Məhkəmə qərarları › İş №1(056)-84/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-84/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-84/2025 02.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sabirabad rayonunun Əsədli kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Əsədli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayonu Məmişlər kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 22 may 2025-ci il tarixdə, saat 12 radələrində yaşadıqları ünvanda arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətlərin pozulması səbəbilə baş vermiş münaqişə zamanı o, sərxoş halda Zərərçəkmiş şəxs sillə ilə sifət və bədən nahiyyəsinə, həmçinin bədənin müxtəlif nahiyələrinə vurmaqla, Zərərçəkmiş şəxs sol gözün alt və üst qapağında hematoma, konyuktivada və şüşəvari cismdə qansızma, boyunun ön, yan səthlərində çoxsaylı sıyrıqlar, sol bazunun orta 1/3-də bayır səthdə, sol baldırın aşağı 1/3-də ön səthdə qançır ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan məhkəməyədək sadələşdirilmiş icraat əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan edilmiş məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə özünü tam təqsirli bilərək, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını qeyd edib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Yavərin ona dəymiş ziyanı tam ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını ərizəsində qeyd etməklə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş və o, ona istinad olunan əməl üzrə özünü tam təqsirli bilmişdir. İş materiallarında olan ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, həmçinin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26 may 2025-cı il tarixli, 202 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olan xəsarətlər-sol gözün alt və üst qapağında hematoma, konyuktivada və şüşəvari cismdə qansızma, boyunun ön, yan səthlərində çoxsaylı sıynqlar, sol bazunun orta 1/3-də bayır səthdə, sol baldırın aşağı 1/3-clə ön səthdə qançır küt əşyanın (əşyaların təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti 22 may 2025-cı tarixə uyğun gəlir, dərəcəsinə görə qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində CM-nin 73.2-ci maddəsinin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu - cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddələrinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, onun cinayət məsuliyyətindən azad edilməsi üçün işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs CM-nın 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özünün ərizə və ifadəsini nəzərə alıb, Cinayət və Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 300 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, dəymiş zərərin və mülki iddianın olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar