Məhkəmə qərarları › İş №1(056)-89/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-89/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-89/2025 06.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Sabirabad rayonu Qalağayın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Sabirabad rayonu Qalağayın kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, elan edilmiş ittihama görə Təqsirləndirilən şəxs təxminən 18 mart 2025-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşadığı Saatlı rayonu Yeni Novruzlu kəndində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmaqla evin arxa tərəfindəki otağın pəncərə qarşısındakı plastik toru cıraraq içəri daxil olub, asılqandakı qadın çantasının içərisindən Zərərçəkmiş şəxs adına qeydə alınmış "xxxx" ASC-yə məxsus 6768 6753 5707 2410 nömrəli plastik bank kartını gizlin olaraq talayıb, həmin gün təxminən gecə saat 04 radələrində Sabirabad şəhərinə gələrək elektron məlumat daşıyıcısı olan həmin plastik bank kartını şəhərin H.Əliyev prospekti-33 ünvanında yerləşən "xxxx" ASC-nin Sabirabad şəhər filialının qarşısındakı bankomatın riderinə daxil edərək 340 manat məbləğində pulu çıxarıb ələ keçirməklə oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Müxtəlif yerlərdə tikintilərdə günəmuzd fəhlə işləyir. X1 qızının əri X2 rayonu Yeni Novruzlu kəndində heyvandarlıq təsərrüfatı ilə məşğul olur və həmin kənddə də yaşayır. 17 mart 2025-ci il tarixdə saat 16-17 radələri arasında istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Şakir Abbasovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək söhbət eləyərkən Şakir ona otlaq sahəsində olduğunu, birazdan heyvanları həyətə aparacağını deyib yaşadığı evə dəvət etmişdir. O da Şakirdən yemək hazırlamasını istədikdə Şakir evdə arağının da olduğunu demiş, o da yaşadığı evdən, yəni Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi, 1H nömrəli binadan çıxıb X8 rayonu Yeni Novruzlu kəndində tək özünün yaşadığı evə getmiş, həmin evdə Şakirlə birlikdə yemək yeyib ikisinə bir ədəd 700 qram həcmində spirtli içki olan araq içmişlər. 18 mart 2025-ci il tarixdə gecə saat 01 radələrində sərxoş vəziyyətdə Şakirlə sağollaşıb yaşadığı ünvana getmək üçün həmin yerdən uzaqlaşmış, Şakirin yaşadığı evdən təxminən 50 metr getdikdən sonra əvvəllər tanıdığı Zərərçəkmiş şəxs evini görmüş, biraz diqqətli baxdıqda evin arxa otağının işıqlarının yanmadığını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Bu niyyətlə də əvvəlcə evin həyətyanı hasarını əhatə edən taxta hasarın üstündən aşaraq həyətə düşmüş, bundan sonra evin arxasında olan pəncərədən içəri girmək üçün ora yaxınlaşdıqda pəncərənin açıq olduğunu, sadəcə pəncərə qarşısında plastik tor olduğunu görüşdür. Ev birmərtəbəli olduğu üçün rahatlıqla pəncərəyə qalxıb plastik toru cıraraq otağa daxil olmuş, otağı axtardıqda asılqandakı qadın çantasını açıb içərisinə baxmışdır. Çantanın içərisindən bir ədəd "xxxx" ASC-dən verilmiş qara rəngli plastik bank kartının olduğunu görmüş, həmin kartı götürüb baxdıqda müəyyən etmişdir ki, diqqətlə nəzər yetirdikdə kartın üzərində “1954” yazısı oxunur. Həmin rəqəmlərin plastik kartın kodu olduğunu başa düşmüş və kartdakı pulu çıxarmaq niyyəti ilə götürüb əynindəki şalvarının cibinə qoymuşdur. Qadın çantasını isə otaqdakı masanın üzərinə qoyub yenidən həmin otaqda biraz da axtarış aparmış, lakin, ona lazım olan hər hansı qiymətli əşya və pul tapmadıqda gəldiyi yerdən çıxıb getmək qərarına gəlmişdir. Bu niyyətlə də pəncərədən çıxmış və hasarın kənarına paltar sərmək üçün çəkilmiş ipə ayağını qoyub hasarı aşmaq istəmişdir. İp qırıldığına görə taxtalardan tutub hasara çıxaraq yola tərəf atdanmış, oradan birbaşa yaşadığı evin yaxınlığına, yəni Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi, 1H nömrəli binanın qarşısına gəlmişdir. Lakin, yaşadığı mənzilə getməmiş, kartdakı pulu nağdlaşdırmaq üçün oradan Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Kapitalbank ASC”-nin Sabirabad şəhər filialının qarşısına gəlib oradakı bankomata yaxınlaşmış, bir neçə saat əvvəl Saatlı rayonu Yeni Novruzlu kəndində yaşayan Zərərçəkmiş şəxs evindən oğurladığı 6768 6753 5707 2410 nömrəli plastik bank kartını bankomata daxil edib üzərində yazılmış “1954” kodu ilə kart hesabına daxil olmuş və həmin bankomatda kart hesabında olan 340 (üç yüz qırx) manat pulu çıxardıb özü ilə götürmüşdür. Bundan sonra Sabirabad şəhər mərkəzi poçtun yaxınlığındakı mağazadan siqaret və su almış, mağaza yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı avtomobil ilə Sabirabad rayonu Şəhriyar kəndi yaxınlığındakı kafeyə getmişdir. Yolda isə oğurladığı plastik kartını yol kənarına atmışdır. Kafe bağlı olduğu üçün təsadüfən yoldan keçən “Ford” markalı yük avtomobili ilə Sabirabad şəhərinə qayıdıb yaşadığı mənzilə getmiş, Növbəti gün isə bank kartına qanunsuz olaraq daxil olaraq bankomatdan çıxardığı 340 manat pul vəsaitindən qalan pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 21 mart 2025-ci il tarixdə isə onu polis əməkdaşları saxlayıb Saatlı RPŞ-nə dəvət etmişlər. Saatlı Rayon Polis Şöbəsində izahatı alınarkən o, etdiyi cinayət əməlini etiraf eləmiş, Saatlı rayonu Yeni Novruzlu kəndində yaşayan Zərərçəkmiş şəxs evindən oğurladığı bank kartını atdığı yeri göstərmişdir. Polis əməkdaşları onunla birlikdə baxış keçirərkən həmin yerdən bank kartı tapılmış və polis əməkdaşları həmin kartı onun iştirakı ilə götürüb fotoşəkillər çəkdikdən sonra bu barədə protokol tərtib etmişlər. Protokol ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edildikdən sonra həmin kartdan pul çıxardığı yerə gəlmişlər. Pulu çıxardığı yerdə də fotoşəkillər çəkilib protokol tərtib edilmiş, yenə də həmin yerdə tərtib edilmiş protokol ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərilmişdir ki, o, Saatlı rayonu Yeni Novruzlu kəndində qeydiyyatdadır və həmin kənddə yerləşən fərdi yaşayış evində arvadı Şahid1, iki azyaşlı nəvəsi və gəlini Şahid2 ilə birlikdə yaşayır. Yaşadıqları ev 3 otaq, 1 zal və 1 mətbəxdən ibarətdir. Özü həyat yoldaşı Şahid1 ilə bir otaqda, gəlini iki azyaşlı nəvəsi ilə birlikdə bir otaqda qalır. Evlərinin arxa tərəfində olan otaqda isə heç kim yatmır. Həyat yoldaşı Şahid1 özünə məxsus olan əl çantasını da həmin otaqda saxlayır və həmin otaqda namaz qılır. Evin bazarlığını həyat yoldaşı Şahid1 etdiyi üçün onun təqaüd kartı həyat yoldaşı Xatirədə olur. Həmin təqaüd kartını həyat yoldaşı Şahid1 öz çantasında saxlayır. 18 mart 2025-ci il tarixdə saat 07:10 radələrində həyat yoldaşının səsini eşitmiş, Şahid1 evlərinə gecə oğru girdiyini və nəsə oğurladığını demişdir. Xatirənin olduğu otağa keçəndə otaqda əşyaların yerinin dəyişik olduğunu və qismən dağınıqlıq olduğunu görmüş, həmçinin müəyyən etmişdir ki, həyat yoldaşı Şahid1 məxsus əl çantası çarpayının üzərindən götürülərək həmin otaqda olan və qapağı açıq saxlanılan sandığın içərisinə atılmışdır. Həmin çantanın içərisində olan ona məxsus təqaüd kartı və həyat yoldaşı Şahid1 məxsus olan şəxsiyyət vəsiqəsi isə həmin yerdə yoxdur. Bundan sonra o, kartdakı pulun çıxarılmaması üçün kartı bloklatmaq məqsədi ilə "xxxx" ASC-nin Sabirabad rayon filialına müraciət etdikdə ona məlum olmuşdur ki, kartda olan 340 manat pul 18 mart 2025-ci il tarixdə gecə saatlarında çıxarılmışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, müraciəti əsasında Saatlı RPŞ-də araşdırma aparılmış və evindən oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın əvəzini tam şəkildə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ödəməsini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını qeyd edərək, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu Yeni Novruzlu kəndində qeydiyyatdadır və həmin kənddə yerləşən fərdi yaşayış evində əri Zərərçəkmiş şəxs, iki azyaşlı nəvəsi və gəlini Şahid2 ilə birlikdə yaşayır. Yaşadıqları ev 3 otaq, 1 zal və 1 mətbəxdən ibarətdir. Özü həyat yoldaşı Zərərçəkmiş şəxs ilə bir otaqda, gəlini iki azyaşlı nəvəsi ilə birlikdə bir otaqda qalır. Evlərinin arxa tərəfində olan otaqda isə heç kim yatmır, özünə məxsus olan əl çantasını da həmin otaqda saxlayır və həmin otaqda namaz qılır. Evin bazarlığını o, etdiyi üçün əri Zərərçəkmiş şəxs təqaüd kartı onda olur. O da həmin təqaüd kartını öz çantasında saxlayır. 17 mart 2025-ci il tarixdə gecə 23 radələrinədək həmin otaqda şirniyyat bişirmiş, gəlini uşaqlarını yatızdırmaq üçün getmiş, o da bir saat sonra həmin otaqdan çıxıb öz otağına yatmağa getmiş, 18 mart 2025-ci il tarixdə gecə saat 02 radələrinədək oyaq olmuşdur. 18 mart 2025-ci il tarixdə saat 07:10 radələrində namaz qılmaq üçün həmin otağa girmiş, otağın dağınıq və pəncərənin açıq olmasından, həmçinin çantasının qoyduğu yerdə olmadığını görmüşdür. Çantanı açıb baxdıqda özünə məxsus olan şəxsiyyət vəsiqəsinin və əri Zərərçəkmiş şəxs məxsus olan bank kartının yerində olmadığını müəyyən etmişdir. Buna görə də otaqda oğurluq olmasını bilmiş, yüksək səslə əri Zərərçəkmiş şəxs həmin otağa çağırmışdır. Əri Zərərçəkmiş şəxs və gəlini Humay həmin otağa gəldikdən sonra birlikdə müəyyən etmişlər ki, ona məxsus olan qara rəngli əl çantası çarpayının üzərindən götürülərək həmin otaqda olan və qapağı açıq saxlanılan sandığın içərisinə atılmışdır. Həmin çantanın içərisində olan əri Zərərçəkmiş şəxs məxsus təqaüd kartı və ona məxsus olan şəxsiyyət vəsiqəsi isə həmin yerdə yoxdur. Bundan sonra yoldaşı Zərərçəkmiş şəxs isə kartdakı pulun çıxarılmaması üçün kartı bloklatmaq məqsədi ilə "xxxx" ASC-nin Sabirabad rayon filialına müraciət etmək üçün getmiş, qayıtdıqda isə kartda olan 340 manat pulunun 18 mart 2025-ci il tarixdə gecə saatlarında çıxarılmasını bildirmiş və DİN-in 102 xidmətinə zəng edərək bu məzmunda məlumat vermişdir. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən CM-nın 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına nəzərə alır. Cinayət işi materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmişə dəymiş ziyanın əvəzini ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməllində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin ediləcək cəzanı ağırlaşdıran hallarının olmamasını, həmçinin cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş dörd gün, ona təyin olunacaq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, cəzaçəkmə müddətinin başlanğıcının cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, hökmün icrasının təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsini və sübutların qiymətləndirilməsini əsaslı hesab edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə prosesində hüquqlarının müdafiəsi üçün Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb olunmuşdur. Müdafiəçı Müdafiəçi məhkəməyə təqdim etdiyi huquqi yardım barədə hesabatında təqsirləndirilən Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına göstərdiyi hüquqi yardıma görə 04 saat vaxt (işin öyrənilməsi də daxil edilməklə) sərf etdiyini qeyd etmışdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinın 03 may 2018-ci il tarixli 202 saylı Qərarında edilmiş dəyişikliklərə görə hüquqi yardımın hər saatı uçun müdafiəçiyə 11 manat ödənilməsi müəyyən edilmişdir. Məhkəmə müdafiəçı Müdafiəçi təqdim etdiyi dövlət hesabına müdafiəçi qismində məhkəmədə iştirakı ilə əlaqədar hesablama arayışına əsaslanaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsində göstərdiyi 04 saat hüquqi yardımla bağlı (işin öyrənilməsi də daxil edilməklə) hər saatı üçün 11 (on bir) manat hesablanmaqla müəyyən edilmiş 44 (qırx dörd) manat pul vəsaiti Vəkillər Kollegiyasının üzvü, Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 gün, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - "xxxx" ASC-yə məxsus xx.xx.2025-ci il tarixli çıxarış və bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsində göstərdiyi 04 saat hüquqi yardımla bağlı (işin öyrənilməsi də daxil edilməklə) hər saatı üçün 11 (on bir) manat hesablanmaqla müəyyən edilmiş 44 (qırx dörd) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar