Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-87/2023 01.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Sabirabad rayonu, Vladimirovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmayan, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay bir uşağa 110,00 manat olmaqla iki uşağa cəmi 220,00 manat sabit pul məbləğində alimentin tutularaq Rzayeva (Mustafayeva) Bayramxatın Əlimirzə qızına verilməsinə dair Şirvan şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(032)-1116/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(056)-496/2022 nömrəli qərarı ilə on beş gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 8140,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Rzayeva (Mustafayeva) Bayramxatın Əlimirzə qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, Rzayeva (Mustafayeva) Bayramxatın Əlimirzə qızı ilə rəsmi ailə qurmuş, el-adəti ilə toy eləməklə valideyinlərinə məxsus Sabirabad rayonu, Nizami kənd kəndində yerləşən evdə yaşamışlar. Münasibətlərindən xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 adında övladları anadan olmuşdur. Birlikdə yaşadıqları müddətlərdə Zərərçəkmiş şəxs (Mustafayeva) ilə bir müddət mehriban yaşasalar da sonradan yola getmədiklərindən ayrılmaq qərarına gəlmişlər və həmin vaxtdan da Zərərçəkmiş şəxs (Mustafayeva) uşaqlarla birlikdə yaşayır. Ayrılandan sonra Zərərçəkmiş şəxs (Mustafayeva) uşaqların saxlanılması ilə əlaqədər ona maddi kömaklik göstərmədiyini və uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən ondan əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla qeyd edilən uşaqların yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay bir uşağa 110,00 manat olmaqla iki uşağa cəmi 220,00 manat sabit pul məbləğində alimentin tutularaq Rzayeva (Mustafayeva) Bayramxatın Əlimirzə qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə on beş gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Maddi imkanı kifayət qədər olmadığından ödəməli olduğu aylıq alimenti vaxtı-vaxtında ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 8140,00 manat aliment borcu yaranmışdır. Əlavə olaraq eyd etmişdir ki, övladlarına baxmalı olduğunu dərk edir, özünü təqsirli bilir. Sadəcə qətnamədə qeyd edilən aliment məbləği çox olduğundan qeyd edilən qətnamə ilə razı deyil. Qeyd edilən qətnamə ilə razı olmasa da qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət etməmişdir. Fərdi əmək fəaliyyəti ilə məşğuldur, ev tikintilərində usta işləyir, stabil gəliri olmur. Bundan əlavə o, zərərçəkmiş şəxslə barışıq əldə edərək borclu olduğu 8140 manat borcunu tam olaraq ödəmişdir. Ona görə də onu cinayət məsuliyyətindən azad edərək barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İfadəsi məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə rəsmi ailə qurmuş, el-adəti ilə toy eləməklə və Təqsirləndirilən şəxs valideyinlərinə məxsus Sabirabad rayonu, Nizami kənd kəndində yerləşən evdə yaşamışlar. Münasibətlərindən xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 adında övladları anadan olmuşdur. Təqsirləndirilən şəxslə bir müddət mehriban yaşasalar da sonradan yola getmədiklərindən ayrılmaq qərarına gəlmişlər və həmin vaxtdan da uşaqlarla birlikdə yaşayır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi kömaklik göstərməmiş, uşaqları tək başına saxlaya bilmədiyindən ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla qeyd edilən uşaqların yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay bir uşağa 110,00 manat olmaqla iki uşağa cəmi 220,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə on beş gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Aparılmış bütün icra tədbirlərinə baxmayaraq işləməsinə və gəlir əldə etməsinə baxmayaraq Təqsirləndirilən şəxs ödəməli olduğu aylıq alimenti vaxtı-vaxtında ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 8140,00 manat aliment borcu yaranmışdır. Bu müddət ərzində aylıq alimenti ödəməməklə yanası uşaqlarla maraqlanmamış, maddi bir yana, mənəvi köməkliyi olmamışdır. Zərərçəkmiş şəxs notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona olan aliment borcu tam olaraq ödənilmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 Seyidağa oğlu ifadəsində göstərdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)1116/2019 saylı qətnamə və həmin qətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110,00 manat olmaqla cəmi 220,00 manat tutulub Rzayeva (Mustafayeva) Bayramxatın Əlimirzə qızına verilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2019-cu il tarixdə Sabirabad rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və iş üzrə icraata başlanılmışdır. Borclu Təqsirləndirilən şəxs məxsus tələbin yönəldilə bilinəcəyi hər hansı bir əmlak və gəliri müəyyən edilməmişdir. Borclu Təqsirləndirilən şəxs izahat alınmış və inzibati məsuliyyətinə cəlb ediləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir. Borclu daha sonra icra məmurunun cağırışına gəlməmiş və aliment ödəməmişdir. Həmçinin icra məmuru tərəfindən borclunun qeydiyyatda olduğu ünvanda xx.xx.2020-ci il tarixdə borclunun yaşamamasıvə tələbin yönəldilə bilinəcəyi əmlakın olmması barədə müvafiq akt tərtib edilmişdir. Sabirabad rayon məhkəməsinin xx.xx.2020ci il tarixli, 8(056)260/2020 saylı qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədində qeyd olunan ünvanda yaşamadığı və onun faktiki yaşayış yerinin müəyyən edilməsinin mümkün olmadığı üçün barəsində xx.xx.2020-ci il tarixdə borclunun axtarılması barədə qərarı qəbul edilmiş və aidiyyəti üzrə Sabirabad rayon Polis şöbəsinə göndərilmişdir. Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2022cu il tarixdə saxlanılaraq şöbəyə təhvil verilmiş və izahat alınmışdır. Borlcu müxtəlif bəhanələr gətirərək aliment borcunu ödəməkdən və məsuliyyətdən yayınmaq istməmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş və Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(056)-496/2022 saylı qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib on beş gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra borclu Təqsirləndirilən şəxs izahat alınmış və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir. Tələbkar Rzayeva (Mustafayeva) Bayramxatın Əlimirzə qızı xx.xx.2022-ci il tarxdə Sabirabad rayon icra və pobasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qərəzli olaraq alimenti və yaranmış aliment borcunu ödəmədiyini bildirmiş və onun cinayət məsuliyətinə cəlb edilməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)1116/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə ümumiyyətlə aliment ödəməmiş və nəticədə 8140,00 manat məbləğində aliment borcu yaranmışdır. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməmiş, alimentin və yaranmış borcun ödənilməsi üçün heç bir cəhd göstərməmiş, əksinə müxtəlif bəhanələr gətirməklə qərəzli olaraq Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 Seyidağa oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərərçəkmiş şəx Zərərçəkmiş şəxs imzası və notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan tam olaraq ödənilmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədildiyi hallarda yaranır. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yarandığından, Təqsirləndirilən şəxs CM-nın 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikası CPM-nın 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 306-cı maddəsinin Qeyd hissəsinin əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan hazırki cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətinə Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-87/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-87/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver