Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-81/2023 14.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Əli-Bayramlı şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx xxxxxx 1991-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şirvan şəhər S.Vurğun küçəsi ev 23 mənzil 18-də qeydiyyatda olmaqla, hazırda 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri elan edilmiş ittihama görə, özgə əmlakını gizli talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və X4 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, 05 avqust 2020-ci il tarixdə saat 12 radələrində sürücüsü istintaqa məlum olmayan VAZ-2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Şəhriyar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus “Əhməd” marketin qarşısına gəlmiş, həmin vaxt o, Təqsirləndirilən şəxs2 və Yadulla Həsənovla birlikdə mağazaya daxil olaraq, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən, mağazadan bir neçə adda məhsul götürərək kassa aparatının önünə keçmiş, satıcı Şahid qarşısında dayanıb alış-veriş etmək görüntüsü yaratmış, Təqsirləndirilən şəxs2 və Yadulla Həsənov isə satıcı Şahid başının qarışmasından istifadə edərək, mağazadan 40 manat dəyərində çəkisi 1 kq olan iki ədəd “Beta Tea” çayını, 25,20 manat dəyərində çəkisi 200 qram olan 6 ədəd “Dayaruşqa” yağını, 60 manat dəyərində çəkisi bir kq olan 2 ədəd “Çempion” çayını, 16 manat dəyərində çəkisi 500 qram olan 2 ədəd “Ancor” yağını, 30 manat dəyərində çəkisi bir kq olan 2 ədəd “Vestgold” yağını və 16 manat dəyərində 4 ədəd “Ace” dezodorantını götürməklə, onunla birlikdə mağazadan çıxıb avtomobilə əyləşərək oradan uzaqlaşdıqlarından, o, adları qeyd olunan şəxslərlə birlikdə Zərərçəkmiş şəxs ümumilikdə 187,20 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və X4 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, 05 avqust 2020-ci il tarixdə saat 18 radələrində X1 idarə etdiyi VAZ-2107 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Sabirabad rayonu Şəhriyar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus “Əhməd” marketin qarşısına gəlmiş, həmin vaxt o, Təqsirləndirilən şəxs2 və Yadulla Həsənovla birlikdə mağazaya daxil olaraq, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən, mağazadan bir neçə adda məhsul götürərək kassa aparatının önünə keçmiş, satıcı Şahid qarşısında dayanıb alış-veriş etmək görüntüsü yaratmış, Təqsirləndirilən şəxs2 və Yadulla Həsənov isə satıcı Şahid başının qarışmasından istifadə edərək, mağazadan 40 manat dəyərində çəkisi bir kq olan 2 ədəd “Beta Tea” çayını, 15 manat dəyərində çəkisi bir kq olan 1 ədəd “Yeni Zelandiya” yağını, 60 manat dəyərində çəkisi bir kq olan 2 ədəd “Çempion” çayını, 32 manat dəyərində çəkisi 500 qram olan 4 ədəd “Ancor” yağını, 45 manat dəyərində çəkisi bir kq olan 3 ədəd “Vestgold” yağını, 48 manat dəyərində 12 ədəd “Ace” dezodorantını, 6,40 manat dəyərində çəkisi 350 qram olan 2 ədəd “Elidor” şampununu, 12 manat dəyərində 47,5 qram olan 2 ədəd “Yakops” kofesini və 36,50 manat dəyərində çəkisi 500 qram olan 5 ədəd “Helden şolders” şampununu götürməklə, onunla birlikdə mağazadan çıxıb avtomobilə əyləşərək oradan uzaqlaşdıqlarından, o, adları qeyd olunan şəxslərlə birlikdə Zərərçəkmiş şəxs ümumilikdə 294,90 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri elan edilmiş ittihama görə, özgə əmlakını gizli talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və X4 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, 05 avqust 2020-ci il tarixdə saat 12 radələrində sürücüsü istintaqa məlum olmayan VAZ-2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Şəhriyar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus “Əhməd” marketin qarşısına gəlmiş, həmin vaxt o, Təqsirləndirilən şəxs1 və Yadulla Həsənovla birlikdə mağazaya daxil olaraq, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən, Təqsirləndirilən şəxs1 mağazadan bir neçə adda məhsul götürərək kassa aparatının önünə keçmiş, satıcı Şahid qarşısında dayanıb alış-veriş etmək görüntüsü yaratmış, o isə Yadulla Həsənovla birlikdə satıcı Şahid başının qarışmasından istifadə edərək, mağazadan 40 manat dəyərində çəkisi 1 kq olan iki ədəd “Beta Tea” çayını, 25,20 manat dəyərində çəkisi 200 qram olan 6 ədəd “Dayaruşqa” yağını, 60 manat dəyərində çəkisi bir kq olan 2 ədəd “Çempion” çayını, 16 manat dəyərində çəkisi 500 qram olan 2 ədəd “Ancor” yağını, 30 manat dəyərində çəkisi bir kq olan 2 ədəd “Vestgold” yağını və 16 manat dəyərində 4 ədəd “Ace” dezodorantını götürməklə, birlikdə mağazadan çıxıb avtomobilə əyləşərək oradan uzaqlaşdıqlarından, o, adları qeyd olunan şəxslərlə birlikdə Zərərçəkmiş şəxs ümumilikdə 187,20 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, o, təkrarən, özgə əmlakını gizli talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və X4 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, 05 avqust 2020-ci il tarixdə saat 18 radələrində X1 idarə etdiyi VAZ-2107 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Şəhriyar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus “Əhməd” marketin qarşısına gəlmiş, həmin vaxt o, Təqsirləndirilən şəxs1 və Yadulla Həsənovla birlikdə mağazaya daxil olaraq, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən, Təqsirləndirilən şəxs1 mağazadan bir neçə adda məhsul götürərək kassa aparatının önünə keçmiş, satıcı Şahid qarşısında dayanıb alış-veriş etmək görüntüsü yaratmış, o isə Yadulla Həsənovla birlikdə satıcı Şahid başının qarışmasından istifadə edərək, mağazadan 40 manat dəyərində çəkisi bir kq olan 2 ədəd “Beta Tea” çayını, 15 manat dəyərində çəkisi bir kq olan 1 ədəd “Yeni Zelandiya” yağını, 60 manat dəyərində çəkisi bir kq olan 2 ədəd “Çempion” çayını, 32 manat dəyərində çəkisi 500 qram olan 4 ədəd “Ancor” yağını, 45 manat dəyərində çəkisi bir kq olan 3 ədəd “Vestgold” yağını, 48 manat dəyərində 12 ədəd “Ace” dezodorantını, 6,40 manat dəyərində çəkisi 350 qram olan 2 ədəd “Elidor” şampununu, 12 manat dəyərində 47,5 qram olan 2 ədəd “Yakops” kofesini və 36,50 manat dəyərində çəkisi 500 qram olan 5 ədəd “Helden şolders” şampununu götürməklə, birlikdə mağazadan çıxıb avtomobilə əyləşərək oradan uzaqlaşdıqlarından, o, adları qeyd olunan şəxslərlə birlikdə Zərərçəkmiş şəxs ümumilikdə 294,90 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şirvan şəhərində yaşayan Yadulla Həsənov və Təqsirləndirilən şəxs2 tanıyır, onların hər ikisi ilə münasibəti normal olmuşdur. Yadulla Həsənov 2021-ci il tarixdə Covid-19 xəstəliyindən vəfat etmişdir. 2020-ci ilin avqust ayının 5-də Orxan və Yadulla ilə birlikdə Sabirabad rayonu Şəhriyar kəndində yerləşən “Əhməd” adlı mağazadan iki dəfə oğurluq etmişlər. xx.xx.2020-ci il tarixdə dostları Yadulla və Orxanla birlikdə Şirvan şəhərində klub adlanan yerin yaxınlığında söhbət edən zaman belə razılığa gəlmişlər ki, hansısa mağazaya daxil olub, şərait olarsa mağazanın əşyalarından bədənlərinin müxtəlif yerlərində gizlədərək oğurluq etsinlər. Sabirabad rayonu Şəhriyar kəndi ərazisində, heyvan bazarının yaxınlığında yerləşən mağazaya daxil olmağı razılığa gəldikdən sonra, tanımadıqları VAZ-2106 markalı taksi avtomobilinə əl edib saxlatdırıb, Sabirabad rayonu Şəhriyar kəndinə neçəyə aparacağını soruşmuşlar, sürücü də 10 manata apara biləcəyini demişdir. Sürücü ilə razılaşdıqdan sonra üçü də taksiyə əyləşmiş, saat 12 radələrində taksi ilə birlikdə Şəhriyar kəndinə gəlmişlər. Yadulla Şəhriyar kəndi ərazisində heyvan bazarının yaxınlığında olan “Əhməd” marketin qarşısında taksini saxlatdırmış və 5 dəqiqəyə gələcəklərini deyib üçü də taksidən düşmüş və həmin mağazaya daxil olmuşlar. O, mağazada fırlanaraq xəlvət olan yer tapmış, oradakı polkalardan yağlardan, reksona, çay və şampunlardan götürüb paltarının altında gizlətmişdir. Həmin vaxt Yadullanın əlində sellofan torba olmuş, oğurladığı əşyaları torbaya yığmışdır. Orxan isə oğurladığı əşyaları onun kimi paltarının altına yığmışdır. Sonra o, danışdıqları kimi satıcının başını qatmaq üçün bir neçə məhsul da götürüb kassaya yaxınlaşmışdır. O, kassanın başını qatan zaman, Orxan və Yadulla oğurladıqları əşyalarla birlikdə mağazadan çıxıb taksiyə əyləşmişlər. Bir neçə saniyə sonra o da kassaya gətirdiyi məhsulların pulunu verib mağazadan çıxıb taksiyə əyləşmiş və gəldikləri taksi avtomobili ilə Şirvana qayıtmışlar. O, oğurladığı əşyaları tanımadığı şəxslərə 50 manata satmışdır. Həmin gün yenə də Şəhriyar kəndində yerləşən mağazadan oğurluq etmək qərarına gəlmişlər. Ona görə də Yadulla yenə də tanımadıqları VAZ-2107 markalı taksi avtomobilini saxlatdırmış və üçü də yenidən saat 18 radələrində taksi ilə “Əhməd” marketin qarşısına gəlmişlər. Yenə də Yadulla taksi sürücüsünə 5 dəqiqə gələcəklərini demiş və avtomobildən düşmüşlər. Həmin qaydada Orxan yenə də yağ, çay, kofe, şampun oğurlayıb paltarının altında gizlətmiş, Yadulla da əlində gətirdiyi torbaya mağazada olan əşyalardan yığmışdır. O isə birinci dəfə oğurluqda etdiyi kimi, həm mağazada olan əşyalardan götürüb paltarının altına gizlətmiş, həm də bir neçə məhsul götürüb kassada əyləşən satıcıya yaxınlaşıb başını qatmışdır. Bundan sonra əvvəlcə Orxan və Yadulla mağazadan çölə çıxmış, o isə kassaya gətirdiyi məhsulların pulunu ödəyə bilmədiyi üçün satıcıya avtomobildən pul gətirməsini deyib mağazadan çıxmış və gəldikləri taksiyə əyləşib birlikdə Şirvan şəhərinə qayıtmışlar. O, bu dəfə də oğurladığı əşyaları tanımadığı şəxslərə 60 manata satmışdır. Təqsirləndirilən şəxs1 ifadəsini davam etdirərək göstərmişdir ki, Yadulla və Orxanla birlikdə Şəhriyar kəndində yerləşən “Əhməd” marketdən bir gündə iki dəfə oğurluq etmişlər, belə ki, birinci dəfə xx.xx.2020-ci il tarixdə saat 12 radələrində, ikinci dəfə isə həmin gün saat 18 radələrində oğurluq etmişlər. Onların etdikləri hər iki oğurluq zamanı taksi sürücülərinin heç birinin məlumatları olmamışdır. Belə ki, mağazadan oğurluq edib çıxanda Yadulla oğurladığı əşyaları sellofan torbaya yığmış, o və Orxan isə oğurladıqları əşyaları paltarlarının altında gizlətdiklərindən görünmədiyindən, hər iki dəfə oğurluq etdikləri zaman gəldikləri taksi sürücüləri onların oğurluq etməsindən məlumatları olmamışdır. Hadisədən 3 il keçdiyi üçün konkret hansı əşyaları oğurladığını dəqiq xatırlamır. Lakin birinci dəfə oğurladığı məhsulları 50 manata, ikinci dəfə oğurladığı məhsulları isə 60 manata tanımadığı şəxslərə satmışdır. Hazırda əməlindən peşmandır. Dəymiş zərərin əvəzini tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də o, ona cəza təyin edilərkən göstərilən halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şirvan şəhərində yaşayan tanışları Yadulla və Nüsrəti tanıyır, onların hər ikisi ilə münasibəti normal olmuş, Yadulla Həsənovun 2021-ci il tarixdə Covid-19 xəstəliyindən vəfat etmişdir. 2020-ci ilin avqust ayının 5-də Nüsrət və Yadulla ilə birlikdə Sabirabad rayonu Şəhriyar kəndində yerləşən mağazadan iki dəfə oğurluq etmişlər. Oğurluq barədə qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə dostları Yadulla və Nüsrətlə birlikdə Şirvan şəhərində klub adlanan yerin yaxınlığında söhbət etmişlər. Həmin vaxt dostları ilə belə razılığa gəlmişlər ki, hansısa mağazaya daxil olub, şərait olarsa mağazanın əşyalarından bədənlərinin müxtəlif yerlərində gizlədərək oğurluq etsinlər. Sabirabad rayonu Şəhriyar kəndi ərazisində heyvan bazarının yaxınlığında yerləşən mağazaya daxil olmağı razılığa gəldikdən sonra tanımadıqları VAZ-2106 markalı taksi avtomobilinə əl edib saxlatdırıb, Sabirabad rayonu Şəhriyar kəndinə neçəyə aparacağını soruşmuş, sürücü də 10 manata apara biləcəyini demişdir. Sürücü ilə razılaşdıqdan sonra üçü də taksiyə əyləşmiş, saat 12 radələrində taksi ilə birlikdə Şəhriyar kəndinə gəlmişlər. Yadulla Şəhriyar bazarının yaxınlığında olan “Əhməd” marketin qarşısında taksini saxlatdırmış və 5 dəqiqəyə gələcəyini deyib, üçü də taksidən düşmüş və həmin mağazaya daxil olmuşlar. O, mağazada fırlanaraq xəlvət olan yer tapmış, oradakı polkalarda olan yağlardan, reksona, çay və şampunlardan götürüb paltarının altında gizlətmişdir. Həmin vaxt Yadulla oğurladığı əşyaları əlində sellofan torbaya yığmışdır. Nüsrət isə oğurladığı əşyaları onun kimi paltarının altına yığmış və satıcının başını qatmaq üçün bir neçə məhsul da götürüb kassaya yaxınlaşmışdır. Nüsrət satıcının başını qatan zaman, Yadulla ilə birlikdə oğurladıqları əşyalarla birlikdə mağazadan çıxıb taksiyə əyləşmişlər. Bir neçə saniyə sonra Nüsrət də mağazadan çıxıb taksiyə əyləşmiş və birlikdə gəldikləri taksi avtomobili ilə Şirvana qayıtmışlar. O, oğurladığı əşyaları tanımadığı şəxslərə 60 manata satmışdır. Həmin gün yenə də Şəhriyar kəndində yerləşən mağazadan oğurluq etmək qərarına gəlmişlər. Ona görə də Yadulla yenə də tanımadıqları VAZ- 2107 markalı taksi avtomobilini saxlatdırmış və üçü də yenidən saat 18 radələrində taksi ilə “Əhməd” marketin qarşısına gəlmişlər. Yenə də Yadulla taksi sürücüsünə 5 dəqiqə gələcəklərini deyib, birlikdə avtomobildən düşüb həmin mağazaya daxil olmuşlar. Həmin qaydada o, yenə də yağ, çay, kofe, şampun oğurlayıb paltarının altında gizlətmiş, Yadulla da əlində gətirdiyi torbaya mağazada olan əşyalardan yığmışdır. Nüsrət isə birinci dəfə oğurluqda etdiyi kimi, həm mağazada olan əşyalardan götürüb paltarının altına gizlətmiş, həm də bir neçə məhsul götürüb kassada əyləşən satıcıya yaxınlaşıb başını qatmışdır. Bundan sonra əvvəlcə o və Yadulla mağazadan çölə çıxmış, daha sonra sonra Nüsrət də mağazanı tərk edərək taksiyə əyləşmiş və birlikdə Şirvan şəhərinə qayıtmışlar. O, bu dəfə də oğurladığı əşyaları tanımadığı şəxslərə 75 manata satmışdır. Təqsirləndirilən şəxs2 ifadəsini davam etdirərək göstərmişdir ki, Yadulla və Nüsrətlə birlikdə Şəhriyar kəndində yerləşən “Əhməd” marketdən bir gündə iki dəfə oğurluq etmişlər. Belə ki, birinci dəfə xx.xx.2020-ci il tarixdə saat 12 radələrində, ikinci dəfə isə həmin gün saat 18 radələrində oğurluq etmişlər. Hər iki oğurluq zamanı taksi sürücülərinin heç birinin məlumatları olmamışdır. Belə ki, mağazadan oğurluq edib çıxanda Yadulla oğurladığı əşyaları sellofan torbaya yığmış, o və Nüsrət isə oğurladığı əşyaları paltarlarının altında gizlətdiklərindən görünməmişdir. Ona görə də hər iki dəfə oğurluq etdikləri zaman gəldikləri taksi sürücülərinin, onların oğurluq etmələrindən məlumatları olmamışdır. Hadisədən 3 il keçdiyi üçün konkret hansı əşyaları oğurladığını dəqiq xatırlamır. Lakin birinci dəfə oğurladığı məhsulları 50 manata, ikinci dəfə oğurladığı məhsulları isə 60 manata tanımadığı şəxslərə satmışdır. Hazırda əməlindən peşmandır. Dəymiş zərərin əvəzini tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də o, ona cəza təyin edilərkən göstərilən halların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərərin ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, onlara yüngül cəza verilməsini, istintaqa vermiş olduğu ifadəsini təsdiq etdiyini, gələcək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini bildirmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclası zamanı elan edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə Sabirabad rayonu Şəhriyar kəndində yaşayır. Özü rəsmi olaraq heç yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün yaşadığı kənddə ərzaq mağazası var, həmin mağazanın işlədir. Mağaza özünə məxsusdur. Lakin mağazadan oğurluq olmasına görə həmin vaxt dükanda işləyən oğlu Şahid adı ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və Sabirabad RPŞ-ya ərizə ilə oğlu Murtuza özü müraciət etmişdir. Şirvan şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X2 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 05 avqust 2020-ci il tarixdə saat təxminən 12 radələrində oğlu Murtuza ona məxsus “Əhməd” marketində olan zaman mağazanın qarşısında bir taksi avtomobilinin dayandığını görmüş və həmin avtomobildən 3 nəfər tanımadığı şəxs, adları sonradan polisdə onlara məlum olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X4 mağazaya daxil olmuşlar. Həmin vaxt oğlu Murtuza kassada oturmuş, həmin şəxslərdən biri müxtəlif növ uşaq yeyinti məhsullarını yığıb stolun üstünə gətirmiş, oğlu Murtuza da xırdavatı hesablayarkən həmin şəxs 2-3 manat olan hesabı ödəyib getmişdir. Lakin həmin şəxslə mağazaya daxil olmuş şəxslərin getməsini görməmişdir, çünki mağazada həmin vaxt kənar şəxslər olmuş və oğlunun başı onlara qarışmışdır. Həmin günü saat təxminən 18 radələrində həmin şəxslər yenə də Şəhriyar kəndində olan və ona məxsus “Əhməd” marketinə gəlmişlər, həmin şəxslərdən biri, yəni günorta vaxtı oğlu Murtuzadan 2-3 manatlıq ərzaq alan şəxs, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 yenə də xeyli xırda yeyinti məhsullarını gətirib piştaxtanın üzərinə yığmış, oğlu Murtuza da həmin xırdavatı hesablayaraq təxminən 11 manat olduğunu bildirmiş, həmin şəxs də üstündə pulu olmadığını bildirib onunla mağazaya daxil olanlardan birinə bildirmişdir ki, gedib maşından pulu gətirsin. Lakin həmin şəxs maşına gedib gələrək demişdir ki, avtomobildə pul yoxdur, ona görə də həmin şəxs özü də avtomobilə tərəf getmiş və qəfil avtomobilə əyləşərək oradan qaçıb getmişlər. Bundan sonra oğlu Murtuza mağazada olan müşahidə kameralarının görüntülərinə baxmış və görmüşdür ki, həmin şəxslər mağazadan oğurluq etmişlər. Həmin vaxt mağazanın həyətində olmuş və oğlu bu barədə ona bildirdikdən sonra əvvəlcə həmin avtomobilə uzaqdan əl etmiş, lakin avtomobilini sürücüsü saxlamayıb getdiyi üçün Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək oğlu Murtuzanın adından dükanından oğurluq olması barədə məlumat vermişdir. Sonra oğlu Murtuza ilə birlikdə yenidən dükana quraşdırılmış müşahidə kameralarına baxmışlar və görmüşlər ki, həmin şəxslər təxminən günorta saat 12 radələrində də dükandan oğurluq etmişlər. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Polis şöbəsində ona məlum olmuşdur ki, mağazadan oğurluq edən şəxslər Şirvan şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X3r. Adları qeyd olunan şəxslər 05 avqust 2020-ci il tarixdə saat 12 radələrində mağazadan 2 ədəd bir kq-lıq “Beta Tea” çayı, 6 ədəd 200 qramlıq “Dayaruşka” yağı, 2 ədəd bir kq-lıq “Çempion” çayı, 2 ədəd 500 qramlıq “Ancor” yağı, 2 ədəd bir kq-lıq “Vestgold” yağı və hər birinin qiyməti 4 manat olan 4 ədəd “Ace” markalı dezodorantı oğurlamışlar. Həmin gün saat 18 radələrində isə, həmin şəxslər mağazadan 2 ədəd bir kq-lıq “Beta Tea” çayı, bir ədəd bir kq-lıq “Yeni Zelandiya” yağı, 2 ədəd bir kq-lıq “Çempion” çayı, 4 ədəd 500 qramlıq “Ancor” yağı, 3 ədəd bir kq-lıq “Vestgold” yağı, hər birinin qiyməti 4 manat olan 12 ədəd “Ace” markalı dezodorant, 6,40 manat dəyərində 2 ədəd 350 qramlıq “Elidor” şampunu, 12 manat dəyərində 2 ədəd “Yacops” kofesi cə 36,50 manat dəyərində 5 ədəd 500 qramlıq “Helden Solders” şampunlarını oğurlamışlar. Ümumilikdə ona 450 manat maddi zərər dəymişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/1910 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 6 adda malların təzə vəziyyətdə olan malların 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 363,20 manat müəyyən edilir. Digər 4 adda mallar haqqında ətraflı məlumat (növü, həcmi və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(032)-31/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(032) 116/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub qrup təşkil edərək, təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin etirafedici ifadəsi, şahidin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onların əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın növünü və həddini müəyyən edərkən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nın 59.1.13-cü maddəsinə əsasən, törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın növünü və həddini müəyyən edərkən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər də eyni xarakterli cinayət törətməsi və buna görə məhkum olunması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin iş üzrə hökm çıxmamışdan əvvəl hazırki cinayəti törətmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 Şirvan şəhər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlini, hazırki cinayət işi üzrə cinayət əməlindən sonra törətdiyi üçün, ona Azərbaycan Respublikasının CM-nin 66-cı maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qaydalar əsasında cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 əvvəllər də eyni xarakterli cinayət törətməsi və buna görə məhkum olunması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin iş üzrə hökm çıxmamışdan əvvəl hazırkı cinayəti törətmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Şirvan şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlini, hazırkı cinayət işi üzrə cinayət əməlindən sonra törətdiyi üçün, ona Azərbaycan Respublikasının CM-nin 66-cı maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qaydalar əsasında cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikasının CM-nin 66.1-66.2-ci maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə CM-nin 66.1, 66.2 və 66.5-ci maddələrinə əsaslanaraq hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 3 ay azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin ediləcək 2 il 3 ay azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaq yolu ilə, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.1, 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 3 ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilən 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 31 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərərk 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.1, 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) AZN məbləğində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-81/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-81/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver