Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-86/2025 24.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda - yəni 7,74 qram olan bir ədəd «LD» markalı siqaret qutusunda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşımaqla saxlamış, 01 aprel 2025-ci il tarixdə saat 17:25-də Sabirabad RPŞ-nin əməkdaşlarının təxirəsalınmadan keçirdikləri əməliyyət-axtarış tədbirləri zamanı Sabirabad şəhər A.Məmmədov küçəsində piyada gedərkən narkotik vasitələrin qununsuz dövriyyəsi ilə məşğul olması səbəbinə görə şübhəli olduğu üçün saxlanılmış, fasiləsiz video çəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən, əynindəki gödəkçənin sol iç cibindən bir ədəd «LD» markalı siqaret qutusunda təmiz çəkisi 7,74 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür marixuana aşkar edilərək götürülmüşür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sabirabad şəhərində anası Mənsurə Qənbərova ilə birlikdə yaşayır. 2022-ci ildə Xankəndi şəhərində hərbi xidmətdə olmuş, hərbi xidmətdə olduğu dövürdən narkotik vasitə marixuana qəbul etmişdir. Hərbi xidmətini başa vurub evlərinə gələrkən orada yabanı halda bitən çətənə bitkilərinin toxumundan özü ilə gətirmişdir. 2024-cü ilin may ayında Kür çayına qarmaq atmağa gedərkən özündə olan həmin bir ədəd çətənə toxumunu kür çayının sahilində yulğun ağacları arasında özü qəbul etmək üçün əkmişdir. Bir neçə gündən sonra gedib baxarkən əkdiyi çətənə toxumu cücərərək torpaqdan çıxdığını görmüşdür. Həmin çətənə bitkisi inkişaf edib böyüyəndən sonra onun marixuanasını yığaraq gətirib anası Mənsurədən gizlin qurudaraq evlərində saxlamışdır. Sonradan isə həmin marixuanadan ara-bir götürüb istifadə etməyə başlamış, 01 aprel 2025-ci il tarixdə evlərində qalan marixuananın hamısını götürüb “LD” siqaret qutusunun içərsinə qoyaraq özü istifadə etmək üçün əynində olan gödəkçəsinin sol içəri cibinə qoymuşdur. Elə həmin günü saat 17:25-də Sabirabad şəhəri, A.Məmmədov küçəsində piyada gedərkən üç nəfər mülki formada olan əməkdaşlar ona yaxınlaşaraq özlərini təqdim edib Sabirabad RPŞ-nin əməkdaşları olduqlarını demişlər. Sonra polis əməkdaşları video çəkliş vasitəsi ilə onun üzərinə baxış keçirərkən ona üzərində narkotik vasitə varsa təqdim etməsini demişlər. O da əynindəki gödəkçəsinin cibində marixuana olduğunu deyərək gödəkçəsinin sol iç cibindən çıxardıb həmin marixuananı polis əməkdaşlarına təqdim etmişdir.Polis əməkdaşları həmin marixuananı elektron tərəzidə çəkdilər, siqaret qutusu ilə birlikdə marixuananın çəkisi 11,90 qram olmuş, sonra polis əməkdaşları həmin marixuananı siqaret qutusu ilə birlikdə zərfə qablaşdırıb zərfin ağızını möhürləmişlər. Üzərinə baxış keçirilmiş, baxış zamanı mobil telefonunu və iki ədəd bank kartları da götürülmüş, qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, protokolu ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. O, əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətməsini və ailə vəziyyətinin nəzərə alınmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsə istinad olunan cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, işdə olan sənədlər və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 aprel 2025-ci il tarixdə Sabirabad şəhəri Nəsimi küçəsi ev 45-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində saxlamaqla istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, tədbirin keçirilməsi barədə rəhbərlik tərəfindən müvafiq əmr verilməklə əməliyyat qurupu yaradılmışdır. Belə ki, o, əməliyyat qrupunun rəhbəri, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2, RPŞ-nin Növbətçi Hissəsinin sürücü polis nəfəri Şahid3, RPŞ-nin MSY-nin KH-nin konvoyu Şahid4 əməliyyat qrupunun üzvləri təyin olunmuşlar. Bundan sonra onlar həmin gün mülki geyimdə Sabirabad şəhəri, A.Məmmədov küçəsində maşahidə apararkən saat 17:15-də Təqsirləndirilən şəxs piyada hərəkət edərkən ona yaxınlaşaraq saxlamışlar. Şahid2 polis əməkdaşları olduğlarını Təqsirləndirilən şəxs deyərək narkotik vasitələrin qanunsuz dövriyyəi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirərək əgər narkotik vasitəsi varıdırsa təqdim etməsini izah etmişdir.Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla baxış keçirilərkən əynindəki gödəkçənin sol iç cibindən LD markalı siqaret qutusunu çıxarıb təqdim edərək, içrisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir.Həmin siqaret qutusunun içərisinə baxış keçirilərkən, yaşılımtıl rəngli, spesifik qoxuya malik olan, bitki mənşəli, quru halda marixuanaya oxşar kütlə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs 2024-cü ildə Kür çayının sahilində bir ədəd narkotik tərkibli bitki əkib becərdiyini və həmin bitkinin hiəssələrini yığıb qurudaraq istifadə etdiyini, qalan narkotik vasitəni siqaret qutusunda istifadə etmək məqsədi ilə üzərində saxladığını demişdir. Həmin siqaret qutusu içərisində olan marixunaya oxşar kütlə ilə birlikdə elektron tərəzidə çəkilərək 11,90 qaram olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd siqaret qutusunda olan narktik vasitəyə oxşar kütlə kağız zərfə qoyuaraq RPŞ-nin 139 №-li möhürü ilə möhürlənərək götürülmüş, Təqsirləndirilən şəxs aşkar edilmiş İPHONE-13 markalı 1 ədəd telefon ABB-yə məxsus 1 ədəd kart, Access Banka məxsus olan 1 ədəd biznes kartı da götürülərək protokola əlavə edilmiş, həmçinin aşkar edilmiş bir ədəd pul qabı və bir ədəd alışqan onun özünə qaytarılmış, qeyd olunanlar barədə Şahid2 tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilən DVD disklərə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edib daşımaqla saxlaması öz təsdiqini tapmışdır. İşdə olan Məhkəmə-bioloji ekspertizasının 02 aprel 2025-ci il tarixli, 18/275 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “X3 aşkar olunmuş...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd kibrit qutusunda tədqiqatdan sonra qalan təmiz çəkisi 7,72 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının istintaq materiallarında olan 15 may 2025-ci il tarixli, 2845 nömrəli rəyindən görünür ki, “hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı kannabionoidlərin qəbul ediməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaq materiallarında olan Sabirabad Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə 2668 saylı 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 13-cü bəndinə əsasən tövsiyyə olunur ki, məhkəmələr, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmalı, həmçinin, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli törətməsini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da, cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01-03 aprel 2025-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə hansı cəzanın təyin olunmasını müzakirə edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini əsaslı və onun islah olunması üçün yetərli hesab edir.Həmçinin, məhkəmə hesab edir ki, onun şübhəli şəxs qismində tutulduğu 2 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökm qanuni qüvvəsini alanədək barəsində seçilmiş “polisin nəzarəti altına vermə “qətimkan tədbiri dəyişdirirlmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə ekspertiza xərcini təşkil edən 31,95 manat təqsirləndirilən şəxsdən alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində nəzarətə götürülməli, iş üzrə maddi sübut olan və Sabirabad rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 7,72 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən 4 (dörd) saat iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə olunmuş, 28 aprel 2025ci il tarixli son dəyişikliyə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 44 (qırx dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış, yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat, 95 qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonra çəkisi 7,72 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarını Sabirabad Rayon Məhkəməsində dövlət vəsaiti hesabına 4 (dörd) saat müddətində müdafiə etdiyi üçün, Vəkillər Kollegiyasına ayrılan vəsaitdən 44 (qırx dörd) manat Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(056)-86/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-86/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver