Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-84/2024 17.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Çinqiz oğlunun iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, əvvəllər məhkum olunmuş (Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-132/2023№-li hökmü ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırda cəzasının çəkilməmiş hissəsi 02 il 05 ay 22 gün təşkil edir ), məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Çinqiz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Çinqiz oğluna Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 53,30 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla ünvan 3 ünvana daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Çinqiz oğluna Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Çinqiz oğlu ona Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, arada narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə etmiş və hec bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hər hansı narkoloji və ya psixiatrik müəssisədə müalicədə və qeydiyyatda olmamışdır. 03 noyabr 2023-cü il tarixdə, saat 12:30 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Sabirabad RPŞ-nin inzibati binasına dəvət etmişlər. Polis Şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Bu təklifdən sonra gödəkçəsinin sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan torbada spesifik iyə malik, bitki tərkibli, narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Sonra gödəkçəsinin sağ yan cibindən 1 ədəd elektron qolbaq aparatını təqdim etmişdir. Bundan əlavə, sağ ayağında olan elektron qolbağı göstərmişdir. Sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdi. Aşkar olunmuş qurudulmuş marixuana içərisi boş olan digər ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş 1 ədəd elektron qolbaq aparatı geri qaytarılmışdır. Verilən suallara cavab olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni Sabirabad şəhəri ərazisində tanımadığı şəxsdən aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda ona qarşı CM-nın 234.2-ci maddəsi ilə istinad olunan ittiham üzrə özünü təqsirli bilməyib, hec bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmadığını, özünü CM-nın məhz 234.1-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən peşmançılıq hissi keçirdiyini, fəhlə işləməklə ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını qeyd edərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 03 noyabr 2023-cü il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə 20 iyun 1980-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla aşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 03 noyabr 2023-cü il tarixli qərar çıxarılmış və BNMİ-nin əməkdaşları-baş əməliyyat müvəkkili Şahid2, təhqiqatçı X2 və özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik özünə həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 3 ünvana yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 12:30-da ünvan 3 ünvanın yaxınlığında olduqları zaman Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmış, özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və o, əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması ona bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilmişdir. Şöbəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə hər hası bir vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxs müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmişdir, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmiş və Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2023-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan torbada spesifik iyə malik, bitki tərkibli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd elektron qolbaq aparatını təqdim etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs sağ ayağında olan elektron qolbağı göstərmiş, lakin həmin qolbaq ondan götürülməmişdir. Sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş qurudulmuş marixuanaya bənzər maddəllər içərisi boş olan digər ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd elektron qolbaq aparatı ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni Sabirabad şəhəri ərazisində tanımadığı şəxsdən aldığını, verilən sualları tam başa düşdüyünü qeyd edərək, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 məhkəmədə göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2023cü il tarixli 3-16-16/2-7/1537 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində qeyd edilmişdir: tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs.... Təqsirləndirilən şəxs” yazılar və imzalar olan ağ rəngli kağız paketdə 1(bir) ədəd üzəri skoçla bağlanmış bağlamada təmiz çəkisi- 53,30 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik-vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonrakı qalıq çəkisi - 53,28 qram. İş materiallarında olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1 04 noyabr 2023-cü il tarixli 7254 nömrəli rəyində qeyd edilmişdir ki: müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs və şahidlərin məhkəmə iclasındakı ifadələrini dinləyib, cinayət işindəki sənədləri araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndiriəln şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və daşıması məhkəmə iclasında sübuta yetməyərək təsdiq edilməmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Cnayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada təzahür edir. Başqa sözlə, şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə, yəni maddi xarakterli müəyyən öhdəliklərdən azad olunması və mənfəət əldə etməsində özünü büruzə verməlidir. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi narkotik vasitələrin və psixotrop maddələrin miqdarı deyil, həmin narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə və satma çıxış edir. Yəni şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrini Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satırsa, CM-nın 234.2-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. İbtidai istintaq və məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Çinqiz oğlu ifadəsində üzərində aşkar edilmiş narkotik vasitənin - yaşadığı Sabirabad şəhəri ərazisində tanımadığı şəxsdən aldığını və özünün qəbul etdiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bununla yanaşı, onun həmin narkotik maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi və ya satması halı olmamış və bu hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda cinayət işi materiallarında olan Ambulator X1 xx.xx.2023-cü il tarixli 6469 nömrəli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs Çinqiz oğlunda kannabinoidlərin qəbulu nəticəsində onda yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Rəydən aydın olur ki, Təqsirləndirilən şəxs Çinqiz oğlu qurudulmuş marixuana istifadəçisidir, hətta həmin növ narkotik vasitətən asıllılığı yaranmışdır. Həmçinin təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və bilavasitə onun tutulmasında iştirak etmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 məhkəmədə şahid qismində dindirilərkən təqsirləndirilən şəxsin barəsində daxil olmuş əməliyyat məlumatın Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin satışı ilə məşğul olması barədə olduğunu qeyd etmişlər. Lakin onlar Təqsirləndirilən şəxs narkotik vasitənin hər hansı şəxsə satmasını və ya satmaq niyyətinin olmasını təsdiq edə bilən hər hansı bir sübut təqdim edə bilməmişlər. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Çinqiz oğlunun üzərində aşkar olunaraq götürülmüş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edə biləcək təkzibedilmiş sübut əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışını şərh edərkən məhkəmələrə izah edilmişdir ki, şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında” xx.xx.2005-ci il tarixli Qanunda göstərilmiş 1-ci siyahıya əsasən narkotik vasitə hesab olunan qurudulmuş marixuananın cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən xeyli miqdar (təmiz halda qramlarla) həddi 5 qram çəkidən, külli miqdarı isə 500 qramdan başlanır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsə ittiham elan olunan CM-nın 234.2-ci maddəsində nəzərdə tutulmuş obyektiv cəhətinin zəruri elementi olan “satış məqsədi” işin halları ilə, xüsusi ilə təqsirləndirilən şəxsin narkotik vasitələrin satışına yönələn hərəkətlərinin (narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olmaması, bu barədə əvvəlcədən hər hansı şəxs və ya şəxslərlə sövdələşməməsi, yaxud faktiki olaraq buna cəhd etməməsi və ya satmaması, narkotik vasitənin həcminin ümumilikdə 53,30 qram çəkidə olmaqla bir vahid bükümdə olması, onların hazırlanması üçün avadanlığın olmaması, yəni təqsirləndirilən şəxsdən və ya yaşadığı ünvandan aşkar edilməməsi və sair) olmaması, təqsirləndirilən Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, ekspertiza rəyləri və cinayət işinə əlavə edilmiş istintaq hərəkətləri protokolları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri satmaya dair ona elan edilmiş ittiham işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. Ali Məhkəmənin Plenumunun yuxarıda adı çəkilən qərarının 11-ci bəndinin 6-cı hissəsində göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satış barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotik satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-nın 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nın 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-nın 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-nın 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək ittiham hökmü çıxarılır Bundan əlavə məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni satması halı yalnız ehtimallara əsaslanmışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən həmin halı təsdiq edə biləcək hər hansı bir sübut iş materiallarında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayətinin tərkibinin olması məhkəmə iclasında tam sübuta yetirilmişdir. Onun hərəkətində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olduğundan, onun əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin etməklə, ona təqsirli bilindiyi CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində 01 (bir) il müddətində azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-132/2023№-li hökmü ilə Təqsirləndirilən şəxs Çinqiz oğlu 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırda cəzasının çəkilməmiş hissəsi 02 il 05 ay 22 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nın 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Məhkəmə Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-132/2023№-li hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq hesablanmaqla müəyyən edilmiş 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmənin, hazırkı hökmlə təyin ediləcək 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, onun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilərək, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut - Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 53.28 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Çinqiz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-132/2023№-li hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il 05 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla, müəyyən edilmiş 01 il 02 ay 26 gün azadlıqdan məhrum etmə cəzasının, hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 noyabr 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Çinqiz oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 72 (yetmiş iki) AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs Çinqiz oğlundan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 53.28 qram narkotik vasitə qurudulmuş “marixuana” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-84/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-84/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver