Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-9/2024 15.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 1,440 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində daşımaqla, 01 ədəd siqaret qutusu içərisində 01 ədəd polietilen kəsiyi bükümündə saxlamış, 11 iyul 2023-cü il tarixdə saat 21:30 radələrində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Sabirabad şəhəri M.Mirağaoğlu küçəsində piyada hərəkət edən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinə gətirilib, şöbənin inzibati binasında saat 22:10 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu içərisində 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,440 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 4-da ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. Sabirabad şəhəri ərazisində “pambıq zavod” adlanan yerdə piyada gəzərkən yerdə 01 ədəd ağ rəngli sellofan büküm olduğunu görmüşdür. Həmin bükümü götürüb içinə baxdıqda onun içində narkotik vasitəyə bənzəyən kütlənin olduğunu görmüşdür. Həmin kütləni əlinə götürüb baxdıqda metamfetamin olduğunu bilmişdir. Həmin kütlənin az bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə daha sonra istifadə etmək məqsədilə əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. O, 11 iyul 2023-cü il tarixdə saat 21:30 radələrində Sabirabad şəhəri M.Mirağaoğlu küçəsində piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və bu səbəbdən onu polis şöbəsinə dəvət etmişdirlər. O da bununla razılaşmış və polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-nə getmişdir. Polis şöbəsində o, təhqiqatçı tərəfindən ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Təhqiqatçı ona təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoysun. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində üzərinə “kent 4” yazılmış siqaret qutusunun içində saxladığı 01 ədəd ağ rəngli sellofan bükümdə metamfetamin olduğunu bildirib həmin kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı ona üzərində olan digər əşyaları da təqdim etməsini istədikdə o, üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya aşkar edilməmişdir. Təhqiqatçı onun təqdim etdiyi 01 ədəd sellofan bükümü açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütləni 3 ay bundan əvvəl Sabirabad rayonu ərazisində piyada gəzərkən yerdən tapdığını bildirmişdir. Təhqiqatçı həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda isə öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını demişdir. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə metamfetamin təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №139” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşimançılıq hissi keçirdiyini, faktiki nikahdan himayəsində 1 nəfər azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını qeyd edərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 iyul 2023-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra, əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad şəhəri M.Mirağaoğlu küçəsində müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişdirlər. Təqsirləndirilən şəxs də razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs özü könüllü şəkildə bildirmişdir ki, cibində psixotrop maddə metamfetamin vardır. Daha sonra əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “kent 4” markalı siqaret qutusunda olan 01 ədəd şəffaf bükümdə psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütləyə baxış keçirilən zaman, psixotrop maddə olan metamfetaminə oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümü Sabirabad rayonu ərazisində gəzərkən yerdən tapdığını, öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş kütləyə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən bundan başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında baxış keçrilmiş audio-video materialından Təqsirləndirilən şəxs üzərindən narkotik maddə olması ehtimal olunan kütlənin aşkar olunması bir daha tısdiq olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin X2 məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2023-cü il tarixli, 18/719 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,440 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Psixotrop maddənin 0,10 qramı tədqiqata sərf olunmuş, qalıq çəkisi-1,340 qram təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 10 avqust 2023cü il tarixli, 5115 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sabirabad rayon Sabirabad şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, məhkəmədə baxış keçrilmiş audio-video materialı, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət əməli törətməsini, şəxsiyyətinin müsbət xarakterizə olunmasını və əməlindən peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulsa da, həbslə əlaqədar olmayan cəza təyin etməyi məqsədəmüvafiq hesab etməyərək ona 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etməyi əsaslı və qanuni hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 21:30-dan xx.xx.2023-cü il saat 17:20 -dək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il iki gün həbsdə saxlanmasının bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla, iki gün təyin olunan cəzadan çıxılaraq, onun üzərində qəti olaraq doqquz ay iyirmi səkkiz gün cəza saxlanmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsini, onun məhkəmə iclas zalından həbsə alınmasını, seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını, təyin olunmuş cəzanın cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmasını, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, həmçinin, iş üzrə maddi sübut olub, Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,340 qram psixotrop vasitə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, ekspertiza xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11-13 iyul 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanmasının bir həbs günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla, ona təyin olunmuş 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın çəkilməsi müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanısn. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Sabirabad Rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi 1,340 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının 31,95 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-9/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-9/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver