Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-82/2025 17.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nın 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 02 il 05 ay 26 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(057)- 204/2024 saylı qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti başa catdığı üçün xx.xx.2025-cü il tarixdə qeyydiyatdan çıxarılmışdır), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi - 0,631 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 24 mart 2025-ci il tarixdə saat 13 radələrində Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Sabirabad” adlı kafenin həyətində olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmış, həmin vaxt əməliyyat-axtarış tədbirlərini həyata keçirən əməliyyat-axtarış fəaliyyəti subyekti - Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən üstü yoxlanılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi - 0,631qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda anası X1 ilə birlikdə yaşayır, atası dünyasını dəyişmişdir. Əvvəllər günəmuzd işlərdə işləyib ailəsini dolandırsa da, hazırda işsiz olmuş, bir neçə dəfə oğurluq etdiyi üçün məhkum olunmuş, sonuncu dəfə, Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 23 gün hissəsini çəkməkdən vaxtından əvvəl azad edilmişdir. O, 3-4 aydır ki, yəni təxminən 2024-cü ilin dekabr ayının sonlarından tapdıqca psixotrop maddə olan metamfetamindən istifadə etmiş, 23 mart 2025-ci il tarixdə axşam saatlarında dəqiq saatı yadında qalmayan vaxtda piyada yaşadığı Sabirabad şəhəri Heydər Əliyev prospektində yerləşən evinə gedərkən yol kənarında əzilmiş siqaret qutusu görmüş, həmin qutunu açıb içərisinə baxdıqda içərisində 1 ədəd kağız büküm olmuş, bükümü açdıqda içərisində “patı”, psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. İstifadə etmək məqsədilə həmin bükümün gödəkçəsinin sol yan cibinə qoymuş, siqaret qutusunu isə tullamış, sonra evə getmiş, bu barədə anasına və ya başqa hər hansı bir şəxsə bir söz deməmişdir. 24 mart 2025-ci il tarixdə saat 13 radələrində evdən çıxıb piyada Sabirabad şəhəri 20 Yanvar küçəsində yerləşən “Sabirabad” adlı kafeyə getmiş, kafenin həyətinə olarkən ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşmış, onlar polis əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demiş, üzərində narkotik vasitə olubolmamasını soruşulduqda üzərində 1 ədəd bükümdə psixotrop maddə olduğunu demiş, onlar videoçəkilişlə üzərini yoxlayacaqlarını dedikdə etiraz etməmişdir. Üzərində olan 1 ədəd ağ kağız bükümdə psixotrop maddə olan metamfetmini qara rəngli gödəkçənin sol yan cibindən çıxarıb təqdim etmiş, ondan həmin psixotrop maddəni haradan əldə etməsi soruşulduqda həmin psixotrop maddəni tapdığını bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş. çəkisinin 1 qram olduğu müəyyən olunmuş, həmin büküm 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, qablaşdırmanın üzərinə o və digər iştirakçılar imza etmiş, sonra polis əməkdaşlarından biri onun üzərini yoxladıqda qara rəngli kətan şalvarımın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən isə 1 ədəd alışkan və 10 manat pul aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb edildiyi deyilib həmin mobil telefon da götürülmüş, sonra polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmiş, orada protokol tərtib olunmuş, protokola o, və digər iştirakçılar imza etmiş, polis şöbəsində xidməti otaqların birində üzərindən aşkar olunmuş əşyalara baxış və götürmə keçirilmiş, büküm olan zərf açıldıqdan sonra çəkisi çəkildikdə psixotrop maddənin kağız büküm ilə birlikdə çəkisinin 1.02 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə müstəntiq tərəfindən bir ədəd zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, üzəri möhürlənib götürülmüş, o və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Eləcə də ona məxsus 1 ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüş, bu barədə protokol tərtib olunmuş, protokola o və digər iştirakçılar imza etmişlər. Sonra şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi kimi Qədir müəllimi seçmişdir. Üzərindən aşkar edilmiş həmin kütləni 23 mart 2025-ci il tarixdə axşam saatlarında dəqiq saatı yadında qalmayan vaxtda piyada yaşadığı Sabirabad şəhəri Heydər Əliyev prospektində yerləşən evinə gedərkən yol kənarından tapmışdır. Üzərindən çıxan həmin metamfetamini özü üçün saxlamış, heç kimə satmaq və ya əvəzsiz vermək kimi bir fikri olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və ya belə zorun tətbiq ediləcəyi hədəsi olmamışdır. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəndə işləməklə, polis kiçik leytenantı rütbəsindədir. 24 mart 2025-ci il tarixdə xx.xx.1989-cu il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 23 gün hissəsini çəkməkdən vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması və istifadə etməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən 24 mart 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Sabirabad RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. 2025-ci ilin mart ayının 24-də o, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 və Sabirabad RPŞnın NH-nın sürücü polis nəfəri, polis baş serjantı Şahid3 Əlimövsüm oğlu ilə birlikdə saat 13 radələrində Təqsirləndirilən şəxs olacağı Sabirabad şəhəri 20 Yanvar küçəsinə getmiş, saat 13:35 dəqiqədə Təqsirləndirilən şəxs həmin küçədə yerləşən “Sabirabad” adlı kafeninn həyətinə girdikdən sonra saxlamış, özlərini Təqsirləndirilən şəxs təqdim edərək sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bidirmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirib həmin bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan əldə etməsi soruşulduqda sonuncu həmin psixotrop maddəni tapdığını bildirmiş, sonra həmin büküm tərəfindən elektron tərəzidə çəkildikdə çəkisinin 1 qram olduğu müəyyən olunmuşdur. Həmin büküm tərəfindən 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, qablaşdırmanın üzərinə Təqsirləndirilən şəxs və digər iştirakçılar imza etmiş, sonra tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanıldıqda sonuncunun əynində olan qara rəngli kətan şalvarının sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən isə 1 ədəd alışkan və 10 manat pul aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin mobil telefon da tərəfindən götürülmüş, Qasımov X3 RPŞyə gətirilmiş, bu barədə raportla şöbə rəhbərliyinə müraciət edilmiş, sonra o, başqa işləri ilə məşğul olmuşdur. Sonradan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara müstəntiqin xidməti otağında videoçəkilişlə baxış keçirildiyini, həmin qablaşdırmanın yenidən açılaraq baxış keçirildikdən sonra ekspertizaya təqdim edilməsindən ötrü yenidən qablaşdırıldığını, eyni zamanda Təqsirləndirilən şəxs tutulduqdan sonra özü könüllü olaraq narkotik vasitələrə aid olan tiryək, heroin və həşiş kütlələrini istintaqa təqdim etdiyini eşitmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NH-nin sürücü polis nəfəri, polis baş serjantı Şahid3 Əlimövsüm oğlu, digər Şahid2 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2025-ci il tarixli 18/255 nömrəli ekspert rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi- 0.631 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. “Metamfetamin” - 2025-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Sıyahı İ) daxildir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 24 aprel 2025ci il tarixli 2346 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixosimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında əlavə edilmiş 24 mart 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sabirabad şəhəri Heydər Əliyev prospektində yerləşən “Sabirabad” adlı kafenin ərazisində saxlanılmış, üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan 24 mart 2025-ci il tarixli “əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış kütləyə həmin kağız zərf açılmaqla yenidən baxış keçirilərkən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən olunmuşdur. Baxış zamanı qeyd olunan predmet yenidən bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Eyni zamanda Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən peşmançılıq hissi keçirməsini və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən və Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Qasımov X3 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nın 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 02 il 05 ay 26 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(057)-204/2024 saylı qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti başa catdığı üçün xx.xx.2025-cü il tarixdə qeyydiyatdan çıxarılmışdır. Hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı qeyd edir ki, hazırkı cinayəti törədən zaman Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nın 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2024-cü il tarixdə azad olunduğu gündən 2 (iki) il müddət keçmədiyinə görə, həmin hökmə əsasən yaranmış məhkumluq CM-nın 83.3.3 və 83.4-cü maddələrinə əsasən ödənilməmişdir. Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nın xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq 02 iki gün həbsdə saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 02 (iki) gün ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsəazadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan mərhum etmə cəzası təyin edildiyi halda o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilməsini, cəzanın əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanmasını, ona narkomaniyadan məcburi müalicə təyin olunaraq, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0.581 qram psixotrop maddə metamfetaminin hökmün qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilnsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq 02 iki gün həbsdə saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 02 (iki) gün ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi, aparılmış 25 mart 2025-ci il tarixli 18/255 nömrəli materialların məhkəmə ekspertiza tədqiqatının dəyəri - 31,95 manat və 26 mart 2025-ci il tarixli 18/257- 258 nömrəli məhkəmə-bioloji ekspertiza tədqiqatının dəyəri - 63,90 manat, ümumilikdə isə 95,85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspetiza tədqiqatından sonrakı qalıq çəkisi 0.581 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-82/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-82/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver