aşkar edilmiş 8 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunub götürülərək 8 ədəd çətənə (kannabis) bitkilərinin şitilləri qablaşdırılmış kağız paketə 12 mart 2025-ci il tarixdə tərəfimdən baxış keçirilərək foto şəkili çəkilib protokol tərtib edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 13 mart 2025-ci il tarixli 18/227 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş kağız paketdə ümumi sayı 8 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 0,10 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronomun rəyinə əsasən 08 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Ümumi sayı 8 ədəd, ümumi çəkisi 0.10 qram olan çətənə (kannabis) bitkisinin şitillərinin tədqiqatından sonrakı qalıq çəkisi ümumilikdə 0.02 qram təşkil etmişdir. Cinayət işi materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 08 aprel 2025-ci il tarixli 1965 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə hallırı olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdvr. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ Vətən müharibəsində aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə ölkə başçısı tərəfindən “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Beləliklə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan «çətənə (kannabis)» bitkilərini kultivasiya etmə cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, həmçinin onun İİ Qarabağ Vətən müharibəsində aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə ölkə başçısı tərəfindən “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində 2 gün tutulmuşdur. Azərbaycan Respublikası CPM-nın 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. CM-nın 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək iki gün həbsdə saxlanmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesablanmaqla müəyyən olunmuş 04 gün ona təyin olunacaq cəzadan çıxılmalı və onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübutların qiymətləndirilməsini və məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində iki gün tutularaq, həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 gün ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazı narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31.95 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut, Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 08 ədəd - ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0,02 qram olan narkotik tərkibli çətənə bitkisinin şitilləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar