Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-89/2023 19.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Güloğlan Aydın oğlu Cəbiyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, 02 avqust 1979-cu il tarixdə Sabirabad rayonu, Vladimirovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 nəfər azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş (Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə cəzadan 05 ay 10 gün vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş) Sabirabad rayonu Nizami kəndi ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə ümumi təmiz çəkisi 73,46 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq, həmin narkotik vasitəni ayrı-ayrılıqda təmiz çəkiləri 3,98 qram, 3,60 qram, 3,50 qram, 3,96 qram, 2,88 qram, 2,96 qram, 3,28 qram, 3,85 qram, 3,15 qram, 3,94 qram olmaqla 10 ədəd kibrit qutularında, 8,90 qram və 29,46 qram olmaqla iki ədəd ayrı-ayrı polietilen torbalarda qablaşdırıb yaşadığı evin yataq otağındakı şkafda bir ədəd qara rəngli polietilen torbada qanunsuz olaraq saxlamış, 29 yanvar 2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, yaşadığı evin yataq otağındakı şkafın içərisində olan qara rəngli polietilen torbadan 10 ədəd kibrit qutularında, eləcə də iki ədəd polietilen torbada ümumi təmiz çəkisi 73,46 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Sabirabad rayonu Nizami kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi təsərrüfatla məşğul olmaqla ailəsini dolandrır və 20 il olar ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Hadisə ilə əlaqədar qeyd etmişdir ki, 2022-ci ilin mart ayında yaşadığı Nizami kəndində yerləşən çöl sahəsində olan zaman, bir ədəd narkotik tərkibli çətənə bitkisi əkmək qərarına gəlmişdir. Bu minvalla marixuana çəkən zaman, özündə saxladığı bir ədəd narkotik toxumunu çöl sahəyə əkmişdir. 2022-ci ilin may ayında həbs olunmuş, 2022-ci ilin sentyabr ayında həbsdən azad olunduqdan sonra, oktyabr ayında həmin sahəyə getmiş və əkdiyi narkotik toxumunun artıq çətənə bitkisi olduğunu görmüşdür. O, həmin bitkinin hissələrini sellofan torbaya yığıb evə gətirmişdir. Daha sonra əkdiyi bitkini kökündən çıxarıb yandırmışdır. Bitkinin hissələrini isə evə gətirmişdir. Əkdiyi çətənə bitkilərinin hissələrini qurutumaq üçün 10 ədəd kibrit qutularına və iki ədəd sellofan torbalara yığmışdır. Marixuana quruduqdan sonra sellofan torbalara yığdığı marixuanadan hərdən istifadə etmişdir. Həmin narkotikləri yaşadığı evin yataq otağındakı şkafda bir ədəd qara rəngli sellofan torbada saxlamışdır. 27 yanvar 2023-cü il tarixdə saat 15 radələrində evdə olarkən polis əməkdaşları həyətə gəlib ona yaşadığı evdə və həyətyanı sahədə narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu, buna görə də həyətyanı sahəyə və yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Polis əməkdaşları tərəfindən iki nəfər hal şahidinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı, yaşadığı evin yataq otağında olan şkafda bir ədəd qara rəngli sellofan torbanın içərisində 10 ədəd kibrit qutusunda və iki ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr hal şahidlərinin, onun və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılıb möhürlənmiş və müstəntiq tərəfindən götürülmüşdür. Aşkar edilənlərlə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs ifadəsinin sonunda yaşadığı evdən aşkar edilmiş narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədilə deyil, məhz bilavasitə özünün istifadə etməsini, himayəsində 2 nəfər azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını qeyd edərək ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə daxil olmuş məlumat əsasında Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 raportla RPŞ-nin rəisinə məruzə edərək Sabirabad rayonu Nizami kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirmişdir. Sonra həmin tarixdə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilərək tədbirin keçirilməsinə icazə verilmişdir. Bundan sonra tədbirdə iştirak edən Şahid1 o və RPŞnin digər əməkdaş Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Nizami kəndində yaşadığı evinə getmişlər. Təqsirləndirilən şəxs RPŞ-yə daxil olmuş məlumat haqqında bildirilmiş, ona görə də Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinin zəruri olduğu bildirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməməsi barədə ərizə yazıb təqdim etmişdir. Baxış keçirilməzdən əvvəl oraya 2 nəfər hal şahidi də dəvət olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan şkafda bir ədəd qara rəngli sellofan torbanın içərisində 10 ədəd kibrit qutusunda və iki ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş kütlələr qablaşdırılaraq ağzı DİN-in 139 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokola baxış iştirakçıları ilə birlikdə imza etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələri hansı mənbədən əldə etməsinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 göstərdiyinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə xidməti ərazisi Sabirabad rayonu Nizami kəndində olarkən, bir nəfər polis əməkdaşı ondan Sabirabad rayonu Nizami kəndində yaşayan bir nəfər şəxsin yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. Buna görə də polis əməkdaşının xahişini nəzərə alıb qeyd olunan ünvana getmişlər. Ünvana çatdıqdan sonra ona məlum olmuşdur ki, baxış keçiriləcək ünvan Sabirabad rayonu Nizami kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdir. Baxış keçirilməsində ondan başqa bir nəfər də hal şahidi iştirak etmişdir. Baxış keçirilməsinə başlamazdan əvvəl ona və digər hal şahidinə hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs RPŞ-yə daxil olmuş məlumat haqqında bildirilmiş, ona görə də onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinin zəruri olması barədə məlumat verilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməməsi barədə ərizə yazıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman, evin yataq otağında olan şkafda bir ədəd qara rəngli sellofan torbanın içərisində 10 ədəd kibrit qutusunda və iki ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq ağzı möhürlənmişdir. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokola o və baxış iştirakçıları imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 göstərdiyinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 28 yanvar 2023-cü il tarixli, 18/94 nömrəli rəyindən görünür ki, 1). Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış və imzalar olan kağız paketdə qara rənfli polietilen torbanın içərisində 2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 8,90 qram, 29,46 qram, həmin qara rəngli polietilen torbanın içərisində 10 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,98 qram, 3,60 qram, 3,50 qram, 3,96 qram, 2,88 qram, 2,96 qram, 3,28 qram, 3,85 qram, 3,15 qram, 3,94 qram, ümumi təmiz çəkisi 73,46 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 31 mart 2023cü il tarixli, 1775 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Mansurov X2 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 05 ay 10 gün vaxtından əvvəl azad edilmişdir. Sabirabad rayon Nizami kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci və 2017-ci il təvəllüdlü 2 nəfər azyaşlı uşaqları vardır və onun şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş 02 fevral 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan, eləcə də aqronom Şahid4 rəyindən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik xassəli çətənə bitkisinin əkilib becərilməsi halı müəyyən edilməmişdir. Torpaqda çətənə bitkisinin hər hansı kök, kövdə, yarpaq və digər bitki qalıqları aşkar edilməmişdir. Rəyin doğruluğu aqronom Şahid4 imzası ilə təsdiq edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadələrində ondan götürülmüş narkotik vasitələri satış məqsədi ilə deyil, özü istifadə etmək üçün saxlanmasını göstərmişdir. Məhkəmə hesab edir ki, aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 73,46 qram olan narkotik vasitə qurudulmuş marixuananın miqdarı ilə yanaşı, həmin qurudulmuş marixua naları çəkiləri çox da fərqlənməyən 10 ədəd kibrit qutularında və iki ədəd ayrı-ayrı polietilen bağlamalarda saxlaması halının, qeyd edilən narkotik vasitələri sonuncunun satış məqsədi ilə saxlaması fikrinə gəlməyə əsas verir. Bundan başqa, təqsirləndirilən X.M.Mansurov ifadələrində yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələri yaşadığı evin həyətyanı sahəsində əkdiyi bir ədəd çətənə bitkilərinin yarpaq və budaqlarından topladığını göstərsə də, 02 fevral 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan, eləcə də aqronomun rəyindən görünür ki, həyətyanı sahədə narkotik xassəli çətənə bitkisinin əkilib-becərilməsi halı müəyyən edilməmiş, həyətyanı sahədə çətənə bitkisinin hər hansı kök, gövdə, yarpaq və digər bitki qalıqları aşkar edilməmişdir. Ona görə də təqsirləndirilən məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair ifadəsində göstərdiyi xususatlar məhkəmə iclasında şahid ifadələri ilə yanaşı toplanmış və məhkəmədə tədqiq edilmiş digər sübutlarla təkzib olundu. Məhkəmə təqsirləndirilən X.M.Mansurovun ifadəsini inandırıcı bilmir və hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və o, bu cür ifadə verməklə məsuliyyətdən yayınmağa çalışır. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı qeyd edir ki, hazırkı cinayət törədilən zaman o, Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 02 ay azadlıqdan məhrum etmə cəzasından xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl azad olunduğu gündən 2 (iki) il müddət keçmədiyinə görə həmin hökmə əsasən yaranmış məhkumluq CM-nın 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum olma cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nın xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsəazadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda həbsdə saxlanılır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını, cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmasını, ona narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad Rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra çəkisi 73,22 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, ekspertiza xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Şahvələd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şahvələd oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Şahvələd oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Şahvələd oğlunun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut - tədqiqatdan sonra çəkisi 73,22 qram qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49 manat 74 qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Şahvələd oğlundan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №1(056)-89/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-89/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver